Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5051/2025 06.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “müsabiqənin nəticələrinin ləğv edilməsi və onun qaliblər sırasında ilk üçlükdə qiymətləndirilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “müsabiqənin nəticələrinin ləğv edilməsi və onun qaliblər sırasında ilk üçlükdə qiymətləndirilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı müsabiqədə ilk üçlüyə layiq görülmüş digər finalçıların çıxışlarının video-lent yazısını yenidən izləyərək övladı İddiaçı çıxışı ilə müqayisə edilməsini və onun haqqının özünə qaytarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, övladı İddiaçı 2023-2024-cü tədris ilini müvəffəqiyyətlə başa vuraraq Bakı şəhərində fəaliyyət göstərən X5 Məktəb Liseyinin məzunu olmuşdur. O, orta məktəb illərində nümunəvi şagird olaraq on bir il sinif nümayəndəsi adını daşımışdır. Oxuduğu dövr ərzində dəfələrlə Respublika fənn müsabiqələri, beynəlxalq olimpiadalar (X2, e-Twinning, STEM və s.) və yazı inşa müsabiqələri qalibi olmuşdur. Xatirənin oxuduğu 11 il ərzində orta məktəb müəllimləri tərəfindən ona verilən qiymətlər yüksək balla dəyərləndirilmişdir. Bütün bu nailiyyətlərinə baxmayaraq övladı orta məktəbin yekununda qızıl nişan verilməmişdir. 9-11-ci sinif fərqlənmə attestatları ilə kifiayətlənmişdirlər. Tədris mövsümün sonunda Xatirə dördüncü qrup üzrə 632 bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olmuşdur. 2023-2024cü il tədris ili ərzində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Respublikada keçirilən Ulu X8 anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinə övladı İddiaçı də, qoşulmuşdur. İlk iki keçid turunu müvəffəqiyyətlə adlayan övladı finala vəsiqə qazanmışdır. Finalda iştirak edərək çəkdiyi bilet üzrə “Heydər Əliyev və Ordu Quruculuğu” mövzusunda çıxış etmişdir. Övladı Xatirə evə gələrək ona şikayət etmişdir ki, o, çıxış edən zaman münsiflər heyəti üzvləri arasında əyləşənlərdən yalnız bir nəfər onu dinləyir, digərləri isə laqeyd yanaşırdılar. Onun övladının əla çıxış etməsi və yekunda ilk üçlüyə düşməməsi müsabiqə təşkilatçılarının saxtakarlıq etməsi barədə onda şübhələr doğururdu. Ona görə, 15 may 2024-cü il tarixdə portal.edu.az platforması üzərindən məktub göndərərək övladının çıxışının video-lent yazısına baxmasına rica etmişdir. Agentlik tərəfindən məktuba cavab qəsdən gecikdirilərək 23 iyul 2024-cü il tarixində onların mobil telefon nömrəsinə mesaj göndərilmişdir. Mesajın onlara ayın 23-də göndərilməsinə baxmayaraq 4 gün öncəki tarixə, yəni 19 iyul 2024-cü il tarixində MÜTDA-ya yaxınlaşması tövsiyə olunmuşdur. Bunu necə başa düşmək olar? Bir saniyə ərzində çatmalı olan mesaj necə olur ki, 4 gün gecikmə ilə gəlir? Beləliklə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin onların sorğusuna cavabı bilərəkdən gecikdirməsi heç də təsadüfi olmamışdır. Bu arada onların saxta yolla seçdikləri müsabiqə qaliblərinə mükafatlandırma mərasimi keçirilmişdir. O, bir valideyn olaraq iyul ayının 25-də Agentliyə getmişdir. Agentliyin əməkdaşı, eyni zamanda müsabiqə vaxtı münsiflər heyətinin üzvü kimi iştirak edən Əhliyyət Adıgözəlov və Agentliyin digər xanım əməkdaşının iştirakı ilə video lent yazısına birlikdə baxmışlar. Agentiyin əməkdaşlarının da, etiraf etdikləri kimi övladının çıxışı ən yüksək balla dəyərləndirilməli idi. Ancaq övladına ilk üçlükdə yer verilmədiyi barədə onda gizli şübhələr narahatlığa səbəb olmuşdur. Qalib yerlərin qabaqcadan bölüşdürülməsi barədə öncədən onlarda olan məlumat öz təsdiqini tapmış olmuşdur. Belə ki, yerlər bölgələrdən gələn şagirdlərə, finala çıxmış Şəhid övladına və münsiflər heyətinin qabaqcadan müəyyən etdiyi şəxsə verilməli idi. Bununla əlaqədar olaraq, xx.xx.2024-cü il tarixdə MÜTDA Ümumi təhsilin təşkili şöbəsinin müdir müavininin və xx.xx.2024-cü il tarixdə isə MÜTDA X6 qəbulunda soruşduqda, o, məsuliyyəti öz üzərindən ataraq münsiflər heyəti üzvlərinin cavabdeh olduqları və guya ki, övladının topladığı bal 3-cü yeri tutmaq üçün az fərqlə kifayət etmədiyini söylədi. İlk üçlüyə layiq görülən “qaliblərin” çıxışlarının video lent yazısını onun övladı İddiaçı çıxışı ilə üzləşdirilərək yenidən baxılması tələbini isə rədd etmişdir. 17 avqust 2024-cü il tarixində yeni tələblə Elm və Təhsil nazirinə ərizə ilə müraciət edərək, “Ən yaxşı təqdimat” müsabiqəsində təşkilatçı qurum olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müsabiqə qaliblərinin seçimində saxtakarlığa yol verdiyini və ilk üç yer qaliblərinin çıxışlarının video lent yazısını onun övladı İddiaçı çıxışı ilə müqayisə edərək Nazirlikdə yenidən baxılması ilə əlaqədar müraciət etmişdir. Lakin, Elm və Təhsil Nazirliyi ərizəsinə baxılması üçün şikayətçi olduğu Agentliyə göndərmişdir. Bununla əlaqədar, 04 noyabr 2024-cü il tarixində Elm və Təhsil nazirinin müavini Həsən Həsənlinin qəbulunda olmuşdur. O, onu dinlədikdən sonra etiraf etmişdir ki, Agentliyin təşkilatçılığı ilə keçirilən müsabiqədə bəzi qüsur və nöqsanlar olmuşdur. Guya ki, övladı Xatirə çox cuzi balla ilk üçlüyə düşə bilməmişdir. Qeyd edir ki, bu fikirləri ilə o, müsabiqə qaliblərinin təqdimatlarına baxmadan söyləyirdi və baxmaqdan da, imtina etmişdir.
3. Sonradan iddiaçı və İddiaçı tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərək iş üzrə iddiaçı Qanuni nümayəndə əsl İddiaçı ilə əvəz edilməsi, İddiaçı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində 60-cı yerə layiq görülməsi ilə bağlı nəticənin ləğv edilərək, qaliblər sırasında ilk üçlükdə qiymətləndirilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilərək iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edilərək iddianın əsassız hesab edilməklə təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
5. Etiraza əsasən, “Ən yaxşı təqdimat” müsabiqəsi müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 101-ci il dönümü ilə əlaqədar ulu öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da, genişləndirilməsi məqsədilə həyata keçirilir. Müsabiqədə ümumi təhsil müəssisələrinin İX- Xİ sinif şagirdləri iştirak edirlər. Final mərhələsində iştirakçılar müəyyənləşdirilmiş meyarlar əsasında müsabiqə komissiyası tərəfindən qiymətləndirilir və qaliblər seçilir. Xİ sinif şagirdi İddiaçı çıxış etdiyi “Ordu quruculuğu” mövzusu müsabiqə komissiyası tərəfindən 14.00 balla qiymələndirilmişdir. Nəticə qiymətlərinə əsasən Nəcəfli X4 MR kənar olmaqla “Ən yaxşı təqdimat” müsabiqəsinin final mərhələsində iştirak edən 90 nəfər iştirakçıdan 60-cı yerə çıxmışdır. “Ən yaxşı təqdimat” müsabiqəsinin ekspert komissiyasının üzvü Əhliyət Adıgözəlovun verdiyi izahata görə, İddiaçı çıxış etdiyi “Ordu quruculuğu” mövzusu müsabiqədə təqdimat üçün nəzərdə tutulmuş digər mövzular kimi aktual idi. Təqdimat etmək üçün 10 dəqiqə vaxt müəyyən olunmuşdur. Lakin, İddiaçı təqdimatını 04 dəqiqə, 52 saniyə müddətinə başa çatdırmışdır. Bu müddət ərzində şagird İddiaçı mövzu ilə bağlı dolğun və əhatəli məlumata malik olduğunu nümayiş etdirməli, məsələyə müxtəlif mövqelərdən yanaşmağı bacarmalı və öz fikirlərini lazımi səviyyədə əsaslandırmağı bacarmalı idi. O, eyni zamanda nəticə çıxarma bacarığı, nitqin səlisliyi və lüğət ehtiyatının zənginliyini də, nümayiş etdirməli, məsələyə müxtəlif mövqelərdən yanaşmağı bacarmalı və öz mövqeyini lazımi səviyyədə əsaslandırmağı bacarmalı idi. Bununa yanaşı, qiymətləndirmə prosesində şagirdin faktlarla əsaslandırma və nəticələr çıxarma bacarığı, yaradıcılıq səviyyəsi, nitqin səlisliyi və lüğət ehtiyatının zənginliyi də, nəzərə alınırdı. Komissiyanın üzvü İntiqam Cəbrayılovun vergi izahata görə, İddiaçı çıxış etdiyi “Ordu quruculuğu” mövzusunda Ordu quruculuğundan bəhs edilərkən yaxşı olardı ki, Heydər Əliyevin böyük siyasi və dövlət xadimi, Ümumilli Lider kimi şəxsi keyfiyyətləri daha qabarıq şəkildə təqdim edilsin. Həmin izahata görə, Heydər Əliyev ordu quruculuğunda peşəkarlıqla bərabər, zabit kadrlarının mənəvi keyfiyyətlərinin (əqidə bütövlüyü, dövlətçliyə sədaqət hissi və s.) formalaşdırılmasına xüsusi əhəmiyyət verirdi. Təqdimatda bu məsələ barəsində də, sistemli şərh vermək olardı.Təqdimatda nitqin səlisliyi və lüğət ehtiyatının zənginliyi əsas meyarlardan biri kimi nəzərdə tutulurdu. Təqdimat zamanı şagird Cəmşid Naxçıvanski adına hərbi liseyin (əvvəlki adı Cəmşid Naxçıvanski adına İxtisaslaşdırılmış internat məktəbi) yaranması və keçdiyi yoldan danışarkən anlayışları düzgün işlətməsi (məsələn, Naxçıvanskinin yetirmələri yox, bu məktəbin, bu liseyin yetirmələri şəklində və s.) daha məqsədəuyğun olardı. Şərh zamanı məsələləri ardıcıl, sistemli izah etmək tələb olunur. Komissiyanın üzvü Nilufər Rəhimovanın verdiyi izahata görə, ordu quruculuğundan bəhs edilərkən yaxşı olardı ki, Heydər Əliyevin böyük siyasi və dövlət xadimi, Ümumilli Lider kimi şəxsi keyfiyyətləri daha qabarıq şəkildə təqdim edilsin. Məsələn, Bakıya dəvət olunanda Azərbaycan Ordusunda ağır böhranın olduğu ciddi əsaslandırılmış şəkildə qeyd edilsin. Böhranın xarakterik tərəflərinin nədən ibarət olduğu diqqətə çatdırmalı idi. Müddəalar ilə bağlı qısa da, olsa, öz mövqeyini ifadə etmək olardı. Azərbaycanda ordu quruculuğundakı nöqsanların aradan qaldırılmasında kadrların tərbiyələndirilməsi, seçilməsi, yerləşdirilməsi Heydər Əliyevin ordu quruculuğu işinin mühüm istiqamətlərindən biri idi. Ulu Öndərin dəfələrlə hərbi hissələrə səfər etməsi, hərbi hissələrin xidməti həyatı ilə yaxından tanış olması, əsgər və zabitlərin qayğıları ilə maraqlanması barədə məlumatlar diqqətə çadırıla bilərdi. Təqdimat zamanı anlayışların düzgün ifadə edilməməsi qiymətləndirməyə təsir etmişdir: Naxçıvanskinin yetirmələri idi – burada Naxçıvanskinin yetirmələri deyil, Cəmşid Naxçıvanski adına hərbi liseyin (əvvəlki adı Cəmşid Naxçıvanski adına İxtisaslaşdırılmlış internat məktəbi) yetirmələri deyilməli idi. Təqdimat zamanı bu və digər məsələlərin izahı, sistemli şərhlərinin verilməsi, eyni zamanda faktlara istinad şagirdin yaradıcılıq səviyyəsini nümayiş etdirmək üçün daha geniş imkanlar yaradardı. Təqdimatda niqtin səlisliyi və lüğət ehtiyatının zənginliyi əsas meyarlardan biri kimi qiymətləndirilmişdir. Komissiyanın üzvü Azad Şükürovun verdiyi izahata görə, İddiaçı danışan zaman tələsgənliyə yol vermişdir ki, bu onun əzbərçiliyini sübut edirdi. Bu cür danışıq tərzi onunla nəticələnir ki, şagird monoton danışır, nəticə etibarı ilə onun danışığında bir anlaşılmazlıq müşahidə edilirdi. Bu da, təqdimat zamanı kifayət qədər gözəçarpan qüsur hesab edilir. Eyni zamanda, əl hərəkətlərinin də, mexaniki surətdə təkrarlanması bu yeknəsəkliyi, monoton tərzi bir daha qabarıq surətdə nümayiş etdirirdi. Bunlarla yanaşı, qiymətləndirmə prosesində şagirdin faktlarla əsaslandığı və bu faktlardan məntiqli nəticələr çıxarma bacarığını, nitqinin yaradıcılıq səviyyəsini, danışığının səlisliyini və lüğət ehtiyatının zənginliyini də, nümayiş etdirməli olduğu və təəssüf ki, bütün bunları istənilən səviyyədə bacarmadığı nəzərə alınmışdır. Hüquqi məsələlərlə bağlı bildirirlər ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin doğum gününün 101-ci il dönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilmləsi işinin daha da, gücləndirilməsi məqsədilə “Ən yaxşı təqdimat” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikasının Elm və Təhsil nazirinin 3-29/3-2-87F/2024 nömrəli, xx.xx.2024-cü il tarixli əmrinə əsasən Ümumi təhsil müəssisələrnin İX-Xİ sinif şagirdlərinin iştirakı ilə Ulu X8 doğum gününə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilməsi, müsabiqə mövzuları, qiymətləndirmə meyarları və ölkə mərhələsi üzrə müsabiqə komissiyasının tərkibi təsdiq edilməsi müəyyən olunmuşdur. Əmrə əsasən müsabiqə regional və ölkə üzrə olmaqla 2 mərhələdə təşkil edilməklə, müsabiqənin ilk mərhələsi rayon və şəhərlərdə, ölkə mərhələsi Bakı şəhərində keçirilməsi müəyyən olunmuşdur. Həmin əmrin 4-cü maddəsinə əsasən müsabiqənin ölkə mərhələsinin iştirakçıları üçün aşağıdakı qaydada kvota müəyyənləşdirilmişdir: Bakı şəhərindən – 12 (on iki) nəfər; Gəncə, Sumqayıt, Mingəçevir şəhərlərinin hər birindən və Abşeron rayonundan – 2 (iki) nəfər, digər şəhər və rayonların hər birindən – 1(bir) nəfər, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birbaşa tabeliyindəki, digər qurumların tabeliyində olan və özəl ümumi təhsil müəssisələrindən ümumilikdə - 10 (on) nəfər. Yuxarıda qeyd olunanlara əsasən, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
6. İddiaçı tərəfindən cavabdehin etirazına qarşı mülahizə təqdim edilərək bildirilmişdir ki, “Ən yaxşı təqdimat” müsabiqəsinin qiymətləndiriməsində saxtakarlığa yol verilməsi barədə Agentliyə etdikləri şifahi və yazılı müraciətlərinə cavab olaraq qarşı tərəf onlara yalan məlumat verərək bildirmişdir ki, guya İddiaçı çox cuzi balla ilk üçlüyə düşməmişdir. Bu barədə Agentliyin onlara verdikləri yazılı cavablarda da, qeyd edilmişdir. Hətta onlar onu sakitləşdirmək məqsədi ilə İddiaçı fəxri fərman verilməsi təklifi ilə də, çıxış etmişlər. Ancaq bu təklif tərəflərindən qəti şəkildə rədd edilmişdir. Keçən məhkəmə iclası zamanı isə qarşı tərəf məcbur qalaraq etiraf etmişdir ki, Xatirə məhz 60-cı yerlə qiymətləndirilib. Beləliklə, müraciətinə verilən cavabla məhkəmə iclasında deyilən sözlər üst-üstə düşməmişdir. Agentliyin hüquqlarını müdafiə edən vəkil xx.xx.2025-ci il tarixində keçirilən məhkəmənin birinci iclasında yalnız ifadə verərək bildirmişdir ki, cəmi 3 qalib seçilmiş və Xatirə 60-cı yer tutmaqla qaliblərdən 57 yer geridə qalmışdır. Əslində isə 2944 iştirakçıdan 90 nəfər finala keçmiş, onlardan isə 34 nəfər qalib olmuşdur. 7 nəfər 1-ci yer, 11 nəfər 2-ci yer, 16 nəfər 3-cü yer. Deməli, X.Nəfəli münsiflərin verdiyi bala əsasən qaliblərdən vəkilin dediyi kimi 57 yer deyil, 26 yer geri qalmışdır. Bu isə vəkilin məlumatsızlığının və ya məhkəməni bilərəkdən yanlış qərar verməyə yönəldilməsinin sübutudur. Agentliyin əməkdaşı və eyni zamanda” Ən yaxşı təqdimat” müsabiqəsində ekspert komissiyasının üzvü qismində iştirak edən Əhliyyət Adıgözəlov verdiyi izahatda bildirir ki, təqdim etmək üçün ayrılan vaxtın müddəti 10 dəqiqə olduğu halda, İddiaçı çıxışı 4 dəqiqə 52 saniyə olmuşdur. Ancaq reqlamentə görə ayrılan 10 dəqiqənin 5 dəqiqəsi iştirakçının çıxışı üçün, qalan 5 dəqiqə isə ekspert komissiyası tərəfindən təqdimat edən şəxsin sual-cavab edilməsi üçün nəzərdə tutulmuşdur. Ə.Adıgözəlov isə məhkəmədə yanlış təsəvvür yaratmaq üçün Agentliyin xeyrinə sərf edən qaydada izahat vermişdir. Çox təəssüf ki, ekspert komissiyası onlara həvalə edilən məsuliyyətin öhdəsindən gəlməmiş və iştirakçıya suallar verməkdən yayınmışlar. Reqlamentə riayət edilməyərək digər iştirakçılardan fərqli olaraq Xatirəyə sualların verilməməsi birbaşa olaraq öz münsif öhdəliklərini yerinə yetirə bilmədikləri anlamına gəlir. Bu da, heç təsadüfi olmamışdır. İddiaçı bilik potensialını görən komissiya üzvləri onun suallara dolğun cavab verəcəyindən ehtiyat edərək bu addımı atmaqdan çəkinmişlər. Ekspert Komissiyasının üzvləri çıxışda heç bir yanlış ifadə tapmadıqlarından yalnız Xatirənin işlətdiyi “Naxçıvanskinin yetirmələri” sözündən tutmuş və bunun “C.Naxçıvanski adına Hərbi Liseyin yetirmələri” kimi deyilməli olduğunu vurğulamışlar. Ancaq, çıxışın əvvəlki cümlələrində “H.Əliyevin Cəmşid Naxçıvanski adına Hərbi Liseyin əsasını qoyduğu” barədə fikir söylədiyindən, nitqdə təkrarçılığa yol verməmək və bədiiliyi qorumaq üçün bu cür deyilmişdir. Müsabiqənin qiymətləndirmə meyarlarının 2-ci və 4-cü bəndlərini əsas götürərək (2. Şərh etdiyi məsələlərə öz mövqeyini bildirməsi və 4. Mülahizəsini bildirərkən yaradıcılıq səviyyəsi) İddiaçı bu ifadəsi reqlamentə uyğun hesab edilməlidir. Komissiyanın üzvü Azad Şükürovun verdiyi izahata görə İddiaçı “çıxışında tələsgənliyə yol verirdi ki, bu da, onun əzbərçiliyini göstərir”. Ancaq bu həqiqəti əks etdirmir. Reqlamentə görə çıxış üçün cəmi 5 dəqiqə ayrıldığından şagird dolğun məlumatını qısa zaman ərzində çatdırmaq üçün bu vaxdan səmərəli istifadə etmişdir. Lakin, bu onun tələsgənliyə yol verməsi anlamına gəlməməlidir. Qarşı tərəfin iclasa 1 gün qalmış məhkəməyə təqdim etdiyi etiraz izahatında ekspert komissiya üzvləri müsabiqənin reqlamentində olan şablon cümlələrdən istifadə edərək, İddiaçı “nitqin səlisliyi və lüğət ehtiyatının zənginliyini nümayiş etdirə bilməməsini əsas gətirib bir-birinin fikrini təkrarlamışlar. Lakin, Xatirənin respublika əhəmiyyətli inşa yazı müsabiqələrində əldə etdiyi nəaliyyətlər onun lüğət ehtiyatının kifayət qədər yüksək olduğunu, eTwinning, STEM, müxtəlif hakatonlardakı birincilikləri nitqinin səlisliyi və təqdimetmə bacarığını, o cümlədən, Respublika Fənn Müsabiqəsində, L.Zadə adına Riyaziyyat Olimpiyadasında və X3 medalları isə hərtərəfli olduğunun nümunəsidir. Bütün bu sübut və faktlarla bərabər məhkəmədən xahiş edirlər ki, qaliblərdən olan Bakı şəhər Elitar Gimnaziyasının şagirinin çıxışının videolent yazısı ilə İddiaçı təqdimatı müqayisə ediərək yenidən baxılsın və haqq-ədalət bərpa edilsin.
8. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
9. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
10. İddiaçı tərəfindən müsabiqənin nəticəsindən narazılığı ilə bağlı cavabdeh orqana çoxsaylı müraciətlər ünvanlanmışdır.
11. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən xx.xx.2024-cü il tarixli, 3-29-69/2-N-5037-4/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 3-29-69/2- N-5037/2-4/2024 nömrəli və 15 noyabr 2024-cü il tarixli, 3-29-2-N-3203-4/2024 nömrəli məktublarla cavab olaraq bildirilmişdir ki, İddiaçı Ulu X8 anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində iştirak etmiş və müsabiqənin yekun mərhələsində “Heydər Əliyev və ordu quruculuğu” mövzusunda təqdimat etmişdir. Müsabiqədə təqdimatlar müəyyən edilmiş meyarlar əsasında münsiflər heyəti tərəfindən müstəqil qiymətləndirilmiş və İddiaçı topladığı bal müsabiqədə 3-cü yeri tutmaq üçün az fərqlə kifayət etməmişdir.
12. Cavabdeh tərəfindən məhkəməyə müsabiqənin nəticələrini əks etdirən siyahı və, komissiya üzvlərinin iddiaçı barəsində rəyləri məhkəməyə təqdim edilmişdir.
13. İş materiallarına iddiaçının müsabiqədə çıxışını əks etdirən video görüntü 1 ədəd flash diskdə təqdim edilmişdir. Müsabiqə zamanı aparılmış video çəkiliş materialları məhkəmə tərəfindən araşdırılmışdır.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb məcburetmə barədə iddia növünə aiddir.
15. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
18. Məcburetmə barədə iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
19. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
20. Məhkəmə gəldiyi nəticəni aşağıdaklarla əsaslandırır:
21. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Vİ. Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar. Maddə 42. Təhsil hüququ İ. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. İİ. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. İİİ. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. İV. Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. V. Dövlət minimum təhsil standartlarını müəyyən edir.
22. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: bu Qanun vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul edilməsində baza rolunu oynayır. Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir... 3.0. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır: ... 3.0.3. bərabərlik - bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin olunması; ... Maddə 32. Təhsilalanların hüquq və vəzifələri 32.1. Təhsilalanların hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər normativ hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun müəyyən edilir. 32.3.18. təhsillə bağlı inkişafyönlü tədbirlərdə (olimpiada, bilik yarışları, fənn müsabiqələri, konfrans, seminar, proqram və layihələr) iştirak etmək; ...
23. Hazırki işin hallarının hər tərəfli araşdırmasından məlum olmuşdur ki, Azərbaycan Respublikasının Elm və Təhsil nazirinin 3-29/3-2-87F/2024 nömrəli, xx.xx.2024-cü il tarixli əmrinə əsasən Ümumi təhsil müəssisələrinin İX-Xİ sinif şagirdlərinin iştirakı ilə Ulu X8 doğum gününə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilməsi, müsabiqə mövzuları, qiymətləndirmə meyarları və ölkə mərhələsi üzrə müsabiqə komissiyasının tərkibi təsdiq edilməsi müəyyən olunmuşdur. Əmrə əsasən müsabiqə regional və ölkə üzrə olmaqla 2 mərhələdə təşkil edilməklə, müsabiqənin ilk mərhələsi rayon və şəhərlərdə, ölkə mərhələsi Bakı şəhərində keçirilməsi müəyyən olunmuşdur. Həmin əmrin 4-cü maddəsinə əsasən müsabiqənin ölkə mərhələsinin iştirakçıları üçün aşağıdakı qaydada kvota müəyyənləşdirilmişdir: Bakı şəhərindən – 12 (on iki) nəfər; Gəncə, Sumqayıt, Mingəçevir şəhərlərinin hər birindən və Abşeron rayonundan – 2 (iki) nəfər, digər şəhər və rayonların hər birindən – 1(bir) nəfər, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birbaşa tabeliyindəki, digər qurumların tabeliyində olan və özəl ümumi təhsil müəssisələrindən ümumilikdə - 10 (on) nəfər. “Ən yaxşı təqdimat” müsabiqəsində şagirdlər 10 mövzunun hər birinə hazırlıqlı olmalı və ünvanlanacaq suallara cavab verə bilməli ididlər. Hər bir şagird üçün ayrılacaq vaxt ümumi 10 dəqiqə (5-6 dəqiqə şagirdin çıxışı, 4-5 dəqiqə sual-cavab) nəzərdə tutulmuşdur. “Ən yaxşı təqdimat” müsabiqəsinin qiymətləndirmə meyarları aşağıdakı kimi olmuşdur: 1. Təqdimatçının mövzu ilə bağlı dolğun və əhatəli məlumata malik olduğunu nümayiş etdirməsi. 2. Şərh etdiyi məsələlərə müxtəlif mövqelərdən yanaşma və öz mövqeyini bildirməsi. 3. İrəli sürdüyü fikirləri təhlil əsasında faktlarla əsaslandırması və nəticələr çıxarması. 4. Mülahizələrini bildirərəkən yaradıcılıq səviyyəsi. 5. Nitqin səlisliyi və lüğət ehtiyatının zənginliyi. 19 aprel 2024-cü il tarixində keçirilmiş “Ən yaxşı təqdimat” müsabiqəsinin respublika mərhələsində Bakı şəhəri Xətai rayonu X5 məktəb-liseyin Xİ sinif şagirdi İddiaçı “Ordu quruculuğu” mövzusunda çıxış etmiş, onun çıxışı ümumilikdə 4 dəqiqə 52 saniyə çəkmişdir. Çıxışından sonra İddiaçı komissiya üzvü tərəfindən 1 sual ünvanlanmışdır. Müsahibədə 90 nəfər məktəbli iştirak etmiş, iştirakçılardan 30 nəfər mükafatlandırılmış, İddiaçı çıxışı ümumi qiymətləndirmə əsasında qiymətləndirilərək total olaraq 14.00 balla qiymətləndirilmiş və o, 90 nəfər arasında 60-cı sırada yer almışdır. Komissiya üzvləri hesab etmişlər (bununla bağlı əsasslandırılmış rəyləri mövcuddur) ki, İddiaçı təqdimatı nisbətən normaldır, lakin mükafata layiq yerlər üçün kifayət deyildir. Belə ki, komissiya üzvləri onun təqdimatını 5 meyar üzərindən qiymətləndirərkən belə qənaətə gəlmişlər ki, təqdimat zamanı İddiaçı faktlara istinad etmə, yaradıcılıq bacarığını nümayiş etdirmə, faktlarla əsaslandırma və nəticə çıxarma bacarığını kifayət qədər nümayiş etdirə bilməmişdir. Bundan əlavə, nitqin səlisliyi və lüğət ehtiyatının zənginliyi də, kifayət qədər olmamışdır. Komissiya üzvləri gəldikləri qənaəti yazılı surətdə, iddiaçının təqdimatından konkret ifadələrə istinad etməklə əsaslandırmışlar.
24. Cavabdeh tərəfindən təşkil olunmuş müsabiqənin nəticələrinin qiymətləndirilməsi zamanı bütün meyarlar üzrə İddiaçı təqdimatı qeyri-məqbul hesab edilmiş və komissiya üzvlərinin İddiaçı qiymətləndirilməsi ilə bağlı tərtib etdikləri rəylərdə göstərilənlər iş materiallarına əlavə edilmiş video görüntüyə baxış zamanı da, öz təsdiqini tapmışdır.
25. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, işin yuxarıda qeyd olunan faktiki hallarına cavabdehin diskresion səlahiyyətlərinə müdaxilə edilmədən hüquqi qiymət verilməlidir.
26. Belə ki, cavabdeh faktiki olaraq diskresion səlahiyyətlər çərçivəsində hərəkət etməklə, özünün qiymətləndirmə sərbəstliyinə müvafiq olaraq iddiaçı tərəfindən mübahisələndirilən nəticəyə gəlsə də, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən ona verilmiş səlahiyyətdən və qiymətləndirmə sərbəstliyindən düzgün istifadə edilməmişdir.
27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.7- ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir.
28. İnzibati orqanın qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində əvvəlcədən qəbul edəcəyi qərarın məlum olduğu hallar, yəni inzibati orqana seçim imkanı verilməyən hallar istisna olmaqla digər hallarda qanunvericiliklə inzibati orqanların diskresion səlahiyyətlərinin mövcudluğu qəbul edilməkdədir. Başqa sözlə, müəyyən səbəblərdən hər hansı qərarın qəti olaraq veriləcəyi hüquqi tənzimləmə ilə nəzərdə tutulmayıbsa, bu zaman demək olar ki, inzibati orqanın diskresion səlahiyyətləri tanınır.
29. İnzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).
30. Eləcə də qanun inzibati orqana onun qiymətləndirməsinin inzibati məhkəmə icraatı çərçivəsini yoxlanılmasını mümkünsüz edən heç bir iradə sərbəstliyi və ya hüquqi imkan tanımamaqdadır.
31. İPM-in 74-cü maddəsinə əsasən isə inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.
32. Qanunla müəyyən edilmiş inzibati icraat qaydaları (o cümlədən, əlavə araşdırma aparılması imkanı nəzərə alınmaqla) və müddətləri nəzərə alındıqda, qeyd olunmalıdır ki, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması və əlavə sübutların toplanması cavabdeh tərəfindən yenidən həyata keçiriləcək inzibati icraat çərçivəsində mümkün və zəruridir. Belə ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.3-cü maddəsi).
33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva