Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5038/2025 05.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinə qarşı “iddiaçının soyadının “Əliyeva”dan “Alıyeva”ya dəyişiklik edilməsi və yeni şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏSİ İ. Mübahisənin predmeti
1. İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinə qarşı “iddiaçının soyadının “Əliyeva”dan “Alıyeva”ya deyişiklik edilməklə nikahın pozulması haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Əliyeva (Namazova) Bənövşə Əziz qızı xx.xx.1942-ci il tarixdə Ermənistan Respublikası Spitak rayonunda anadan olmuşdur. Onun nikaha daxil olanda ata soyadı Namazova olmuşdur. İddiaçı sabiq əri X7 ilə xx.xx.1961 -ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişdirlər. Həmin nikah Ermənistan Respublikası Spitak rayonu WAQ şöbəsində xx.xx.1961-ci il tarixdə qeyd ilə rəsmiləşdirilmişdir. Nikaha daxil olduqdan sonra Əliyeva (Namazova) Bənövşə Əziz qızına sabiq ərinin soyadı, yəni “Aliyev” soyadı verilmişdir. Tərəflərin birgə nikahdan 4 uşağı doğulmuşdur. Yasamal rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli 2-1679/05 saylı qətnaməsi ilə İddiaçı ilə X7 arasında Ermənistan Respublikası Spitak rayonu WAQ Şöbəsində xx.xx.1961 -ci il tarixdə bağlanmış nikahın pozulması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icra olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə Nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Lakin həmin Nikahın pozulması haqqında şəhadətnamədə müvafiq qrafalarda iddiaçının soyadı “Aliyeva” yox, “Əliyeva” kimi qeyd edilmiş, o cümlədən “nikah pozulduqdan sonra qadına” qrafasında “Əliyeva” soyadı verilmişdir” qeydi aparılmışdır. Məhz Nikahın pozulması haqqında şəhadətnamə təqdim edildikdən sonra həmin sənəd əsasında İddiaçı Yasamal RPİ Şəxsiyyət vəsiqəsi və Qeydiyyat şöbəsi tərəfindən 31,08.2005-ci il tarixdə yeni şəxsiyyət vəsiqəsi verilmiş və həmin şəxsiyyət vəsiqəsində “Ailə vəziyyəti” qrafasında “subay” yazılmışdır. Halbuki, nikahın pozulması haqqında işə baxmış Yasamal rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli 2-1679/05 saylı qanuni qüvvəyə minmiş qətnaməsində tərəflərin, o cümlədən iddiaçının soyadı “Əliyeva” yox, məhz “Aliyeva” kimi qeyd edilmişdir. İddiaçı bisavaddır və bu səbəbdən o, həmin vaxt bu hala əhəmiyyət verə bilməmişdir. Bir neçə ay bundan əvvəl təsadüfən qohumları ona bildirmişlər ki, sənədlərdə soyadı yanlış yazılmışdır. Bu hal iddiaçıya məlum olan kimi o, dərhal şəxsiyyət vəsiqəsini vermiş Yasamal RPİ-yə müraciət etmiş, oradan iddiaçıya bildirilmişdir ki, yalnız Nikahın pozulması haqqında şəhadətnamədə müvafiq düzəliş edildikdən sonra şəxsiyyət vəsiqəsində düzəliş etmək olar. Bundan sonra iddiaçı Yasamal rayon Qeydiyyat şöbəsinə müraciət edərək, Nikahın pozulması haqqında şəhadətnamədə müvafiq düzəliş edilməsi ilə bağlı ərizə vermişdir. Həmin müraciətə Yasamal rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə cavab verilərək, itmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki faktı məhkəmə qaydasında müəyyən edilir, göstərilənlərə əsasın nikah akt qeydinin bərpa edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İİ. İddianın növü və mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:
- 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahat və çıxışını dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Tədqiq edilmiş sübutlar.
AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən İddiaçı xx.xx.1942-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Yasamal rayon məhkəməsinin 2-1679\05 saylı 20 iyun 2005-ci il tarixli Qətnaməsi ilə X4 və X8 arasında Ermənistan Respublikası Spitak rayon VVAQ şöbəsində xx.xx.1961-ci ildə bağlanmış nigahın ləğv edilməsi qət edilmişdir. AZ-İ 045025 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə”də qeyd edilmişdir ki, X8 ilə İddiaçı arasında olan nikah 24 avqust 2005-ci il ləğv edilmişdir. 017744 h nömrəli vəsiqədən görünür ki, X5 M.Əli-zadə adına orta tibb işçiləri və əczaçılarının ixtisas artırma məktəbi nəzdində “Pəhriz aşpazları” hazırlıq kursunda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təsdiq etdiyi proqrama əsasən 24 oktyabr 1997-ci ildən 19 dekabr 1997-ci ilədək bütün fənnləri dinləmiş və qiymətlər almışdır. 019451 nömrəli vəsiqədən görünür ki, X1 Azərpaycan Partiyası üzvüdür. 015637 nömrəli vəsiqədən görünür ki, X5 Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqının üzvüdür. Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli 3-165/8-15- 3888/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Nikah haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən, nikah akt qeydinin bərpa edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi məsləhət görülür.
İV. Məhkəmənin mövqeyi
5. Azərbaycan Respublikası Konstitusiyasının
- 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
6.. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən
- 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. - 26.2. Fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. - 26.3. Qanunla nəzərdə tutulmuş hallarda və qaydada fiziki şəxs təxəllüsdən (uydurma addan) istifadə edə bilər. - 26.4. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. -26.5. Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır.
7. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən
- 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. -161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. - 161.3. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”na əsasən:
- 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 7.2. bəndinə əsasən ad, ata adı və soyad dəyişdirildikdə, qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən bu barədə akt qeydi tərtib edilməklə qeydiyyat aparılır.
İşin faktiki hallarına əsasən iddiaçının soyadı “Namazova” olmuş, nikahı bağlandıqdan sonra ərinin “Alıyeva” soyadını seçmişdir. Daha sonra X8 ilə İddiaçı arasında olan nikah 24 avqust 2005-ci ildə pozulmuş, iddiaçının soyadı Əliyeva olaraq qeyd edilmişdir. Lakin iş materiallarında olan iddiaçıya məxsus digər sənədlərdə soyadı “Alıyeva” kimi qeyd edilmişdir. Sənədlərdə olan uyğunsuzluğu aradan qaldırılması üçün iddiaçı yuxarıda istinad edilən normalara əsasən sənədlərdə, o cümlədən nikahın pozulması şəhadətnaməsində soyadının “Əliyeva”dan “Aliyeva”ya, dəyişdirilməsi tələbində haqlıdır.
9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
10. Məhkəmə yuxarıda qeyd edilən halları və qanunvericilik normalarını rəhbər tutaraq hеsаb еdir ki, iddia tələbi təmin edilməli, İddiaçı nikanın pozulması haqqında akt qeydində soyadının “Əliyeva”dan “Alıyeva”ya dəyişdirilməklə yeni nikahın pozulması haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. 11.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
NƏTİCƏVİ HİSSƏ
12. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq
QƏRАRА АLDİ:
İddia tələbi təmin edilsin. İddiaçı nikanın pozulması haqqında akt qeydində soyadının “Əliyeva”dan “Alıyeva”ya dəyişdirilməklə yeni “nikahın pozulması haqqında şəhadətnamə”nin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər.
Hаkim Miminаt Hаcıbəyоvа