Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5050/2025 10.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “avtomobil ilə təmin edilmə” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək avtomobil ilə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əsgərov X1 işğal olunmuş torpaqların azad olunması uğranda gedən qızğın döyüşlərdə 18 fevral 1994 - cü il tarixdə “Murov və Güzgü” dağ adlanan yüksəkliklərin işğaldan azad olunmasında kursant yoldaşları ilə birlikdə fəal iştirak etmişdir. Elə həmin döyüşlərdə qarşı tərəfdən atılan artilleriya mərmiləri nəticəsində sağ – bud, çanaq, sağ - baldır və bədəninin müxtəlif nahiyələrində çoxsaylı mərmi və qəlpə yaraları almışdır. O cümlədən, Naxçıvan Sərhəd dəstəsində zabit qismində xidmətdə olarkən 21- ci sərhəd zastavasında ezamiyyətdə olduğum müddətdə dövlət sərlıəddində baş vermiş hadisənin qarşısının alınması məqsədi ilə hadisə yerinə hərəkət edən zaman “ sol- diz ” oynağından xəsarət almışdır. Aldığı xəsarətlər səbəbindən 17 noyabr 1997-ci ildə Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında cərrahiyyə əməliyyatı olmuşdur. Aldığı çoxsaylı qəlpə və güllə yaraları) və xəsarətlər səbəbindən səhhətində yaranan hər iki ayağının diz oynağında hərəkətin məhdudluğu, yerişin pozulması, sağ pəncənin parezi. hər iki aşağı ətraf əzələlərin hipotrofıyası. hər iki diz oynağının postravmalik deformasiya edici artrozu, bel fəqərələlərinin asleoxandrozu və sair səbəblərdən 2003 - cü ilin aprel ayından etibarən könüllü ərizə ilə Silahlı Qüvvələrin ehtiyaına buraxılmışdır. Hər il mütəmadi olaraq müxtəlif tibb müəssisələrində müayinə və müalicə olunmuşdur. Səhhətində illər ötdükcə yaranan ağırlaşmalar səbəbilə 2016-cı ilin dekabr ayında Ağstafa Rayon Mərkəzi xəstəxanası tərəfindən ətraflı müayinə və müalicə edildikdən sonra yazılmış (forma 088) rəsmiləşdikdən sonra 2017 - ci ilin yanvar ayının 27 - də mənə 2- ci qrup əlillik təyin edilmişdir. Eakin. Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Kommissiyası tərəfindən 1994 - cü ildə döyüş əməliyyatları bölgəsində “döyüş” əmrini icra edərkən aldığım xəsarətlər istər 1997-ci ildə X3 21- ci X4 Sərhədinin mühafizəsi zamanı sol - diz oynağından aldığı xəsarətlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 fevral 2008- ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş Hərbi Həkim Ekspertizası haqqında əsasnamənin 7.2 - ci bəndinin a yarımbəndində nəzərdə tutulmuş qaydada təyin edilməyərək baş vermiş hadisə zamanı “ sol - diz” oynağımdan aldığım xəsarət “ travma hərbi xidmət dövrü alınmışdır” 1994 - cü ilin 18 fevralında işğal olunmuş toraqların azad olunması uğrunda gedən döyüşlərdə qarşı tərəfdən atılan artilleriya mərmiləri nəticəsində “ sağ - bud çanaq, sağ baldır” və bədənimin müxtəlif nahiyələrindən aldığım çoxsaylı mərmi “ qəlpə” və “güllə” yaraları hərbi travmadır “hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi təyin edilmişdir. DSX - nin MHHK - nın mənim ümumi aldığı xəsarətlərin səbəb əlaqəsinin təyin edilməsində barəsində verdiyi 2013 - cü ildən 2019 - cu il tarixinədək başqa - başqa məzmunlu ( 3) ayrı arayışlarda ziddiyyət yaradan qərarlar 2019 - cu ildə Bakı Şəhər İnzibati Məhkəməsində mübahisələndirilmişdir. Məhkəmə prosesləri zamanı DSX - nın MHHK - nın məsul şəxsləri barəsində verdiyi qərarlara yenidən baxacağını öhdəlik götürərək aldığı xəsarətlərin səbəb əlaqəsinin yenidən müvafiq sənədlərə xəstəlik epiqrizlərinə yenidən əsaslanaraq 21 sentyabr 2019- cu ildə Nazirlər Kabinetinin 29 fevral 2008 - ci il tarixli 59 N - li qərarə ilə təsdiq edilmiş “ Hərbi Həkim Ekspertizası haqqında” əsasnamənin 7.2 bəndinin a) yarımbəndini yenidən əldə rəhbər tutaraq barəmdə 541 N-li “HƏRBİ TRAVMADİR AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” düzgün qərarı verilmişdir. Bundan sonra onun avtonəqliyyatla təmin olunması barədə xx.xx.2018 - ci il tarixdə 0221003AAGB4 N- li bildiriş sistemə daxil olmuşdur. Lakin həmin tarixdən indiyənədək cavabdeh qurum onun müraciətinə heç bir rəsmi cavab verməyərək nə avtomobil ilə təmin etmişdir, nə də ki təmin olunmamağının səbəbini göstərməmişdir . Əksinə olaraq barəsində verilmiş hərbi qərarın səbəb əlaqəsinin düzgün təmin edilməsindən sonra tamamilə 2 - ci qrup əlilliyini müxtəlif əsassız bəhanələrlə ləğv etmişdir. Qeyd olunan bütün faktlar Bakı İnzibati Məhkəməsində bir daha mübahisələndirilmişdir. Məhkəmə prosesləri zamanı xx.xx.2020- ci il tarixdə məhkəmə qaydasında tibbi ekspertizası keçirilmişdir. Bütün qeyd olunan diaqnozlar bir daha öz təsdiqini tapmışdır. 2017 -ci ilin yanvarın 27 -dən, 2022 - ci ilin yanvarın 27 - dək təyin edilmiş 2- ci qrup əlilliyin müddəti bitdikdən sonra növbəti 5 il üçün əlilliyin təyin edilməsi ilə əlaqədar 2023 - cü ilin avqust ayının 18 -də sistemə daxil olunmuş (forma 088) yenidən əsassız olaraq şablon qaydada imtina verilmişdir. Qeyd olunan məsələlər yenidən Bakı İnzibati Məhkməsində mübahisələndirilmişdir. Məhkəmə qaydasında yenidən xx.xx.2023 cü il tarixdə tibbi ekspertiza keçirilmiş, qarşı tərəfin narazılığı səbəbindən xx.xx.2023 - cü il tarixdə təkrar ekspertiza keçirilərək aldığı çoxsaylı xəsarətlər səbəbindən səhhətində yaranan ciddi fəsadlar, yerişin pozulamsı və hərəkətin məhdudluğu bir daha EMQ müayinəsi nəticəsində öz təsdiqni tapmışdır. İstər Bakı İnzibati Məhkəməsi, istər Ali Məhkəmə səviyyəsində haqq - hüquqları bərqərar edilmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinə Qazax Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-cı il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Odlu silah yaralanmasından sonrakı vəziyyət(1994),(1997). Yumşaq toxumalarda qalmış yad cisim, bədəndə çoxsaylı metal qəlpələr. İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Vətəndaşın hazırda X7 qüvvədə olan hər hansı əlillik təyinatı mövcud deyildir. İddiaçı ilk öncə inzibati orqana müraciət etməli, imtina aldıqdan sonra müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Hazırda İddiaçı "avtomobil ilə təmin olunma" tələbinə dair bizə hər hansı müraciəti daxil olmamışdır. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. Qeyd edilənlərə əsasən iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddiaya mahiyyəti üzrə baxılıb iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda göstərilənləri müdafiə edərək, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Hər bir inzibati iddianın mümkün sayılması üçün:
1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı;
2. iddia bilavasitə tələbə cavab verməli olan subyektə yönəldilməli;
3. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2, 35.1). İşin hallarından görünür ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Daha sonra iddiaçının əlillik vəziyyətinə Qazax Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Odlu silah yaralanmasından sonrakı vəziyyət(1994),(1997). Yumşaq toxumalarda qalmış yad cisim, bədəndə çoxsaylı metal qəlpələr. İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Qeyd olunan imtina Bakı İnzibati Məhkməsində mübahisələndirilmişdir. Yekunda Azərbaycan Respublikası Ali Məhkəməsinin idia tələbinin təmin edilməsi, iddiaçıya xx.xx.2022-ci il tarixdən ikinci dərəcə əlilliyi təyin edilməsi barədə qərardan cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti məhkəmənin 2-1(102)-2663/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Hazırkı iddiasında iddiaçı ikinci dərəcə əlil olmasını əsas gətirərək avtomobil ilə təmin edilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” 3.1-ci bəndinə əsasən minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. Göründüyü kimi, qeyd edilən qanunvericiliyin tələbindən aydın olur ki, yalnız əlilliyi müəyyən olunmuş şəxslər minik avtomobillə təmin edilirlər. İddiaçı öz tələbini ona əlillik dərəcəsinin təyin edilməsinə dair məhkəmə qərarlarının mövcud olması ilə əsaslandırmışdır. Bununla bağlı bildirilməlidir ki, iddiaçıya əlillik dərəcəsinin təyin edilməsinə dair məhkəmə qərarlarının mövcud olması işin mübahisəsiz halı olsa da, həmin qərarın qanuni qüvvəyə minməsi, icraya yönəldilməsi iş materialları ilə müəyyən edilmir. Həmçinin, iddiaçının X7 qüvvədə olan hər hansı əlillik təyinatının mövcud olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, nə qədər ki, iddiaçının X7 qüvvədə olan əlillik təyinatı mövcud deyil, qanunvericilikdə əlillik dərəcələri olan şəxslər üçün nəzərdə tutulmuş minik avtomobil ilə təmin edilməsi də mümkünsüzdür. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən ididaçının hər hansı hüququnun pozulması müəyyən edilmədiyindən, hazırkı iddia mümkün sayılmamalıdır. Bununla yanaşı mhkmə izah edir ki, əlillik dərəcəsinin təyin edilməsi barədə məhkəmə qərarının icrasına nail olduqdan sonra iddiaçının avtomobil ilə təmin edilmə üçün tibbi göstərişin verilməsi braədə cavabdeh orqana yenidən, yeni əsaslarla müraciət etmək və verilmiş cavabı və ya hərəkətsizliyi inzibati məhkəmə nəzarətində mübahisələndirmək hüququ saxlanılır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2, 24, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər.
Hakim Aygün Əhədova