Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5035/2021 27.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X2 kаtibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, işləmir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “1992-ci ildə istifadə edilməmiş növbəti məzuniyyətə və 1993-cü ildə ehtiyata buraxılarkən iddiaçıya verilməli olan, lakin verilməmiş və istifadə edilməmiş 3 aylıq növbəti məzuniyyətə görə pul kompensasiyasının hesablanaraq iddiaçıya ödənilməsi” barədə iddia tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 1992-ci ildə istifadə edilməmiş növbəti məzuniyyətə və 1993-cü ildə ehtiyata buraxılarkən iddiaçıya verilməli olan, lakin verilməmiş və istifadə edilməmiş 3 aylıq növbəti məzuniyyətə görə pul kompensasiyasının hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı N.10.1992-ci il tarixdən 28.09.1993cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində gizir qismində həqiqi hərbi xidmət keçmişdir. N nömrəli hərbi hissədə xidmət keçərkən 03.07.1992-ci il tarixdə xidməti vəzifələrinin icrası zamanı xəsarət (travma) almışdır. Aldığı travma nəticəsində hərbi xidmətə yararsız hesab olunaraq AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 31.03.1993-cü il tarixli, 1524 nömrəli qərarı ilə hərbi xidmətə yararsız hesab olunmuş və AR Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin 0187gm saylı, 28.09.1993-cü il tarixli əmrinə əsasən “Hərbi xidmət haqqında” AR Qanununun 18-ci maddəsinin “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq AR Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. AR Silahlı Qüvvələrinin hərbi qulluqularına 1991-ci ildən 01.02.1994-cü ilədək olan müddət ərzində istifadə edilməmiş növbəti məzuniyyət günlərinə görə pul kompensasiyası AR Müdafiə Nazirinin 78 nömrəli, 19.03.1994-cü il tarixli əmrinə əsasən hesablanaraq ödənilmişdir Lakin iddiaçıya ehtiyata buraxılarkən 1992-ci ilin noyabr və dekabr ayları üçün, həmçinin 1993-cü ildə istifadə etmədiyi 3 aylıq növbəti məzuniyyətə görə kompensasiya ödənilməmişdir. 1992-ci ilin noyabr və dekabr ayları üçün, həmçinin 1993-cü ildə istifadə etmədiyi 3 aylıq növbəti məzuniyyətə görə kompensasiya ödənilməsi üçün iddiaçı nümayəndə vasitəsi ilə 03.02.2021-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin müraciətinə 9/188 nömrəli, 15.02.2021-ci il tarixli məktubla imtina cavabı verilmişdir. İddiaçı imtina cavabını əsassız və qanunsuz hesab edir. İ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı təqdim etdiyi iddiaya dair etirazında cavabdeh göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 2014cü il tarixli 399 nömrəli qərarı ilə təsdiq edilmiş “1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi” Qaydalarına əsasən 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara həmin dövrün təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, onlara həqiqi hərbi xidmətdə olduqları dövrün təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə veriləcək kompensasiyanın məbləği həqiqi hərbi xidmətdə olduğu dövrdə sonuncu vəzifə üzrə 2010-cu il 12 iyun tarixinə qüvvədə olan vəzifə maaşının, hərbi rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləğini ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölməklə və alınmış məbləği istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurmaqla müəyyən edilir. Qərardan göründüyü kimi, qərarda qeyd edilən münasibətlər 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara şamil edilir. İddiaçı 28 sentyabr 1993-cü il tarixdə ehtiyata buraxıldığı üçün Müdafiə Nazirliyinin Aparatı nəzdində yaradılmış istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanması üzrə komissiyası tərəfindən ona növbəti məzuniyyətə görə pul kompensasiyasının hesablanması mövcud qanunvericiliyə zidd olduğundan aparılmamışdır. Göstərilənlərə əsasən, cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı cavabdehin iddiaya dair etirazına münasibətini yazılı şəkildə bildirərək göstərmişdir: “Eyni tipli iş üzrə (1991-1993-cü illərdə xidmət etmiş X1 işi üzrə) Ali Məhkəmənin 2-1(102)-1154/2017 saylı iş üzrə 08 noyabr 2017-ci il tarixli qərarında iddiaçı X1 iddiasının rədd edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin 2-1(103)- 664/2017 saylı iş üzrə 07 mart 2017-ci il tarixli qərarı qüvvədə saxlanılsa da məhkəmə kollegiyası iddiaçıya 1992-1993-cü illərdə istifadə etmədiyi məzuniyyətlərə görə pul kompensasiyasının verilməsini AR Nazirlər Kabinetinin 28.09.2021-ci il tarixli 217 №-li Qərarı ilə təsdiqlənmiş Qaydalara deyil, AR Müdafiə Nazirinin 78 №-li, 19.03.1994-cü il tarixli əmrinə müvafiq (sözügedən qaydalar müvafiq dövrdə qüvvədə olmamışdır) həyata keçirilməli olduğunu vurğulamışdır. Həmin qərarda iddiaçıya sözügedən əmrə istinadən cavabdeh inzibati orqana yenidən müraciət edilməi tövsiyyə olunmuşdur. 2. Həmçinin bildirirəm ki, X1 1991-1993-cü illərdə istifadə etmədiyi növbəti məzuniyyət günlərinə görə pul kompensasiyasının ödənilməsi tələbinə dair iddiası Bakı İnzibati Məhkəməsinin 04.03.2021-ci il tarixli, 2-1(112)-875/2021 saylı qərarı ilə təmin edilmişdir. Yuxarıda göstərilənlərə əsasən cavabdehin etirazının nəzərə alınmaması və iddianın təmin olunması barədə qərar qəbul etməyinizi xahiş edirəm”. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmunda çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahat və çıxışını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1954-cü il təvəllüdlü iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmtə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinin 43 nömrəli, 01.02.2021-ci il tarixli arayışın surətinə əsasən, 1954-cü il təvəllüdlü istefada olan gizir İddiaçı şəxsi işinin xidmət dəftərçəsi əsasında xidmət müddəti və yeri aşağıdakı kimi olmuşdur: N.10.1992-ci il tarixdən 14.04.1993-cü il tarixədək – N saylı hərbi hissə (AR MN N gm saylı N.10.1992-ci il tarixli əmri), 14.04.1993-cü il tarixdən 28.09.1993-cü il tarixədək – MN-nin sərəncamında (SQ BQR 069 gm saylı 14.04.1993-cü il tarixli əmri SQ BQR 0187 gm saylı 28.09.1993-cü il tarixli əmri). İddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Aparatı nəzdində yaradılmış “Hərbi Xidmət Dövrü İstifadə edilməmiş növbəti məzuniyyət günlərinə görə pul kompensasiyasının ödənilməsi üzrə komissiyası”na ünvanlanmış ərizəyə əsasən istefada olan gizir İddiaçı 1992-ci ilin noyabr və dekabr ayları üçün, həmçinin 1993-cü ildə istifadə etmədiyi 3 aylıq növbəti məzuniyyətə görə kompensasiya ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 15.02.2021-ci il tarixli məktubuna əsasən, iddiaçının nümayəndəsinə bildirilmişdir: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 2014-cü il tarixli 399 nömrəli və Azərbaycan Respublikası Müdafiə nazirinin 18 mart 2015-ci il tarixli 15 nömrəli qərarlarında 1994-cü ilin fevralın 1-dən 2010cu ilin iyun ayının 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli hərbi qulluqçulardan başqa) istifadə edilməmiş növbəti məzuniyyətə görə pul kompensasiyasının hesablanması və ödənilməsi müəyyən edilmişdir. İstefada olan İddiaçı 28.03.1993-cü il tarixdə ehtiyata buraxıldığı üçün Müdafiə Nazirliyinin Aparatında yaradılmış istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyasının hesablanması üzrə komissiyası tərəfindən ona istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyasının hesablanması mümkün deyildir.” Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 1-ci bəndinin birinci abzasında göstərilmişdir ki, hərbi qulluqçuların istirahət hüququ həftədə 41 saatdan çox olmayan xidmət vaxtının müəyyən edilməsi, həftəlik istirahət günlərinin, iş günü hesab edilməyən bayram günlərinin, illik məzuniyyətlərin və başqa ödənişli məzuniyyətlərin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), habelə dincəlmək və qidalanmaq üçün gündəlik fasilələrin verilməsi yolu ilə təmin edilir. Həmin Qanunun 11-ci maddəsinin 1-ci bəndində( 18-ci və 19-cu abzaslarında) qeyd edilmişdir:” İldə bir dəfə zabitlərə 45 günlük, gizirlərə və miçmanlara 35 günlük, müddətindən artıq xidmət hərbi qulluqçularına 30 günlük, əsgərlərə (matroslara) və çavuşlara 10 günlük növbəti mə!zuniyyət verilir. Silahlı qüvvələrdə 20 təqvin ili və daha çox xidmət etmiş hərbi qulluqçulara və qadın hərbi qulluqçulara hər il 40 günlük mə'zuniyyət verilir. Mə'zuniyyətin keçirildiyi yerə gedib-qayıtmaq vaxtı həmin müddətə daxil deyildir. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir.” Həmin Qanunun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasında qeyd olunmuşdur ki, hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsinə əsasən hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Azərbaycan Respublikası Prezidentinin «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununa və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnaməyə əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli 1005-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” 2010-cu il 10 iyun tarixli 281 nömrəli Fərmanının 1.3-cü bəndi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasında və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 121-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasını və məbləğini müəyyən etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasının və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair” 2014-cü il 28 mart tarixdə Qərar qəbul etmişdir. Qərarda göstərilmişdir ki, qanunla müəyyən olunmuş istifadə edilməmiş məzuniyyətə görə kompensasiya almaq hüququ Konstitusiyadan irəli gələn pozulmuş məzuniyyət hüququnun əvəzlənməsi məqsədini daşıyır. Buna müvafiq olaraq istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hərbi qulluqçunun statusunun saxlanmasına görə deyil, hərbi qulluqçuların bu statusda olduğu dövrdə növbəti məzuniyyəti almaq hüququnun istifadə olunmamasına görə ödənilir. Həmin Qərarla «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasında və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulan təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya almaq hüququ 2010-cu ilin 12 iyun tarixinədək ehtiyata və istehfaya buraxılmış hərbi qulluqçulara da şamil olunmuşdur. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq 2010-cu ilin 12 iyun tarxinədək ehtiyata və istehfaya buraxılmış hərbi qulluqçulara həqiqi hərbi xidmətdə olduqları dövrün təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin və ödəmə qaydasının müəyyən edilməsi AR Nazirlər Kabinetinə tövsiyə edilmişdir. AR Nazirlər Kabinetinin «Təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə edilməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə hərbi xidmətdə olduğunu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə» 2012-ci il 28 sentyabr tarixdə 217 nömrəli Qərarının 1-ci bəndinə əsasən, hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün onun müraciət etdiyi vaxtda mövcud olan vəzifə maaşının, rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölünür və alınmış məbləğ istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur. AR Nazirlər Kabinetinin «1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə» 2014-cü il 26 dekabr tarixli 399 nömrəli qərarın 1-ci bəndinə görə həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanması üçün 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12dək dövr əsas götürülməlidir. Həmin Qərarın 3-cü bəndinə görə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə, Fövqəladə Hallar Nazirliyinə, Dövlət Sərhəd Xidmətinə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə, Xüsusi Dövlət Mühafizə Xidmətinə tapşırılsın, Ali Məhkəməsinə və Hərbi Prokurorluğuna tövsiyə edilsin: - (3.1 yarımbənd) 2010-cu il 12 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçunun həmin tarixə xidmətdən buraxıldığı ştat vəzifəsi mövcud olmadıqda, 2010-cu il 12 iyun tarixində qüvvədə olan vəzifələrə bərabər müvafiq uyğunlaşdırılma aparılmaqla, kompensasiyanın bu qərarın 2-ci hissəsində nəzərdə tutulmuş qaydada hesablanmasını təmin etsinlər; - (3.2 yarımbənd) istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya hesablanarkən, hər bir konkret halda hərbi qulluqçunun vəzifə maaşının, hərbi rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği ilə əlaqədar qeydiyyatı aparılan haqq-hesab sənədləri üzrə araşdırma apararaq onların həmin dövrdə növbəti məzuniyyətdən istifadə edib-etməmələri və buna görə ödəmələrin verilməsi hallarını nəzərə alsınlar. Göründüyü kimi, hərbi qulluqçuya xidmətdə olduğu dövrün təqvim illərində növbəti məzuniyyətdən istifadə etmədikdə kompensasiya ödənilməsi bu sahəni tənzimləyən normativ hüquqi aktlar qismində nə «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununun və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamə, nə də Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 iyun tarixli Fərmanının müddəalarında hər hansı tarixlə (vaxtla) məhdudlaşdırılmamışdır. Həmin normativ hüquqi aktlarda digər təqvim illəri üçün də istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi açıq və aydın şəkildə tənzimlənmişdir. Yuxarıda sadalanan qanunvericiliyin normalarından göründüyü kimi hərbi qulluqçu tərəfindən xidmət dövründə istifadə olunmayan məzuniyyət günlərinə görə pul kompensasiyasının ödənilməsi inzibati orqanının üzərinə bir öhdəlik kimi qoyulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsindən imtina edilməsi mövcud qanunvericiliyə ziddir, AR Müdafiə Nazirliyinin 78 nömrəli 19 mart 1994-cü il tarixli əmri hərbi qulluqçulara onların istifadə etmədiyi məzuniyyətlərə görə pul kompensasiyasının ödənilməsini nəzərdə tutan müddəaları müəyyən etdiyindən, iddiaçının 1992 – 1993-cü illərdə məzuniyyətlərdən istifadə etmədiyi üçün həmin illər üzrə pul kompensasiyası sözügedən əmrin tələblərinə uyğun olaraq ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı tələbi təmin edilməli, 1992-ci ildə istifadə edilməmiş növbəti məzuniyyətə və 1993-cü ildə ehtiyata buraxılarkən iddiaçıya verilməli olan, lakin verilməmiş və istifadə edilməmiş 3 aylıq növbəti məzuniyyətə görə pul kompensasiyasının hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. 1992-ci ildə istifadə edilməmiş növbəti məzuniyyətə və 1993-cü ildə ehtiyata buraxılarkən verilməmiş və istifadə edilməmiş 3 aylıq növbəti məzuniyyətə görə pul kompensasiyasının hesablanaraq iddiaçı İddiaçı ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-5035/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5035/2021
27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver