Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5049/2024 07.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna 4250.76 manat, İcbari Tibbi Sığorta Fonduna 692.13 manat, İşsizlikdən Sığorta Fonduna 148.90 manat və dövlət büdcəsinə 397.63 manat ödənilməmiş borclarına görə siyahıya alınmış qiyməti 10000 manat 2007-ci il buraxılışı kuzov nömrəsi WF0TXXTTP17U11305 olan ağ rəngli “FORD TRANSİT TOURNEO CONNECT YÜK” markalı 77BR564 dövlət qeydiyyat nişanlı və qiyməti 7000 manat 2011-ci il buraxılışı kuzov nömrəsi 1G1PH5SC4C7168479 olan albalı metallik rəngli “CHEVROLET CRUZE MİNİK” markalı 77DF945 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, vergi ödəyicisi Cavabdeh (VÖEN:**********) Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş müddətdə öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna, İcbari Tibbi Sığorta Fonduna, İşsizlikdən Sığorta Fonduna və dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir. Lakin, cavabdeh yaranmış borc məbləğlərini yenə də ödəməmişdir. Ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli Qərarlar çıxarmışdır. Qərarlar əsasında vergi ödəyicisinin xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna 5027.01 manat, İcbari Tibbi Sığorta Fonduna 936.13 manat, İşsizlikdən Sığorta Fonduna 179.95 və dövlət büdcəsinə 560.03 manat borclarına görə qiyməti 10000 manat 2007-ci il buraxılışı kuzov nömrəsi WF0TXXTTP17U11305 olan ağ rəngli "FORD TRANSİT TOURNEO CONNECT YÜK” markalı 77BR564 dövlət qeydiyyat nişanlı və qiyməti 7000 manat 2011-ci il buraxılışı kuzov nömrəsi 1G1PH5SC4C7168479 olan albalı metallik rəngli “CHEVROLET CRUZE MİNİK” markalı 77DF945 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələri siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli **********5, **********8, **********5 və **********5 saylı Protokollar tərtib edilmişdir. Protokollara siyahıya alınmış əmlakın 2 vərəqdən ibarət siyahıları əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc Dövlət Sosial Müdafiə Fonduna, İcbari Tibbi Sığorta Fonduna, İşsizlikdən Sığorta Fonduna və dövlət büdcəsinə ödənilmədiyi halda, siyahıya alınmış əmlakın qanunamüvafiq satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarının onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilərək iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Fiziki şəxs haqqında məlumatdan görünür ki, Cavabdeh xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır, əsas fəaliyyət növü yeməkxana tərəfindən xidmətlərin göstərilməsi olmuşdur. - - İşsizlikdən sığorta haqqı üzrə borcun ödənilməsinə dair **********2 saylı, xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh 22 may 2023-cü il tarixinə ümumilikdə 179.95 manat, o cümlədən işsizlikdən sığorta haqqı üzrə 135.5 manat, faizlər üzrə 44.45 manat borcu olmuşdur. - Muzdlu və qeydi-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair **********2 nömrəli, xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh 24 iyul 2023-cü il tarixinə ümumilikdə 5027.01 manat, o cümlədən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 3946.48 manat, faizlər üzrə 1080.53 manat borcu olmuşdur. - Vergi borcunun ödənilməsinə dair **********9 saylı, xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh 24 iyul 2023-cü il tarixinə dövlət büdcəsinə ümumilikdə 560.03 manat, o cümlədən vergilər üzrə 493.76 manat, faizlər üzrə 66.27 manat borcu olmuşdur. - İcbari tibbi sığorta haqqları üzrə borcun ödənilməsinə dair **********7 saylı, xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh 24 iyul 2023-cü il tarixinə ümumilikdə 936.19 manat, o cümlədən icbari tibbi sığorta haqları üzrə 696.8 manat, faizlər üzrə 239.39 manat borcu müəyyən olunmuşdur. - İddiaçının xx.xx.2023-cü il tarixli, **********5 nömrəli, **********5 nömrəli, **********5 nömrəli, **********8 nömrəli qərarlarından görünür ki, vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) əmlakının siyahıya alınması qərara alınmışdır. - - İşdə olan xx.xx.2023-cü il tarixli **********5 nömrəli, **********5 nömrəli, **********5 nömrəli, **********8 nömrəli Əmlakın siyahıya alınması haqqında protokollardan və həmin protokollara əlavələrdən görünür ki, vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) qiyməti 10000 manat olan “FORD TRANSİT TOURNEO CONNECT YÜK” markalı 77BR564 dövlət qeydiyyat nişanlı və qiyməti 7000 manat olan “CHEVROLET CRUZE MİNİK” markalı 77DF945 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri siyahıya alınmış, cavabdeh əmlakın siyahıya alınmasında iştirak etmişdir. -İddiaçının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, borclu Cavabdeh (VÖEN: **********) xx.xx.2023-cü il tarixli **********5 saylı qərar üzrə dövlət büdcəsinə 257.63 manat, **********5 saylı qərar üzrə sosial sığorta ödənişinə 3474.51 manat, **********5 saylı qərar üzrə işsizlikdən sığorta ödənişinə 117.85 manat, **********8 saylı qərar üzrə isə icbari tibbi sığortaya 566.13 manat borcu vardır. İddiaçı hazırda cavabdehin borcunu ödəmədiyini iddia edərək, ona məxsus siyahıya alınmış həmin əmlakların satılmasını məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, əmlakın siyahıya alındığı zaman qüvvədə olan Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən: - maddə 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.8. qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək - maddə 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. - maddə 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. - maddə 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. - maddə 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. - maddə 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. - maddə 89.7. Əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan göstərilməlidir. - maddə 89.8. Əmlakın siyahıya alınması vergi ödəyicisinin, habelə müşahidəçilərin və zəruri hallarda mütəxəssislərin iştirakı ilə vergi orqanı tərəfindən həyata keçirilir. Əmlakın siyahıya alınmasını həyata keçirən vergi orqanı vergi ödəyicisinin (onun qanuni və (və ya) səlahiyyətli nümayəndəsinin) əmlakın siyahıya alınması prosesində iştirak etməsinə icazə verməməyə səlahiyyətli deyildir. Əmlakın siyahıya alınması prosesində müşahidəçilərə, mütəxəssis kimi iştirak edən şəxslərə, həmçinin vergi ödəyicisinə (onun nümayəndəsinə) onların hüquq və vəzifələri izah edilməlidir. - maddə 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. - maddə 89.14. Siyahıya alınmış malların vergi ödəyicisində məsul saxlamaya qoyulması aşağıdakı qaydada həyata keçirilir: 89.14.1. Siyahıya alınmış mallar vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoyulur. 89.14.7. Siyahıya alınmış mallar məsul saxlamaya qoyulmaq üçün vergi ödəyicisinə təhvil verildikdə, o, siyahıya alınmış malların özgəninkiləşdirilməsinə, israf edilməsinə, gizlədilməsinə, dəyişdirilməsinə yol verdiyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıdığı barədə xəbərdar olunmalıdır. Qeyd olunan normalardan görünür ki, əmlakın siyahıya alınması vergi ödəyicisinin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsinin təmin edilmə üsullarından biridir və bu zaman yalnız vergi ödəyicisinə məxsus olan əmlak siyahıya alına və satılması üçün məhkəməyə müraciət edilə bilər. İşin sadalanan hallarından aydın olur ki, cavabdehin vergi borcu olmuş, vergi orqanı ona borcun ödənilməsi barədə bildiriş göndərmiş, həmin bildirişlərdə cavabdehdən Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən göstərilən borcların 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks halda həmin borcun vaxtında ödənilməməsinə görə qanunvericiliklə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə xəbərdarlıq edilmişdir, hansı ki, həmin tədbirlərdən biri kimi Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən borclu vergi ödəyicisinə məxsus əmlakların siyahıya alınması göstərilmişdir. Cavabdeh həmin borcu ödəməkdən yayınmış, bundan sonra iddiaçı Vergi Məcəlləsi ilə ona məxsus hüquqdan istifadə edərək cavabdehə məxsus olduğunu iddia etdiyi nəqliyyat vasitələrini siyahıya alsa da, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçının siyahıya aldığı nəqliyyat vasitəsi siyahıya alınma zamanı cavabdehə məxsus olmamışdır. Belə ki, məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna və həmin məktuba əlavə edilmiş sənədlərə əsasən, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat – imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən sorğu etdiyi manat 2007-ci il buraxılışı ban nömrəsi WF0TXXTTP17U11305 olan ağ rəngli “FORD TRANSİT TOURNEO CONNECT YÜK” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmış, xx.xx.2024-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılmış və X1 adına rəsmiləşdirilmişdir. 2011-ci il buraxılışı ban nömrəsi 1G1PH5SC4C7168479 olan albalı metallik rəngli “CHEVROLET CRUZE MİNİK” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmış, xx.xx.2024-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılmış və X2 adına rəsmiləşdirilmişdir.. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin vergi borcuna görə digər şəxsə məxsus əmlakı siyahıya aldığından, qanunvericilik isə yalnız vergi borcu olan şəxsin əmlakının siyahıya alınmasına yol verdiyindən, vergi ödəyicisinə deyil, digər şəxslərə məxsus siyahıya alınmış əmlakın satılması barədə hazırkı iddia təmin edilə bilməz. İnzibati Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-5049/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5049/2024
07.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver