Məhkəmə qərarları › İş №2-1(112)-5021/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5021/2021

21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5021/2021 21.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X28 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı cavabdehin imtinasının qanunsuz və əsassız sayılması, ona pensiya hüququnun yarandığı gün, yəni 56.5 yaşının tamam olduğu 04.05.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və ötən ayların pensiya məbləğinin hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələb onunla əsaslandırılmışdır ki, ona əmək pensiyasının təyin edilməsi üçün 1 saylı Bakı “Asan Xidmət” Mərkəzi vasitəsilə tələb olunan sənədlərlə birlikdə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh **********9 nömrəli, 22 yanvar 2021-ci il tarixli məktubla ona əmək pensiyasının təyin edilməsindən imtina etmişdir (imtina məktubunu 20.02.2021-ci il tarixində 1 saylı “ASAN” Xidmət Mərkəzindən almış, təqdim etdiyi sənədlərin hamısı cavabdehdə qalmışdır). İmtinaya səbəb kimi onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olması göstərilmişdir. Bu da, onun Azərbaycan Respublikası Konstitsuyasının 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Bu səbəbdən, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin bu imtinası qanunsuz və əsassız sayılmalı, iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017- ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. O, sağlamlıq imkanları məhdud uşağa qulluq etdiyinə görə, qanunvericlikdə qadınlar üçün nəzərdə tutulan pensiya yaşından 5 il tez pensiyaya çıxmalıdır. O, xx.xx.1963-cü ildə anadan olmuşdur. 1 iyul 2019-cu ildən 30 iyun 2020-ci il tarixinədək qadınların 61,5 yaşında yaşa görə əmək pensiyası hüququ yaranırdı. Sağlamlıq imkanları məhdud uşağı tərbiyə etdiyinə görə onun (61,5 - 5 = 56,5 yaş) 5 il tez, yəni 04.05.2020-ci ildə 56,5 yaşında pensiya hüququ yaranmışdır. Göründüyü kimi, qanunverciliyin əsas tələblərindən biri olan, onun pensiya yaşı 04.05.2020-ci ildə müəyyən edilir. İkinci şərt, tələb olunan sosial sığorta stajı və pensiya kapitalına gəldikdə isə onun qazandığı hüquq hər iki şərtin yerinə yetirilməsinə kifayət edir. Onun 14.03.1984-cü il təvəllüdlü oğlu, X10 anadan gəlmə sağlamlıq imkanları məhdud uşaq, sonradan da, İ dərəcəli əlil olub. 01.01.2017- ci il tarixində vəfat edib. 14.03.1984-cü ildən 01.01.2017-ci ilədək olan dövr 32 il 9 ay 18 gün təşkil edir ki, bu müddət də, qanunverciliyə uyğun olaraq onun sosial sığorta stajına daxil edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığortaolunanınsığorta stajına daxil edilir. Bundan əlavə, o, 1980-ci ildən 1993-cü ilədək Ağdam rayonu, Qiyaslı kəndində “Dzerjinski” adına üzümçülük sovxozunda fəhlə işləmişdir. Çəmənli kolxozunda 1994-cü ildə 180 adam günü, 1995-ci ildə 180 adam günü işləmişdir 02.03.201-ci ildən 28.12.2018-ci ilədək Binəqədi rayonu MKTB-də fəhlə işləmişdir. Onun 25 ildən çox stajı olduğuna görə onun 56,5 yaşında, yəni 04.05.2020-ci il tarixində yaşa görə əmək pensiyası hüququ yaranır. Bundan əlavə, onun 25 il stajı tam düzəlməsə belə, 01.07.2018-ci ilədək pensiya kapitalı olduğuna görə ona 25 il staj avtomatik verilməlidir. “Əmək Pensiyaları haqqında Qanun: 22-1.1. 2019-cu il yanvarın 1dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-cı ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-J.2-Cİ maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1- dək olan sığorta stajı, bu Oanuniın 22-1.1-çi və 2 2- 1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. 22-1.4. Bu Qanunun 22-1.2-ci maddəsi aşağıdakı hallarda tətbiq edilmir: 22- 1.4.1. 2019-cu il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zamanı; 22-1.4.2. 2019-cu il yanvarın 1-dən sonra əmək pensiyası təyin edilmiş şəxslərə 2019-cu il yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı; 22-1.4.3. bu Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və yenidən hesablanması zamanı; 22-1.4.4. bu Qanunun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüququ verən qulluq stajının hesablanması zamanı. 22-1.5. 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Göründüyü kimi, ƏPQ-nun 8-ci maddəsi 7-ci maddəsi ilə əlaqəli olduğuna və 22-1.2-ci maddədə nəzərdə tutulan tətbiq edilməyənlər siyahısına daxil edilmədiyi üçün ona 2006-cı ilədək avtomatik 25 il staj hesablanmalıdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmə müraciət edərək, ona 56.5 yaşdan, yəni hüququnun yarandığı 04.05.2020-ci il tarixdən sağlamlıq imkanları məhdud uşağını 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı iddia ərizəsinin əsasları kimi qeyd etmişdir ki, xx.xx.1963cü il təvəllüdlüdür. Sağlamlıq imkanları məhdud uşağı tərbiyə etdiyinə görə pensiya hüququ 5 il tez, yəni 04.05.2020-ci il tarixdə 56,5 yaşda yaranmışdır. Həmçinin, 14.03.1984-cü il təvəllüdlü oğlu X10 anadan gəlmə sağlamlıq imkanları məhdud uşaq, sonradan da, İ dərəcə əlil olmuşdur. 14.03.1984-cü il tarixdən 01.01.2017-ci l tarixədək, yəni 32 il 9 ay 18 gün müddətində övladına qulluq etmişdir ki, bu dövr qanunvericiliyə uyğun olaraq onun sığorta stajına daxil edilməlidir. Əlavə olaraq, 1980-ci il tarixdən 1993cü il tarixədək Ağdam rayonu, Qiyaslı kəndində “Dzerjinski” adına üzümçülük sovxozunda fəhlə işləmiş, Çəmənli kolxozunda 1994-cü il tarixdə 180 adam günü, 1995-ci il tarixdə 180 adam günü işləmiş, 02.03.2018-ci il tarixdən 28.12.2018-ci il tarixədək Binəqədi rayonu MKTB-də fəhlə işləmişdir. Həmçinin, qeyd etmişdir ki, 25 il stajı düzəlməsə belə, 01.07.2018-ci il tarixdən pensiya kapitalı olduğuna görə ona 25 il staj avtomatik verilməlidir. İddiaçı daha əvvəl ona pensiya təyin olunması üçün 1 saylı “ASAN Xidmət” mərkəzi vasitəsilə tələb olunan sənədlərlə birlikdə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan 11.08.2021-ci il tarixli, **********6 nömrəli məktubla iddiaçıya pensiya təyin edilməsindən imtina etmişdir. İmtinanın əsasları kimi qeyd olunmuşdur ki, 02.03.2018-ci il tarixdə tərtib edilmiş ******* saylı əmək kitabçasına əsasən sığorta stajı 14 il 9 ay olmaqla tələb olunan müddətdən azdır. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 413,77 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Əlavə olaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci madddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququndan istifadə etdiyi üçün bu Qanunun 22-1.1 -ci maddəsinin tətbiqi ilə yaşa görə əmək pensiyasının təyin edilməsinə yol verilmir. Həmçinin, ilkin və ardıcıl TSEK sənədlərini 1 saylı “ASAN Xidmət” mərkəzinə təqdim etdikdən sonra yaşa görə əmək pensiyası hüququna yenidən baxıla bilər. Bundan narazı qalan İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: 1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 8.2-ci bəndinə əsasən, Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınədək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyqun sərtlər daxilində yas həddi 5 il azaldılmaqla yasa görə əmək pensiyası hüququ vardır. İstinad olunan Qanununun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarix inədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İstinad olunan Qanunun 8-ci maddəsindən də göründüyü kimi iddiaçıya həmin maddəyə uyqun olaraq yaşa görə əmək pensiyası təyin edilə bilməsi üçün onun sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etməsi tələb olunur. Belə ki, Qanunun tələbləri baxımından yaşın 5 il azaldıla bilməsi üçün iddiaçının övladı sağlamlıq imkanları məhdud olmalı və iddiaçı övladını səkkiz yaşınadək tərbiyə etməlidir. İş üzrə icraat materiallarına əlavə edilmiş iddiaçı M. Məhərrəmova məxsus şəxsiyyət vəsiqəsindən məlum olur ki, iddiaçı xx.xx.1963-cü il tarixdə Ağdam rayonu, Çəmənli kəndində anadan olmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş əmək kitabçasına əsasən, iddiaçı M. Məhərrəmova 02.03.2018-ci il tarixdə Binəqədi rayon MKTB-nin təmizlik sahəsinə fəhlə qəbul edilmiş, 28.12.2018-ci il tarixdə müqavilənin müddətinin bitməsi ilə əlaqədar işdən azad edilmişdir. İş üzrə icraat materiallarına əlavə edilmiş 04 dekabr 2020-ci il tarixli 642 nömrəli Ağdam rayon İcra Hakimiyyəti Başçısının Qiyaslı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışına əsasən İddiaçı övladları X6 və X3 özü doğub və 8 yaşınadək tərbiyə etmişdir. İş üzrə icraat materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri Binəqədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 21 Ns-li Zona Tibbi Sosial Ekspert Komissiyasına ünvanlanmış 22.04.2002-ci il tarixli 189 nömrəli xidməti məktubundan məlum olur ki, iddiaçının övladı X10 29.08.2000-ci il tarixdə 4 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasından İİ qrup uşaqlıqdan əlil kimi ilkin komissiyadan keçmiş və həmin sənədə uyğun olaraq ona 01.09.2001-ci il tarixədək pensiya ödənilmişdir. İş üzrə icraat materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 4 saylı Zona TSEK-in 251200 nömrəli müayinə aktından çıxarışa əsasən N.Məhərrəmova 29.08.2000-ci il tarixdən 01 sentyabr 2001- ci il tarixədək ilkin müayinəyə əsasən ikinci qrup uşaqlıqdan əlillik, 21 nömrəli Zona TSEK-in 457390 nömrəli müayinə aktından çıxarışa əsasən N.Məhərrəmova 19.03.2002-ci il tarixdən 01.04.2003-cü il tarixədək təkrar müayinəyə əsasən ikinci qrup uşaqlıqdan əlillik, 21 nömrəli Zona TSEK-in 569631 nömrəli müayinə aktından çıxarışa əsasən N.Məhərrəmova 01.04.2003-cü il tarixdən 01.05.2005-ci il tarixədək təkrar müayinəyə əsasən birinci qrup uşaqlıqdan əlillik, 21 nömrəli Zona TSEK-in 992886 nömrəli müayinə aktından çıxarışa əsasən N.Məhərrəmova 20.06.2005-ci il tarixdən müddətsiz təkrar müayinəyə əsasən birinci qrup uşaqlıqdan əlillik təyin edilmişdir. İş üzrə icraat materiallarına əlavə edilmiş Binəqədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 15 sentyabr 2000-ci il tarixli 15/195 nömrəli qərarından məlum olur ki, iddiaçının övladı N.Məhərrəmova İİ qrup uşaqlıqdan əlil kimi 29.08.2000-ci il tarixdən 01.09.2001-ci il tarixədək 50000 manat pensiya təyin edilmişdir. Pensiya miqdarının dəyişdirilməsi haqqında şöbənin 15 avqust 2000-ci il tarixli sərəncamına əsasən N. Məhərrəmovun 01.11.2000-ci il tarixdən 01.09.2001-ci il tarixədək 50000+10000=60000 manat prezidentin sərəncamı ilə pensiyasının məbləği artırılmışdır. Pensiya miqdarının dəyişdirilməsi haqqında şöbənin 01 aprel 2002-ci il tarixli sərəncamına əsasən N. Məhərrəmova İİ qrup uşaqlıqdan əlil kimi 19.03.2002-ci il tarixdən 01.04. 2003-cü il tarixədək 66000 manat, pensiya miqdarının dəyişdirilməsi haqqında şöbənin 29 aprel 2002-ci il tarixli sərəncama əsasən İİ qrup uşaqlıqdan əlil kimi 01.01.2002-ci il tarixdən 01.04.2003-cü il tarixədək 66000 manat, 15 aprel 2003-cü il tarixli sərəncama əsasən İ qrup ümumi xəstəlikdən əlil kimi 01.04.2003-cü il tarixdən 01.05.2005-ci il tarixədək 68000 manat, 28 sentyabr 2003-cü il tarixli sərəncama əsasən İ qrup ümumi xəstəlikdən əlil kimi 01.08.2003- cü il tarixdən 01.05.2005-ci il tarixədək 100000 manat Prezidentin Fərmanı ilə pensiya verilmişdir. Pensiya miqdarının dəyişdirilməsi haqqında 27 iyun 2005-ci il tarixli sərəncama əsasən N.Məhərrəmova İ qrup uşaqlıqdan əlil kimi 20.06.2005-ci il tarixdən müddətsiz 110000 manat, 18 avqust 2005-ci il tarixli sərəncama əsasən N.Məhərrəmova İ qrup uşaqlıqdan əlil kimi 01.05.2005-ci il tarixədək müddətsiz 110000 manat pensiya verilmişdir. Sosial müavinətin dəyişdirilməsi haqqında 05.12.2008-ci il tarixli sərəncam ilə N. Məhərrəmova İ qrup uşaqlıqdan əlil kimi 02.09.2008-ci il tarixdən müddətsiz 50 manat, 16.09.2003-cü il tarixli sərəncama əsasən 01.09.2013-cü il tarixdən müddətsiz 67,00 manat sosial müavinət verilmişdir. İş üzrə icraat materiallarına əlavə edilmiş X7 məxsus 021284 nömrəli müavinət alanın şəxsi işindən müəyyən olunur ki, N.Məhərrəmova 01.04.2014- cü il tarixdən ömürlük prezident təqaüdü təyin edilmişdir. İş üzrə icraat materiallarına əlavə edilmiş 19.06.2015-ci il tarixli 2(001)- 3161/2015 saylı Binəqədi Rayon Məhkəməsinin qərarından müəyyən olunur ki, iddiaçının övladı N.Məhərrəmov 19.06.2015-ci il tarixdən məhkəmə qərarı ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. İş üzrə icraat materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnaməyə əsasən iddiaçının övladı N.Məhərrəmov 01.01,2017-cı il tarixdə vəfat etmişdir. Məlum olduğu kimi iddiaçı tərəfindən cavabdeh orqana onun övladı N.Məhərrəmovun sağlamlıq imkanları məhdud uşaq olması ilə bağlı hər hansı sənəd təqdim edilməmişdir. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 25 avqust 1992-ci il tarixli Azərbaycan Respublikası Qanunun 4-1-ci maddəsinə əsasən, şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılır. Tibbi-sosial ekspert komissiyasının rəyi uşağın sağlamlıq imkanları məhdudluğunu, əlillik qrupunu və səbəbini, habelə fərdi reabilitasiya proqramını təsdiq edən rəsmi sənəddir. Əlilə və ya sağlamlıq imkanları məhdud uşağa nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəsiqə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Həmin Əsasnamənin 1.5-ci bəndinə görə tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsi ilə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Xidmət) tibbisosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci bəndinə uyğun olaraq şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. İstinad olunan qanunvericilik normalarının qarşılıqlı təhlilindən də məlum olur ki, 18 yaşınadək uşaqların sağlamlıq imkanları məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İşin faktiki hallarından müəyyən olunur ki, N.Məhərrəmovun sağlamlıq imkanları məhdud uşaq olması ilə bağlı İddiaçı tərəfindən hər hansı sənəd təqdim edilə bilməmişdir. Həmçinin, qeyd etməyi zəruri hesab edir ki, is üzrə icraat materiallarından da məlum olduğu kimi iddiaçının övladı N.Məhərrəmov ilkin müayinədən 29.08.2000-ci il tarixdə keçmiş və həmin tarixdən ona ikinci qrup uşaqlıqdan əlillik təyin edilmişdir. Yuxarıda istinad olunan Qanunun müvafiq maddəsindən də müəyyən olunduğu kimi iddiaçıya Qanunun tələblərinə uyqun olaraq yasa görə əmək pensiyası təyin edilə bilməsi üçün onun sağlamlıq imkanları məhdud övladına qulluq etməsi, yəni iddiaçının övladının həm sağlamlıq imkanları məhdud olması, həm də ona qulluq etməsi ən vacib sərtdir. Lakin, hazırki iş materiallarına əsasən iddiaçının övladı N.Məhərrəmovun sağlamlıq imkanları məhdud olması öz əksini tapmır. Həmçinin, qeyd olunmalıdır ki, “Vətəndaşların pensiya təminatı haqqında” 23 sentyabr 1992-ci il tarixli Qanunun 3-cü maddəsində əmək pensiyası almaq hüququ olan şəxslərin kateqoriyasına İ qrup əlilə və ya 16 yaşına çatmamış əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edən şəxslər aid edilmişdir. Hazırki iş üzrə müəyyən olunur ki, iddiaçının övladı N.Məhərrəmovun əlilliyi 29.08.2000-ci il tarixdə, yəni 16 yaşınadək deyil, 16 yaşından sonra müəyyən olunmuşdur. İddiaçı tərəfindən iddia ərizəsində qeyd olunan digər məsələyə münasibət olaraq bildirərək qeyd edirlər ki, İddiaçı 2018-ci il tarixi üzrə fərdi hesabında pensiya kapitalı olmasına baxmayaraq, “Əmək pensiyaları haqqında” Qanununun 22-1 -ci maddəsi ona tətbiq edilə bilməz. Belə ki, həmin maddədə qeyd olunmuşdur ki, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019- 2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İstinad olunan Qanunun maddəsindən də, göründüyü kimi, sığortaolunana əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən aşağıdakı 2 şərt ödənilməlidir.

1. Sığortaolunan 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmalı; 2.Sığortaolunanın fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Belə ki, İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı olmasına baxmayaraq, iddiaçı hal-hazırda Qanunun 7-ci maddəsinə uyğun olaraq, yas həddinə çatmamışdır. İddiaçı hal-hazırda Qanunun 8-ci maddəsinin şərtləri daxilində ona pensiya təyin edilməsini tələb edir. Qanunda isə birbaşa olaraq avtomatlaşdırılmış qaydada yasa görə əmək pensiyasının təyin edilməsi üçün 7-ci maddəyə uyqun olaraq qanunla müəyyən olunmuş yaş həddinə çatmaq tələb olunur. Bu səbəbdən də, iddiaçıya münasibətdə Qanunun həmin maddəsi tətbiq edilə bilməz. Əlavə olaraq, İddiaçı 1980-ci il tarixdən 1993-cü il tarixədək Ağdam rayonu, Qiyaslı kəndində “Dzerinski” adına üzümçülük sovxozunda fəhlə işlədiyini, Çəmənli kolxozunda 1994-cü il tarixdə 180 adam günü, 1995-ci il tarixdə 180 adam günü işlədiyini iddia etsə də, həmin dövrlərdə işləməsi ilə bağlı hər hansı sənəd təqdim edə bilməmişdir. Ümumilikdə, yuxarıda qeyd edilən qanunvericilik normaları və isin faktiki halları nəzərə alınmaqla qeyd edilməlidir ki, İddiaçı yasa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından ziddir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 22 yanvar 2021-ci il tarixli, **********9 nömrəli “Pensiya təyin edilməsinin mümkün olmaması haqqında” imtina məktubunun surətindən görünür ki, iddiaçının 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzindən daxil olmuş ərizəsinə və ona əlavə olunmuş sənədlərə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında baxılaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır, (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1 -dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 2020-ci ilin 1 iyul tarixindən qadınların pensiya yaşı 62 yaş müəyyən olunmuşdur. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun ümumi iş stajı 14 il 8 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda, 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabı sığorta hissəsində 371,43 manat məbləğində pensiya kapitalı qeydə alınmışdır. Həmçinin, 01.01.2006-cı il tarixədək olan sığorta stajına uyğun (14 il 8 ay) sığorta kapitalı 10872,40 manat olmaqla tələb olunan 28800 manat sığorta kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Belə ki, “pensiya kapitalının məbləğinin sözügedən Qanunun 45-ci maddəsinin birinci cümləsinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndinə uyğun olaraq müəyyən edilən gözlənilən pensiya ödənişi müddətinə-144 aya bölünməsi ilə alınan məbləğ “Əmək pensiyaları haqqında” Qanunun 6- 1.ci maddəsində nəzərdə tutulmuş əmək pensiyasının minimum məbləğindən (200,00 manatdan) aşağıdır. Qeyd olunanları nəzərə alaraq, ona yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün olmadığından yaşa görə sosial müavinətin təyin edilməsi üçün müvafiq xidmət nümayəndəliyinə müraciət etməyi tövsiyə olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait (17927,60 manat) ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 11 avqust 2021-ci il tarixli, **********6 nömrəli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” imtina məktubunun surətindən görünür ki, iddiaçının 1 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən daxil olmuş ərizəsi və ona əlavə olunmuş sənədlərə baxılaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyi 02.03.2018-ci il tarixində tərtib edilmiş ******* saylı əmək kitabçasına əsasən sığorta stajı14 il 9 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 413,77 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququndan istifadə etdiyi üçün ona bu Qanunun 22-1.1-ci maddəsinin tətbiqi ilə yaşa görə əmək pensiyasının təyin edilməsinə yol verilmir. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. İşdə olan Ağdam rayon İcra Hakimiyyəti başçısının Qiyaslı kənd İnzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 151, 15.03.2021-ci il tarixli arayışdan görünür ki, 1993-cü ilədək Ağdam rayonunun Qiyaslı kəndində yaşayan İddiaçı həqiqətən anadangəlmə sağlamlıq imkanları məhdud uşağı mərhum 14.03.1984-cü il təvəllüdlü X6 doğmuş və onu 9 yaşınadək tərbiyə etmişdir. 1993-cü ildə məlum hadisələrlə əlaqədar olaraq məcburi köçkün kimi Bakı şəhərində məskunlaşıb. İşdə olan 10.06.2021-ci il tarixli X15, X9 və X16 tərəfindən tərtib edilmiş aktdan görünür ki, həqiqətən qonşuları Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbə sakini xx.xx.1963-cü il təvəllüdlü İddiaçı 1993-cü ildən Ağdam rayonundan gəlib məcburi köçkün kimi Binəqədi rayonunda məskunlaşmış, sağlamlıq imkanları məhdud uşağı, yetkinlik yaşına çatandan sonra isə İ dərəcəli əlil 14.03.1984-cü il təvəllüdlü X7 1993-cü il tarixindən vəfat edən günədək, yəni 01.01.2017-ci il tarixinədək ona qulluq-tərbiyə etmişdir. İşdə olan 16.06.2021-ci il tarixli X14, X4 və X23 tərəfindən tərtib edilmiş aktdan görünür ki, həqiqətən 1993-cü ilədək Ağdam rayon Qiyaslı kəndində qonşuları olmuş xx.xx.1963-cü il təvəllüdlü İddiaçı 1993-cü il tarixinədək Ağdam rayon Qiyaslı kəndində yaşamış və anadangəlmə xəstə sağlamlıq imkanları məhdud uşaq kimi anadan olan 14.03.1984-cü il təvəllüdlü X7 14.03.1984-cü il tarixdən 1993-cü il tarixinədək ona qulluqtərbiyə etmişdir. İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3161/2015 saylı, 19.06.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, 14 mart 1984-cü il tarixdə Ağdam rayonunun Qiyaslı kəndində doğulmuş, Ağdam rayonunun Qiyaslı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mədən, korpus 75, ev 29-da məskunlaşmış X10 fəaliyyət qabiliyyəti olmayan sayılmışdır. X5 üzərində qəyyum təyin edilməsi Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. İşdə olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 142 nömrəli, 29 iyuul 2015-ci il tarixli “İddiaçı fəaliyyət qabiliyyətli olmayan oğlu X10 üzərində qəyyum təyin edilməsi barədə” sərəncamının surətindən görünür ki, ünvan 1 ünvanında yaşayan vətəndaş İddiaçı ərizə ilə Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edərək, qüsurlu olan oğlu X10 üzərində qəyyum təyin edilməsini xahiş etmişdir. 1984-cü il təvəllüdlü X2 Rayon Məhkəməsinin 19.06.2015-ci il tarixli, 2(001)-3161/2015 sayı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə, “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 3.9.6-cı, 6.8-ci bəndlərinə əsaslanaraq, ünvan 1 ünvanında yaşayan İddiaçı fəaliyyət qabiliyyətli olmayan oğlu X10 üzərində qəyyum təyin edilmişdir. İşdə olan notarial qaydada təsdiq edilmiş Х-ЖГ seriyalı, 431106 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 14.03.1984-cü il tarixdə Ağdam rayonunda anadan olmuşdur. Ata qrafasında X11, ana qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan 1 X26-Sosial Ekspert Komissiyası tərəfinədn verilmiş 29.08.2000-ci il tarixli müayinə aktından görünür ki, X10 əmək qabiliyyətsiz olması müəyyən edilmişdir.

İşdə olan 4 saylı Zona TSEK tərəfindən verilmiş TSE-0 seriyalı, 251200 nömrəli müayinə aktından çıxarışdan görünür ki, X7 29.08.2000-ci il tarixdən 01.09.2001-ci il tarixədək ilkin müayinəyə əsasən ikinci dərəcəli uşaqlıqdan əlillik təyin edilmişdir. İşdə olan 21 X26 Sosial Ekspert Komissiyası tərəfindən verilmiş AR seriyalı, 457390 nömrəli arayışdan görünür ki, X10 təkrar müayinə olunaraq, ona əlilliyin səbəbi uşaqlıqdan göstərilməklə, 19.03.2002-ci il tarixdən 01.04.2003-cü ilədək təkrar müayinəyə əsasən ikinci dərəcəli əlillik dərəcəsi təyin edilmişdir. İşdə olan 21 X26 Sosial Ekspert Komissiyası tərəfindən verilmiş AR seriyalı, 569631 nömrəli müayinə aktından çıxarışdan görünür ki, N.Məhərrəmova 01.04.2003-cü il tarixdən 011.05.2005-ci il tarixədək təkrar müayinəyə əsasən birinci qrup uşaqlıqdan əlillik təyn edilmişdir. İşdə olan 21 X26 Sosial Ekspert Komissiyası tərəfindən verilmiş AR seriyalı, 992886 nömrəli müayinə aktından çıxarışdan görünür ki, N.Məhərrəmova 20.06.2005-ci il tarixdən müddətsiz təkrar müayinəyə əsasən birinci qrup əlillik təyin edilmişdir. İşdə olan Binəqədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 12 iyun 2013-cü il tarixdə verilmiş vəsiqənin surətindən görünür ki, X10 əlillik səbəbi uşaqlıqdan 1ci qrup əlil olmuşdur. İşdə olan AZ-İ seriyalı 851786 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 01.01.2017-ci il tarixdə ölmüdür. İşdə olan iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, o, 02.03.2018ci il tarixdə Binəqədi rayon MKTB-nin təmizlik sahəsinə fəhlə qəbul ediliş, 28.12.2018-ci il tarixdə müqavilənin müddətinin bitməsi ilə əlaqədar işdən azad edilmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Yaşa görə əmək pensiyasının təyin edilməsindən t imtina haqqında” 11 avqust 2021-ci il tarixli, **********6 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq iddianın mahiyyətinə gəlincə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddia ərizəsindən və işin hallarından görünür ki, hazırki mübahisənin predmetini iddiaçıya 56.5 yaşdan, yəni hüququnun yarandığı 04.05.2020-ci il tarixədn sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ona ödənilməsi təşkil edir. İddia tələbinin hüquqi əsası kimi, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci, 8.2-ci və 21.2.4-cü maddələrinə istinad etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına əlavə edilir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçının mərhum oğlu X10 14.03.1984-cü il təvəllüdlü olmuşdur. Onun əlillik səbəbi “uşaqlıqdan” olsa da, onun sağlamlıq imkanlarının məhdudluğu uşaqlıqdan müəyyən edilməmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 4 saylı Zona TSEK-in 251200 nömrəli müayinə aktından çıxarışa əsasən N.Məhərrəmova 29.08.2000-ci il tarixdən 01.09.2001-ci il tarixədək ilkin müayinəyə əsasən əlillik səbəbi uşaqlıqdan ikinci qrup əlillik, 21 nömrəli TSEK-in 457390 nömrəli müayinə aktından çıxarışa əsasən N.Məhərrəmova 19.03.2002-ci il tarixdən 01.04.2003-cü il tarixədək təkrar müayinəyə əsasən əlillik səbəbi uşaqlıqdan ikinci qrup əlillik, 21 nömrəli Zona TSEK-in 569631 nömrəli müayinə aktından çıxarışa əsasən N.Məhərrəmova 01.04.2003-cü il tarixdən 01.05.2005-ci il tarixədək təkrar müayinəyə əsasən əlillik səbəbi uşaqlıqdan birinci qrup əlillik, 21 nömrəli Zona TSEK-in 992886 nömrəli müayinə aktından çıxarışa əsasən N.Məhərrəmova 20.06.2005-ci il tarixdən müddətsiz təkrar müayinəyə əsasən əlillik səbəbi uşaqlıqdan birinci qrup əlillik təyin edilmişdir. O, Binəqədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 12 iyun 2013-cü il tarixdə verilmiş vəsiqəyə əsasən, əlillik səbəbi uşaqlıqdan olmaqlq 1-ci qrup əlil olmuşdur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun Maddə 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X1: Bənd 1.1. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Bənd 2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.1.4. strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək; Bənd 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır: 3.1.2. müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək; 3.1.3. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək; 3.2.5. tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin: 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbisosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbisosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Məhkəmə qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun, “Dövlət Tibbi- Sosial Ekspertiza və X1”, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə və “Əlilliyin qiymətləndirilməsi” Qaydasının yuxarıda qeyd edilmiş müddəalarının təhlilindən görünür ki, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. TSEK şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu yalnız bu barədə müvafiq qiymətləndirmə aparıldıqdan sonra müvafiq qərarın (inzibati aktın) çıxarılması ilə təyin edilə bilər. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu isə üç səbəbdən yaranan həyat fəaliyyətinin məhdudlaşması zamanı təyin oluna bilər - 1) anadangəlmə, 2) xəstəlikdən və ya 3) xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar. Sözügedən qiymətləndirmə də məhz klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda dəyərləndirilməsinə əsaslanmaqla anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurların həyat fəaliyyətinin məhdudlaşmasına gətirib çıxarıb-çıxarmadığını müəyyən etməyə yönəlir. Odur ki, şəxsdə hər hansı anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurların mövcudluğu özü-özlüyündə hələ həmin şəxsin dərhal əlil uşaq sayılması nəticəsini doğurmur. Belə bir nəticənin yaranması üçün əlavə olaraq həmin əqli və fiziki qüsurlar həm də şəxsin həyat fəaliyyətinin məhdudlaşmasına gətirib çıxarmalıdır. Həyat fəaliyyətinin məhdudlaşması halının yaranıb-yaranmadığına isə yalnız klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsi aparıldıqdan sonra müvafiq səlahiyyətli orqan tərəfindən qərar verilə bilər. Çünki belə qiymətdəndirmə zamanı şəxsin fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, sağlamlıq vəziyyəti və sosial uyğunlaşma dərəcəsi müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar əsasında obyektiv dəyərləndirilir, xüsusən də xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. Hazırki işdən görünür ki, iddiaçının 14.03.1984-cü il təvəllüdlü mərhum oğlunun əlilliyi ilk dəfə 29.08.2000-ci il tarixdə, yəni 16 yaşından sonra, yəni sağlamlıq imkanlarının məhdudluğu səlahiyyətli orqanın qərarı əsasında anadangəlmə və yaxud uşaqlıqdan deyil, 16 yaşından sonra müəyyən edilmişdir. Göründüyü kimi, belə olan halda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsi (sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır) və 21.2.4-cü maddəsi ( müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına əlavə edilir) iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməmlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar