Məhkəmə qərarları › İş №2-1(112)-5045/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5045/2022

01.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5045/2022 01.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, tərcüməçi X2, İddiaçı, onun vəkili Vəkil, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarş reyestrdən çıxarışın və texniki pasportun verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 13 saylı evin, yaşayış sahəsi 39.0 kv. metr olan 2 otaqlı, 4 saylı mənzili üzərində mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət çıxarışının (xüsusi mülkiyyət kimi) və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcraiyyə Komitəsinin 10 sentyabr 1957-cı i tarixli, 14/401 nömrəli qərarı ilə təsdiq edilmiş 03.12.1958-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 13 saylı evin, 4 saylı mənzili Zoya Marusinanın icarəsinə müddətsiz verilmişdir. Bibisi X7nın ölümü ilə əlaqədar 19.11.2020-ci il tarixdə sözügedən mənzildən qeydiyyatdan çıxarılmışdır. xx.xx.1970-ci il tarixdən həmin ünvanda doğularaq bu hazırki vaxta kimi həmin ünvanda yaşayır. 2001-ci ildən qeydiyyatda olmaqla anası və o yaşayırlar. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Komunal və Təsərrüfatı Departametinin 51/2, 07.09.2021-ci i! tarixli sərəncamına əsasən Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 13 saylı evin, yaşayış sahəsi 59.0 kv. metr olan 2 otaqlı, 4 saylı mənzilinin kirayə müqaviləsinin 2 nəfər ailə üzvü olan İddiaçı adına dəyişdirilməsi və onun həmin evin kirayəçisi olması qeyd olunmuşdur. Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departameti 3 salı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 149 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 13.09.2021-ci il tarixli, 4433 saylı arayışa əsasən Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, 13 saylı evin, yaşayış sahəsi 39.0 kv. metr olan 2 otaqlı, 4 saylı mənzilində İddiaçı, X3 daimi qeydiyyatdadırlar. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, həmin mənzilə dair kirayə müqaviləsi 03.12.1958-ci il tarixdə bağlanmış, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departametinin 51/2, 07.09.2021-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, 13 saylı evin, yaşayış sahəsi 39.0 kv. metr olan 2 otaqlı, 4 saylı mənzilinin kirayə müqaviləsi 2 nəfər ailə üzvü olan İddiaçı adına dəyişdirilmişdir. Sərəncamdan da aydın olur ki, həmin mənzilə dair ilkin kirayə müqaviləsi 1958-ci ildə bağlanmışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin 17.01.2022-ci il tarixli sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı etirazı məhkəməyə təqdim olunmuşdur. Cavabeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin 24.02.2022-ci il tarixli **********86 saylı iddia tələbinə dair yazılı münasibətində (etiraz) göstərilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, 13 saylı evin, 4 saylı mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, qeyd olunan mənzilə dair Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 51/2 saylı sərəncamı 07.09.2021-ci il tarixdə verilmişdir. Bu səbəbdən ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və bu barədə iddiaçıya **********22 nömrəli 03.12 2021-ci tarixli məktub ünvanlanmışdır. 16.11.2021-ci il tarixdə keçirilən yerli baxış zamanı mənzilin 1 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşdiyi, yaşayış sahəsinin 38.8 kv. metr, ümumi sahəsinin isə 59.9 kv. metr olduğu müəyyən edilmişdir. İddiaçı və onu vəkili Vəkil ayrı-ayrılıqda məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X9 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının, onun vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş АЗ seriyalı ******* №li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1970-ci ildə Bakı şəhərində doğulmuşdur. Bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 1970-ci ilin avqust ayının 3-də 1181 nömrə ilə qeyd edilmişdir. İddiaçıya məxsus AA seriyalı ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən və elektron şəxsiyyət vəsiqəsi barədə məlumatda müəyyən olunur ki, xx.xx.1970-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı, ünvan 1 ünvanında qeydiyyatdadır. SSR X13 X1 Aktları Şöbəsi tərəfindən verilmiş ******* №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X5 1938ci ildə doğulmuşdur. SSR X13 X1 Aktları Şöbəsi tərəfindən verilmiş ******* №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X3 1939cu ildə doğulmuşdur. Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş İ-ЖГ seriyalı 370994 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X6 13 dekabr 1976-cı ildə 38 yaşında ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1976-cı ildə dekabr ayının 14-cü günündə 999 nömrə ilə qeyd edilmişdir. 2 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 noyabr 2020-ci il tarixli AZ-İİ 133468 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X7 30.10.2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 11 ayının 05 günündə 477 nömrə ilə qeyd edilmişdir. Bakı şəhər İcraiyyə Komitəsinin 10 sentyabr 1957-ci il tarixli 17/401 nömrəli qərarı ilə təsdiq edilmiş 3 dekabr 1958-ci il tarixli Müqavilənin notarial qaydada təsdiq olunmuş suətindən müəyyən olunur ki, həmin müqavilə "xxxx" adlanan Bakı şəhəri Səbail rayonu, MTK 4 №li Evlər müdiri Hüseynov A.B şəxsində bir tərəfdən və gələcəkdə “İcarəçi” adlanan Y.Mürsəloov küçəsi 3 №li evdə mənzil icarə edən vətəndaş Z.Marusina şəxsində, digər tərəfdən aşağıdakılardan ibarət şərtlərlə bağlanmışdır: Həmin Müqavilənin 1-ci bəndinə əsasən İcarəçi, onun ailə üzvləri və mövcud olan qanuna müvafiq icarəçi tərəfindən yaşamasına yol verilən şəxslərin yaşamaları üçün Y.Mürsəlov küçəsi 13 nömrəli evin 4-cü mərtəbəsində 39.0 kv metr sahəli 2 otaqlardan ibarət və 10.9 kv metr mətbəx, vanna otağı, əşyaxana, şüşəbənd, və s., 9,5 kv metr girəcək otaqlı mənzilin təhvil –təslim aktında göstərilmiş qaydada və vəziyyətdə evlər İdarəsi icarəyə verib İdarəçi isə icarəyə götürmüşdür. Həmin müqavilənin 2-ci bəndinə əsasən müqavilə müddətsiz bağlanmışdır. Bakı şəhər İcra Hakimiyyəti Mənziil Kommunal Təsərrüfatı Departamenti tərəfindən qəbul edilmiş 51/2 nömrəli 07.09.2021-ci il tarixli Sərəncamın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsində yerləşən 13 saylı evin, yaşayış sahəsi 39,0 kv.metr olan 2 otaqlı 4 saylı mənzilinin kirayəçisi X7 ölümü ilə əlaqədar 19.11.2020-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. (Əsas: Ölüm haqqında şəhadətnamə AZ-İİ № 133468, 19.11.2020-ci il) Halhazırda göstərilən mənzildə 2001-ci ildən qeydiyyatda olan kirayəçinin qardaşı oğlu İddiaçı 2 nəfər ailə üzvü ilə (özü və anası) yaşayır. Vətəndaş İddiaçı Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinə ərizə ilə müraciət edərək, mənzilin əsas kirayəçisinin ölümü ilə əlaqədar qeydiyyatdan çıxarılmasını nəzərə alaraq yaşayış sahəsinin kirayə müqaviləsinin öz adına dəyişdirilməsini xahiş etmişdir. Yuxarıda göstərlənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mənzil Qanunvericiliyinə əsaslanaraq aşağıdakılar qərara alınmışdır: Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Miirsəlov küçəsində yerləşən 13 saylı evin, yaşayış sahəsi 39,0 kv. metr olan 2 otaqlı 4 saylı mənzilinin kirayə müqaviləsi 2 nəfər ailə üzvü ilə (özü və anası) İddiaçı adına dəyişdirilsin və o, həmin mənzilin kirayəçisi hesab olunsun. Qeyd olunan mənzilə İddiaçı adına şəxsi maliyyə hesabının açılması 3 saylı Xüsusi Təyinatlı MKTB-nin 149 saylı Mənzil-Kommunal İstismar Sahəsinə tapşırılsın. Bakı şəhər İcra Hakimiyyəti Mənzl Kommual Təsərrüfatı Departamentinin 3 saylı XTMKTB-nin 149 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 17.02.2002-ci il tarixli 571 nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı ünvan 2 ünvanıında yaşayır. Göstərilən ünvan İddiaçı məxsusdur. Qeydiyyatda iki nəfərdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli 17.02.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, xx.xx.1970-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı 23 may 2005-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Eyni zamanda həmin ünvanda 12.07.1939-cu il təvəllüdlü X3 qeydiyyatdadır. 46 saylı notariat ofisində təsdiq olunmuş ərizədən görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan X3 ünvan 5 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə və Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsinə razılıq vermişdir. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********22 №li 03.12.2021 tarixli imtina məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 13 saylı evin, 4 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında’ Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin müraciətə əlavə etdiyi qeyd olunan mənzilə dair Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 51/2 saylı sərəncamı 07.09.2021-ci il tarixdə verilmişdir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən verilmiş 11.02.2022-ci il tarixli 05/2-712/13 saylı məktubda qeyd olunmuşdur ki, Z.Marusina (Martyoşova) 31.10.1957-ci ildə Səbail rayon qeydiyyat şöbəsində 1929-cu il təvəllüdlü X8 ilə nikaha daxil olmuş, həmin nikahdan 07.11.1958-ci ildə İqor Marusin, 04.05.1961-ci ildə Konstantin Marusin doğulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən: 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu Qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu Qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Həmin Qanunun 5-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin razılıq ərizələri və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma), mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Həmin Qanunun 9-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir (bənd 1) Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci madəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Həmin Məcəllənin 146.4-cü maddəsinə əsasən Dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində qeyd edilən bütün hüquqmüəyyənedici sənədlər (sərəncam) məhkəməyə təqdim edildiyindən cavabdehin imtinası qanuni sayıla bilməz. Cavabdeh imtinasını iddiaçıya mənzilə dair sərəncamın 07.09.2021-ci il tarixdə verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, mübahisəli ilkin mənzil münasibətləri iddiaçı ilə 2009-cu ildən əvvəl yaranmış, sonradan yenilənərək davam etdirilmişdir. Ona görə də həmin imtina qanuni sayıla bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 13 saylı evin, 4 saylı mənzilinin İddiaçı adına Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınması və buna dair onun adına Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsininə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar