Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-502/2021 31.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X9 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, iddiaçının nümayəndəsi Qanuni nümayəndə, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi- X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X6 və X13 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) və Əmlak Xidmətləri Məkanına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanda yerləşən fərdi yaşayış tikintisinin yerləşdiyi ona düşən pay evinin təcrid mülkiyyət hüquqi şəhadətnaməsinin verilməsinə dair sənədləşdirilməsi ilə bağlı və bütün məhkəmə xərcləri, dövlət rüsumu və ona vurulmuş maddi və mənəvi ziyanın cavabdehdən onun xeyrinə tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə uyğun olaraq iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, ünvan 2 ünvanda yerləşən evin tutduğu torpaq sahəsi həyətyanı torpaq sahəsi, ümumi ölçüdə onun payına düşən 167,5 kv. metr torpaq sahəsinə mülkiyyət hüququ şəhadətnaməsinin verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi yenidən İPM-nin 54-cü maddəsinə uyğun olaraq, məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh qismində DƏDRX 1 saylı Bakı Ərazi İdarəsini göstərməklə, ünvan 2 ünvanda yerləşən evin və həmin evin yerləşdiyi torpaq sahəsinin X7 payına düşən ölçüdə yəni birlikdə götürülmüş 167,5 kv. metr hissəsinə dair mülkiyyət hüquqlarının vahid daşınmaz əmlak kimi Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınması və buna dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Əmlak Xidmətləri Məkanına, X3 və X12 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış tikintisinin yerləşdiyi ona düşən pay torpaq sahəsinin, daha doğrusu faktiki istifadəsində olan torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair sənədləşdirilməsini xahiş etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)- 2333/2019 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadda qeyd edilən iradları aradan qaldırmaq üçün və qanunvericiliyə uyğun onlar dəfələrlə cavabdehlərə rəsmi müraciət etmiş və biri-birinə zidd olan cavab məktubları almışdır. Sonuncu xx.xx.2019-cu il tarixli məktubda qeyd olunmuşdur ki, ünvan 4 ünvanda yerləşən torpaq sahəsinin bölgü sxeminin verilməsi barədə xx.xx.2019-cu il tarixli ********** saylı müraciətinə baxılmışdır. Lakin bu düzgün olmayan cavabdır. Belə ki, Əmlak Xidmətləri Məkanından xx xxxx 2019-cu il tarixində o, nümayəndəsi ilə birlikdə olaraq, həmin təşkilatın işçiləri tərəfindən ona təqdim edilmiş hazır ərizə-blankında yalnız evlərin ona düşən payın bölünməsi, ayrılması və onun adına təcrid qeydiyyat vəsiqəsi verilməsinə dair xahiş olunmuşdur, həmin ərizədə heç bir torpaq bölgüsündən söz getməmişdir. İkincisi DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşı xx xxxx 2019-cu il tarixdə yaşadığı ünvanda olaraq, yalnız evlərə baxış keçirmiş və texniki pasportla uyğunlaşdıraraq, nəticədə şifahi qaydada evlərin bölünməsinin mümkünlüyünü bildirmişdir. Beləliklə, mühəndis Seymur Ağayevin yalnız evlərin bölgüsü işlərinin aparmaqda baş mühəndis vəzifəsini icra edən Cavanşir Orucəliyevin xx.xx.2019-cu il tarixli məktubuna (və digərlərin) zidd olaraq göstərmişdir ki, axırıncısı və digər sözügedən rəhbərlər vəzifələrindən suiistifadə edərək, qərəzli olaraq, öz vəzifələrini icra etməkdən imtina etmişlər. Üçüncüsü - bu barədə Yasamal Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərardadına əsasən təyin edilmiş məhkəmə mühəndis - texniki ekspertizasına dair xx xxxxxx 2016-cı il tarixli ekspert rəyi əsasını nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu, 2-ci N.Nərimanov (keçmiş sovet) döngəsində yerləşən, 13 saylı fərdi yaşayış evinin “A” və “B” tikililərin texniki pasport göstəricisi sənədinə əsasən paylar üzrə 3 hissəyə bölünməsi tələbinə uyğun olaraq texniki cəhətdən mümkündür. Beləliklə 1-ci xx xxx 2019-cu il tarixli iddia ərizəsinə indiki iddia ərizəsi ilə düzəliş edərək, qanuni istifadəsindəki yaşayış evlərinin yerləşdiy torpaqların onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək barədə tələb irəli sürmüşdür. Beləliklə, AR ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi və Əmlak Xidmətləri Məkanı yuxarıda qeyd etdiyi hərəkətsizliyə yol verilməsi ilə iddiaçının hüquqlarını pozmuşdurlar. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx xxxxxx 2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə X6 və X13 üçüncü şəxslər qismində işə cəlb olunmuş, həmçinin, tərəflər və üçüncü şəxslər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh və üçüncü şəxslər tərəfindən iddiaya dair yazılı münasibət məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə üçüncü şəxslərə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinin tələblərinə əsasən üçüncü şəxslərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Qanuni nümayəndə iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X8 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin Seriya RX ******* №-li çıxarışı ilə ünvan 6 ünvanına 2/6 hissəsinə İddiaçı, 2/6 hissəsinə X2 və 2/6 hissəyə X10 paylı mülkiyyət hüququ qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5486/17 saylı xx xxxxxx 2017-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə (iş № 2(004)-159/16) İddiaçı cavabdehlər X4, X11 və cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinə qarşı paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması tələbinə dair iddiası qismən təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, 2-ci N.Nərimanov döngəsində yerləşən 13 saylı fərdi yaşayış evinin İddiaçı payına düşən 2/6 hissəsi naturada ayrılmış, iddia tələbi qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun 50% hissəsi, yəni 5 (beş) manat hissəsi iddiaçının özünə aid edilmiş, qalan 50% hissəsinin, yəni 5 (beş) manat hissəsinin cavabdehlər X6 və X5 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, həmçinin ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət olunmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə (iş 2(103)-2134/17) Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il 2(004)-9/2016 saylı tarixli qətnaməsi qismən, iddia tələbinin təmin edilən hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə rədd edilmiş, qətnamə qalan hissədə dəiyşdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qeyd olunan qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmayaraq, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2017-ci il tarixli (iş 2(103)- 2134/17) qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. DƏDRX tərəfindən iddiaçının ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin torpaq sahəsinin sənədləşdirilməsi barədə xx.xx.2018-ci il tarixli müraciətinə cavab olaraq, göndərdiyi xx.xx.2018-ci il tarixli **********83 saylı məktubdan müəyyən edilir ki, sözügedən ünvanda aparılan araşdırma zamanı yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmadığı müəyyən edilmiş və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. DƏDRX tərəfindən iddiaçının ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin torpaq sahəsinin sənədləşdirilməsi barədə xx.xx.2018-ci il tarixli müraciətinə cavab olaraq göndərdiyi xx.xx.2018-ci il tarixli **********56 saylı məktubdan müəyyən edilir ki, adıçəkilən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan zaman torpaqqayırma sənədi olmadığından daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda yaşayış evinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət növü dövlət, hüququn növü isə istifadə kimi qeyd olunmuşdur. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə hüquqmüəyyənedici və torpağın yerləşmə sxemi təqdim ediləcəyi təqdirdə sözügedən fərdi yaşayış evinin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır. DƏDRX tərəfindən iddiaçının ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin torpaq sahəsinin sənədləşdirilməsi barədə xx.xx.2018-ci il tarixli müraciətinə cavab olaraq göndərdiyi xx.xx.2018-ci il tarixli **********599 saylı məktubdan müəyyən edilir ki, hüquqmüəyyənedici və texniki sənədlər təqdim ediləcəyi təqdirdə sözügedən fərdi yaşayış evinin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının xx.xx.2019-cu il tarixli müraciətinə cavab olaraq göndərdiyi xx.xx.2019-cu il tarixli **********07 saylı məktubdan müəyyən edilir ki, sözügedən ünvanda yerləşən fərdi yaşayış evinə idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. İnventarlaşma işlərinin aparılmasına şərait yaradılacağı təqdirdə ərizəsinə yenidən baxılacaqdır. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının xx.xx.2019-cu il tarixli müraciətinə cavab olaraq, göndərdiyi xx.xx.2019-cu il tarixli **********53 saylı məktubdan müəyyən edilir ki, fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində paylı mülkiyyət kimi qeydiyyatdan keçmişdir və torpaq sahəsinin paylı şəkildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə payçıların razılıq ərizələri təqdim edilməmişdir. Qeyd edilən səbəbdən ərizənin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının xx.xx.2019-cu il tarixli müraciətinə cavab olaraq göndərdiyi xx.xx.2019-cu il tarixli **********62 saylı məktubdan müəyyən edilir ki, sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki yerləşməsində və eyni eyni zamanda perimetrik ölçülərində uyğunsuzluq olduğundan bölgü sxemi tərtib etmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. "Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənziliərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifıkatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən, torpaq sahələri, binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər; 8.0.8. bu qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1- dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış sahələrinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair; 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və mənzil kirayəsi müqaviləsi; 3.0.12. 2006- cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.5-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. "Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmaması müəyyən edilir. Həmin Qanunun 12-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafıq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi) daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının mübahisəli əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcuddur. Belə ki, iddiaçı tərəfindən öz payına uyğun daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi tələb olunan ev paylı mülkiyyət hüququ ilə onunla bərabər üçüncü şəxslərə də məxsusdur ki, qeyd olunan evin naturada bölünməsi barədə mülkiyyətçilər arasında razılıq olmamış və bu barədə iddiaçının tələbi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təmin olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-502/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-502/2021
31.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver