Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5045/2024 24.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul məbləğinin ödənilməsi və s” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdehnə qarşı “pul məbləğinin ödənilməsi və s” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək iddiaçının yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdiyi üçün 18 ay üzrə əmək haqqısının 3 misli, ümumilikdə 40932 manat pul məbləğinin ödənilməsinin, əsassız sərəncamda saxlanıldığı 9 ay üzrə ödənilməmiş əmək haqqının və müavinətlərə görə cəmi 19146,10 manat pul məbləğində əmək haqqısının gecikdirilməsinə görə cəmi 55024,24 manat pul məbləğində ödəncin, ümumilikdə 74170,34 manat məbləğində pulun ödənilməsinin, xilasetmə əməliyyatlarına cəlb edilməsinə görə 4950 avro pul məbləğində ezamiyyə xərclərinin ödənilməsinin və son hesab haqqının ödənilməsinin 3 ay gecikdirilməsinə görə ödənişin hesablanaraq ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Sonradan iddia tələbinə yenidən dəqiqləşmə verilərək iddiaçının yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdiyi üçün 18 ay üzrə əmək haqqısının 3 misli, ümumilikdə 40932 manat pul məbləğinin ödənilməsinin, əsassız sərəncamda saxlanıldığı 9 ay üzrə ödənilməmiş əmək haqqının və müavinətlərə görə cəmi 19146,10 manat pul məbləğində əmək haqqısının gecikdirilməsinə görə cəmi 55024,24 manat pul məbləğində ödəncin, ümumilikdə 74170,34 manat məbləğində pulun ödənilməsinin və son hesab haqqının ödənilməsinin 3 ay gecikdirilməsinə görə ödənişin hesablanaraq ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılırmışdır ki, o, 1999-2005-ci il tarixlərdə Müdafiə Nazirliyin və 01 avqust 2008-ci il tarixdən 13 iyun 2023-cü il tarixədək Cavabdehndə xidmət etmişdir. Ümumilikdə 25 ay yeni növ koronovirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etmiş, əmr əsasında 15 avqust 2020-ci il tarixdən 29 mart 2022-ci il tarixədək X2 işləmişdir. İddiaçıya ümumilikdə 7 ay üzrə ödəniş edilsə də, qalan 18 ay üzrə əmək haqqısının 3 misli miqdarında infeksiya ilə mübarizə tədbirlərində iştirakla bağlı 40932 manat pul məbləği ödənilməmişdir. Bundan əlavə, iddiaçı ümumilikdə 13 ay sərəncamda saxlanılmış 4 ay üzrə əmək haqqı ödənilsə də, 9 ay üzrə əmək haqqı ödənişi həyata keçirilməmişdir. Ödənilməli olan məbləğ 19146,1 manat təşkil edir ki, hər gecikdirilmiş günə görə 1 faiz olmaqla ödənilməli olan məbləğ 55024,24 manat təşkil etmişdir. Ümumilikdə də, 74170,34 manat ödənilməlidir. Ona, son haqq hesab ödənişi 3 ay gecikdirilmiş və şikayəti nəticəsində 4834 manat ödəniş aparılmışdır ki, iddiaçı hesab edir ki, gecikdirmə səbəbindən ödənişin edilməsi, həmçinin buna dair mənəvi zərərin də 1500 manat hesablanaraq ödənilməsi zərurəti yaranmışdır. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya 2020-ci ilin mart ayının 1-dən iyun ayının 1-dək olan müddət üçün 3 misli məbləğdə əlavə ödənilmişdir. Eləcə də ona digər bir əmr əsasında 2020-ci ilin iyun ayının 1-dən həmin ilik oktyabr ayının 1-dək də müddət üzrə də ödəniş edilmişdir. İddiaçı sərəncamda olduğu 4 ay üzrə ödənişlərlə təmin edilmişdir. “Cavabdeh hərbi qulluqçularının pul təminatı”nın 7.3-cü bəndinə əsaəsn sərəncamda olmanın fasiləsiz 4 ayı bitdikdə zabitlərə hərbi rütbə və vəzifə maaşları müstəsna hallarda yalnız Nazirin əmri ilə ödənilir. Belə bir əmr mövcud olmamışdır. Maddi yardım qurum rəisinin əmri ilə ödənilir. İddiaçının maddi yardımın ödənilməsi ilə əlaqədar müraciəti olmamışdır. Gecikdirilmiş günə görə də 1 faiz ödənişin hər günə görə ödənilməsinə münasibətdə də cavabdeh hesab edir ki, həmin tələb əmək qanunvericiliyinin tələblərinə ziddir. Belə ki, Əmək Məcəlləsi hərbi qulluqçulara şamil edilmir. Tərəflər izahatları: İddiaçı və onun nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Arayışdan görünür ki, iddiaçı Tibb Xidmətinin Dərman və tibbi avadanlıqların təchizatı şöbəsinin rəisi vəzifəsində xidmət etmişdir. Cavabdehin 21 iyun 2023-cü il tarixli məktubundan görünür ki, iddiaçı öz arzusu ilə xidmətdən ehtiyata buraxılmışdır. Tibb Xidmətinin 28 sentyabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, son haqq hesab olaraq vergilər tutulduqdan sonra 4592,30 manat ödəniş həyata keçirilmiş, 02 aprel 2020-ci il tarixli 033 nömrəli əmr əsasında əmək haqqının 3 misli may ayı üzrə ödənilmiş, 068 nömrəli əmrdə adının olmaması səbəbindən ödənişin ödənilməsi mümmkün olmamışdır. Tibb Xidmətinin 01 noyabr 2023-cü il tarixli əmrində isə qeyd edilmişdir ki, vəzifə maaşının 3 misli məbləğində hesablanmış pul vəsaiti 07 sentyabr 2020-ci il tarixli 068 nömrəli əmrə əsasən ödənilmişdir. Nazirliyin 13 may 2022-ci il tarixli əmrindən görünür ki, iddiaçı tutduğu vəzifədən azad edilərək Nazirliyin sərəncamına verilmişdir. Nazirliyin 13 iyun 2023-cü il tarixli əmrindən görünür ki, iddiaçı öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Nazirliyin 033 nömrəli 02 aprel 2020-ci il tarixli əmrindən görünür ki, yeni növ koronovirus təhlükəsinin yayılmasının qarşısının alınması istiqamətində tibbi profilaktik tədbirləri həyata həyata keçirən siyahıda qeyd olunan işçilərin əməkhaqqlarına aylıq vəzifə maaşına 2020-ci ilin mart ayının 1-dən iyun 1-dək müddət üçün əlavə ödənilməsi qərar alınmış, iddiaçının adı da əmrə əlavə olunan siyahıda göstərilmişdir. Nazirliyin Tibb Xidmtinin 14 avqust 2020-ci il tarixli əmrindən görünür ki, iddiaçı 14 avqust 2020-ci il tarixindən X3 ezam edilmişdir. Nazirliyin 068 nömrəli 07 sentyabr 2020-ci il tarixli əmrindən görünür ki, yeni növ koronovirus təhlükəsinin yayılmasının qarşısının alınması istiqamətində tibbi profilaktik tədbirləri həyata həyata keçirən siyahıda qeyd olunan işçilərin əməkhaqqlarına aylıq vəzifə maaşına 2020-ci ilin iyun ayının 1-dən oktyabr 1-dək müddət üçün əlavə ödənilməsi qərar alınmış, iddiaçının adı da əmrə əlavə olunan siyahıda göstərilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. İşin faktiki hallarından da göründüyü kimi hazırkı dəqiqləşdirilmiş formada iddia 3 hissədən ibarətdir.
1. Sərəncamda saxlanıldığı 9 ay üzrə ödənilməmiş əmək haqqının və müavinətlərə görə cəmi 19146,10 manat pul məbləğində əmək haqqısının gecikdirilməsinə görə cəmi 55024,24 manat pul məbləğində ödəncin, ümumilikdə 74170,34 manat məbləğində pulun ödənilməsi
2. iddiaçının yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdiyi üçün 18 ay üzrə əmək haqqısının 3 misli, ümumilikdə 40932 manat pul məbləğinin ödənilməsi
3. Son hesab haqqının ödənilməsinin 3 ay gecikdirilməsinə görə ödənişin hesablanaraq ödənilməsi. Məhkəmə hesab edir ki, iddia iddiaçının sərəncamda saxlanıldığı 9 ay üzrə ödənilməmiş 19146,10 manat pul məbləğində ödənilməsi hissəsində qanuni və əsaslıdır və təmin edilməlidir. İddianın həmin hissədə təmin edilməsi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işin faktiki halları ilə də mübahisəsiz olaraq müəyyən edildiyi kimi iddiaçı ümumilikdə 13 may 2022-ci il tarixdən 13 iyun 2023-cü il tarixədək sərəncamda saxlanılmış, 4 ay üzrə ödəniş edilsə də, ona 9 ay üzrə ödəniş edilməmişdir ki, ödənilməmiş ödəniş məbləği məhz 19146,10 təşkil edir. Cavabdehin həmin ödənişin edilməsindən imtina əsası onunla bağlıdır ki, “Cavabdeh hərbi qulluqçularının pul təminatı”nın 7.3-cü bəndinə əsasən sərəncamda olmanın fasiləsiz 4 ayı bitdikdə zabitlərə hərbi rütbə və vəzifə maaşları müstəsna hallarda yalnız Nazirin əmri ilə ödənilir. Qeyd olunmalıdır ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 562 nömrəli 19 oktyabr 1992-ci il tarixli Qərarının:
2. Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. “Cavabdeh hərbi qulluqçularının pul təminatı”nın: 7.1 Tutduqları vəzifədən azad edilmiş zabitlərə, gizirlərə və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, o cümlədən hərbi hissənin yeni ştata keçməsi, ştatın qismən dəyişməsi, yeni indeksə və ya ştat dərəcəsinə keçmə zamanı tutduqları vəzifələrdən azad edilmə gününün sonrakı günündən pul təminatı aşağıdakı qaydada ödənilir. 7.3 Sərəncamda olmanın fasiləsiz 4 ayı bitdikdə zabitlərə hərbi rütbə və vəzifə maaşlarının müstəsna hallarda yalnız Azərbaycan Respublikası Fövqəladə Hallar nazinin əmri ilə ödənilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun: 38.2. Hərbi qulluqçular aşağıdakı müddətlərdə sərəncamda olurlar: 38.2.1. xarici ölkələrdə hərbi təhsil almaqla və ya beynəlxalq təşkilatda müvafiq vəzifəyə təyin edilməklə əlaqədar – təhsil və ya müvafiq vəzifədə xidmət müddətində; 38.2.2. ştatların ixtisarı və ya təşkilati-ştat tədbirləri ilə əlaqədar və “Azərbaycan Respublikası Silahlı X1”ndə nəzərdə tutulmuş qaydada vəzifədən kənar edildikdə (barəsində cinayət təqibi həyata keçirilən hərbi qulluqçulardan başqa) – 4 aydan artıq olmamaq şərti ilə; 38.2.3. xəstəliyə görə 4 aydan artıq müalicədə olduqda – həmin müalicə müddətində; 38.2.4. hamiləliyə və ya doğuşa, yaxud 3 yaşınadək uşağa qulluq etmək üçün ödənişsiz məzuniyyətə çıxdıqda - məzuniyyət müddətində; 38.2.5. 3 yaşınadək uşağı təkbaşına böyüdən kişi cinsli hərbi qulluqçu uşağa qulluq etmək üçün ödənişsiz məzuniyyətə çıxdıqda - məzuniyyət müddətində. İşin faktiki hallarından da göründüyü kimi cavabdehin həmin ödəniş 9 ay üzrə edilməsindən imtina əsası sərəncamda saxlanılma müddətinin 4 aydan artıq olduğu təqdirdə həmin ödənişin edilməsi üçün Nazirin əmrinin mövcud olması ilə əlaqədardır. Qeyd olunmalıdır ki, adıçəkilən Pul təminatı haqqında 7-ci hissəsi sərəncamda olma dövründə pul təminatı ilə əlaqədardır ki, 7.3-cü bəndində də sərəncamda olmanın 4 aydan əlavə hissəsi üçün ödənişin edilməsinin Nazir əmri ilə rəsmiləşdirilməsi öz əksini tapmışdır. Lakin, cavabdeh həmin hala istina edilərkən nəzərə almamışdır ki, dörd aydan əlavə sərəncamda saxlanılma ilə əlaqədar həmin növ rəsmiləşdirilmənin zəruriliyi sərəncamda saxlanılmanın legitim olduğu halda yolveriləndir. Belə ki, sərəncamda saxlanılmanın 4 aydan artıq olmasının normativ hüquqi əsası Qanunun tələbləri baxımından mümkün sayılmışdır ki, həmin müxtəlif səbəblər 38-ci maddənin 2-ci hissəsinin müvafiq bəndlərində öz təsbitini tapmışdır. Lakin, digər hallarda, xüsusi ilə də “Azərbaycan Respublikası Silahlı X1”ndə nəzərdə tutulmuş qaydada vəzifədən kənar edildikdə (barəsində cinayət təqibi həyata keçirilən hərbi qulluqçulardan başqa) – 4 aydan artıq olmamaq şərti ilə sərəncamda saxlama hüququ inzibati orqana verilmişdir ki, işin faktiki hallarından isə görünür ki, cavabdeh həmin şərti pozmaqla əlavə 9 aylıq müddət ərzində də iddiaçını sərəncamda saxlamaqla maddi vəziyyətinin ağırlaşmasına əsas olan hala yol vermişdir ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən 13 ay sərəncamda saxlamaqla halı 4 aylıq qanunvericiliklə müəyyən edilmiş saxlama halından 9 ay kimi müddətdə artıq olmuşdur. Həmin hal isə, məhkəmə hesab edir ki, cavabdehin inzibati orqan kimi iddiaçıya münasibətdə legitim olmayan tədbirinin əmrlə rəsmiləşdirilməli olmasına istinadı qanunsuz və əsassız edir. Başqa sözlə, cavabdeh bir tərəfdən əsassız olaraq iddiaçını 9 aylıq əlavə sərəncamda saxlayır, digər tərəfdən isə həmin ay üzrə ödənişlərin edilməsi üçün pul təminatının 7.3-cü bəndinə istinad edir ki, məhkəmə hesab edir ki, həmin istinad qanunvericiliklə 4 aydan artıq sərəncamda saxlanılmanın mümkün olduğu hallarda yol verilən hesab edilə bilər. Misal iddiaçı xəstəliyə görə 4 aydan artıq müalicədə olmuş olsaydı, sərəncamda saxlanılma müddəti həmin müalicə müddəti üzrə nəzərə alınmalı olduğundan, 4 aydan sonra ödənişlərin edilib-edilməməsinin əmrlə rəsmiləşdirilməli olması pul təminatının 7.3-ü bəndinin tələbləri ilə uyğunluq təşkil edərdi. Lakin, hazırkı halda iddia məhz cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək 9 ay sərəncamda saxlanılmanın əsassızlığının tanınaraq buna uyğun ödənişin edilməsi ilə əlaqədar olduğundan, həmin əsassızlığa istinadla sərəncamda saxlamanın 4 aydan artıq müddətinə ödənişlərin edilməsinin əmrləşmədən mümkünsüzlüyünə istinad müraciətin təminindən əsassız imtina qismində qiymətləndirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının əlavə 9 ay sərəncamda saxlanılmasının qanuni əsası olmamış, bu səbəbdən də qanunsuz sərəncamda saxlanıldığı həmin müddət ərzində qanuni sərəncamda saxlanılmanın 4 aydan sonrakı ayları üçün əmrlə rəsmiləşdirmənin tələb edilməsinə istinadı da qanunsuz olmuşdur. Lakin, məhkəmə hesab edir ki, iddia həmin ödənişin gecikdirilməsinə münasibətdə əlavə pul məbləğinin ödənilməsi hissəsində qanunsuz və əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Maddə 172. Əmək haqqının verilməsi müddətləri
5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. İddiaçıda məhz həmin maddəyə istinad edilməklə hər gecikdirilmiş gün üçün ona əlavə 55024,24 manat ödənilməli olması qənaətindədir ki, məhkəmə isə hesab edir ki, iddiaçı əmək qanunvericiliyinin digər normativ tənzimlənməsini nəzərə almadan həmin forma tələb etmə ilə müraciət etmişdir. Halbuki, adıçəkilən Məcəllənin 6-cı maddəsinə görə hərbi qulluqçulara bu Məcəllə şamil edilmir. Odur ki, adıçəkilən müddəanın tətbiq edilməklə gecikdirilmiş gün üzrə ödənişin edilməsinə dair iddianın əsaslılığı istisna edilməlidir. İddiaçının yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdiyi üçün 18 ay üzrə əmək haqqısının 3 misli, ümumilikdə 40932 manat pul məbləğinin ödənilməsi iddiası ilə əlaqədar də məhkəmə hesab edir ki, iddia adıçəkilən hissədə də rədd edilməlidir. Belə ki, cavabdehin 068 nömrəli 07 sentyabr 2020-ci il tarixli əmrindən görünür ki, yeni növ koronovirus təhlükəsinin yayılmasının qarşısının alınması istiqamətində tibbi profilaktik tədbirləri həyata həyata keçirən siyahıda qeyd olunan işçilərin əməkhaqqlarına aylıq vəzifə maaşına 2020-ci ilin iyun ayının 1-dən oktyabr 1-dək müddət üçün əlavə ödənilməsi qərar alınmış, iddiaçının adı da əmrə əlavə olunan siyahıda göstərilmişdir. Nazirliyin 033 nömrəli 02 aprel 2020-ci il tarixli əmrindən görünür ki, yeni növ koronovirus təhlükəsinin yayılmasının qarşısının alınması istiqamətində tibbi profilaktik tədbirləri həyata həyata keçirən siyahıda qeyd olunan işçilərin əməkhaqqlarına aylıq vəzifə maaşına 2020-ci ilin mart ayının 1-dən iyun 1-dək müddət üçün əlavə ödənilməsi qərar alınmış, iddiaçının adı da əmrə əlavə olunan siyahıda göstərilmişdir. Göründüyü kimi yeni növ koronovirus təhlükəsinin yayılmasının qarşısının alınması istiqamətində tibbi profilaktik tədbirləri həyata həyata keçirən siyahıda qeyd olunan işçi kimi iddiaçıya əməkhaqqlarına aylıq vəzifə maaşına 01 mart 2020-ci il tarixindən 01 oktyabr 2020-ci il tarixədək müddət üçün əlavə ödənişin edilməli olması müvafiq əmrlər əsasında təsdiqini tapmış və ödəniş həyata keçirilmişdir ki, məhkəmə hesab edir ki, 7 aydan əlavə 18 ay üzrə hər hansı ödənişin edilməli olmasına dair cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi olmamış, həmin ödənişin tələb edilməsi üçün normativ əsas mövcud olmamışdır. Son hesab haqqının ödənilməsinin 3 ay gecikdirilməsinə görə ödənişin hesablanaraq ödənilməsi ilə əlaqədar da məhkəmə iddianın rədd edilməsi qənaətinə gəlməklə bərabər, yuxarıda göstərilən normativ əsaslandırmanın tətbiqi zərurətini də qeyd etməyi zəruri hesab edir. Belə ki, Məcəllənin 6-cı maddəsinə görə hərbi qulluqçulara Əmək Məcəlləsi şamil edilməli olmadığından. adıçəkilən müddəanın tətbiq edilməklə son haqq hesabın gecikdirilməsinə münasibətdə əlavə ödənişin edilməli olmasına münasibətdə iddianın əsaslılığı istisna edilməlidir. Tələb dəymiş ziyan kimi gecikdirilmiş məbləğin ödənilməsi ilə əlaqədar olsa da, məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin: -21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür -1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyin yuxarıda sadalanan müddəalarının təhlili belə nəticəyə gəlməyə əsas verir ki, mülki hüquq pozuntusuna – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin maddi olmayan formada ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və qeyd edilən dispozisiya şərtlərinin mövcud olduğu halda irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbin əsassız olmasına dəlalət edir. Məhkəmə diqqətə çatdırır ki, maddi və mənəvi zərərin tutulmasının əsasları bir birindən fərqlidir. Belə ki, qanunvericiliyin tələbi baxımından maddi zərərin ödənilməsi barədə iddianın təmin edilməsi üçün məhkəmələr tərəfindən cavabdehin əməli nəticəsində maddi zərər tələb edən şəxsin qanunla qorunan hüququnun pozulması, ona real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, həmin zərərin məbləği və eyni zamanda onun hüquqlarının pozulması nəticəsində maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Başqa sözlə desək, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Eyni zamanda, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün də qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxs mülki məsuliyyətə cəlb edilə bilməz. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olubolmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Cavabdehin qanunsuz hərəkəti nəticəsində isə iddiaçıya maddi zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Məhkəmə qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması, sübut olunmur. Eyni zamanda, iddia tələbindən göründüyü kimi zərərin hansı qaydada hesablanmalı olması, hansı məbləğdə olmasına dair də mövqe mövcud olmamış, ümumilikdə gecikdirilmə istinad edilmişdir ki, hər bir halda iddianın təmini istisna edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 612-ci , 69-cu , 75-ci və 125-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia qismən təmin edilsin. Sərəncamda saxlanıldığı 9 ay üzrə cəmi 19146,10 manat pul vəsaitinin İddiaçı ödənilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov