Məhkəmə qərarları › İş №2-1(112)-5049/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5049/2021

23.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5049/2021 23.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X13 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri keçmiş Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1999-cu il tarixli, 2176 saylı sərəncamı ilə Bakı şəhəri, Mərdəkan qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə sahəsi 1200 kv.m olan “756a” saylı torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri keçmiş Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 1999-cu il tarixli, «2176» saylı sərəncamı ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə 1200 kv.m ölçüdə «756a» saylı torpaq sahəsi onun adına ayrılmışdır. Həmçinin ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-si tərəfindən «A№ 479923» saylı «torpaq sahəsinin planı və ölçüsü» sənədi də, tərtib olunaraq təsdiq olunmuş və X9 kitabında 21.11.2013-cü il tarixli, «36487» nömrəsi ilə qeydiyyata alınmışdır. Göstərilən torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən reyestirdən müvafiq çıxarışın verilməsi məqsədilə aidiyyatı dövlət orqanına, yəni Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətə həmin sərəncamı, torpaq sahəsinin plan ölçüsünü, arxiv arayışını, şəxsiyyət vəsiqəsinin surətini də, əlavə etmişdir. Cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin «daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə» bildirişlə çıxarış verilməsindən imtina olunmuşdur. Bildirişdə imtinanın səbəbləri isə aşağıdakı kimi göstərilmişdir, «elektron kodastr məlumatına əsasən məlum olmuşdur ki, təqdim edilmiş Əzizbəyov rayonu İcra Hakimiyyəti başçısının 2176 saylı 30.12.1999-cu il tarixli, torpaqayırma sərəncamı əsasında İddiaçı adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-21908 saylı şəhadətnamə verilmiş və sonradan dgiər şəxsə satılaraq JN-25448 saylı şəhadətnamə alınmışdır. Eyni zamanda ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təkrar olaraq həmin sərəncama digər ərazidə torpaq shəsində plan və ölçü verilmişdir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır. Hesab edir ki, cavabdehin bu imtinası tamamilə əsassız və qanunsuzdur. Çünki, yuxarıda qeyd etdiyi kimi, mübahisəli torpaq sahəsi Bakı şəhəri keçmiş Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1999-cu il tarixli, 2176 saylı sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün onun adına ayrılmışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı müvafiq tələblə 22.11.2018-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Eyni zamanda, iddia ərizəsində qeyd olunanlarla bağlı bildirirlər ki, təqdim edilmiş Əzizbəyov rayon İHB-nın 2176 saylı, 30.12.1999cu il tarixli torpaqayırma sərəncamı əsasında İddiaçı adına ləğv edilmiş DTXK-i tərəfindən JN- 21908 saylı şəhadətnamə verilmiş və sonradan digər şəxsə satılaraq JN-25448 saylı şəhadətnamə alınmışdır. Eyni zamanda ləğv edilmiş DTXK-i tərəfindən təkrar olaraq həmin sərəncama digər ərazidə torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə iddiaçıya **********84 saylı, 12.12.2018-ci il tarixli məktub ünvanlanmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və onun vəkili məhkəmə iclasına gəlməmişlər. Məhkəməyə gəlməmələrinin səbəbi barəsində isə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iddia tələbinin Azərbaycan Respublikası Prosessual Məcəlləsinin 2.2.3-cü (inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia (öhdəliyin icrası haqqında iddia)) və 34.1-ci (öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər) maddələri ilə təsbit olunmuş öhdəliyin icrası barədə iddia növü olmasını nəzərə alaraq məhkəmə ilk öncə həmin iddia növünün mümkünlük şərti olan iddiaçının əvvəlcə müvafiq inzibati orqana müraciət etməsi halına qiymət verərək qeyd edir ki, iş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdən görünür ki, həmin bildirişin nömrəsi və cavabdeh inzibati orqanın blankı mövcud deyil, bildirişin adı “Daşınmaz əmlək üzərində hüquqların dövlət qeydiyyatına alınmasınsda imtina edilməsi barədə” bildiriş şəklində göstərilmiş, cavabdehin imtina bildirişi şəklində məhkəməyə təqdim edilmiş həmin bildirişin yuxarı hissəsində “Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 765 a saylı sahədə yerləşən torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi, düvlət reyestrindən çıxarış və daşınmaz əmlaka ünvan verilməsi ilə bağlı 22.11.2018-ci il tarixli, ********** nömrəli ərizənin Xidmətin 1 saylı Bakı Ərazi İdarəsində baxılməşdər.”, aşağı hissəsində bildişin tarixi “Btedirişdən çıxarıx 02 mart 2021-ci il” şəklində göstərilmiş, sözügedən dəlillər isə həmin imtina bildirişinin məhkəmə tərəfindən mötəbər sübut qismində qəbul edilməsini istisna etmişdir. Məhkəmənin həmin bu mövqeyini qüvvətləndirən digər dəlil isə cavabdehin məhkəməyə təqdim etdiyi etiraz ərizəsində iddiaçının müraciəti ilə bağlı göstərilən hallardır. Belə ki, cavabdeh tərəfindən etirazda göstərilmişdir ki, iddiaçı müvafiq tələblə 22.11.2018-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, onun ərizəsinin icrası tərəflərindən mümkün olmamış və bu barədə iddiaçıya **********84 saylı, 12.12.2018-ci il tarixli məktub ünvanlanmışdır. Digər tərəfdən cavabdehin etiraz ərizəsinin məzmunundan görünür ki, iddiaçının 02.03.2021-ci il tarixli imtina bildirişi şəklində məhkəməyə təqdim etdiyi həmin bildirişdə göstərilən imtinanın əsasları ilə, iddiaçıya 12.12.2018-ci il tarixdə təqdim edilmiş imtina bildirişində göstərilən imtinanın əsasları eynilik təşkil edir. Öhdəliyin icrası barədə iddia növünün iddia müddəti ilə bağlı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində hər-hansı bir müddəa nəzərdə tutulmasa da, hər bir halda iddia müddəti ağlabatan olmalıdır. İddiaçının 12.12.2018-ci il tarixli imtina məktubundan 16.03.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üzürlü səbəb hesab edilə bilməz. Məhkəmə eləcə də, qeyd edir ki, iddiaçının hazırki iddia tələbini qaldırmaqda subyektiv hüququ da, mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinin tələblərini nəzərə alaraq, məhkəmə inzibati işin hər tərəfli araşdırılması məqsədilə aidiyyəti qurumlara (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinə) müvafiq sorğular göndərmiş və sorğulara daxil olmuş cavablardan aşağıdakılar müəyyən edilmişdir: -Bakı şəhər Əzizbəyov rayonu İcra Hakimiyyəti başçısının 2176 nömrəli, 30.12.1999cu il tarixli sərəncamına əsasən İddiaçı Mərdəkan qəsəbəsində 765 a saylı sahədə fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmışdır. - Həmin sərəncam əsasında İddiaçı, ailə üzvləri - Nizamov Şahid T. Oğlunun, X5 və X6 adına Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1999-cu il tarixli, 2176 saylı sərəncam əsasında ayrılmış 0.12 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər Şöbəsi tərəfindən torpağın mülkiyyətə verilməsinə dair JN- 21908D, KOD 00300016 nömrəli şəhadətnamə verilmişdir. - Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş AN-İ seriyalı, ******* nömrəli, 02.09.2005-ci il tarixli Daşınmaz Əmlakın Alğı-satqı Müqaviləsinə əsasən İddiaçı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş 10092 nömrəli, 02.09.2005-ci il tarixli arayışa əsasən, Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 765 a saylı sahədə fərdi ev tikmək üçün ona ayrılmış 0.12 ha torpaq sahəsini X2. Satılan daşınmaz əmlak – torpaq Azərbaycan Respublikası Dövət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş 07.06.2005-ci il tarixli, JN- 21908D, KOD 00300016 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında satıcıya məxsus olmuşdur. - Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş AN-İ seriyalı, ******* nömrəli, 02.09.2005-ci il tarixli Daşınmaz Əmlakın Alğı-satqı Müqaviləsinə əsasən Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 765 a saylı sahədə fərdi ev tikmək üçün ayrılmış 0.12 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər Şöbəsi tərəfindən JN – 25448D, KOD 00300016 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. - Xəzər (Əzizbəyov) rayon İcra Hakimiyyəti başçısının 30.12.1999-cu il tarixli, 2176 saylı sərəncamı ilə 765 a saylı fərdi yaşayış evi tikintisi üçün ayrılmış torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına 21.11.2013-cü il tarixdə A 479923 nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. İddiaçı hazırda keçmiş Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1999-cu il tarixli, 2176 saylı sərəncamına və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 21.11.2013-cü il tarixli, A 479923 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədinə istinad etməklə Bakı şəhəri, Mərdəkan qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə sahəsi 1200 kv.m olan 765 a saylı torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş edir. Lakin, işin halları ilə müəyyən edilir ki, iddiaçı sonradan Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 1999-cu il tarixli, 2176 saylı sərəncamı əsasında ona ayrılmış Bakı şəhəri, Mərdəkan qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə sahəsi 1200 kv.m olan 765 a saylı torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 21.11.2013-cü il tarixli, A 479923 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədi almasına baxmayaraq, əslində həmin torpaq sahəsini əvvəllər Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş 07.06.2005-ci il tarixli, JN-21908D, KOD 00300016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında, 02.09.2005-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli Bakı şəhəri 31 saylı dövlət notariat ofisində rəsmiləşdirilmiş alğı-satqı müqaviləsinə əsasən X1. Həmin alğı-satqı müqaviləsi əsasında isə sözügedən torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər Şöbəsi tərəfindən X3 adına torpağın mülkiyyətə verilməsinə dair JN-25448D, KOD 00300016 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə isə hazırda qüvvədə olmaqla, ləğv və ya etibarsız hesab edilməmişdir. Göründüyü kimi, hazırki iş üzrə mübahisə predmeti olan torpaq sahəsinə dair digər fiziki şəxs X3 adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə mövcuddur. Həmin hal isə, iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququnu istisna edir. İddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququnun olması isə iş üzrə istisna edildiyindən iddia tələbi İPM-nin 35-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı qızının iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar