Məhkəmə qərarları › İş №2-1(112)-5034/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5034/2023

09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5034/2023 09.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X6 iştirakı ilə iddiaçı X5 cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «iddiaçının avtomobillə təmin olunma barədə tibbi göstərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması»na dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «iddiaçının avtomobillə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı yaralanmışdır. Füzuli rayonunun ərazisində aparılan döyüş əməliyyatlarında fəal iştirak etmişdir. O, həmin döyüşlərdən birində düşmən gülləsinə tuş gəlmiş və sağ ayağından yaralanmışdır. Yaralı vəziyyətdə döyüşmək məcburiyyətində qalaraq, digər döyüş yoldaşlarının da şəhid olmaq təhlükəsinin qarşısını almaq məqsədi ilə 1 saat 30 dəqiqə düşmənlə üz-üzə vuruşmuşdur. Vuruşarkən ayağından aldığı güllə yarasını qanı kəsmək üçün çox sıxdığından, yeriməyə taqəti qalmamışdır, bundan sonra yenidən düşmən tərəfindən nişanlanmış gülləyə tuş gəlmişdir. Həmin vaxt onun daxili orqanlarında yaralanması aydın görünürdü və o, huşunu itirmişdir. Sonradan müalicə mərkəzində ayılmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması üçün 44 günlük Vətən müharibəsində aldığı yaralar nəticəsində ona Azərbaycan Respublikasını Əmək və Əhalinin Müdafiəsi Nazirlyi tərəfindən 8 iyun 2021-ci il tarixdə ikinci dərəcəli əlillik verilmiş və əlilliyin müddəti 8 iyun 2026-cı ilə kimi götürülmüşdür. Ona “yüngül işlərdə işləyə bilər” kimi əmək zəmanəti verilmişdir. Ayağından aldığı güllə yarası və snayperlə vurulması səbəbi ilə hazırda yeriməyə çətinlik çəkir. Bu səbəbdən avtomobil ilə təmin olıımaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciəti əsasında ona Nazirlər Kabinetinin 413 nömrəli xx.xx.2015-ci il tarixli qərarına əsasən imtina verilmişdir. İddiaçı hesab edir ki, 44 günlük Vətən müharibəsində ayağından aldığı güllə yarası ilə 1 saat 30 dəqiqə vuruşaraq, sonradan snayper markalı silahdan atılan gülləyə tuş gəldiyi üçün yeriməyə əziyyət çəkirsə, avtomobillə təmin olunması labüddür. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 2-ci hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 5 avqust tarixli 433 saylı qərarı ilə təsdiq edilmiş «Tibbi göstərişlər üzrə xüsusi avtonəqliyyat almağa hüququ olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında Təlimat»ın müddəalarına görə əlilin xüsusi nəqliyyat vasitəsi almağa tibbi göstərişləri haqqında tibbi- sosial ekspert komissiyası (TSEK) rəyi avtomobil və motorlu arabanın növbəyə götürülməsi və verilməsi üçün əsasdır. TSEK qərar çıxararkən həmin nəqliyyat vasitəsinin alınması üçün Respublika Səhiyyə Nazirliyi ilə razılaşdırılmış Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş «Əlilliyin müəyyən edilməsinin meyarlarına dair Əsasnamə»dən istifadə edirlər. Avtomobil və motorlu araba almaq hüququ olan əlillərin istifadəsində göstərilən nəqliyyatın yalnız bir növü ola bilər. Əlillərə pulsuz olaraq avtomobillər və motorlu arabalar istismar müddəti müəyyən edilmədən birdəfəlik verilir. Əlillər avtomobil və motorlu arabaları salmaq və bağışlamaq hüququna malik deyillər. Minik avtomobilini idarə etmək hüququ həm əlilə, həm də onunla eyni yaşayış məntəqəsində birgə yaşayan ailə üzvünə verilir. Xüsusi avtomobil nəqliyyatı almağa hüquq verən, tibbi göstərişi olan və onu idarə elməyə əks göstərişi olmayan əmək əlillərinə minik avtomobili dəyərinin 100 faizini əlillik aldığı müəssisənin hesabına ödənilməklə verilə bilər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində qocalar və əlillər üçün internat evlərində dövlət təminatında olan əlillərə avtomobil və motorlu arabalar pulsuz və ya güzəştli şərtlərlə verilmir. Əlillərə əl ilə idarə olunan avtomobil və motorlu arabaların idarə edilməsinin öyrədilməsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təşkil edir. Motorlu araba və avtomobillər tibbi göstəriş olduğu hallarda aşağıda qeyd edilən əlillərə pulsuz verilir: Qarabağın Dağlıq hissəsində, onunla və Ermənistanla sərhəd rayonlarında Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərə (növbədənkənar); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası müəyyən edilmişdir. Həmin qərarın 2-ci bəndinə əsasən Əlilliyi olan şəxsə reabilitasiya vasitələrinin verilməsi Bu Qaydanın 1.4- cü bəndinə uyğun olaraq, X2 reabilitasiya vasitələrinə dair müvafiq göstərişlərin müəyyən edildiyi tarixdən etibarən minik avtomobilləri Sosial Xidmətlər Agentliyi və ya Nazirliyin tabeliyindəki “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyf’nin “DOST” mərkəzləri, digər reabilitasiya vasitələri isə Mərkəz və ya “DOST” mərkəzi tərəfindən Şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında onlara təhvil verilir. Bu Qaydanın 1.4-cü bəndinə uyğun olaraq, X2 reabilitasiya vasitələrinə dair müvafiq göstərişlərin müəyyən edildiyi tarixdən etibarən minik avtomobilləri Sosial Xidmətlər Agentliyi və ya Nazirliyin labeliyindəki “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”nin “DOST” mərkəzləri, digər reabilitasiya vasitələri isə Mərkəz və ya “DOST” mərkəzi tərəfindən Şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında onlara təhvil verilir. Həmin qərarın 3-cü bəndinə əsasən əlilliyi olan şəxslərin minik avtomobili vətəkərli oturacaqla (mühərrikli və mexaniki) təmin edilməsi qayadaları müəyyən edilmişdir. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. Şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla MEİS-də X3 tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə (bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla) uyğun olaraq təmin edilir. Şəxs vəfat etdikdə onun növbəsi ləğv edilir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstə-qilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar. Göstərilənlərə və «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddısinə, İPM-in 2.2.2-ci maddəsinə əsaslanaraq, məhkəmədən iddiaçının minik avtomobili ilə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsinin iddiaya qarşı yazılı münasibətində (etirazında) bildirilir ki, İddiaçı əlillik vəziyyətinə Bakı şəhəri 13 nömrəli Şəhər Poliklinikasının 3 iyun 2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər . . .; Diaqnozun mətni: Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Qarının ön divarının qarın boşluğuna nüfuz edən, nazik və siqmayabənzər bağırsaq zədələnməsi və sağ budun arxa 1/3-nin yumşaq toxumalarını dəlib-keçən odlu silah yaralanmasına (xx.xx.2020) görə aparılmış laparotomiya, nazik və yoğun bağırsağın zədələrinin tikilməsi, nazik bağırsağın 50 sm məsafədə, yoğun bağırsağın 25 sm məsafədə rezeksiyası, entero-entero anastomozun qoyulması, kolostomanın çıxarılması, qarın boşluğunun sanasiyası və drenaj olunması cər. əməl, sonrakı vəziyyət. Aşağı ətrafın mononevropatiyaları, Sağ qapayıcı sinirin posttravmatik neyropatiyası, funksiyanın cüzi pozulması ilə. Funksiya edən kolostoma, qarın boşluğunun çoxsaylı bitişmələrinə görə aparılmış sol yan laparotomiya (xx.xx.2021), qarın boşluğunun çoxsaylı bitişmələrinin ayrılması, kolostomanın ləğvi, yan-yana kolo-kolo anastomozun qoyulması cərrahi əməliyyatdan sonrakı vəziyyət.; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (üm...” 5 il müddətinə ikinci dərəcə əlillik dərəcəsi verilmişdir. İddiaçı “avtomobil və motorlu araba aimaq üçün” müraciətinə 16 iyun 2021-ci il tarixli göndəriş əsasında baxılmış və “Diaqnozun mətni: Qarının ön divarının qarın boşluğuna nüfuz edən, nazik və siqmayabənzər bağırsaq zədələnməsi və sağ budun arxa 1/3-nin yumşaq toxumalarını dəlib-keçən odlu silah yaralanmasına (xx.xx.2020) görə aparılmış laparotomiya, nazik və yoğun bağırsağın zədələrinin tikilməsi, nazik bağırsağın 50 sm məsafədə, yoğun bağırsağın 25 sm məsafədə rezeksiyası, entero-entero anastomozun qoyulması, TSEK-in əlavə diaqnozu: Qarının ön divarının qarın boşluğuna nüfuz edən, nazik və siqmayabənzər bağırsaq zədələnməsi və sağ budun arxa 1/3-nin yumşaq toxumalarını dəlib-keçən odlu silah yaralanmasına (xx.xx.2020) görə aparılmış laparotomiya, nazik və yoğun bağırsağın zədələrinin tikilməsi, nazik bağırsağın 50 sm məsafədə, yoğun bağırsağın 25 sm məsafədə rezeksiyası, entero-entero anastomozun qoyulması.”, 501 nömrəli əmrə əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə əks göstəriş olan xəstəliklər: Əks göstəriş yoxdur” səbəbi ilə imtina edilmişdir. Göründüyü kimi, İddiaçı dair digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Qarının ön divarının qarın boşluğuna nüfuz edən, nazik və siqmayabənzər bağırsaq zədələnməsi və sağ budun arxa 1/3-nin yumşaq toxumalarını dəlib-keçən odlu silah yaralanmasına (xx.xx.2020) görə aparılmış laparotomiya, nazik və yoğun bağırsağın zədələrinin tikilməsi, nazik bağırsağın 50 sm məsafədə, yoğun bağırsağın 25 sm məsafədə rezeksiyası, entero-entero anastomozun qoyulması, kolostomanın çıxarılması, qarın boşluğunun sanasiyası və drenaj olunması cər. əməl, sonrakı vəziyyət. Aşağı ətrafın mononevropatiyaları, Sağ qapayıcı sinirin posttravmatik neyropatiyası, funksiyanın cüzi pozulması ilə. Funksiya edən kolostoma, qarın boşluğunun çoxsaylı bitişmələrinə görə aparılmış sol yan laparotomiya (xx.xx.2021), qarın boşluğunun çoxsaylı bitişmələrinin ayrılması, kolostomanın ləğvi, yanyana kolo-kolo anastomozun qoyulması cərrahi əməliyyatdan sonrakı vəziyyət/diaqnozlu göndəriş 3 iyun 2021-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Nəticədə əlillik təyinatına əsas verən diaqnoz Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 oktyabr 2020-ci il tarixli 501 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası»na uyğun olaraq minik avtomobilinə tibbi göstərişin təyinatına əsas verməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası»nın 3-cü bəndində qeyd edilmişdir ki, (3.1) Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. (3.2) Şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla MEİS-də X3 tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə (bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla) uyğun olaraq təmin edilir. Şəxs vəfat etdikdə onun növbəsi ləğv edilir. (3.3) Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstə-qilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar. (3.4) Bu Qaydanın 1.4-cü bəndinə uyğun olaraq minik avtomobili və ya mühərrikli təkərli oturacaq təyini barədə qərar verildiyi gün Şəxsə dair məlumatlar MEİS-dəki növbəlilik siyahısına daxil edilir. (3.5) Şəxs özünün növbəsi barədə məlumatları Nazirliyin “e-sosial” internet portalından əldə edə bilər. (3.6) Tibbi göstərişlərdə Şəxsin həm minik avtomobilinə, həm də mühərrikli təkərli oturacağa ehtiyacına göstəriş olduğu halda, Şəxsin seçimi ilə onlardan biri təyin edilir. (3.7) Şəxs bu Qaydanın 3.6-cı bəndinə uyğun olaraq hər iki reabilitasiya vasitəsini əldə etmək istədikdə, ikinci reabilitasiya vasitəsi ona ödənişli əsaslarla növbədənkənar verilir. (3.8) Tibbi göstəriş olduğu halda, Şəxs həm açıq məkanda (mühərrikli təkərli oturacaqla təmin edilənlər istisna olmaqla), həm də qapalı məkanda (otaqda) istifadə üçün, eləcə də sanitar təchizatlı mexaniki təkərli oturacaqla təmin olunur. Təkərli oturacaqlar təyin edilərkən, Şəxsin yaşı, çəkisi və boyu nəzərə alınır. (3.9) Bu Qaydanın 3.14-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, Şəxsə verilmiş minik avtomobilinin və ya mühərrikli təkərli oturacağın satılması və ya bağışlanması qadağandır. Minik avtomobilini idarə etmək hüququ həm Şəxsə, həm də onunla eyni yaşayış məntəqəsində yaşayan sürücülük vəsiqəsi olan ailə üzvünə verilir. (3.10) Minik avtomobili Nazirliyin mülkiyyətində saxlanılmaqla qeydiyyata götürülür. (3.11) Sosial Xidmətlər Agentliyinin tabeliyindəki sosial xidmət müəssisələrində tam dövlət təminatında olan Şəxslərə minik avtomobili verilmir. (3.12) Şəxs üçün mühərrikli və mexaniki təkərli oturacaqların idarə edilməsi bacarıqları üzrə təlimlər Agentlik tərəfindən təşkil edilir. (3.13) Mühərrikli təkərli oturacaq bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş istifadə müddəti bitdikdən sonra Agentliyin qərarı əsasında Mərkəz tərəfindən yenisi ilə əvəz olunur. (3.14) Minik avtomobili verilmiş Şəxs vəfat etdikdən sonra avtomobil onun ailəsinin mülkiyyətində qalır və vəfat etmiş Şəxsin ailə üzvündən birinin adına keçirilməklə qeydiyyatdan çıxarılır. (3.15) Minik avtomobili və ya mühərrikli təkərli oturacaq almış ailəsi olmayan Şəxs vəfat etdikdə, minik avtomobili Sosial Xidmətlər Agentliyi, mühərrikli təkərli oturacaq isə Agentlik tərəfindən götürülür və növbəlilik siyahısındakı ardıcıllığa uyğun olaraq digər Şəxsə verilir. (3.16) Şəxsə verilmiş mexaniki təkərli oturacaqlar istifadə müddəti başa çatmamışdan əvvəl yararsız vəziyyətə düşdükdə, Şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında Mərkəzdə həmin reabilitasiya vasitələrinə 3 iş günü müddətində texniki baxış keçirilir, təmiri mümkün olmadıqda Mərkəzin tibbi-texniki komissiyası tərəfindən protokol tərtib edilməklə Mərkəz tərəfindən yenisi ilə əvəz olunur. (3.17) Hüququ yarandığı halda Şəxs minik avtomobili ilə təmin edilənədək, Sosial Xidmətlər Agentliyi tərəfindən onlara ildə iki dəfə nəqliyyat xərci kimi əmək pensiyasının minimum məbləğinin 20 faizi məbləğində pul kompensasiyası verilir. «Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası»na əlavədə olan siyahıda hansı diaqnozu olan şəxslərin avtomobil və motorlu araba almaq hüququ olması qeyd olunmuşdur. İddiaçının qeyd edilən diaqnozu həmin siyahıda olmadığı üçün ona “əks göstəriş yoxdur” səbəbi ilə imtina verilmişdir. «Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası»na əlavənin 57-ci bəndinə əsasən aşağıdakı tibbi göstərişler olduğu hallarda təyin edilir: 1) ikinci (İİ B) dərəcəli xroniki qan dövram çatışmazlığı; 2) ağciyər çatışmazlığı, İİ dərəcəli; 3) bir aşağı ətrafın iflici v ə ya nəzərəçarpan parezi; 4) hemiplegiya, nəzərəçarpan hemiparez; 5) nəzərəçarpan ataksiya, hiperkinetik amiostatik sindrom; 6) hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri, İİ dərəcə arterial çatışmazlıqları, aşağı ətraf venalarının xəstəlikləri, hər iki aşağı ətrafda İİ – İİİ dərəcə venoz çatışmazlığı, trofiki pozuntularla; 7) hər iki aşağı ətrafın fillik xəstəliyi; 8) hər iki pəncənin Şopar və yaxud daha yüksək səviyyədə güdülü; 9) aşağa ətrafın baldır və yaxud bud səviyyəsində güdülü; 10) hər iki bud-çanaq oynağının ankiiozu; 11) onurğanın ayaq üstə durmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyaları. Onurğa sütunu funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşahidə olunan İİİ – İV dərəcəli əyilmələr; 12) bir aşağı ətraf və ya çanaq qurşağı sümüklərinin xroniki osteomieti (2 ildən artıq gedişli fistula və ya sekvestrli boşluqların olması ilə); 13) aşağı ətrafda böyük ölçülü (sümük çevrəsinin yarısından artığı dağıldıqda) sümük defekti və yaxud uzun müddət sağalmayan xora (10 sm 2-dən böyük) olduqda; 14) hər iki bud və yaxud baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində aşağı ətrafın funksiyasının kəskin pozulması, hər iki bud-çanaq və yaxud hər iki diz oynaqlarında kəskin kontraktura olduğu halda; 15) əlilliyi olan şəxsin hər iki gözünün görmə itiliyi 0,04-dən aşağı və ya görmə sahəsi 5 dərəcədən aşağı olduqda. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək (dəqiqləşdirilərək) «iddiaçının avtomobillə təmin olunma barədə tibbi göstərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini (dəqiqləşdirilməsini) qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəısinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən dövlət əlilliyi olan şəxslərə müstəqil həyat tərzi keçirmək və həyatın bütün aspektlərində hərtərəfli iştirak etmək imkanının yaradılması üçün, onların digərləri ilə bərabər səviyyədə fiziki mühit, nəqliyyat, informasiya və rabitədən, o cümlədən informasiya-kommunikasiya texnologiyaları və sistemlərindən, əhaliyə açıq olan və ya təqdim olunan digər obyekt və xidmətlərdən istifadəsinin təmin olunması üçün zəruri tədbirlər görür. İPM-in 1.2-ci maddəsinə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – İPM) müddəaları tətbiq oluna bilər. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı (NK-nın 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə ləğv edilmişdir) ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 1-ci hissəsinin 1.1-ci bəndinə görə əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Həmin Əsasnamənin 5-ci “Əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara texniki və digər reabilitasiya vasitələri verilməsinə tibbi göstərişlər” hissəsinin (Əsasnamənin bu hissəsi NK-nın 7 iyun 2021-ci il tarixli 163 nömrəli qərarı ilə ləğv edilmişdir) 5.2.3-cü yarımbəndinə görə hərəkəti təmin edən vasitə kimi avtomobillər aşağıdakı hallarda verilir: - (5.2.3.1) ikinci-B dərəcəli xroniki qan dövranı çatışmazlığı (İ99); - (5.2.3.2) ikinci dərəcəli ağciyər çatışmazlığı (J96-J96.9); - (5.2.3.3) bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi (G92.9); - (5.2.3.4) hemiplegiya, nəzərəçarpan hemiparez (G81-G81.9); - (5.2.3.5) nəzərəçarpan ataksiya, hiperkinetik, amiostatik sindrom (R27.0,F90, E83.0); - (5.2.3.6) hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri ikinci dərəcə arterial çatışmazlığı; - (5.2.3.7) aşağı ətrafların nəzərəçarpan trofik pozuntuları (hər iki aşağı ətraf və çanaq qurşağı əzələlərinin müxtəlif etiologiyalı atrofiyaları); - (5.2.3.8) aşağı ətraf venalarının xəstəlikləri, bir aşağı ətrafda üçüncü və ya hər iki aşağı ətrafda ikinci-üçüncü dərəcə venoz çatışmazlıqları (İ80.3); - (5.2.3.9) hər iki aşağı ətrafın fillik xəstəliyi (İ89.0); - (5.2.3.10) hər iki əlin güdülü (S68.0-S68.9, Z89.1); - (5.2.3.11) hər iki topuğun ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 5 dərəcəyədək məhdudlaşması) (M24.6); - (5.2.3.12) hər iki pəncənin Şarp üzrə güdülü (ayaq darağı sümük başlıqlarının amputasiyası) və ya hər iki aşağı ətrafın yüksək səviyyədə güdülü – (S98-S98.4); - (5.2.3.13) baldırın güdülü (S88, Z89.7); - (5.2.3.14) bud-çanaq oynaqlarının, ətrafların funksiyasının nəzərəçarpan dərəcədə pozulması ilə müşayiət edilən, anadangəlmə və ya qazanılmış çıxığı (Q65- Q65.9, S73-S73.0); - (5.2.3.15) bud-çanaq və ya diz oynağının laxlaması (M23.5); - (5.2.3.16) bud-çanaq oynağının ankilozu və ya kəskin çarpan kontrakturası (hərəkətlərin həcmi 10 dərəcəyədək olduqda) (M24.5-M24.6); - (5.2.3.17) diz oynağının ankilozu və ya funksional əlverişsiz vəziyyətdə (150 dərəcədən az və 170 dərəcədən artıq bucaq altında) kəskin kontrakturası (M24.5-M24.6); - (5.2.3.18) topuq oynağının kəskin nəzərəçarpankontrakturası nəticəsində pəncənin qüsurlu vəziyyəti (T93.2-T93.3,M21.0-M21.6); - (5.2.3.19) hər iki bud və ya baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində onların 170 dərəcədən az bucaq altında deformasiyası (T93.2,M24.5); - (5.2.3.20) bir aşağı ətraf və ya ancaq qurşaq sümüklərinin xroniki osteomieliti (2 ildən artıq gedişli fistula və ya sekvestrli boşluqların olması ilə) (M86.3); - (5.2.3.21) budda yalançı oynaq, yaxud iri sümük qüsuru olması (sümüyün çevrəsinin yarısından artığı dağılmaqla) budun və ya baldırın hər iki sümüyünün yalançı oynağı və ya sümük qüsuru, yaxud qamış sümüyünün incik sümüyündə 170 dərəcədən kiçik bucaq altında deformasiya olmaqla yalançı oynağı və ya sümük qüsuru; - (5.2.3.22) bud-çanaq oynağının endoprotezi (Z96.6,T84-84.9); - (5.2.3.23) hər iki diz oynaqlarının endoprotezi (Z96.6); - (5.2.3.24) bir aşağı ətrafın 10 sm qısa olması (Q72.4-Q72.9,T13.0-13.9); - (5.2.3.25) baldırda 20 kv.sm pəncənin üst səthində 10 kv.sm və pəncənin alt səthində ən azı 2 kv.sm ölçülü uzun müddət (6 aydan artıq) sağalmayan xora, yaxud travmadan sonrakı trofik pozuntular (T93.0-T93.9); - (5.2.3.26) onurğanın ayaq üstə dayanmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyası, onurğa funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşayiət olunan üçüncü-dördüncü dərəcəli əyilmələri; - (5.2.3.27) ankilozlaşdıranspondiloartrit (Bexterev xəstəliyi) bud-çanaq oynaqlarının nəzərəçarpankontrakturası ilə (M45); - (5.2.3.28) müharibə əlillərinin hər iki gözünün görmə itiliyi 0.04-dən aşağı və ya görmə sahəsi 10 dərəcədən aşağı olduqda (H53.0-H54.9); - (5.2.3.29) proqramlı hemodializ (Z99.2,Z49.0-Z49.1). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası»nın 1.4-cü bəndinə görə reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında X2 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki X4 tərəfindən səyyar, ambulator və stasionar formada «Əlilliyi olan şəxslərin hüququları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Qaydanın əlavəsində “minik avtomobili” ilə bağlı tibbi göstərişlər üzrə aşağıdakı hallar müəyyən edilmişdir: 1) ikinci (İİ B) dərəcəli xroniki qan dövranı çatışmazlığı; 2) ağciyər çatışmazlığı, İİ dərəcəli; 3) bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi; 4) hemiplegiya, nəzərəçarpan hemiparez; 5) nəzərəçarpan ataksiya, hi-perkinetik amiostatik sindrom; 6) hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri, İİ dərəcə arterial çatışmazlıqları, aşağı ətraf venalarının xəstəlikləri, hər iki aşağı ətrafda İİ-İİİ dərəcə venoz çatışmazlığı, trofiki pozuntularla; 7) hər iki aşağı ətrafın fillik xəstəliyi; 8) hər iki pəncənin Şopar və yaxud daha yüksək səviyyədə güdülü; 9) aşağı ətrafın baldır və yaxud bud səviyyəsində güdülü; 10) hər iki bud-çanaq oyna-ğının ankilozu; 11) onurğanın ayaq üstə durmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyaları. Onurğa sütunu funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşahidə olunan İİİ-İV dərəcəli əyilmələr; 12) bir aşağı ətraf və ya çanaq qurşağı sümüklərinin xroniki osteomieti (2 ildən artıq gedişli fistula və ya sekvestrli boş-luqların olması ilə); 13) aşağı ətrafda böyük ölçülü (sümük çevrəsinin yarısından artığı dağıldıqda) sümük defekti və yaxud uzun müddət sağalmayan xora (10 sm2-dən böyük) olduqda; 14) hər iki bud və yaxud baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində aşağı ətrafın funksiyasının kəskin pozulması, hər iki bud-çanaq və yaxud hər iki diz oynaqlarında kəskin kontraktura olduğu halda; 15) əlilliyi olan şəxsin hər iki gözünün görmə itiliyi 0,04-dən aşağı və ya görmə sahəsi 5 dərəcədən aşağı olduqda. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı tibbi-sosial ekspert komissiyası tərəfindən göndəriş əsasında “qarının ön divarının qarın boşluğuna nüfuz edən, nazik və siqmayabənzər bağırsaq zədələnməsi və sağ budun arxa 1/3-nin yumşaq toxumalarını dəlib-keçən odlu silah yaralanmasına (xx.xx.2020) görə aparılmış laparotomiya, nazik və yoğun bağırsağın zədələrinin tikilməsi, nazik bağırsağın 50 sm məsafədə, yoğun bağırsağın 25 sm məsafədə rezeksiyası, entero-entero anastomozun qoyulması” diaqnozu qoyulmuşdur. Məhkəmə qeyd edir ki, İddiaçı sağlamlıq vəziyyətində əlillik təyin edilərkən müəyyən edilmiş hallar ona ikinci dərəcə əlil kimi avtomobil verilməsi üçün istər 2022-ci ilədək, istərsə də hazırda qüvvədə olan qanunvericilik normalarında (yəni Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli və 18 dekabr 2020-ci il tarixli 501 nömrəli qərarında) müəyyən edilmiş əsaslarla uzlaşmır. Yəni, xəstəliyi belə tibbi göstərişin verilməsi nəzərdə tutulan qrupa aid edilmir. Belə olan halda məhkəmənin qənaətinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin imtinası qanuna zidd sayılmamalı və iddiaçının sosial təminat hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «iddiaçının avtomobillə təmin olunma barədə tibbi göstərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «iddiaçının avtomobillə təmin olunma barədə tibbi göstərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar