Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5021/2023 19.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı İddiaçı Cavabdeh MMC-nin nümayəndəsi X1, Üçüncü şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyəti bank olmayan kredit təşkilatının nümayəndədi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “kredit müqaviləsi üzrə restrukturizasiya tətbiq edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın tətbiq edərək xx.xx.2014-cü il tarixdə 390-19-xx.xx.2014-338 saylı kredit müqaviləsi üzrə restrukturizasiya tətbiq edilməsi öhdəliyinin "xxxx" QSC problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini həyata keçirən Cavabdeh MMC-nin üzərinə qoyulması tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2014-cü il tarixdə 390-19-xx.xx.2014- 338 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC-nin Qaradağ filialı tərəfindən 36 ay müddətinə illik 22% ödəmək şərti ilə 8.000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi zamin X4 ilə bank arasında xx.xx.2014-cü il tarixdə 390-xx.xx.2014-338 saylı zaminlik müqaviləsi bağlanmışdır. "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ "xxxx" QSC-yə keçmişdir. İddiaçı kredit üzrə müəyyən məbləğdə ödənişlər etsə də, sonradan maddi imkansızlıq səbəbindən ödənişlərdə gecikmələr olmuşdur. "xxxx" QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan Cavabdeh MMC tərəfindən xx.xx.2019-cu il tarixdə ona və zamin X2 qarşı «əsas borcun və faizin qaytarılması» tələbinə dair iddia ərizəsi ilə Qaradağ rayon Məhkəməsinə müraciət etmiş, Qaradağ rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(002)-1824/2019 saylı mülki iş üzrə borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanının təsir dairəsinə düşdüyündən Fərmanda göstərilən məsələlər öz həllini tapanadək Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(002)-824/2019 saylı qərardadı ilə mülki işin icraatı dayandırılmışdır. Bundan başqa "xxxx" QSC onun adından çıxış edən törəmə müəssisəsi olan Cavabdeh MMC xx.xx.2019-cu il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(002)- 824/2019 saylı qərardadının ləğv edilməsi və mülki iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-35/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-35/2021 saylı qətnaməsi ilə iddiaçının iddia tələbi təmin edilmişdir. İddiaçının apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)- 6726/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(002)-35/2021 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İddiaçının kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 fevral 2022-ci il tarixli 2(102)-423/2022 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 07 iyul 1 21-ci il tarixli, 2(103)-6726/2021 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı "xxxx" QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan Cavabdeh MMC-nin ona və zamin X2 qarşı «əsas borcun və faizin qaytarılması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Qaradağ Rayon Məhkəməsi tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərin əsilləri Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. İddiaçının kredit borcum Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanının təsir dairəsinə düşmüşdür. Bu müddət ərzində iddiaçı xx.xx.2019-cu il tarixdən dəfələrlə banka restrukturizasiya müqaviləsinin bağlanması üçün müraciətlər etmişdir. Çoxsaylı müraciətlərdən sonra ərizəni qəbul edərək baxılmış və ona restrukturizasiya tətbiq edilməsinin mümkün olduğu bildirilmişdir. Bununla bağlı iddiaçını dəvət etmişlər və heç bir əsas olmadan çox ağır şərtlər irəli sürmüşlər. Ona restrukturizasiya tətbiq edilməsi üçün bir nəfər zamin olmasını, əlavə olaraq 800 manat pul ödəməli olduğunu bildirmişlər. O bu halların Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı tədbirlər haqqında” fərmanda nəzərdə tutulmağını bildirmişdir. Onun haqlı iradına məhəl qoyulmayaraq onunla restrukturizasiya müqaviləsi bağlamaqdan imtina etmişdir. Bu barədə ona rəsmi olaraq xx.xx.2022-ci il tarixli məktubla bildirilər ki, o, müqavilə şərtləri ilə razılaşmadığına görə yeni müqavilə bağlanmamışdır. Həmin vaxtı kredit müqaviləsi üzrə iddiaçı təşkilatın iddia tələbi Qaradağ Rayon məhkəməsində baxıldığından o məhkəmənin nəticəsini gözlədiyi üçün inzibati məhkəməyə müraciət etməmişdir.
3. Üçüncü şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyəti bank olmayan kredit təşkilatı iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası İnzibati İcraat haqqında qanunun 2-ci maddəsində inizbati orqan anlayışı və onun əhatə dairəsi təsbit edilmişdir. Azərbaycan Respublikası İnzibati İcraat haqqında qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs hedab edilir. Qüvvədə olan qanunvericilikdən də müəyyən olunur ki, İddiaçı iddia tələbi cavabdehlər "xxxx" QSC və Cavabdeh MMC inzibati orqan olmadığı üçün Bakı İnzibati Məhkəməsində baxıla bilməz. Yuxarıda qeyd olunanlara əsasən cavabdeh İddiaçı Aqrarkredit” QSC və Cavabdeh MMCyə qarşı ““kredit müqaviləsi üzrə restrukturizasiya tətbiq edilməsi” barədə iddia tələbini məhkəmə aidiyyətinə əsasən geri qaytarılması barədə qərar qəbul etməsini xahiş etmişdir.
4. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi.
5. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi.
6. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, Cavabdeh MMC və "xxxx" QSC inzibati orqan olmadığı üçün hazırki mübahisəyə inzibati məhkəmədə baxıla bilməz. II. İddianın mümkünlüyü
7. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. 17.Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
8. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda "xxxx" QSC və Cavabdeh MMC inzibati orqan kimi müəyyən olunmur.
9. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir. Belə ki, hazırkı mübahisə inzibati orqan olmayan hüquqi şəxslə iddiaçı arasında arasındakı mülki münasibətlərindən irəli gəlir.
10. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. Odur ki, iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, iddiaçı ona maddi və mənəvi zərər vurulduğunu hesab etdiyi təqdirdə, mülki məhkəmə icraatı qaydasında iddia qaldıra bilər.
11. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
12. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva