Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5027/2020 06.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhdudiyyətin götürülməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 4/5, ev 32, 45 saylı mənzilin üzərinə qoyulan məhdudiyyətin götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hal-hazırda o, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 4/5 məhəllə, ev 32, 45 saylı mənzildə qeydiyyatındadır. Həmin mənzil xx.xx.2002-ci il tarixində X3nın adına "Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsində" xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 1193 saylı reyestr kitabının 179159 səhifəsində 30/21188 №li qeydiyyata alınmışdır. X3 xx.xx.2016-ci il tarixində vəfat etmişdir. O anasının qanun üzrə yeganə vərəsəsidir. Anasının ondan başqa qanun və ya vəsiyyət üzrə vərəsəsi olmamışdır. Faktiki olaraq sözügedən mənzil onun tərəfindən istifadə edilir. Anası vəfat etdikdən sonra həmin mənzil ilə bağlı bir sıra problemlər yaranmağa başlamışdır. Bu məsələ ilə əlaqədar cavabdehə ərizə ilə müraciət etdikdən və məsələyə baxıldıqdan sonra Suraxanı rayonu, Hövsan qəsəbəsi, 4/5 məhəllə, ev 32, 45 saylı mənzilinin üzərinə müvəqqəti məhdudiyyətin qoyulduğunun müəyyən edildiyi barədə cavab bildirilmişdir. Lakin ona həmin mənzilə müvəqqəti məhdudiyyətin hansı səbəbdən tətbiq olunduğu haqqında heç bir məlumat verilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilmiş, səlahiyyətli nümayəndəsi isə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Bakı şəhəri İcra Hakimiyyəti "Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin seriya ÖM № 129780 saylı, xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 4/5 məhəllə, 32 saylı evin 35,72 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 45 saylı mənzili X4 xüsusi mülkiyyətindədir. - Bakı şəhəri, 2 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZ-İ 812723 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2016-cı il tarixdə ölmüşdür. - İddiaçıya məxsus doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X1 və anası X5r. - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci ildə Bakı şəhərində doğulmuşdur. - Ədliyyə Nazirliyinin 4 saylı Bakı “Asan Xidmət” Mərkəzi Notariat ofisinin 958 №-li, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, xx.xx.2016-ci il tarixdə vəfat etmiş anası (atası), ünvan 1 ünvanında qeydiyyatda olmuş X4 adına V-66/2020 saylı vərəsəlik işi açılmışdır və İddiaçı tərəflərindən onun vərəsəsi kimi tanınır. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********24 №-li, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X6 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 4/5, 32 saylı evin, 45 saylı mənzilinin üzərində Azərbaycan Beynəlxalq Bankının müraciəti əsasında istintaq edilən cinayət işi üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 1/99m nömrəli, xx.xx.2015-ci il tarixli məxfi qrifli məktubuna (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx xxxx 2016-cı il tarixli, 001-13360-1216 saylı məktubuna əsasən qeyd edilən məktubun məxfilik qrifi ləğv edilmişdir) əsasən məhdudiyyət qeydə alınmışdır. - “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, SF-10873 №-li çıxarışından görünür ki, X4 adına aktiv kredit borcu və kredit mövcud deyildir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********25 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, xx.xx.2020-ci il tarixinə olan məlumata əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 4/5, 32 saylı evin, 45 saylı mənzilin üzərinə müvəqqəti məhdudiyyətin qoyulduğu müəyyən edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 4/5, ev 32, 45 saylı mənzil iddiaçının anasının xüsusi mülkiyyətində olmuş, iddiaçının anası xx.xx.2016-cı il tarixdə vəfat etmişdir və iddiaçı anasının vərəsəsidir. İddiaçı cavabdeh orqana vərəsəsi olduğu əmlakla bağlı mürasiət etmiş və cavabdeh mübahisəli əmlak üzərində müvəqqəti məhdudiyyət olduğunu bildirmişdir. Hazırda iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 4/5, ev 32, 45 saylı mənzilin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını istəyir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 138.2-ci maddəsinə əsasən hüququn yüklülüyü - qanun və əqd əsasında mülki hüquqların və ya tələblərin hər hansı formada məhdudlaşdırılmasıdır. - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun: - 14.3-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınması hüquq əldə edənin, əqdin tərəfinin və ya onların vəkil etdikləri şəxsin ərizəsi əsasında bir aydan artıq olmayan müddətə dayandırıla bilər. Ərizədə hüquqların dövlət qeydiyyatının dayandırılmasının səbəbləri göstərilməlidir. Belə ərizənin verilməsi hüquqların dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş müddətin axınını dayandırır. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 14.5-ci maddəsinə əsasən bu Qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Sadalanan maddi hüquq normalarının tələblərindən göründüyü kimi daşınmaz əmlak üzərində hüquqlar qanuna və əqdə əsasən məhdudlaşdırıla bilər və həmin məhdudlaşdırma daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 4/5, ev 32, 45 saylı mənzilinə dair hüquqlar qanunvericiliyin tələblərinə uyğun olaraq məhdudlaşdırılmamışdır. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normaların işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan onunla əlaqədar hər hansı bir mübahisə olmayan daşınmaz əmlakla bağlı hüquqların dövlət qeydiyyatının aparılmasına məhdudiyyətin (qadağanın) götürülməməsi ilə hazırki məsələnin həllindən yayınmışdır. Halbuki, yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmunundan da belə nəticəyə gəlmək olur ki, daşınmaz əmlakın üzərinə mülkiyyət hüquqlarının qeydiyyatı ilə əlaqədar məhdudiyyət həmin əmlakın cari durumda mübahisə predmetini təşkil etdiyi halda qoyula və həmin məhdudiyyət saxlanıla bilər. Başqa sözlə, daşınmaz əmlak üzərində qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə olduğu halda qoyulan məhdudiyyət həmin məhdudiyyətin tətbiq edilməsinə əsas olan hallar aradan qalxdıqdan sonra məhdudiyyəti tətbiq etmiş orqan tərəfindən də dərhal götürülməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 4/5, ev 32, 45 saylı mənzilin üzərinə qoyulan məhdudiyyətin götürülməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məhəllə 4/5, ev 32, 45 saylı mənzilin üzərinə qoyulan məhdudiyyətin götürülməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-5027/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5027/2020
06.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver