Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5025/2022 27.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, peşəsi vəkil) iştirakı ilə, iddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə qarşı “avtomobillə bağlı təkrar qeydiyyat hərəkətlərinin aparılması” barədə iddia tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı Bakı İnzibati Məhkəməsində cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə qarşı iddia qaldıraraq iddiaçının “Mercedes Benz 270 CDİ” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı gümüşü metallik rəngli, WDB2110161A024012 ban nömrəli, 2002-ci il buraxılışlı avtomobillə bağlı təkrar qeydiyyat hərəkətlərinin aparılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı mülkiyyətində olan “Mercedes Benz 270 CDİ” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı gümüşü metallik rəngli, WDB2110161A024012 ban nömrəli, 2002-ci il buraxılışlı avtomobilin təkrar qeydiyyatdan keçirilməsi ilə bağlı Cavabdehnə müraciət etmişdir.Cavabdeh Аzərbаycаn Rеspublikаsının Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi xx.xx.2021-ci il tarixli məktubu ilə təkrar qeydiyyat aparmaqdan imtina etmiş, imtinasını onuna əsaslandırmışdır ki, avtomobil İnterpol tərəfindən axtarışa verilmişdir.Həmin fakt ilə bağlı DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində araşdırma aparılmış, nəticədə xx.xx.2021-ci ildə “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir və cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır.Həmin avtomobil Çexiya Respublikasında dövlətlərlərarası axtarışa verilməsinə və İnterpol tərəfindən axtarış elan edilməsinə baxmayaraq mülkiyyət hüququ ilə bağlı mübahisə mövcud deyildir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə cavabdeh Аzərbаycаn Rеspublikаsının Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsindən iddiaya etirazın tələb edilməsinə baxmayaraq cavabdeh tərəfindən sərəncam icra edilməmiş, iddiaya dair etiraz təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cаvаbdеh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə cаvаbdеhin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin çıxışını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İddiaçı tərəfindən məhkəməyə sübut qismində xx.xx.2021-ci il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı” müqaviləsi, avtomobilin qeydiyyata alınması haqqında ərizə, nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamənin surəti, cavabdehin imtina məktubu, DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surəti,nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti təqdim edilmişdir. Eyni zamanda məhkəmənin verdiyi sorğulara cavab olaraq cavabdeh Аzərbаycаn Rеspublikаsının Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnterpolun Milli Mərkəzi Bürosunun xx.xx.2022-ci il tarixli məktubları məhkəməyə daxil olmuşdur. Məhkəmə təqdim edilmiş sənədlərdən və məhkəmənin verdiyi sorğulara cavablardan müəyyən etmişdir ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, “Mercedes Benz 270 CDİ” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı gümüşü metallik rəngli, WDB2110161A024012 ban nömrəli, 2002-ci il buraxılışlı avtomobil xx.xx.2020-ci ildə iddiaçının adına qeydiyyata alınaraq AD793169 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir.Qeyd edilən nəqliyyat vasitəsi xx.xx.2021-ci ildə İddiaçı tərəfindən X1 adlı şəxsə satılmışdır, qeyd edilən şəxs tərəfindən avtomobilin onun adına qeydiyyata alınması barədə ərizə ilə xx.xx.2021-ci ildə cavabdeh Аzərbаycаn Rеspublikаsının Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə müraciət edilmişdir, bundan sonra İddiaçı tərəfindən qeyd edilən avtoobilin təkrar qeydiyyatdan keçirilməsi barədə cavabdehə müraciət edilmiş, cavabdeh xx.xx.2021-ci il tarixli məktubu ilə imtina cavabı vermiş, imtinasını onunla əsaslandırmışdır ki, avtomobil dövlətlərarası axtarışda olan avtomobillər siyahısındadır. Odur ki, İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla aışda olan avtqadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlmobillər siyahısındadır, ıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Həmin Məcəllənin 181.4-cü maddəsinə əsasən mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən bu Əsasnamə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus olan bütün mexaniki nəqliyyat vasitələri və onların qoşqularının (bundan sonra "nəqliyyat vasitələri") dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması (bundan sonra "qeydiyyat") qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.2-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər (bundan sonra "nəqliyyat vasitələrinin mülkiyyətçiləri") onlara məxsus olan mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində qeydiyyatdan keçirməlidirlər. Həmin Əsasnamənin 1.3-cü bəndinə əsasən nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. Həmin Əsasnamənin 1.6-c bəndinə əsasən nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər:..nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini. Həmin Əsasnamənin 2.8-ci bəndinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılması üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlara bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə müvafiq olaraq aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və yığımların ödənilməsi barədə sənəd. Həmin Əsasnamənin 2.9-cu bəndinə əsasən nəqliyyat vasitələrinə sahiblik, nömrəli aqreqatların alınması və əldə edilməsinin qanuniliyi aşağıdakı sənədlərlə təsdiq edilir: ... nəqliyyat vasitəsinin mülkiyyətçisi və alıcı arasında yazılı şəkildə tərtib edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət X4-imtahan məntəqələrində təsdiq olunmuş alqı-satqı (Əsasnaməyə 1 nömrəli əlavə), yaxud dəyişmə (Əsasnaməyə 2 nömrəli əlavə) müqaviləsi; ...müvafiq qanunvericiliklə nəzərdə tutulmuş digər sənədlər. Həmin Əsasnamənin 4.1-ci bəndinə əsasən aşağıdakı hallarda nəqliyyat vasitələri təkrar qeydiyyata alınır: ...2) nəqliyyat vasitəsinin sahibi dəyişildikdə. Həmin Əsasnamənin 4.3-cü bəndinə əsasən nəqliyyat vasitəsinin sahibi dəyişdikdə təkrar qeydiyyat mülkiyyətçinin ərizəsi və bu Əsasnamənin 2.9-cu bəndində sadalanan müvafiq sənədlərdən birinin əsasında 2.8-ci bəndinə müvafiq qaydada aparılır. İşin faktiki hallarına əsasən İddiaçı “Mercedes Benz 270 CDİ” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı gümüşü metallik rəngli, WDB2110161A024012 ban nömrəli, 2002ci il buraxılışlı avtomobilin mülkiyyətçisi olmuşdur, alqı-satqı müqaviləsi əsasında başqa şəxsə satmış, lakin cavabdeh Аzərbаycаn Rеspublikаsının Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi avtomobillə bağlı təkrar qeydiyyat hərəkətlərinin aparılmasından imtina etmişdir. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi imtinasını avtomobilin İnterpol tərəfindən axtarışa verilməsi - avtomobilin beynəlxalq dövlətlərarası axtarışda olan avtmobillər siyahısında olması ilə əsaslandırmışdır. Lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnterpolun Milli Mərkəzi Bürosunun xx.xx.2022-ci il tarixli məktubundan göründüyü kimi “Mercedes Benz 270 CDİ” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı gümüşü metallik rəngli, WDB2110161A024012 ban nömrəli, 2002-ci il buraxılışlı avtomobilin beynəlxalq axtarışda olmasına dair İnterpolun müvafiq bazasında məlumat yoxdur. Eyni zaman məhkəmə onu da qeyd edir ki, DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən İddiaçı avtomobilin vicdanlı alıcısı olmuşdur, onun qeyd olunan avtomobilə nisbətən əməllərində oğurluq və digər cinayətlərin tərkibi mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddiası əsaslı olduğu üçün təmin edilməli, iddiaçının adına qeydə alınmış “Mercedes Benz 270 CDİ” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı gümüşü metallik rəngli, WDB2110161A024012 ban nömrəli, 2002ci il buraxılışlı avtomobillə bağlı təkrar qeydiyyat hərəkətlərinin aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı adına qeydə alınmış “Mercedes Benz 270 CDİ” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı gümüşü metallik rəngli, WDB 2110161A024012 ban nömrəli, 2002-ci il buraxılışlı avtomobillə bağlı təkrar qeydiyyat hərəkətlərinin aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin üzərinə qoyulsun. Qərаrdаn оnu аldıqdаn 30 gün müddətində Bаkı İnzibаti Məhkəməsi vаsitəsi ilə Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 1kim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-5025/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5025/2022
27.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver