Məhkəmə qərarları › İş №2-1(112)-504/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-504/2021

17.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-504/2021 17.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi X1 katibliyilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “tikintiyə icazənin verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “ünvan 2 ünvanında yerləşən, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən verilmiş 18.12.2018-ci il tarixli, Seriya RX, ******* nömrəli çıxarışla xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin 3-cü mərtəbəsinin tikintisinə icazə verilməsindən imtina edilməsi barədə Bakı şəhəri Cavabdeh 04.12.2019-cu il tarixli, 9W-24-51 saylı məktubla verdiyi cavabın qanunsuz hesab olunması, yaşadığı fərdi yaşayış evinin 3-cü mərtəbəsinin tikintisinə icazə verilməsi vəzifəsinin Cavabdeh öhdəsinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək məqsədilə hazırlıq icraatına başlanmışdır. İddiaçı 17.12.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iddiadan imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini və iş materiallarını nəzərdən keçərək hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindəın iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənədək iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-cü maddəsinə görə iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qeyd olunan Məcəllənin 55.5-ci maddəsinə görə iddiaçı iddiadan imtina etdikdə məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin bu Məcəllə ilə nəzərdə tutulmuş nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “tikintiyə icazənin verilməsi” tələbinə dair iddiası üzrə iddiaçı iddiadan imtina etdiyindən iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. HAKİM MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar