Məhkəmə qərarları › İş №2-1(112)-5032/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5032/2020

06.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5032/2020 06.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Fərəcov Salman Böyükağa oğlunun, cavabdehin nüməyəndəsi X5 iştirakı ilə iddiaçılar İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1rşı «əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş məbləğin birdəfəlik qaydada ödənilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) X1rşı «əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş məbləğin birdəfəlik qaydada ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində tələb olunla əsaslandırılmışdır ki, iddiaçı Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “hüququnun yaranığı xx xxxxxxx 2006-cı il tarixdən (55 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq yaranmış fərqin birdəfəyə ödənilməsi barədə” qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin x xxxx 2018-ci il tarixli 2-1(086)1418/2018 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdehin müvafiq instansiya məhkəmələrinin qərarları ilə apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş və birinci instansiya məhkəməsinin sözügedən x xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün onun surəti DSMF-nun Şirvan şəhər şöbəsinə göndərilmişdir. Həmin vaxt iddiaçıya şifahi şəkildə bildirilmişdir ki, qərar üzrə ödəniləcək məbləğ 6.000 manatdır və həmin məbləğ hissə-hissə ödəniləcəkdir. Lakin sonradan onun müraciətinə rəsmi cavab olaraq xx xxxxxx 2019-cu il tarixli məktubla cavab verilmiş və məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasına vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi x xxxxxx 2006-cı il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. Həmin Qanunun 9-cu maddəsinə sasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 – yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriclilərin Siyahısı» Azərbaycan Respublikas Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsiq edilmişdir. Məhkəmə qərarına əsasən xx xxxxxxx 2006-cı il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 55 yaşdan əmək haqqı əsasında hesablanmalqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Hal-hazırda əmək pensiyasının məbləği 204.31 manatdır. Vətəndaşların əmək pensiyasının əmək haqqına uyğun hesablanması x xxxxxx 2010-cu il tarixdən qanunla ləğv edilmişdir. Həmçinin, qərara əsasən 2.196.72 manat məbləğində pensiya qalığı hesablanmışdır. Hesablanmış 2.196.72 manat ona (ərizəçiyə) tam ödənilmişdir. O (iddiaçı), hesab edir ki, məhkəmə qərarı üzrə ödəniləcək məbləğ 27.000 manatdır və birdəfəlik qaydada ödənilməlidir, hazırda DSMF-nun Şirvan şəhər şöbəsinin apardığı hesablamadan narazıdır, pensiya məbləğinin əmək haqqına uyğun yenidən hesablaması və ödənilməmiş məbləğin birdəfəlik qaydada ödənilməsinin inzibati orqanın üzərinə öhdəlik kimi qoyulmasını xahiş edir. Hesablama qaydasının hansı meyarlara əsasən 2.196,72 manat olmasını ilə razı deyil. İnzibati orqan əsassız olaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yenidən şərh verir. Qanunun ləğv olunması məsələsinə münasibət olaraq nəzərə alınmalıdır ki, onun (iddiaçının) hüququnun yarandığı tarix xx xxxxxxx 2006-cı il tarixidir, qanun isə x xxxxxx 2010-cu il tarixdə ləğv olunmuşdur. Yəni, obsurd fikirdir. İşin bundan öncəki araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, o, xx xxxx 1970-ci il tarixdən x xxxxxx 2001-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuş, həmçinin x xxxx 1982-ci il tarixdən x xxxx 1994-cü il tarixədək X3 “elektik mantyoru” və x xxxxxx 1995-ci il tarixdən x xxxxx 1996-cı il tarixədək X4 “yol mantyoru” vəzifəsində işləmişdir və həmin vəzifələr AR Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının “Nəqliyyat” adlanan XXVİİİ bölməsinin “magistral dəmiryollarının əlaqə şəbəkəsinin elektrik mantyorları, elektrik mexanikləri, yol mantyorları (şifrə 23001000-19825) bəndində nəzərə tutulmuş “elektrik mantyorları” və “yol mantyorları” vəzifələrinə uyğundur. Cavabdeh inzibati orqanın xx xxxxxx 2019-cu il tarixli imtina məktubu tamamilə əsassızdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 38, 149-cu maddələrinə, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1, 9.8, 21.2.3, 31, 32, 37-ci maddələrinə, «Vətəndaş pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13, 67-ci maddələrinə əsaslanaraq, onun (iddiaçının) əmək pensiyası hüququnun yarandığı xx xxxxxxx 2006-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının əmək haqqına uyğun olaraq yenidən hesablaması və ödənilməmiş məbləğin birdəfəlik qaydada ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim edilmişdir. DSMF Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının nümayəndəsinin məhkəməyə iddia ilə bağlı təqdim olunmuş ərizəsində aşağıdakılar bildirilmişdir: - DSMF X6 üzrə X8 Mustafayevin iddiasını qəbul etmir. İddiaçı iddia edir ki, ona xx xxxxxxx 2006-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası düzgün hesablanmamışdır. Onun dəlili əsassızdır. İdarə tərəfindən ona xx xxxxxx 2011-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2-l(102)-672/2019 saylı qərarına əsasən əmək pensiyası xx xxxxxxx 2006-cı il tarixdən hesablanmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayma bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Orta aylıq əmək haqqı əsas götürülməklə pensiya hesablanması ilə bağlı nəzərə almaq lazımdır ki, iddiaçının iddia etdiyi kimi pensiya hüququ yaranarkən «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunu deyil, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi (“9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.”) iddiaçıya pensiya təyin edilərkən «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun tətbiq edilməli olmasını nəzərdə tutmur. Həmin maddə yalnız 2 şərtə/sığorta hadisəsinə münasibətdə tələblərin «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanunu əsasında müəyyənləşdirilə biləcəyini ehtiva edir. Bunlar yaş və staj şərtləridir/sığorta hadisələridir (55 yaş və 25 il ümumi, 12 il 6 ay güzəştli staj). İddiaçı isə, qüvvədən düşmüş qanuna istinad edərək ona pensiya təyin edərkən onun orta aylıq əmək haqqısının əsas alınmalı olduğunu iddia edir. Halbuki «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi heç də bütün məsələlərdə, o cümlədən iddia edilən məsələdə əvvəlki qanunun tətbiq edilməli olması kimi bir müddəanı ehtiva etmir. Əks halda, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qəbuluna böyük ölçüdə ehtiyac olmazdı. Diqqət yetirilməlidir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda pensiyaların, orta aylıq əmək haqqı əsas götürülməklə hesablanması barədə norma x xxxxxx 2010-cu ilədək qüvvədə olmuşdur. Lakin həmin Qanuna edilmiş müvafiq dəyişikliklə həmin norma çıxarılmışdır. Yaşa görə əmək pensiyasının hesablanması qaydası həmin Qanunun 10-cu maddəsində öz əksini tapmışdır. Sözügedən maddənin məzmunundan da göründüyü kimi, yaşa görə əmək pensiyasının məbləği yaşa görə əmək pensiyasının sığorta hissəsi ilə yaşa görə əmək pensiyasının yığım hissəsinin cəmindən ibarətdir. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının tələbi qanunsuzdur. Şərh edilənlərə əsasən və İPM-in tələblərini rəhbər tutaraq, iddianın rədd edilməsi məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Fərəcov Salman Böyükağa oğlu iddia ərizəsində göstərilənləri təsdiqlədi, iddianın mümkün iddia olduğunu bildirdi və iddianı müdafiə etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nüməyəndəsi X7 iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası 129-cu maddəsinə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. MPM-in 230-cu maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Məhkəmə qeyd edir ki, iddiaçının qaldırdığı məsələ mahiyyəti üzrə onun müvafiq iddiası üzrə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)-1418/2018 saylı x xxxx 2018-ci il tarixli qərarının “düzgün icra olunmaması” barədədir. Belə olan halda, iddiaçı hazırkı iddia ilə, yəni həmin məhkəmə qərarı ilə təyin edilmiş əmək pensiyasının əmək haqqı nəzərə alınmaqla hesablanmasını tələb edə bilməz. Qanunvericilik icra olunmamış (o cümlədən yam və düzgün icra olunmamış) məhkəmə qərarına izah verilməsi prosedurunu müvafiq qaydada nəzərdə tutur. Odur ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərəəsasən və İPM-in 23.1, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar