Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5039/2020 06.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X14 X1rşı penisyanın yenidən hesablanması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq, şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X14 X11 İdarəsinə (bundan sonra mətndə DSMF X11 İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi, hərbi qulluqçuların ailə üzvlərinə təyin edilən ailə başçısını itirməyə görə xx xxxx 2017-ci ildə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliyin ona şamil olunması, təminat xərcliyinin 80 faizə çatdırılaraq pensiya məbləğinin artırılması və xx xxxx 2017-ci il tarixdən hazırki vaxtadək yaranmış məbləğ fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun mərhum əri X10 Azərbaycan Respublikası Daxili işlər orqanlarında müxtəlif vəzifələrdə işləmiş, mayor rütbəsi almışdır. Sonuncu dəfə Bakı şəhəri, Suraxanı rayonunda sahə müvəkkili vəzifəsində işləmişdir. Əri öldükdən sonra ailə aşçısını itirməyə görə pensiyanın 35 faizini alır. 2017-ci ilin 10 mart tarixindən hərbi qulluqçuların ailə üzvlərinə təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasına əlavənin ailəyə düşən ümumi məbləği ailə başçısının təminat xərcliyinin 80 faizdən az olduqda həmin məbləğə çatdırmaqla müəyyən edilir. Ona da bu dəyişikliyin şamil edilməsi üçün cavabdeh orqan Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Sosial müdafiə Fondu X11 İdarəsinə müraciət edib, ona imtina məktubu ilə bildirildi ki, onun pensiya hüququ qeyd olunan dəyişikliyin qüvvəyə mindiyi xx xxxx 2017-ci il tarixdən əvvəl yarandığından sözügedən dəyişikliyin ona münasibətdə tətbiq edilməsi mümkün olmamışdır. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdeh DSMF X11 İdarəsi məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, iddiaçıya xx.xx.2014-cü il tarixdən ailə başçısını itirməyə görə həmin tarixdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən mərhum ərinin təminat xərcliyinin (sonrakı artımlarda nəzərə alınmaqla) 35 faizi məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçının tələbi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş sonuncu dəyişikliklə bağlı olaraq ailə başçısını itirməyə görə pensiyasının 80 faizi məbləğində yenidən təyin edilməsidir ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Qanunun qüvvəyə mindiyi tarix xx.xx.2017-ci ildir. İddiaçının pensiya hüququ qanundan əvvəlki dövrü əhatə etdiyindən və həmçinin Qanunda edilmiş dəyişiklər qüvvəsin aldığı tarixdən sonra hüquq qazanmış vətəndaşlara şamil edildiyindən iddia tələbi təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 20.17.1 -ci və 20.17.2-ci maddələrinə 2017-ci ilin 01 iyul tarixindən qüvvəyə minmiş dəyişikliklərlə ailə başçısını itirməyə görə əmək pensiyasının təminat xərcliyinin müvafiq olaraq, 50 və ya 35 faiz nisbətindən 80 faizə artırılması nəzərdə tutulmuşdur. Məlum olduğu kimi qanunda edilən dəyişikliklər, əgər həmin Qanunda başqa hal nəzərdə tutulmursa, qüvvəyə mindiyi tarixdən sonrakı münasibətlərə şamil edilir. Yalnız iki istisna Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə müəyyən edilmiş şəxsin hüquq məsuliyyətinin aradan qaldıran və hüquqi vəziyyətini yaxşılaşdıran halları əhatə edir. İdarənin mövqeyi ondan ibarətdir ki, xx.xx.2017-ci il tarixdən əvvəl əmək pensiyası hüququ yaranmış və (və ya) təyin edilmiş şəxslərə ailə başçısını itirməyə görə əmək pensiyasının müvafiq 35 (50) faizdən 80-ə qaldırılması Konstitusiyada göstərilən hüquqi vəziyyəti yaxşılaşdıran hal kimi qiymətləndirilə bilməz. Çünki, şəxsin müvafiq pensiya almaq hüququ göstərilən tarixdən əvvəl də mövcud olmuş və bu hüququn reallaşdırılmasında hər hansı dəyişiklik baş verməmişdir. X2 məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi-X13 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən etirazda qeyd olunanların nəzərə alınaraq iddiaçının pensiyasının yenidən hesablanması tələbinə dair iddiasının rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1956-ci ildə Xocavənd rayonunda doğulmuşdur. xx xxxxxx 1978-ci il tarixdə verilmiş 491604 №li nikah haqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X10 ilə X7 arasında bağlanmış nikah 1978-ci ilin avqust ayının 18-ci günündə akt qeydləri kitabında 275 nömrə ilə qeydə alınmışdır. Nikahdan sonra ərə Abdullayev, arvada isə Abdullayeva soyadı verilmişdir. Şuşa rayon VVADQ tərəfindən xx xxxxx 2002-ci il tarixdə verilmiş 071938 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X10 xx xxxx 2002-cı il tarixdə “Ürəyin dayanması, beyin-qan dövranının pozğunluğu şəkərli diabet” səbəbindən ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2002-ci ilin aprel ayının 6-cı günündə 24 nömrə ilə qeyd edilmişdir. Dövlət X14 Hərbi Qulluqçular və X12 İş Departamentinin pensiyanın yenidən hesablnmasına dair 013087№-li məlumat vərəqindən görünür ki, İddiaçı ailə başçısını itirməyə görə xx.xx.2013-cü il tarixdən ömürlük 205 manat manat məbləğində pensiya təyin olunmuşdur. Hərbi qulluqçuların (xüsusi rütbəli şəxsin) pensiya təminatı üzrə məlumat vərəqəsində X5 təqvimi xidmət illəri 24 il 0 ay, 27 gün, iş stajı və xidmət illəri 24 il, 0 ay, 27 gün, vəzifə maaşı 72 manat, rütbə maaşı 48 manat, xidmət illərinə görə 36 manat, ərzaq payı əvəzinə 24,75 manat, cəmi 180.75 manat qeyd olunmuşdur. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında Dövlət X14 X15 İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, ona İdarə tərəfindən xx xxxxx 2002-cı il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun həmin vaxt qüvvədə olan 20.17.2-ci maddəsinə uyğun olaraq ailə başçısını itirməyə görə mərhum həyat yoldaşının təminat xərcliyinin 35 faiz miqdarında əmək pensiyası təyin edilmişdir. xx xxxxxxxx 2019-cu il tarixindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfində İdarəyə daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən mərhum həyat yoldaşının sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 420,00 manat, rütbə maaşı 150,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faiz əlavə 171 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəsi 171,00 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64.00 manat olmaqla cəmi təminat xərcliyi 805,00 manat təşkil etmişdir. Mərhum həyat yoldaşının təminat xərcliyinin 35 faizi məbləğində pensiya müvafiq kart hesabına köçürülür. Sözügedən Qanuna edilmiş 2017-ci il 10 mart tarixli dəyişikliyə uyğun olaraq, hərbi qulluqçuların ailə üzvlərinə təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasına əlavənin ailəyə düşən ümumi məbləği ailə başçısının təminat xərcliyinin 80 faizdən az olduqda həmin məbləğə çatdırılmaqla müəyyən edilir. Pensiya hüququnun qeyd olunan dəyişikliyin qüvvəyə mindiyi xx xxxx 2017-ci il tarixindən əvvəl yarandığından sözügedən dəyişikliyin ona münasibətdə tətbiq edilməsinin mümkün olmadığı bildirilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş xx.xx.2017-ci il tarixli 543-VQD nömrəli Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə “miqdarı ilə” sözlərindən sonra “(ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 fazindən az olduqda həmin məbləğə çatdırılmaqla)” sözləri əlavə edilmişdir (1.76-cı maddə). Göstərilən dəyişikliyə əsasən vəfat etmiş hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə – ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirliən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər qulluq stajına görə əmək pensiyasına əlavələr ödənilir. Bu isə hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə təyin ediləcək ailə başçısını itirməyə görə pensiya məbləğinin təminat xərcliyinin 80 faizindən az olmamaqla təyin edilməli olmasına dair qanunvericinin iradəsini ifadə edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinin xx.xx.2017-ci ildən sonra qüvvəyə minmiş hazırki redaksiyası bu kateqoriyadan olan şəxslərin (iddiaçının) pensiya təminatı ilə bağlı sosial vəziyyətini yaxşlaşdırmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən,hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyə, əlilliyə, ailə başçısını itirdiyinı, əmək qabiliyyətini itirdiyinə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyanın 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbinə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. “Normativ haquqi aktlar haqqında” Konstitusiya Qanununun 87.2-ci maddəsinə müvafiq olaraq fiziki və ya hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdrən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Cavabdeh tərəfindən, ailə başçısını itirməyə görə əmək pensiyası iddiaçıya xx.xx.2017-ci il tarixdən əvvəl təyin edildiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə edilmiş xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyin tətbiq edilməməsi iddiaçının sosial təminat almaq hüququnun məhdudlaşdırılmasına səbəb olmuş, iddiaçının konstitusion hüququ pozulmuşdur. Belə olan halda məhkəmənin qənaətinə görə xx.xx.2017-ci ildə qüvvəyə minmiş Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinin redaksiyası iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığı üçün həmin Qanunun tələbləri əsas götürülməklə iddiaçıya mərhum ərinin təminat xərcliyinin 80 faizi miqdarında müvafiq əlavə onun pensiyasına xx.xx.2017-ci l tarixdən hesablanmalıdır. Məhkəmə onu da qeyd edir ki, hazırkı qərar əsasında hesablanmalı olan məbləğ iddiaçıya ödənilməlidir və bu zaman həmin ödənişin hissə-hissə aparılması mümkünlüyü yalnız tərəflərin qarşılıqlı razılığı və ya məhkəmənin müvafiq qərarına əsasən müəyyən edilə və həyata keçirilə bilər. Odur ki, məhkəmə ödənilməmiş fərqin birdəfəlik ödənilməli olmasının xüsusi göstərilməsini məqsədəuyğun hesab etmir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona ailə başçısını itirməyə görə pensiyanın yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər edilməsi barədə xx xxxx 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikası Qanununa əsasən 20.17.2-ci maddəyə edilmiş dəyişikliklərin İddiaçı münasibətdə tətbiq edilməsi və onun mərhum ərinin təminat xərcliyinin artımlar nəzərə alınmaqla 80 faiz miqdarında pensiyasının yenidən hesablanması və xx.xx.2017-ci il tarixdən yaranmış pensiya fərqinin ödənilməsi öhdəliyi cavabdeh DSMF X11 İdarəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər edilməsi barədə xx xxxx 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikası Qanununa əsasən 20.17.2-ci maddəyə edilmiş dəyişikliklərin İddiaçı münasibətdə tətbiq edilməsi və onun mərhum ərinin təminat xərcliyinin artımlar nəzərə alınmaqla 80 faiz miqdarında pensiyasının yenidən hesablanması və xx.xx.2017-ci il tarixdən yaranmış pensiya fərqinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X14 X11 İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-5039/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5039/2020
06.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver