Məhkəmə qərarları › İş №2-1(112)-503/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-503/2024

16.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-503/2024 16.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X1rşı “ödənilməmiş pensiya məbləğinin (pensiya fərqinin) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ.

1. İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X1rşı ı “2007-ci ilin mart ayından başlayaraq 2022-ci ilin sentyabr ayına qədər olan dövrdə ödənilməli olan, lakin ödənilməmiş 157157 manat məbləğində pensiya məbləğinin (pensiya fərqinin) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 287305 manat pul vəsaitinin birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1947-ci ildə Azərbaycanın Respublikası Şuşa şəhərində doğulmuşdur. O, xx.xx.1962-ci ildən əmək fəaliyyətinə başlamış və xx.xx.1974-cü ildən işə Prokurorluq orqanlarında işləməyə başlamış, xx.xx.2007-ci il tarixindən isə İdarə Prokuroru vəzifəsində işləməklə əmək pensiyasına çıxmışdır. İddiaçı 33 il müddətində Azərbaycan Respublikası Baş Prokurorluğunda müxtəlif məsul vəzifələrdə işləmişdir. Onun pensiyası 2007-ci ilin mart ayından 2003 manat, həmin tarixdən 2018-ci ilin 10 sentyabrınadək 2224 manat, sonuncu tarixdən xx.xx.2019-cu ilədək 2224 manat və həmin tarixdən indiyədək isə 2500 manat hesablanıb. Amma əslində isə pensiya məbləği 3000 manat təşkil etməlidir və həmin məbləğdən ötən illər ərzində ona ödənilmiş pensiya məbləğlərinin fərqi ödənilməlidir. 2007-ci ilin mart ayından 2018-ci ilin sentyabrınadək olan dövrdəki pensiya məbləğinin fərqi 3000 - 2003 = 997 man x 138 ay = 137.586 man; 2018-ci ilin sentyabrından xx.xx.2019-cu ilədək olan dövrdəki fərq: 3000 - 2224 = 776 x 4 ay = 3104 manat, 2019-cu ilin yanvar ayından 2022ci ilin sentyabr ayınadək olan dövrdəki pensiya məbləğinin fərq məbləği: 3000 - 2500 = 499 man x (24 ay + 9 ay) = 16.467 manat. Bu fərq məbləğlərinin cəmi isə 137.586 + 3104 + 16.467 = 157.157 manat təşkil edir. həmin 157.157 manat pul ödənilməmiş pensiyanın fərq məbləğidir və həmin pul iddiaçıya ödənilməlidir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsindəki tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun maddi-texniki təminat şöbəsinin məsul işçiləri tərəfindən imzalanan 23 fevral 2022-ci il tarixli, 20/195 saylı arayışdan görünür ki, xx.xx.2001-ci il tarixli “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 20.8 və 20.9-cu maddəsinə uyğun olaraq prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən ildə bir dəfə 2 aylıq, müalicə olunmaları ilə əlaqədar isə ildə 1 dəfə 2 aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir.Həmin Qanunun 20.8 və 20.9-cu maddələrində nəzərdə tutulmuş müavinətlərindən Dövlət Sosial Müdafiə Fondunun ayırmaları yalnız 2007-ci ildə məzuniyyət üçün, 2010-cu ildə müalicə üçün müavinət sosial müdafiə ayırmalarına cəlb olunan ödənişlərə daxil edilmişdir.Cavabdeh həmin Qanunun tələblərinə əməl etməmişdir.Belə ki, aylıq əmək haqqı 1155,00 manat olduğundan 17 il ərzində (2007-2023-cü illər) məzuniyyət üçün 39100 manat, müalicə üçün 17 il ərzində 39100 manat, ümumilikdə 78200 manat pensiya kartına köçürülməmişdir.Beləliklə, hesablama aparılarkən həmin Qanunun tələblərinə əməl edilməmiş, yəni vəzifə maaşı 1155,00 manat olduğundan 17 il ərzində (2207-2023) illər 58905 manat pensiya kartına köçürülməmişdir. İddiaçıya pensiya təyinatı 01 yanvar 2006cı ildən etibarən aparılmışdır. ”Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsinə istinad edilərək qeyd olunur ki, 32 il 11 ay 22 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının 8%-i yəni 2283 manat 10 qəpik məbləğində müəyyən edilməklə kart hesabına köçürülmüşdür.Azərbaycan Beynəlxalq Bankından əldə edilmiş sənədlərdən görünür ki, 2007-ci ilin may ayından kart hesabına 2283,10 manat deyil, 1383,44 manat köçürülmüş, 2283,10 manat pul məbləği isə yalnız 2021-ci ilin dekabr ayından 2022-ci ilin may ayına kimi 5 ay ərzində kart hesabına köçürülmüşdür.Göstərilən artımın pensiyanın təyin edilməsi ilə heç bir əlaqəsi yoxdur.Bununla əlaqədar hesablama aparılarkən müəyyən edilir ki, 2007-2022-ci il mart ayı da daxil olmaqla həmin illər ərzində hər ay pensiya kartına 900 manat kəsirlə kart hesabına ümumilikdə 150200 manat köçürülməmişdir.Beləliklə 2007-ci ildən 2023-cü ilin yanvar ayına kimi cəmi 287305 manat kart hesabına köçürülməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X5 iddia tələbinə etirazını təqdim edərək göstərmişdir ki, İddiaçı müxtəlif tarixlərdə cavabdeh Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək təyin olunmuş pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Sonuncu- xx.xx.2022-ci il tarixli müraciətə cavab olaraq ünvanlanmış xx.xx.2022-ci il tarixli **********4 nömrəli məktubda müraciətlərdə qeyd edilmiş məsələlərin Filial tərəfindən ona ünvanlanmış 14 yanvar 2022-ci İİ tarixli **********1 nömrəli, 26 aprel 2022-ci il tarixli **********9 nömrəli və 18 iyul 2022-ci il tarixli **********3 nömrəli məktublarla cavablandırıldığı, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən vətəndaşın təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda müraciətin baxılmamış saxlanıldığı bildirilmişdir. Bundan sonra narazı qalan İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pensiyaya çıxdığı tarixdən bu günədək, yəni 2022-ci ilin sentyabr ayına qədər olan dövrdə ödənilməli olan, lakin ödənilməmiş 157157 manat məbləğində pensiyanın ödənilməsini xahiş etmişdir. İddiaçı hesab edir ki, ona ödənilən pensiyanın məbləği 2500 manat deyil, 3000 manat təşkil etməlidir. Belə ki, iddia ərizəsində 2007-ci ilin mart ayından 2018-ci ilin sentyabr ayınadək olan dövrdəki pensiya məbləğinin fərqinin 3000-2003=997 manat x138 ay=137.586 manat; 2018-ci ilin sentyabr ayından xx.xx.2019-cu il tarixədək olan dövrdəki fərq: 3000-2224=776x4 ay=3104 man; 2019-cu ilin yanvar ayından 2022-ci ilin sentyabr ayınadək olan dövrdəki pensiya məbləğinin fərq məbləği: 3000-2500=499 manat x (24 ay+9 ay)= 16467 manat, həmin fərq məbləğlərinin cəminin isə 157157 manat təşkil etdiyini bildirirək ona ödənilməli olduğunu vurğulamışdır. 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 may 2017-ci il, Ns 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, N° 5, maddə 676) ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.4.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən dəyişiklik 01 iyul 2017-ci il tarixdən qüvvədə olmuşdur. Həmin tarixədək qüvvədə olmuş Qanunun sözügedən maddəsinə əsasən, prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. İş materiallarında olan pensiya işindən göründüyü kimi, Fondun keçmiş Nəsimi rayon şöbəsi tərəfindən xx.xx.1947-ci il təvəllüdlü İddiaçı 17 yanvar 2006-cı il tarixli ərizəsinə əsasən 01 yanvar 2006-cı il tarixdən prokurorluq orqanlarında qulluq etmiş şəxs kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının 17 noyabr 2021-ci il tarixli “pensiyanın yenidən hesablanması” tələbinə dair müraciətinə əsasən təyin olunmuş pensiya ödənişi Filialın xx.xx.2021-ci il tarixli **********4 nömrəli Qərarına əsasən yenidən hesablanaraq 2224,08 manatdan 2283,10 manata artırılmış, həmçinin xx.xx.2018-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə ödənilməli olan ümumilikdə 2124,72 manat pul vəsaiti müəyyən edilmişdir. Əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 2124,72 manat pul vəsaiti xx.xx.2021- xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə hər ay 531,18 manat olmaqla təyin olunmuş pensiyanın (2283,10 manat) üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülmüşdür. Əlavə olaraq, iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1155,00 manat, qulluq stajına görə vəzifə maaşı 45 faizi miqdarında əlavə 519,75 manat, rütbəyə görə əlavə 138,00 manat, digər növ əlavə 1041,13 manat olmaqla orta aylıq əmək haqqı 2853,88 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8.2-ci maddəsinə əsasən 32 il 11 ay 12 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (2853,88 manat) 80 faizi - 2283,10 manat məbləğində müəyyən edilməklə müvafiq kart hesabına köçürülmüşdür. 01 yanvar 2022-ci il tarixdən hesablanmaqla “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli, 3173 nömrəli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi - 228,31 manat məbləğində maddi yardım ödənilir.Hazırda iddiaçının pensiyasının məbləği 2511,41 manat təşkil edir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 4.Cavabdehin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü

5.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 6.Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 7.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

Faktiki hallar və sübutlar.

8.Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2022-ci il tarixli arayışına əsasən iddiaçı Azərbaycan Respublikasının Baş Prokurorluğunun idarə prokuroru işləyən zaman 2000-ci ilin mart və sentyabr aylarında vəzifə maaşı həcmində mükafat, noyabr,dekabr aylarında 100% və 200% vəzifə maaşı həcmində maddi yardım, 2001-ci ilin mart, may, sentyabr aylarında vəzifə maaşı həcmində mükafat, oktyabr, dekabr aylarında vəzifə maaşı həcmində maddi yardım, 2002-ci ilin mart,sentyabr aylarında 100% vəzifə maaşı həcmində mükafat, dekabr ayında 100% əmək haqqı həcmində maddi yardım, 2003-cü ilin, 2004-cü ilin, 2005-ci ilin mart,sentyabr aylarında əmək haqqı həcmində mükafat, dekabr ayında 100 % əmək haqqı həcmində maddi yardım, 2006-cı ilin mart, sentyabr aylarında əmək haqqı həcmində mükafat almışdır. Arayışa əsasən xx.xx.2001- 07.2.2007-ci illər üçün hesablanmış ödənişləri **********,50 manat və 19173,27 manat olmuşdur. Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2022-ci il tarixli arayışına əsasən prokurorluq işçilərinə il ərzində əmək haqqının 2 qat həcmindən az olmayaraq maddi yardım göstərilir. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əsasən təkrar müraciətlərinə 2022-ci ildə mahiyyəti üzrə 3 dəfə əsaslandırılmış cavab verildiyi üçün və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda müraciətin baxılmamış saxlanılması bildirilmişdir. Cavabdehin təqdim etdiyi iddiaçının şəxsi işində olan sənədlərə əsasən iddiaçıya xx.xx.2006-cı ildən prokurorluq orqanının sabiq əməkdaşı kimi əmək pensiyası təyin edilmiş, əmək pensiyası təyin edildikdən sonra bir neçə dəfə indeksləşmə aparılmaqla artırılmışdır, cavabdehin xx.xx.2021-ci il tarixli qərarına əsasən isə iddiaçının əmək pensiyası yenidən hesablanmış və 2224,08 manatdan artırılaraq 2283,10 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən “1-sual üzrə: Rəyin təsviri hissəsindən göründüyü kimi xx.xx.2006-cı ildən İddiaçı 373,45 manat aylıq pensiyta hesablandığı müəyyən edilir.İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 12435,32 manat əskik pul vəsaitinin ödənildiyi müəyyən edilir.2-ci sual üzrə: Rəyin tədqiqat hissəsindən göründüyü kimi hər il indeksləşdirmənin İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşında dəyişikliklər əsasında aparıldığı müəyyən edilir.3-cü sual üzrə: İddiaçı pensiyasının hesablanmasında 2007-2023-cü illər arası 12435,32 manat yaranmış fərqin qanunvericiliyin tələblərinə uyğun olaraq üç il üçün hesablanmış 2124,72 manat hissəsinin xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində hər ay 531,18 manat olmaqla İddiaçı pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürüldüyü, yəni qanunvericiliyin tələblərinə uyğun qaydada müəyyən edilmiş vəsaitin adı çəkilən şəxsə ödənişinin tam başa çatdırıldığı müəyyən edilir.Əlavə olaraq prokurorluq orqanları işçilərinin vəzifə maaşlarının artırılması, maddi yardımın pensiyanın tərkibinə aid edilməsi və cari il üzrə pensiya məbləğlərinin indeksləşdirilməsi nəzərə alınmaqla İddiaçı pensiyasının 4142,05 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürüldüyü, adı çəkilən şəxsə əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 14719,61 manat (bu günkü tarixə indeksləşdirilməklə) pensiya sığorta kapitalı qeydə alındığı və İddiaçı sonuncu dəfə işdən azad olunduğu 08 fevral 2007-ci il tarixədək topladığı sığorta kapitalının adıçəkilən şəxsin əmək pensiyası hesablanarkən nəzərə alındığı müəyyən edilir.”

Tətbiq edilən hüquq

9. «Əmək pеnsiyаlаrı hаqqındа» Аzərbаycаn Rеspublikаsının Qаnununun 1.0.1-ci mаddəsinə əsаsən, əmək pеnsiyаsı – bu qаnunlа nəzərdə tutulmuş qаydа və şərtlərlə müəyyən еdilən və məcburi dövlət sоsiаl sığоrtа оlunаnlаrın оnlаrа əmək pеnsiyаsı təyin оlunduqdаn əvvəl аldıqlаrı əmək hаqqı və digər gəlirlərin, yахud sığоrtа оlunаnlаrın ölümü ilə əlаqədаr оnlаrın аilə üzvlərinin itirdikləri gəlirlərin kоmpеnsаsiyаsı məqsədi ilə vətəndаşlаrа аylıq pul ödənişidir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.5. bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçiləri;20.1.5-1. qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla); Həmin Qanunun 9.4-cü maddəsinin xx.xx.2009-cu ilə qədər qüvvədə olan redaksiyasına əsasən prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. 10.“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 20.8-ci maddəsinin xx.xx.2022-ci ilə qədər qüvvədə olan redaksiyasına əsasən prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Həmin Qanunun 20.9-cu maddəsinin xx.xx.2022-ci ilə qədər qüvvədə olan redaksiyasına əsasən prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun 21.4-cü maddəsinin xx.xx.2022-ci ilə qədər qüvvədə olan redaksiyasına əsasən prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Həmin Qanunun 20.14-cü maddəsinə əsasən pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 11.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Məhkəmənin mövqeyi

12.İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçıya Azərbaycan Respublikasının Prokurorluq orqanlarının əməkdaşı kimi 01 yanvar 2006-cı ildən əmək pensiyası təyin edilmişdir, sonrakı illər onun pensiyası indeksləşmə aparılaraq yenidən hesablanaraq artırılmış və cavabdehin xx.xx.2021-ci il tarixli qərarına əsasən iddiaçının əmək pensiyası yenidən hesablanmış və 2224,08 manatdan artırılaraq 2283,10 manat müəyyən edilmişdir. İddiaçı cavabdehin apardığı hesablamaların yanlış olduğunu, cavabdeh tərəfindən ona 2007-2023-cü illər ərzində 287305 manat pensiyanın əskik hesablandığını hesab edərək hüquqlarının müdafiə edilməsi üçün məhkəməyə müraciət etmişdir. Lakin iş materiallarına əlavə edilmiş iş üzrə aparılmış məhkəmə mühasibatlıq ekspertizası Rəyinin təsviri hissəsindən göründüyü kimi xx.xx.2006-cı ildən İddiaçı 373,45 manat pensiya təyin edilmişdir, hər il indeksləşdirmə İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşında dəyişikliklər əsasında aparılmışdır, İddiaçı pensiyasının hesablanmasında 2007-2023-cü illər arası 12435,32 manat yaranmış fərqin qanunvericiliyin tələblərinə uyğun olaraq üç il üçün hesablanmış 2124,72 manat hissəsi xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində hər ay 531,18 manat olmaqla İddiaçı pensiyasının üzərinə əlavə edilərək ödənilmişdir, prokurorluq orqanları işçilərinin vəzifə maaşlarının artırılması, maddi yardımın pensiyanın tərkibinə aid edilməsi və cari il üzrə pensiya məbləğlərinin indeksləşdirilməsi nəzərə alınmaqla İddiaçı pensiyasının 4142,05 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülməsi, adı çəkilən şəxsə əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 14719,61 manat (bu günkü tarixə indeksləşdirilməklə) pensiya sığorta kapitalının qeydə alındığı və İddiaçı sonuncu dəfə işdən azad olunduğu 08 fevral 2007-ci il tarixədək topladığı sığorta kapitalının adıçəkilən şəxsin əmək pensiyası hesablanarkən nəzərə alındığı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, belə olah halda cavabdeh tərəfindən iddiaçının pensiya təminatı hüquqları pozulmamışdır və iddiaçının iddia tələbinin təmin edilməsinin hüquqi əsasları mövcud deyildir. 13.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən - 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2.Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 14.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 15.Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X1rşı 287305 manat pul vəsaitinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ 16.Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cı, 35-ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq QƏRARA ALDİ:

İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X1rşı 287305 manat pul vəsaitinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar