Məhkəmə qərarları › İş №2-1(112)-5023/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5023/2024

14.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5023/2024 14.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçı X3, cavabdeh Dövlət Sosial X9 Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, iddiaçı X3 cavabdeh Dövlət Sosial X9 Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdeh Dövlət Sosial X9 Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 2023cü ilin sentyabr ayından əvvəlki pensiya ödənişinin bərpa edilməsi, icazəsi olmadan pensiyasından tutulmuş pul vəsaitinin geri qaytarılması və fərdi şəxsi hesabında toplanmış 18705,04 manat pul vəsaitinin əmək pensiyasının hesablanmasında nəzərə alınması öhdəliyinin cavabdeh Dövlət Sosial X9 Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi və hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1960-cı ildə anadan olmaqla, Bakı şəhəri, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsi, 11 В saylı evdə qeydiyyatdadır. 1979-1981-ci İlərdə keçmiş SSRİ dövründə Sovet ordusu sıralarında Əfqanıstan Demokratik Respublikasında həqiqi hərbi xidmətdə olmuş, hərbi xidmət dövründə yaralanmışdır, müharibə veteranıdır. xx.xx.1983-cü ildən xx.xx.1988-ci ilədək Rusiya Federasiyasının Tuva X1 İşlər Nazirliyinin tərkibində polis nəfəri kimi qulluq etmişmişdir. xx.xx.1988-xx.xx.1992-ci illər dövründə keçmiş SSRİ Daxili İşlər Nazirliyinin Xabarovski şəhərində yerləşən Ali Milis Məktəbinin hüquqşünaslıq fakültəsində əyani təhsil almış, xx.xx.1992-xx.xx.1993-cü illər dövründə Tuva Avtonom Respublikasının Kızıl şəhəri üzrə Polis İdarəsində müstəntiq vəzifəsində çalışmışdır. İddiaçı Respublika Hərbi Prokurorluğunda işə qəbul olunmaqla bərabər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmri ilə zabit heyətinə hərbi qulluğa qəbul olumuşdur. xx.xx.1993 - xx.xx.1995ci illər dövründə döyüş bölgəsində yerləşən Füzuli hərbi prokurorluğunda müstəntiq vəzisəsində xidmət göstərməyə başlamışdır. Həmin dövrdə hərbi prokurorluğun əməkdaşları Azərbaycan Respublikası Müdafiə - Nazirliyinin təminatında olmaqla, xidməti döyüş bölgəsi hesab edilirdi. Ona görə 1 ay qulluğu 3 ay kimi iş stajına hesablanırdı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 saylı Qərarı). Birinci dəfə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(001)- 2963/2008 saylı qətnaməsi ilə pensiya məbləğinin düzgün hesablanması və vurulmuş maddi ziyanın ödənilməsi barədə iddiam təmin edilərək, 09 avqust 1993-cü ildən 19 avqust 1994-cü il tarixədk hərbi prokurorluq orqanlarında xidmətim döyüş bölgəsində xidmət dövrünə aid edilməklə xidmət müddətinin bir ayı 3 ay kimi hesablanması qət edilmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2008-ci ildə icra olunması üçün DSMF-in Binəqədi rayon Şöbəsinə göndərilmişdir. xx.xx.1995-xx.xx.1997-ci illər dövründə Bakı hərbi prokurorluğunda müstəntiq vəzifəsində çalışmışdır. Bu illər isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 saylı qərarı və Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1993-cü il tarixli 191 saylı əmrinə əsasən xidmət müddətinin 1 ayı 2 ay kimi hesablanırdı. Hərbi xidmət dövründə döyüş bölgəsində fəaliyyət göstərdiyinə görə, həmin dövrdə ağır dərəcədə xəstələnərək İİ qrup əlil olmuşdur. Bu əsasla Müdafiə Nazirliyinin müvafiq əmri ilə hərbi xidmətdən kənarlaşdırılmışdır. 09 mart 1997-ci ildən 17 may 1999-cu ilədək Yardımlı rayon prokurorunun böyük köməkçisi, 17 may 1999-cu ildən 26 may 2000-ci ilədək Füzuli rayon Prokurorluğunun müstəntiqi, 26 may 2000-ci ildən 16 iyul 2001-ci ilədək olan müddətdə isə sərəncamda olmuşdur. xx.xx.2001-ci ildə Əmək Məcəlləsinin 70-ci maddəsinin “B” bəndinə əsasən prokurorluq orqanlarında işdən azad edilmişdir. İddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğu tərəfindən əmək fəaliyyəti yenidən hesablanaraq 26 il 03 ay 21 gün təşkil etmişdir. AR Müdafiə nazirliyinin xx.xx.2023-cü il tarixli məktubundan da müəyyən olunur ki, xidmət illərinin yenidən hesablanması barədə aparılmış araşdırmanın nəticəsinə uyğun olaraq iddiaçının xidmət illəri- təqvimlə 15 il 04 ay 23 gün, xidmət illərinə güzəştli qaydada əlavə olunan müddət 10 il 10 ay 28 gün, ümumi xidmət illəri isə 26 il 03 ay 21 gün təşkil edir. İddiaçı iş stajının dəqiq hesablanması və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim etmək üçün arayışın verilməsi barədə Azərbaycan Respublikası Hərbi Prokurorluğuna məktubla müraciət etmişdir. Lakin bu arayışı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsas kimi qəbul etməkdən imtina etmişdir. Bu barədə Azərbaycan Respublikasının Hərbi Prokurorluğu xx.xx.2023-cü il tarixli məktubla xx.xx.2023-cü il tarixli arayışı iddiaçıya göndərmişdir. Bundan sonra, xx.xx.2011-ci ildən Binəqədi qəsəbə bələdiyyəsinin hüquqşünası, xx.xx.2015-ci ildən hüquq sektorunun müdiri kimi 01,03.2021-ci il tarixədk əmək fəaliyyəti ilə məşğul olmuşdur. İkinci dəfə Bakı İnzibati Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(81)- 4255/2015 saylı qərarı ilə pensiyanın yenidən hesablanması və pensiya fərqinin ödənilməsi barədə iddiam təmin edilərək, prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinəti və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım nəzərə alınmaqla pensiya məbləğinin xx.xx.2006-cı ildən yenidən hesablanaraq ödənilməmiş fərqin birdəfəlik ödənilməsi vəzifəsinin DSMF-nin Binəqədi rayon Şöbəsinə həvalə edilməsi qət edilmiş, qərar qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün DSMF-nin Binəqədi rayon Şöbəsinə göndərilmişdir. Üçüncü dəfə Bakı İnzibati Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)- 6497/2017 saylı qərarı ilə pensiyanın yenidən hesablanması və pensiya fərqinin ödənilməsi barədə iddiam təmin edilərək, pensiyamın hesablanması zamanı prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının və hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən mükafatın nəzər alınmaqla pensiyasının xx.xx.2006-cı il tarixdən yenidən hesablanması və yaranmış məbləğ fərqinin ödənilməsi öhdəliyinin DSMF-in Binəqədi rayon Şöbəsinə həvalə edilməsi qət edilmiş, qərar qanuni qüvvəsini aldıqdan sonra 18.01,2018-ci ildə icra olunması üçün DSMF-nin Binəqədi rayon Şöbəsinə göndərilmişdir. Beləliklə mülkü prokurorluqdan da iddiaçının 4 il 6 ay 6 gün iş stajı yaranmışdır. Ona görə də onun ümumi iş stajı 30 il 9 ay 27 gün təşkil edir. Bu səbəbdən də onun pensiya orta aylıq əmək haqqının 60%-i ilə deyil, 80%-i ilə hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir Cavabdeh Dövlət Sosial X9 Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə imtina məktubunda göstərilənlər qeyd olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, iddiaçıya əmək pensiyasının təyin olunmasında yol verilmiş, qanunauyğun olmayan hallarla bağlı cavabdeh tərəfindən inzibati icraata başlanılmışdır. Həmin icraat çərçivəsində “İnzibati icraat haqqında" Azərbaycan Respublikası qanununun tələblərinə uyğun qaydada iddiaçının mülahizəsinin dinlənilməsi üçün ona məktub ünvanlanmış, xx.xx.2023-cü il tarixində iddiaçı Mərkəzi Filiala gəlmiş, aidiyyəti vəzifəli şəxslər tərəfindən qəbul edilərək, ona pensiyasının qanunazidd hesablanması, bununla əlaqədar artıq ödənilmiş vəsaitin büdcəyə bərpası ilə bağlı ətraflı məlumat verilmiş, əlecə də onun mülahizələri dinlənilmişdir. Yekun olaraq Mərkəzi Filial tərfindən iddiaçıya dair əmək pensiyasının yenidən hesablanmasına dair xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Göründüyü kimi inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunmuş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi sonuncu ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X9 Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıdan tutulmuş 1315,72 manat pul vəsaitinin geri qaytarılması, onun Füzuli hərbi prokurorluğunda xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci ilə kimi xidmət müddətinin 1 gün 3 gün kimi və Bakı Hərbi prokurorluğunda xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci ilə kimi xidmət müddətinin 1 gün 2 gün kimi müəyyən edilməklə iş stajına əlavə edilməsi və pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi” kimi icraata qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, hazırkı iddia İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçı dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. -AT-İİ №4411285 nömrə əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1979xx.xx.1981-ci illərdə SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuş; xx.xx.1983-xx.xx.1993-cü il tarixlərdə RSFSR Tuva MSSR daxili işlər orqanlarında milis nəfəri işləmiş, X11 Məktəbində ali təhsil almış və RSFSR Tuva MSSR DİN-in Kızıl şəhər polis idarəsində müstəntiq vəzifəsində çalışmış; xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikası hərbi prokurorluq orqanlarına işə qəbul olunmuş və Füzuli qarnizon hərbi prokurorluğuna müstəntiq təyin edilmiş, xx.xx.1995-ci il tarixdə Bakı qarnizonu hərbi prokurorluğunun müstəntiqi vəzifəsinə təyin edilmiş, xx.xx.1997-ci il tarixdə Yardımlı rayon prokurorunun böyük köməkçisi vəzifəsinə təyin edilmiş, xx.xx.1999-cu il tarixdə Füzuli rayon prokurorluğunun müstəntiqi vəzifəsinə təyin edilmiş, xx.xx.2000-ci il tarixdə vəzifəsindən azad edilmiş, xx.xx.2001-ci il tarixdə prokurorluq orqanlarından xaric edilmiş; xx.xx.2011-ci il tarixdə Binəqədi qəsəbə Bələdiyyəsinin hüquqşünası vəzifəsinə təyin edilmiş, xx.xx.2015-ci il tarixdə Hüquq sektorunun müdiri vəzifəsinə təyin edilmiş və xx.xx.2021-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. -Binəqədi Rayon Məhkəməsinin 2(001)-2963/2008 nömrəli, 20 noyabr 2008-ci il tarixli qətnaməsi ilə İddiaçı 09 avqust 1993-cü il tarixdən 19 avqust 1994-cü ilə kimi hərbi prokurorluq orqanlarında xidməti, onun döyüş bölgəsində xidmət dövrünə aid edilməklə, xidmət müddətinin bır ayının üç ay kimi hesablanması qət edilmişdir. -Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 4255/2015 nömrəli qərarı ilə İddiaçı Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dələ iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinəti və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım nəzərə alınmaqla pensiya məbləğinin xx.xx.2006-cı il tarixdən yenidən hesablanaraq, ödənilməmiş fərq birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət X7 Binəqədi Rayon Şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. - Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən verilmiş 04 oktyabr 2023-cü il tarixli, 2-2-10/4/2-1206/2023 nömrəli arayışdan görünür ki, iddiaçı xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilədək Füzuli qarnizonu hərbi prokurorluğunun müstəntiqi; xx.xx.1995-ci ildən xx.xx.1997-ci ilədək Bakı qarnizonu hərbi prokurorluğunun müstəntiqi; xx.xx.1997-ci ildən xx.xx.1999-cu ilədək Yardımlı rayon prokurorunun böyük köməkçisi; xx.xx.1999-cu ildən xx.xx.2000-ci ilədək Füzuli rayon prokurorluğunun müstəntiqi; xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilədək Sərəncamda olmuşdur. İddiaçı Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.2000-ci il tarixli, 02/36-03/437-k nömrəli əmri ilə intizam məsuliyyətinə cəlb edilərək tutduğu vəzifədən azad olunmuş, xx.xx.2001-ci il tarixli 03/679 nömrəli əmrinə əsasən ştatların ixtisarı ilə əlaqədar xx.xx.2001-ci il tarixdən prokurorluq orqanlarından xaric edilmişdir. Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.1997-ci il tarixli 402 nömrəli əmri ilə ona İİ dərəcəli hüquqşünas xüsusi rütbəsi verilmiş və prokurorluq orqanlarından xaric edilərkən həmin rütbədən məhrum edilməmişdir. İddiaçı şəxsi işinə əsasən xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək o, Tuva Respublikasının DİN-nin Kızıl şəhər Polis Şöbəsinin müstəntiqi vəzifəsində çalışmışdır. -Binəqədi Rayon Məhkəməsi tərəfindən DSMF Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına ünvanlanmış 16 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı pensiya məbləğinin düzgün təyin edilməməsi və vurulmuş maddi ziyanın ödənilməsinə dair iddia ərizəsi üzrə işə Binəqədi rayon məhkəməsində 20 noyabr 2008-ci il tarixdə baxılaraq 2(001)-2963/2008 saylı qətnamə çıxarılmış, qətnamə ilə iddia təmin edilmiş, İddiaçı 09 avqust 1993-cü il tarixdən 19 avqust 1994-cü ilə kimi hərbi prokurorluq orqanında xidməti onun döyüş bölgəsində xidmət dövrünə aid edilməklə, xidmət müddətinin bir ayı üç ay kimi hesablanması qət edilmiş, qətnamədən apellyasiya şikayəti verilmədiyindən qətnamə qanuni qüvvəyə minmiş və 26 dekabr 2008-ci il tarixdə icra olunması üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə göndərilmişdir. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş 15 noyabr 2023cü il tarixli, 3-25-19/2-M-1083-33 nömrəli məktub ilə İddiaçı müraciətinə aşağıdakı formada cavab verilmişdir: “Xidmət illərinizin hesablanmasına tərəfimizdən yenidən baxılmış və nəticədə Sizin xidmət illəriniz: təqvimlə - 15 il 04 ay 23 gün, xidmət illərinə güzəştli qaydada əlavə olunan müddət - 10 il 10 ay 28 gün, ümumi xidmət illəri isə 26 il 03 ay 21 gün təşkil edir. Lakin Sizin “Bakı qarnizonu Hərbi Prokurorluğunun baş müstəntiqi” vəzifəsindən ehtiyata buraxılmağınızı nəzərə alaraq xidmət illərinizin yenidən hesablanması məqsədi ilə yenidən tərtib edilmiş “Hərbi qulluqçunun xidmət illərinin hesablanması vərəqi” və ZE-55176 nömrəli şəxsi işiniz tərəfimizdən aidiyyəti üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğuna göndərilmişdir. Bu səbəbdən də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarına müvafiq olaraq əmək pensiyanızın yenidən hesablanması üçün “Məlumat vərəqi”nin tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim olunması məqsədi ilə Sizə aidiyyəti üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğuna müraciət etməyiniz məsləhət görülür.” - Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən verilmiş 21 noyabr 2023-cü il tarixli, HP-10/85 nömrəli məktub ilə İddiaçı müraciətinə aşağıdakı formada cavab verilmişdir: “Verilir İddiaçı ondan ötrü ki, o, xx.xx.1979-xx.xx.1981-ci il tarixlərdə SSRİ Silahlı Qüvvələrində (xx.xx.1980-ci il-xx.xx.1981-ci il tarixlərdə SSRİ Silahlı Qüvvələri tərkibində Əfqanıstan Demokratik Respublikasında) müddətli həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1983-xx.xx.1993-cü il tarixlərdə RSFSR Tuva MSSR daxili işlər orqanlarında milis nəfəri işləmiş, X11 Məktəbində ali təhsil almış və RSFSR Tuva MSSR DİN-in Kızıl şəhər polis idarəsində müstəntiq vəzifəsində çalışmışdır. İddiaçı xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikası Hərbi Prokurorluğu orqanlarına qulluğa qəbul olunaraq xx.xx.1995-ci il tarixədək Füzuli qarnizonu hərbi prokurorluğunun müstəntiqi, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Bakı qarnizonu hərbi prokurorluğunun müstəntiqi vəzifələrində işləmişdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi üzrə verilmiş xx.xx.1994-cü il tarixli əmrlə hərbi xidmətə qəbul olunaraq ona ədliyyə baş leytenantı hərbi rütbəsi verilmiş, xx.xx.1997-ci il tarixli əmrlə isə xəstəliyə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidməti xx.xx.1979cu il tarixdən xx.xx.1981-ci il tarixə kimi 02 il 16 gün, RSFSR X11 Məktəbində kursant kimi xidməti, RSFSR Tuva MSSR daxili işlər orqanlarında milis nəfəri və RSFSR Tuva MSSR DİN-in Kızıl şəhər polis idarəsində müstəntiq kimi xidməti xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixə kimi 09 il 07 ay 19 gün, hərbi qulluqçu kimi hərbi prokurorluq orqanlarında xidməti xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixə kimi təqvimlə 03 il 08 ay 18 gün olmaqla ümumi hərbi xidməti 15 il 04 ay 23 gün təşkil edir. SSRİ Silahlı Qüvvələri tərkibində Əfqanıstan Demokratik Respublikasında müddətli hərbi xidməti xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixə kimi 1 (bir) ay hərbi xidmət müddəti 03 (üç) ay hərbi xidmət kimi güzəştlə 02 il 24 gün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 nömrəli qərarına, Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.1994-cü ii tarixli 215-L nömrəli və Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1993-cü il tarixli 191 nömrəli əmrinə əsasən xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixə kimi 1 (bir) ay hərbi xidmət müddəti 03 (üç) ay hərbi xidmət kimi güzəştlə 04 il 08 ay 12 gün, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixə kimi 1 (bir) ay hərbi xidmət müddəti 02 (iki) ay hərbi xidmət kimi güzəştlə 01 il 04 ay 12 gün, RSFSR X11 Məktəbində kursant kimi xidməti, RSFSR Tuva MSSR daxili işlər orqanlarında milis nəfəri və RSFSR Tuva MSSR DİN-in Kızıl şəhər polis idarəsində müstəntiq kimi xidməti xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixə kimi 1 (bir) ay hərbi xidmət müddəti ay yarım hərbi xidmət kimi güzəştlə 02 il 09 ay 10 gün olmaqla İddiaçı ümumilikdə güzəştlə hərbi xidmət illəri cəmi 26 il 03 ay 21 gün təşkil edir.” -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X9 Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 05 dekabr 2023-cü il tarixli məktubla aşağıdakilar bildirilmişdir: “Pensiya işinizə dair sənədlərdə sizə Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən 24 dekabr 2007-ci il tarixindən prokurorluq orqanlarının sabiq əməkdaşı kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edildiyi qeyd olunub. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Yuxarıda qeyd edilən Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar pensiya işiniz araşdırılaraq aylıq ödənişiniz yenidən hesablanıb. Nəticədə məlum olmuşdur ki, prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 yanvar 2014-cü il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşınız 1460,00 manat, qulluq illərinə görə əlavəniz 438,00 manat, rütbəyə görə əlavəniz 125,00 manat, digər növ əlavələriniz 1285,25 manat olmaqla orta aylıq əmək haqqınız 3308,25 manat məbləğində təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanız “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.8.3-cü maddəsinə əsasən 11 il 1 ay 15 gün qulluq illərinizə uyğun olaraq orta aylıq əmək haqqınızın (3308,25 manat) 60 faizi-1984,95 manat məbləğində hesablanıb. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində'' nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 11 il 1 ay 15 gün prokurorluq orqanlarında qulluq illərinizə görə əmək pensiyanızın hesablanılması üçün vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 36,94 faiz təşkil edir. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşınız 1610,00 manat, qulluq illərinə görə əlavəniz 483,00 manat, rütbəyə görə əlavəniz 125,00 manat, digər növ əlavələriniz 1410,88 manat olmaqla orta aylıq əmək haqqınız 3628,88 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınız (3308,25 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqınızın (3628,88 manat) arasındakı fərq məbləğinin (320,63 manat) 36,94 faizi- 118,44 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanızın (1984,95 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanız 2103,39 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2019xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabınıza hər ay 3233,41 manat məbləğində köçürülüb. Buna görə də sizə həmin dövr üzrə 40680,72 manat artıq pul vəsaiti ödənilib. Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2022-ci il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşınız 2120,00 manat, qulluq illərinə görə əlavəniz 636,00 manat, rütbəyə görə əlavəniz 125,00 manat, digər növ əlavələriniz 1838,00 manat olmaqla orta aylıq əmək haqqınız 4719,00 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 dekabr 2022-ci il tarixinədək vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınız (3628,88 manat) ilə 1 dekabr 2022-ci il tarixindən sonrakı orta aylıq əmək haqqınızın (4719,00 manat) arasındakı fərq məbləğinin (1090,12 manat) 36,94 faizi- 402,69 manat 1 dekabr 2022-ci il tarixinədək hesablanmış pensiyanızın (2103,39 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanız 2506,08 manat məbləğində hesablanmalı olduğu halda, 2022-ci ilin dekabr ayında sizə 3233,41 manat məbləğində ödənilib. Bu səbəbdən də həmin ay üzrə sizə 727,33 manat artıq pul vəsaiti ödənilib. “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyanız həmin tarixdən etibarən 2756,69 manat, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 3161,92 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən, sizə xx.xx.2023xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 31619,20 manat əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 37586,33 manat ödənilib. Bu səbəbdən də həmin dövr üzrə sizə 5967,13 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanlara əsasən, xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində 47375,18 (40680,72+727,33+5967,13) manat artıq pul vəsaiti ödənilib. Həmin vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyanızdan tutulmanın aparılması üçün yazılı razılığınızı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur. Əlavə olaraq bildiririk ki, maddi yardım üzrə 2022-ci il üçün sizə 1315,72 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 1315,72 manat pul vəsaitinin 747,11 manat hissəsi cari ilin sentyabr, oktyabr və noyabr aylarında hissə-hissə əmək pensiyanızdan çıxılaraq büdcəyə bərpa edilib. Maddi yardım üzrə qalıq artıqödəmə 568,61 manat təşkil edir.” - Dövlət Sosial X9 Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən təqdim olunmuş pensiya işində olan sənədlərdən görünür ki:

1. Hesablama cədvəlinə əsasən cavabdeh iddiaçının qulluq illərini 11 il 1 ay 15 gün (09 il 1 ay 15 gün + xx.xx.1999-xx.xx.2001) kimi müəyyən etmişdir.

2. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli arayışına əsasən Azərbaycan Respublikası Hərbi prokurorluğun sabiq əməkdaşı İddiaçı pensiya təyinatı zamanı onun xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixə kimi xidmət müddətinin 1 ayı 3 ay kimi, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixə kimi xidmət müddətinin 1 ayı 2 ay kimi hesablanır.

3. Azərbaycan Respublikası Hərbi prokurorunun kadr məsələləri üzrə böyük ədliyyə polkovniki tərəfindən verilmiş arayışa əsasən Azərbaycan Respublikası Hərbi prokurorluğunun sabiq əməkdaşı ədliyyə baş leytenantı X4 xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixə kimi Respublika Hərbi prokurorluğu orqanlarında xidmət etmişdir.

4. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli arayışa əsasən İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikası Hərbi prokurorluğu orqanlarında çalışmış, sonra isə xx.xx.2001ci il tarixədək Azərbaycan Respublikası prokurorluğu orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. İddiaçı Respublika Hərbi Prokurorluğu orqanlarındaki iş stajı Azərbaycan Respublikası prokurorluğu orqanlarındakı iş stajına daxil edilir.

5. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Dövlət Sosial X9 Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanlanmış 03 fevral 2023cü il tarixli məktubda bildirilmişdir ki, İddiaçı xx.xx.1983-xx.xx.1988-ci il tarixlərdə Rusiya Federasiya Tuva Respublikasının daxili işlər oqanlarında işlədiyi və xx.xx.1988xx.xx.1992-ci il tarixlərdə X11 Məktəbində təhsil aldığı müddətlər prokurorluqdaki iş stajı hesablanarkən nəzərə alınmamış, 1992-ci ilin avqust ayından 1993-cü ilin avqust ayına kimi RSFSR Tuva MSSR DİN-nin Kızıl şəhər polis idarəsində müstəntiq vəzifəsində işlədiyi müddət prokurorluqdakı iş stajına hesablanmışdır.

6. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17- 1/3-7-14483/2023 nömrəli qərarından görünür ki, iddiaçının hazırki pensiya məbləği 2.474,80 manat, yenidən hesablanmış pensiya məbləği isə 1.961,42 manat təşkil edir.

7. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli, 3-17- 1/3-7-4046/2024 nömrəli qərarından görünür ki, iddiaçının hazırki pensiya məbləği 3.516,06 manat, yenidən hesablanmış pensiya məbləği isə 2.506,08 manat təşkil edir. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçıya xx.xx.2007-ci il taxdən prokurorluq orqanlarının sabiq əməkdaşı kimi İİ dərəcə əlilliyə görə pensiya təyin olunmuş, ümumi qulluq illərinin 11 il 1 ay 15 gün olması əsası ilə orta aylıq əmək haqqının 60 % məbləğində pensiya hesablanmış, daha sonra sonra növbəti illərdə Prokurorluq orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması nəzərə alınmaqla ödənilən pensiya məbləği yenidən hesablanmışdır. Cavabdeh iddiaçıya xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındaki dövr ərzində 47.375,18 manat, maddi yardım üzrə 2022-ci il üçün 1.315,72 manat artıq pul vəsaitinin ödənildiyi qənaətinə gəlmiş və müvafiq artıqödəmə adı altında vəsaitlərin onun pensiya məbləğindən hissə-hissə çıxmışdır. İddiaçı hesab edir ki, cavabdeh onun qulluq illərini düzgün hesablamamış, onun Füzuli hərbi prokurorluğunda xidmətinin xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci ilə kimi xidmət müddətinin 1 gün 3 gün kimi və Bakı Hərbi prokurorluğunda xidmətinin xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci ilə kimi xidmət müddətinin 1 gün 2 gün kimi müəyyən edilməklə iş stajına əlavə etməmiş, əsassız olaraq ondan 1315.72 manat pul vəsaiti tutmuşdur. Məhkəmə iddiaçının irəli sürdüyü birinci tələbə münasibət bildirir. Belə ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanundan: -1.1. Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq (bundan sonra – "prokurorluqda qulluq keçmə" adlanacaq) prokurorluğun fəaliyyət istiqamətləri üzrə prokurorluq işçilərinin səlahiyyətlərini yerinə yetirmələri ilə əlaqədar həyata keçirdikləri dövlət qulluğunun xüsusi növüdür. -20.14. Pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. -20.15. Hərbi prokurorluq orqanlarının prokurorluq işçisi olan hərbi qulluqçularına bu Qanun və “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müqayisədə hərbi qulluqçular üçün Azərbaycan Respublikası qanunlarına əsasən müəyyən edilmiş daha əlverişli şərtlərlə pensiya, tibbi və başqa növ maddi və sosial təminatlar şamil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; -1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; -1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; -1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; -20.8-ci maddəsinə əsasən, Bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir (01 iyul 2017-ci il tarixədək olan redaksiya): 20.8.1. prokurorluq orqanlarında 5 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əmək haqqının 45 faizi miqdarında; 20.8.2. prokurorluq orqanlarında 5 ildən 10 ilə qədər qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.8.3. prokurorluq orqanlarında 10 ildən yuxan qulluq etmiş prokurorluq işçilərinə prokurorluq işçisi kimi aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. -22.4-cü maddəsinə əsasən, hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın: 1-ci hissəsinə əsasən, bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir; 2-ci hissəsinə əsasən, bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. Göründüyü kimi, pensiya qanunvericiliyi hərbi prokurorluq orqanlarının prokurorluq işçisi kimi pensiyaya çıxan hərbi qulluqçularının yaşa görə əmək pensiyasının məbləğini hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi, prokurorluq orqanlarının əməkdaşı kimi pensiyaya çıxan şəxslərin isə orta aylıq əməkhaqqından hesablanmasını nəzərdə tutur. Prokurorluq orqanlarında xidmət edən hərbi qulluqçular və mülki prokurorluq əməkdaşları hüquqi status baxımından fərqli tənzimlənir. Hərbi qulluqçu olan prokurorluq əməkdaşları Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edən şəxslər hesab edilir. Bu şəxslər həm də hərbi intizam qaydalarına tabedir və hərbi əmrlərin icrasına məcburdurlar. Mülki prokurorluq əməkdaşlarının hüquqi statusu isə Azərbaycan Respublikasının Əmək Məcəlləsi və “Prokurorluq haqqında” Qanunla müəyyən edilir. Onlar dövlət qulluğunun xüsusi növünə aid edilirlər, lakin hərbi xidmət vəzifələrinə malik deyillər. Qeyd olunmalıdır ki, hərbi qulluqçular prokurorluq orqanlarında həm hüquqmühafizə, həm də hərbi xidmət funksiyalarını icra edir, mülki əməkdaşlar isə sırf hüquqmühafizə sahəsində ixtisaslaşırlar. Məhkəmə qeyd edir ki, iddiaçıya pensiya təyin edilərkən onun Füzuli hərbi prokurorluğunda xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci ilə kimi və Bakı Hərbi prokurorluğunda xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci ilə kimi olan xidmət ili pensiya hesablanması zamanı nəzərə alınmamışdır. Həmin dövrləri əks etdirən məlumat vərəqəsinin mövcudluğu müəyyən olunmamış və buna dair hər hansı zərurətdə olmamışdır. Çünki, iddiaçı mülki prokurorluq əməkdaşı kimi əlilliyə görə əmək pensiyasına çıxmışdır. Yuxarıda göstərilən qanunvericiliyin tələblərində isə mülki prokurorluq əməkdaşı kimi pensiyaya çıxmış şəxsin hərbi prokurorluqda işlədiyi dövrün daxil edilməsi üçün zəruri şəkildə məlumat vərəqəsinin olması nəzərdə tutulmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, pensiya işində olan Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən verilmiş sənədlər və arayışlar sözügedən xidmət illərinin güzəştli formada daxil edilməsinə əsas verir. Belə ki, həmin sənədlərin kontekstindən aparılan qiymətləndirmə nəticəsində müəyyən olunur ki, iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixə kimi xidmət müddətinin 1 ayı 3 ay kimi, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixə kimi xidmət müddətinin 1 ayı 2 ay kimi hesablanır. Göründüyü kimi həm Baş Prokurorluq, həm də Hərbi Prokurorluq, iddiaçının xidmət illərinin güzəştli formada hesablanmalı olması ilə bağlı öz mövqelərini təqdim etmişdirlər. Hər iki qurumun bu məsələdə ifadə etdiyi hüquqi mövqe xüsusi əhəmiyyət daşıyır. Çünki bu qurumlar xidmət illərinin güzəştli hesablanması ilə bağlı müvafiq qanunvericiliyin tətbiqinə dair səlahiyyətli orqanlar hesab olunur ki, onların mövqeyi, məsələnin qanunvericiliyə uyğun həllində hüquqi əsas yaradır. O da nəzərə alınmalıdır ki, cavabdeh üçün preyudisial əhəmiyyət daşıyan Binəqədi Rayon Məhkəməsinin 20 noyabr 2008-ci il tarixli 2(001)-2963/2008 saylı qətnaməsi ilə İddiaçı 09 avqust 1993-cü il tarixdən 19 avqust 1994-cü ilə kimi hərbi prokurorluq orqanında xidməti onun döyüş bölgəsində xidmət dövrünə aid edilməklə, xidmət müddətinin bir ayı üç ay kimi hesablanması qət edilmiş, qətnamə qanuni qüvvəsini almış və 26 dekabr 2008-ci ildə icra olunması üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə göndərilmişdir. Göründüyü kimi, iddiaçının Füzuli hərbi prokurorluğundakı xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək xidmət dövrünün bir hissəsinin güzəştli şərtlərlə hesablanmasına dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Belə olan halda, xidmət müddətini həmin qurumdakı xx.xx.1995-ci ilə qədərki xidmət dövrünün də staja daxil edilməsindən imtina edilməsi əsassızdır. 27 aprel 2020-ci il tarixli 151 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Nazirlər Kabibetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli müvafiq qərarının 1ci hissəsinə yeni məzmunda yeddinci abzas əlavə edilmiş və müəyyən edilmişdir ki, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: - Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda hərbi xidmətə təyin olunma günündən. xx.xx.2006-cı il tarixə kimi qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” 23 sentyabr 1993-cü il tarixli Qanunun 68-ci maddəsinə əsasən müharibə illərində arxa cəbhədə iş müddəti pensiya almaq hüququ verən iş stajına ikiqat ölçüdə güzəştli şərtlə daxil edilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının Füzuli hərbi prokurorluğunda xidmətinin xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci ilə kimi xidmət müddətinin 1 gün 3 gün kimi və Bakı Hərbi prokurorluğunda xidmətinin xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci ilə kimi xidmət müddətinin 1 gün 2 gün kimi müəyyən edilməklə iş stajına əlavə edilməsi ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun müsbət mövqeyiləri olduğundan, həmin illər daxil edilməli və əmək pensiyasının yenidən hesablanması həyata keçirilməlidir. Məhkəmə iddiaçının ikinci tələbi üzrə aşağıdakiları bildirir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanuna əsasən: - 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; - 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur Həmin Qanunun 39.2-ci maddəsinə görə bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Qanunun qeyd edilən müddəalarından görünür ki, artıq ödənilmiş əmək pensiyası və ya əmək pensiyasına əlavə əmək pensiyaçısına hər ay ödənilən əmək pensiyası məbləğindən tutula bilər. Bunun üçün Qanun iki mühüm şərti müəyyən etmişdir 1.Tutulmanı həyata keçirən orqan əmək pensiyaçısına müraciət etməli, onun razılığını almalıdır. Razılığını aldığı təqdirdə inzibati orqan vəsaitin geri qaytarılması barədə qərar qəbul etməlidir.

2. Əmək pensiyaçısı tutulma barədə razılıq vermədiyi təqdirdə inzibati orqan tutulmanın həyata keçirilməsi üçün məhkəməyə müraciət etməlidir. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanun 39-cu maddəsi inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən edir. Qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsi zəruridir. Hazırkı halda iş materiallarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun qeyd edilən tələblərinə uyğun olaraq cavabdeh ödənilmiş hesab etdiyi pensiya məbləğinin geri qaytarılması ilə bağlı iddiaçının razılığı olmamış, eyni zamanda məhkəmə qərarının mövcudluğuna müəyyən olunmamışdır. Bundan başqa qeyd olunur ki, “İnzibati icraat haqqında” Qanunun: 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda sadalanan müddəalarından görünür ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada tənzimlənmişdir ki, yuxarıda adıçəkilən müddəaların tələbindən də görünür ki, qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıbqaldırılmaması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına nail olubsa və ya pensiya məbləğinin hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasına dair iddia uğurlu ola bilər. Lakin, işin faktiki hallarından göründüyü kimi, qeyd olunan halların hər hansı birinin mövcudluğuna cavabdeh tərəfindən istinad olunmamış, məhkəmə araşdırması zamanı da, müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən həyata keçirilmiş tutulmalar əsassız olmuşdur ki, bu səbəbdən də 1315.72 manat pul vəsaitinin geri qaytarılması cavabdeh tərəfindən həyata keçirilməlidir. Belə olan halda Məhkəmə hesab edir ki, hazırki iddia tələbi təmin edilməlidir. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X9 Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfikndən iddiaçıdan tutulmuş 1315.72 manat pul vəsaiti iddiaçıya geri qaytarılsın. İddiaçının Füzuli hərbi prokurorluğunda xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci ilə kimi xidmət müddətinin 1 gün 3 gün kimi və Bakı Hərbi prokurorluğunda xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci ilə kimi xidmət müddətinin 1 gün 2 gün kimi müəyyən edilməklə iş stajına əlavə edilməsi və İddiaçı pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X9 Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar