Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5043/2020 13.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı pensiyanın yenidən hesablanması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək pensiyasın yenidən hesablanması və yenidən hesablanarkən hakimlərə bir aylıq vəzifə maaşı həcmində əlavənin və hakimlərə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi həcmində vergidən azad pul təminatının ödənilməsinin nəzərə alınması, eləcə də əmək pensiyanın az hesablanması ilə əlaqədar yaranmış fərqin ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiasının hüquqi əsasının dəyişdirilməsini qəbul edib Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarının göstərişlərinə əməl etməklə xx xxxxxx 2005-ci il tarixədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 5-ci hissəsinin müddəasını tətbiq etməklə iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası DSMF-nun X4 İdarəsindən əmək pensiyası alır. “Məhkəmələr və hakimlər haqqında" Qanunun 106-cı maddəsinə edilmiş və xx.xx.2019-cu il tarixdən qüvvəyə minmiş xx xxxx 2019-cu il tarixli Qanunda göstərilmişdir ki, hakimlərə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşı əlavə ödənilir; Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin aylıq vəzifə maaşı Azərbaycan Respublikası Milli Məclisinin sədrinin aylıq vəzifə maaşı həcmində (2475 manat) müəyyən edilir; hakimlərə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi həcmində vergidən azad pul təminatı ödənilir. Ali Məhkəmənin sədrinin vəzifə maaşı Milli Məclisin sədrinin aylıq vəzifə maaşı həcmində 2475 manat müəyyən edildiyinə görə rayon məhkəmə hakiminin aylıq vəzifə maaşı rayon məhkəmə sədrinin vəzifə maaşının 80 faizi olmaqla 1385,6 manat müəyyən edilmişdir. 2019-cu ilin oktyabr ayına dair əmək pensiyası hesablanarkən rayon məhkəmə hakimlərinin aylıq vəzifə maaşının 1385.6 manat olması nəzərə alınmış, lakin, hakimlərə ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşının əlavə ödənilməsi və hakimlərə səlahiyyətlərini yerinə yetirilməsi ilə bağlı ödənilən 25 faiz pul təminatının 15 faizi əvvələr olduğu kimi nəzərə alınmış, yeni artırılmış 10 faiz nəzərə alınmamışdır. “Əmək pensiyaları haqqında" Qanunun 20.7-ci maddəsinin tələbinə görə əmək pensiyası hesablanarkən “Məhkəmələr və hakimlər haqqında" Qanunun 106-cı maddəsində edilmiş dəyişiklik haqqında" Qanunda qeyd edilmiş hakimlərə bir aylıq vəzifə maaş həcmində vəzifə maaşının əlavə ödənilməsi və hakimlərə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 faizi deyil, 25 faizi həcmində vergidən azad pul təminatının ödənilməsi nəzərə alınmalıdır. Lakin DSMF-nin Yasamal rayon şöbəsi əmək pensiyasını hesablayarkən qeyd etdiyi artımları nəzərə almamışdır. Onun pensiya işi DSMF-nin Yasamal rayon şöbəsindən X4 İdarəsinə göndərilmiş və həmin idarədə də pensiyası hesablanarkən yuxarıda qeyd etdiyi artımlar nəzərə alınmamışdır. O, əmək pensiyasının yenidən hesablanması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə xx xxxxxx 2020-ci il tarixli ərizəsi ilə müraciət etmişdir və ərizəsi iddia ərizəsi əlavə etdiyi “poçt göndərişinin verilinəsi haqqında" xəbərnamədən göründüyü kimi xx xxxxxx 2020-ci il tarixdə nazirliyə daxil olmuşdur. Həmin ərizəsi nazirlikdən Dövlət Sosial Müdafiə Fonduna göndərilmiş, oradan isə baxılması üçün cavabdeh X4 İdarəsinə göndərilmişdir. X4 İdarəsinə gedib ərizəsi baxılmasının nəticəsini öyrənmək istədi və ona bildirmişlər ki, ərizəsinə rəsmi cavab göndərəcəyik. Lakin, bu günə qədər ərizəsi cavab verilməmişdir. Hesab etmişdir ki, cavabdeh ərizəsinə cavab verməkdən imtina etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək verdiyi izahatında bildirdi ki, hakimlərə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi həcmində vergidən azad pul təminatı iddiaçıya hesablanaraq ödənilir, lakin iddiaçı işlədiyi müddətdə xx.xx.2019-cu il tarixdən qüvvəyə minmiş əlavələri almadığından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2020-ci il tarixli Qərarına əsasən iddiaçıya həmin əlavələr şamil edilmir. Qeyd olunanlara əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia tələbinin “hakimlərə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi həcmində vergidən azad pul təminatının ödənilməsinin nəzərə alınması” hissəsi mümkün sayılmamışdır. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə Bakı şəhərində doğulmuşdur. - xx.xx.2019-cu il tarixli iddiaçının cavabdəhə ünvanladığı ərizədən və Azerpoçt MMC-nin xx.xx.2019-cu il tarixli qəbzindən görünür ki, iddiaçı əmək pensiyasının yenidən hesablanması və yenidən hesablanarkən hakimlərə bir aylıq vəzifə maaşı həcmində əlavənin və hakimlərə səlaiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi həcmində vergidən azad pul təminatının ödənilməsinin nəzərə alınması, eləcə də əmək pensiyanın az hesablanması ilə əlaqədar yaranmış fərqin ona ödənilməsini xahiş etmişdir. - İddiaçıya məxsus xx.xx.1980-ci il tarixli əmək kitabçasının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1988-cı ildən xx.xx.2000-ci il tarixədək Lənkəran rayon xalq məhkəməsinin hakimi, xx.xx.2000-ci ildən xx.xx.2007-ci il tarixədək Bakı şəhəri Sabunçu rayon hakimi vəzifələrində işləmişdir. - Məhkəməyə təqdim edilmiş İddiaçı aid pensiya işinin materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin xx.xx.2008-ci il tarixli qərarı ilə İddiaçı İİ qrup əlilliyə görə hakim kimi xx.xx.2008xx.xx.2009-cu il tarixədək 933,89 manat pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yasamal şöbəsinin pensiya dəyişdirilməsi haqqında xx.xx.2014-cü il tarixli sərəncamına əsasən İddiaçı 1344,44 manat, xx.xx.2015-ci il tarixli sərəncamına əsasən 1436,20 manat, 07.2018-ci il tarixli sərəncamına əsasən 2081,72 manat pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondunun X4 İdarəsinin xx.xx.2020-ci il tarixli, **********9 №-li qərarı ilə əmək pensiyasının yenidən hesablanması haqqında qərara əsasən iddiaçıya təyin edilmiş pensiya yenidən hesablanaraq (xx.xx.2019-cu il tarixdən s.y.y. pul təminatı – 25 faiz) 2420,88 manat müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, xx xxxx 2019-cu il tarixli, 1647-VQD №-li “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununa əsasən xx.xx.2019-cu il tarixdən qüvvəyə minmiş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 106-ci maddəsinə əsasən hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir: Ali Məhkəmənin sədrinə Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşı həcmində; bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində müəyyən edilir. Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1988-cı ildən xx.xx.2000-ci il tarixədək Lənkəran rayon xalq məhkəməsinin hakimi, xx.xx.2000-ci ildən xx.xx.2007-ci il tarixədək Bakı şəhəri Sabunçu rayon hakimi vəzifələrində işləmişdir. xx xxxx 2007-ci ildə səlahiyyət müddətinin bitməsi ilə əlaqədar hakim səlahiyyətlərinə xitam verilmiş, cavabdeh inzibati orqanın xx.xx.2008-ci il tarixli qərarına əsasən iddiaçının 19 illik hakimlik stajı nəzərə alınmaqla 2-ci qrup əlilliklə ona pensiya təyin edilmişdir. Hazırda İddiaçı “Məhkəmələr və hakimlər haqqında" Qanunun 106-cı maddəsində edilmiş dəyişiklik haqqında" xx xxxx 2019-cu il tarixli, 1647-VQD №-li Qanunda qeyd edilmiş hakimlərə bir aylıq vəzifə maaş həcmində vəzifə maaşının əlavə ödənilməsini nəzərə alaraq əmək pensiyasının yenidən hesablanması və əmək pensiyanın az hesablanması ilə əlaqədar yaranmış fərqin ona ödənilməsini cavabdehdən tələb edir. Məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2007-ci il tarixədək hakim işlədiyindən, bununla da “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-ci maddəsinə xx xxxx 2019-cu il tarixli, 1647-VQD №-li Qanuna əsasən edilmiş dəyişikliklərlə nəzərdə tutulmuş əlavələri işlədiyi dövrdə almadığı üçün həmin əlavələr iddiaçıya təyin edilmiş pensiyanın yenidən hesablanması zamanı nəzərə alına bilməz. Ona görə də cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməməsi qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olduğundan və iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-5043/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5043/2020
13.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver