Məhkəmə qərarları › İş №2-1(112)-5025/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5025/2023

17.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5025/2023 17.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, işləmir), cavabdehin nümayəndəsi X1 (Naxçıvan şəhərində qeydiyyatdadır, hüquq məsləhətçisi işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, 25 №li evin 27 №li mənzilinin iddiaçının adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti

1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, 25 №li evin 27 №li mənzilinin iddiaçının adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx.xx.1956-cı ildə Bakı şəhərində doğulmuşdur. Demək olar ki, doğulduğu gündən Bakı şəhəri, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi (əvvəlki Lenin prospekti), 25 saylı evin, yaşayış sahəsi 38,32 m2 olan 2 otaqlı 27 saylı mənzilində yaşayır, 1967-ci ildən həmin mənzildə qeydiyyatdadır. Yaşadığı bina əvvəllər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin balansında olmuşdur. İddiaçının atası X6 ARDNŞ-nin işçisi olmuşdur. Bu mənzil də şirkət tərəfindən növbəlik əsasında verilmişdir. Lakin mənzilə dair ilkin sənədlər itirilmişdir.İddiaçı atasının vəfatından sonra bir neçə dəfə mənzilə dair sənədlərin alınması və ya daimi kirayə müqaviləsinin bağlanması üçün müvafiq qurumlara müraciət etsə də heç bir nəticə əldə olunmamışdır. Nəhayət cari ildə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət etdikdən sonra, mənzilə dair Departament tərəfindən iddiaçının adına xx.xx.2022-ci il tarixli, 55 nömrəli daimi kirayə müqaviləsi bağlanılması barədə sərəncam verilmişdir. İddiaçının yaşadığı bina 152 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidməti dairəsində olduğundan, məhz bu MKİS ilə iddiaçı arasında mənzil kiravə müqaviləsi bağlanmışdır. Hal-hazırda mənzildə iddiaçı və qızı Türkan Həsənova yaşayır.Onun da mənzilin iddiaçının adına özəlləşdirilməsi ilə bağlı razılıq ərizəsi iddia ərizəsinə əlavə olunur. İddiaçı yaşadığı mənzilin adına özəlləşdirilməsi ilə bağlı sənədləri qanunla müəyyən edilmiş qaydada toplayaraq cavabdehə təqdim etsə də cavabdeh xx.xx.2022-ci il tarixli, **********86 saylı məktub ilə imtina cavabı vermişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq iddiaçının yaşadığı mənzilin adına özəlləşdirilməsinə dair müraciətinin təmin edilməsindən imtina olunmuşdur. İddiaçının həmin mənzildə mövcud qanunvericilikdən əvvəl qeydiyyatda olmağı və yaşamağı cavabdeh tərəfindən nəzərə alınmamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

2. Cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2019-cu il və xx.xx.2022-ci il tarixlərdə ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, 25 №li evin 27 №li mənzilinə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, mənzilə dair təqdim olunan Bakı şəhər İcra Hakimiyyətinin 55 saylı sərəncamı xx.xx.2022-ci il tarixdə verilmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********66 saylı, xx.xx.2019-cu il tarixli və **********86 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubları ünvanlanmışdır. Bundan başqa İdarənin mütəxəssisləri tərəfindən mənzilə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, göstərilən daşınmaz əmlakda rekonstruksiya işləri aparılmışdır Belə ki, qeyd olunan mənzilin daxilində mətbəx və eyvanın arakəsmə divarı sökülmüşdür. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

3. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur.

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 5.Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 6.Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 7.Hazırda iddiaçının cavabdeh publik hüquqi şəxsə iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.

8.İddaçı tərəfindən məhkəməyə təqdim edilmiş: Cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əsasən iddiaçının Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 25 №li evin 27 №li mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2022-ci il tarixli, ********** nömrəli təkrar müraciəti dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilmədiyi üçün təmin edilməmişdir; Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 55 nömrəli, xx.xx.2022-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, 25 №li evin yaşayış sahəsi 38,32 kv.metr olan 2 otaqlı 27 №li mənzilinə 2 nəfər ailə üzvü ilə (özü və qızı) İddiaçı adına daimi kirayə müqaviləsi bağlanılması və onun həmin mənzilin kirayəçisi hesab olunması barədə sərəncam verilmişdir; xx.xx.2022-ci il tarixli “Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin kirayəsi haqqında” müqaviləyə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, 25 №li evin yaşayış sahəsi 38,32 kv.metr olan 2 otaqlı 27 №li mənzilinə iddiaçı ilə müddətsiz kirayə müqaviləsi bağlanmışdır; Yaşayış yeri haqqında arayışa əsasən iddiaçı və qızı X8 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, 25 №li evin 27 №li mənzilində qeydiyyatdadır; X2 notariat qaydasında təsdiq edilmiş ərizəsinə əsasən o, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, 25 №li evin 27 №li mənzilinin iddiaçının adına özəlləşdirilməsinə etiraz etmir; Ölüm haqqında şəhadətnaməyə əsasən X6 xx.xx.1971-ci ildə vəfat etmişdir; Ölüm haqqında şəhadətnaməyə əsasən Butayeva Meyasa xx.xx.1979-cu ildə vəfat etmişdir; Ölüm haqqında şəhadətnaməyə əsasən X5 xx.xx.2022-ci ildə vəfat etmişdir; İddiaçının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır; Qaradağ rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi 150 saylı MKİS-nin 2245 nömrəli, xx.xx.2019-cu il tarixli arayışına əsasən İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, 25 №li evin 27 №li mənzilində qeydiyyatdadır və yaşayır, atası X6 neftçi kimi 1957-ci ildə order əsasında göstərilən ünvana ailəsi ilə birlikdə köçmüşdür, atası və anası vəfat etdikdən sonra mənzilin kirayəçisi İddiaçıdır. 9.Məhkəmə sorğusu əsasında təqdim edilmiş: Qaradağ rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi 150 saylı MKİS-nin 134 №li, xx.xx.2023-cü il tarixli məktubuna əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, 25 №li evin 27 №li mənzilində İddiaçı və X8 qeydiyatda olmaqla yaşayırlar, MKİS-də olan şəxsi hesab vərəqlərində qeyd olunan mənzil 1957-ci ildə X3 adına order əsasında verilmişdir, lakin həmin order idarədə yoxdur, belə ki, 1961-ci ilə qədər orderlər müəssisə tərəfindən bir nüsxədə sakinin özünə verilirdi.Bu mənzilin sahibi tərəfindən order itirilmişdir, verilən arayışlar isə MKİS-də mövcud olan şəxsi hesab vərəqi əsasında yazılır. SOCAR-ın xx.xx.2023-cü il tarixli məktubuna əsasən SOCAR-ın balansında olmuş, ünvan 1 ünvanında yerləşən yaşayış binası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 435s saylı Sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. Bu səbəbdən, həmin mənzil ilə bağlı SOCAR-da hər hansı sənəd mövcüd deyildir; Azərbaycan Respublikası DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023cü il tarixli məktubuna əsasən 1925-ci il təvəllüdlü X6 barəsində Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində məlumat yoxdur. H.Butayev Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilməmişdir.xx.xx.1956-cı il təvəllüdlü İddiaçı ilk dəfə Bakı şəhəri, Qaradağ Rayon Polis İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixdə ünvan 2 ünvanı üzrə sənədləşdirilərək AZE-01839952 nömrəli və xx.xx.2010-cu il tarixdə AZE-0******* nömrəli şəxsiyyət vəsiqələri ilə təmin edilmişdir.

İV. Məhkəmənin mövqeyi

10.Məhkəmə, iddiaçının, cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. 11.Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 29-cü maddənin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Konstitusiyasının 15-ci maddəsinə əsasən Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir. Azəbaycan Respublikaslının Konstitusiyasının 29-cu maddəsinin üçüncü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 13.«Аzərbаycаn Rеspublikаsındа mənzil fоndunun özəlləşdirilməsi hаqqındа» Аzərbаycаn Rеspublikаsının Qаnununun 1-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 2-ci mаddəsinə əsаsən, bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. Həmin Qanunun 3-cü maddəsinə əsasən mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır:mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması;mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması;yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması;özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qаnunun 8-ci mаddəsinə əsаsən, “Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir:mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi;mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.” «Аzərbаycаn Rеspublikаsındа mənzil fоndunun özəlləşdirilməsi hаqqındа» Аzərbаycаn Rеspublikаsının Qаnununun 9-cu mаddəsində göstərilmişdir ki, müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Vətəndaş saxta sənədlər, təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir.

13. İş mаtеriаllаrındаn göründüyü kimi, iddiаçının hazırda yaşadığı və onun adına özəlləşdirilməsini tələb etdiyi mənzil 1957-ci ildən iddiaçının atasının və ailəsinin istifadəsində olmuşdur, həmin mənzilin iddiaçının atası olmuş, 1971-ci ildə vəfat etmiş X4 işlədiyi təşkilatdan verilməsi barədə order mövcud olmuşdur. Vəfat etmiş X3 həmin mənzildə qeydiyyatda olan və 1957-cı ildən yaşayan, mənzildən istifadə etmək hüququ olan qızının– iddiaçının 2022-ci ildə etdiyi müraciət əsasında mənzil iddiaçıya daimi yaşayış üçün verilmiş və mənzilin kirayə müqaviləsinin onun adına bağlanması barədə qərar qəbul edilmişdir. 14.Məhkəmə hesab edir ki, hazırki mənzil iddiaçının atasının və ailəsinin, o cümlədən 1957-ci ildən iddiaçının qanuni istifadəsində olduğu, lakin iddiaçı bu günə qədər mənzili özəlləşdirmək hüququndan istifadə etmədiyi, eyni zamanda mənzil iddiaçının daimi istifadəsinə verildiyi üçün, mənzilin verildiyi X7 və onun arvadı Butayeva Meyasa, habelə digər qızı X5 vəfat etdikləri və mənzildə yalnız iddiaçı və iddiaçının qızı mənzilin istifadəçiləri kimi qaldıqları, iddiaçının qızının isə mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz etmədiyi üçün, məhz Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.1-ci “Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır” maddəsinin müddəalarına əsasən hazırda sahibliyində olan mənzili “Аzərbаycаn Rеspublikаsındа mənzil fоndunun özəlləşdirilməsi hаqqındа» Аzərbаycаn Rеspublikаsının Qаnununun tələblərinə əsasən özəlləşdirmək hüququ vardır. 15.«Dаşınmаz əmlаkın dövlət rеyеstri hаqqındа» Аzərbаycаn Rеspublikаsının Qаnununun 2.1.-ci mаddəsinə əsаsən, dаşınmаz əmlаkа mülkiyyət və digər əşyа hüquqlаrının dövlət qеydiyyаtı (bundаn sоnrа – hüquqlаrın dövlət qеydiyyаtı) Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsinə uyğun оlаrаq dаşınmаz əmlаkа hüquqlаrın əmələ, məhdudlаşdırılmаsının (yüklülüyünün) bаşqаsınа kеçməsinin və bu hüquqlаrа хitаm vеrilməsinin dövlət tərəfindən tаnınmаsı və təsdiq еdilməsi bаrədə hüquqi аktdır. 16.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı cavabdehin vəzifələrinə aiddir. 17.«İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 18.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 19.Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, 25 saylı evin 27 №li mənzilinin İddiaçı adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. 20.Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. 21.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, 25 saylı evin 27 №li mənzilinin İddiaçı adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar