Məhkəmə qərarları › İş №2-1(112)-5054/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5054/2025

10.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5054/2025 10.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlu katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 və (yoxlayıcı) Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə **********189150 № li, xx.xx.2024-cü il tarixli qərarın ləğv olunması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti

1. İddiaçı MMC Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq “cavabdeh tərəfindən qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə **********189150 № li, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi vergi ödəyicisi İddiaçı (**********) barəsində aparılmış araşdırma nəticəsində xx.xx.2024-cü il tarixində **********189150 № li qərar qəbul etmişdir. Həmin qərara əsasən, vergi ödəyicisi İddiaçınə (**********) 2158814,82 (iki milyon yüz əlli səkkiz min səkkiz yüz on dörd manat, səksən iki qəpik) məbləğində əlavə vergi hesablanmış, 1087306,43 (bir milyon səksən yeddi min üç yüz altı manat, qırx üç qəpik) məbləğində maliyyə sanksiyası hesablanmışdır. Sözügedən Qərar səyyar vergi yoxlaması ilə bağlı tərtib edilmiş **********177022 № li, 07.10.24-cü il tarixli akt əsasında qəbul edilmişdir. Belə ki, aktda qeyd olunduğu üzrə səyyar vergi yoxlaması keçirilən zaman cəlb edilmiş mütəxəssis düzgün qiymətləndirmə verə bilməmişdir. Bununla da qeyd edilmiş məlumatlar üzrə aparılmış araşdırma nəticəsində əsassız qərar qəbul edilmişdir. Bunu ilk növbədə vergi orqanının "Mütəxəssisin dəvət edilməsi haqqında" Qərar ilə dəvət edilmiş mütəxəssisin həyata keçirdiyi monitorinq hesablamaları aparılarkən aydınlaşdırmaq mümkündür. Belə ki, hesablamalar zamanı (662 adda hazır məhsul) band sərfıyyatı hazır məhsulun istehsal prosesi əsasında deyil, mütəxəssisin öz fikirləri və fərziyyələri əsasında hazırlanıb. Mütəxəssis rəyi faktlarla deyil ehtimallarla əsaslandırılmışdır. Belə olan halda aparılmış yoxlamanın obyektivliyindən söhbət gedə bilməz. Rəyi oxuyarkən rəydəki məlumatların qeyri- dəqiq məlumatlar olduğu təsdiqini tapır. Yoxlama zamanı müəssisədə 30 adda hazır məhsul üzrə monitorinq aparılmış və band sərfıyyatı istehsal prosesi əsasında deyil, hazır məhsul üzərindən hesablanmışdır. Bu monitorinqlər zamanı itkilər nəzərə alınmamış, o cümlədən monitorinq nəticəsində mütəxəssis öz hesablamaları zamanı monitorinq nəticələrinə istinad etməmişdir. İstehsal prosesində istifadə edilən lent ölçüsünü yalnız hazır məhsula əsasən hesablamaq qeyri-dəqiq nəticələrə gətirib çıxarır, çünki bu metod faktiki istehsal prosesində baş verən itkiləri tam dəqiqliyi ilə nəzərə almır. İstehsal prosesinə baxış zamanı materialın müxtəlif mərhələlərdə itkisi - kəsim, forma vermə, birləşdirmə və digər texnoloji əməliyyatlar zamanı baş verən itkilər aydın şəkildə görünür. Lakin kataloq əsasında, hesablama aparılarkən həmin itkiləri hesablamaq mümkün deyildir. Bu səbəbdəndir ki, mütəxxəsis rəyində band sərfıyyatına itki faizi nəzərə alınmayıb. Eyni hazır məhsullara fərqli band sərfıyyatı hesablanıb. Əlavə dövriyyə hesablanarkən orta illik satış qiyməti artıq yəni ƏDV daxil hesablanıb. Nəzərə almaq lazımdır ki, hazır mal araşdırması ilə istehsal prosesindəki malın araşdırması arasındaki fərqin mövcudluğu vergi ödənişlərinin hesablanmasında kəskin fərqlərin yaranmasına səbəb olur. Qeyd edilənlər onu göstərir ki, aparılmış araşdırma real vəziyyəti təkzib etmiş və işin nəticəsi düzgün şəkildə əks olunmamışdır. Əgər iş üzrə uyğunsuzluğun mövcudluğundan söhbət gedirsə, uyğunsuzluq meyarlarını əsaslandıran sübutlar vergi orqanının özü tərəfindən inzibati icraat gedişində təqdim edilməli idi. Hazırki vəziyyətdə vergi orqanı tərəfindən qərarın əsaslandırılması üçün təqdim edilmiş sübutlar işin tam, hərtərəfli və obyektiv şəkildə araşdırılma aparılmadan qəbul edildiyini göstərir. Bu onu ehtiva edir ki, inzibati icraat zamanı **********189150 № li, xx.xx.2024-cü il tarixli qərarın əsaslandırılması üçün vergi orqanı yetərli sübutlar gətirə bilməmiş, hər hansı maddi sübut təqdim etməmişdir. Əksinə, bu yolla vergi orqanı sübutetmə yükündən boyun qaçırmağa çalışmışdır. Bu halın məhz özü kobud hüquq pozuntusudur. Cavabdeh vergi orqanı çıxardığı qərar sadəcə deklarativ məzmun kəsb edir. Vergi orqanının qərarı əsaslandırması üçün istifadə etdiyi məlumatlar şirkətin fəaliyyətində mövcud olmamışdır. Odur ki, hazırki şəraitdə şirkət hüquqlarının pozulmasının qarşısını almaq üçün vergi orqanının vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə **********189150 № li, xx.xx.2024-cü il tarixli qərarı ləğv olunmalıdır. İddiaçı göstərilənlərə əsaəsn iddia tələbinin təmin edilməsini məhkəmdəən xahiş emtişdir.

3. Cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, yoxlanılan dövr üzrə hazır məhsullar üzrə xammal silgiləri və istehsal həcmini müəyyənləşdirilməsi üçün yoxlama zamanı Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən, mütəxəssis cəlb olunmasına zərurət yaranmışdır. Vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün real istehsal həcminin və istehsal olunmuş məhsullara istifadə olunmuş xammal və materialların müəyyənləşdirilməsi məqsədi ilə Baş İdarə tərəfindən xx.xx.2023-cü il tarixli **********178738 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” Qərar çıxarılaraq "X10" MMC-nin əməkdaşı (VÖEN: **********) X8 oglu mütəxəssis kimi dəvət olunmuşdur. Mütəxəssis tərəfindən ilkin olaraq, müəssisəyə məxsus istehsal sahəsinə baxış keçirilmiş, təqdim edilmiş xammal və material hərəkətləri analiz edilmişdir. Müəssisədə bir neçə dəfə istehsal monitorinqi həyata keçirilmişdir. xx.xx.2024-cü il tarixində həyata keçirilmiş ilk monitorinq zamanı Delta dolab, Karat divan və Milano stulların istehsal prosesi əvvəlindən sonuna qədər izlənilmiş, sərf olunmuş xammal material miqdarı qeydə alınmışdır. Xammal material silgiləri hesablanarkən hazır məhsulların istehsalında istifadə olunan lent xammalının sərfiyyatının vergi ödəyicisi tərəfindən təqdim olunmuş material hərəkəti, resepturalar və vergi orqanı tərəfindən təqdim olunmuş baza məlumatları əsasında yoxlanılması nəticəsində ilkin kənarlaşmalar müəyyən edilmişdir. Daha sonra aparılan monitorinqlər zamanı seçmə üsulu ilə mebel növləri seçilərək sərf olunmuş lent miqdarları hesablanmışdır. xx.xx.2024-cü il tarixində müəssisədə ilk dəfə monitorinq həyata keçirilmişdir. Bu monitorinq zamanı müəssisənin hər 3 (Şərti olaraq Dolab istehsal sahəsi, Divan istehsal sahəsi və Stul-stol istehsal sahəsi) istehsal sahəsində monitorinq edilmişdir. 1-ci Monitorinq zamanı əldə edilmiş nəticələr rəyə əlavə olunmuşdur. Həyata keçirilmiş birinci monitorinqdən sonra itkilərinin minimum olması, istehsal olunan məhsullardan bir çoxunda istifadə olunması, eyni zamanda əsasən idxal məhsul olması səbəbindən mütəxəssis tərəfindən yoxlama dövrü ərzindəki ümumi istehsal həcminin yoxlanılması üçün lent xammalı üzərindən hesablama aparılmasına qərar verilmişdir. Məlumatların emalı zamanı təqdim olunan resepturaların real olmadığı və xammal silgilərinin düzgün qeyd olunmadığı müəyyən edilmiş və vergi ödəyicisinə bu barədə məlumat verilmişdir. Müəssisə ilə bu məlumatların müzakirəsi zamanı resepturaların səhv olduğu qəbul edilmişdir. Müəssisədən resepturaların düzəldilməsi və istehsal eskizlərinin (kəsim kağızlarının) təqdim edilməsi istənilmişdir. Müəssisə eskizləri təqdim edə bilməyəcəyini lakin ikinci və düzgün resepturaları təqdim edəcəyini bildirmişdir. Təqdim olunan ikinci resepturalardan sonra xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində 2 dəfə monitorinq keçirilmiş və ikinci dəfə də təqdim olunan resepturaların real olmadığı müəyyən edilmişdir. Cədvəl 2-də təqdim olunan reseptura və monitorinqlər zamanı əldə olunmuş nəticələrin qarşılaşdırılması qeyd olunmuşdur. Mütəxəssis rəyindən görüldüyü kimi, 2-ci təqdim olunan resepturaların da real olmadığı müəyyən edilmiş və daha sonra vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim olunmuş hazır məhsullar üzrə kataloqa əsasən mütəxəssis tərəfindən hər bir məhsul üçün kataloqda olan ölçülərdən istifadə edərək, mümkün lent istifadə miqdarı hesablanmışdır. Həmçinin, bəzi məhsulların ümumiyyətlə resepturaları müəssisə tərəfindən təqdim edilmədiyi üçün, eyni zamanda kataloqda şəkil və ölçüləri olmadığı üçün mütəxəssis tərəfindən həmin malların xammal silgiləri eyni kateqoriyadakı anoloji malların ən yüksək xammal sərfiyyatı göstəricilərinə uyğun şəkildə nəzərə alınmışdır. Bununla yanaşı, müəssisə tərəfindən reseptura təqdim edilərkən lent sərfiyyatı yazılmayan məhsulların da olduğu müəyyən edilmişdir. Lakin həmin məhsulların da lent xammalı üzrə sərfiyyatlarının olduğu müəyyən edildiyi üçün müəssisənin yoxlamaya təqdim etdiyi resepturalarda həmin mallar üzrə lent sərfiyyatı nəzərə alınmasa da hesablama zamanı bu məhsullara da lent istifadəsi mütəxəssis tərəfindən hesablanmışdır. Mütəxəssis rəyində xammal sərfiyyatının hesablanması üçün istifadə olunan və vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim olunmuş kataloqda modellərin fotoşəkilləri və ölçüləri qeyd olunmuşdur. Lent istifadə miqdarı hesablanarkən mümkün olan ən yüksək rəqəmlərlə hesablama edilmişdir. Mütəxəssis tərəfindən kataloqda olmayan lakin satışı həyata keçirilmiş məhsullar üzrə lent istifadəsi üçün həmin məhsul kateqoriyasındakı məhsullardan hansına ən çox sərfiyyat hesablanmışdırsa o əsas götürülməklə hesablama aparılmışdır. Müvafiq hesablamalar mütəxəssis rəyində öz əksini tapmışdır. Səyyar vergi yoxlaması ilə bağlı mütəxəssis tərəfindən təqdim olunmuş rəydə hər bir hazır məhsul çeşidi üzrə 1(bir) ədəd hazır məhsula hesablanmış lent sərfiyyat miqdarı satış miqdarlarına vurularaq yoxlama dövrü ərzində satış üçün lazım olan lent miqdarı tapılmışdır. Beləliklə, yoxlama dövrü üzrə müəssisə tərəfindən yoxlamaya təqdim olunmuş sənədlər və vergi orqanın uçot-baza məlumatlarına əsasən cəmiyyətin ümumi satışları üçün müəyyən edilmiş lent xammalının miqdarı 3 376 029 metr olmuşdur. Daha sonra müəssisənin anbar qalığında hazır məhsul miqdarına da sərf olunan lent miqdarı hesablanmışdır. Müəssisə tərəfindən təqdim olunmuş hazır məhsul və xammal hərəkəti məlumatlarına əsasən dövrün sonuna olan hazır məhsul qalıqları üzrə hesablanmış lent miqdarı 263095 metr, müəssisə tərəfindən təqdim olunmuş hazır məhsul və xammal hərəkəti məlumatlarına əsasən dövrün əvvəlinə lent xammalının qalığı 1 169 713 metr olmuşdur. Dövr ərzində vergi orqanın uçot-baza məlumatlarına əsasən həmin xammalın alışı ******* metr müəyyən edilmişdir. Əldə olunan bu məlumatlara əsasən hesablanmışdır ki, (1169713 metr ilkin qalıq+3 364 853 metr alış-263 095 metr hazır məhsul qalığına lazım olan - ******* metr satışa lazım olan xammal) son qalıq 895441 metr olmalı olsa da faktiki olaraq yoxlama ilə müəyyən edilmiş son qalıq 267,537 metr təşkil etmişdir. Nəticədə hesablamaya əsasən 627904 metr (895,441- 267537) lent fərqi yaranmışdır. Yaranmış bu fərq müəssisə tərəfindən elektron qaimə və nəzarət kassa aparatı vasitəsilə təqdim olunmuş malların illər üzrə satışının xüsusi çəkisi əsasında yoxlama ilə müəyyən olunmuş reseptura göstəricilərindəki xammal silgilərinə uyğun hesablanmaqla hazır məhsula çevrilmişdir. Səyyar vergi yoxlaması ilə: vergi ödəyicisinin 2020-ci il üzrə ümumi gəlirləri 8737832,78 manat (6 387 378.52+1 230 253,26+27 000+ 780 800+312 401 ), cəmi xərcləri 7681708.74 manat olmuş və nəticədə 211 224.81 manat ((8 737 832,78 - 7 681 708.74) x 20%) mənfəət vergisi hesablandı. Vergi ödəyicisi tərəfindən hesablanmış mənfəət vergisi nəzərə alınmaqla yoxlama ilə 87 061.16 manat (211 224.81-124 163,65) mənfəət vergisinin azaldılması müəyyən edilmişdir. 2021-ci il üzrə vergi ödəyicisinin ümumi gəlirləri 13 118 712.45 manat (10 289 372.95+ 2 829 339,5), cəmi xərcləri 11 056 262,81 olmuş və nəticədə 412 489.9 manat ((13 118 712.45¬11 056 262,81) x 20%) mənfəət vergisi hesablanmışdır. Vergi ödəyicisi tərəfindən hesablanmış mənfəət vergisi nəzərə alınaraq yoxlama ilə 287 450.6 manat (412 489.9-125 039,35) mənfəət vergisinin azaldılması müəyyən edilmişdir. 2022-ci il üzrə vergi ödəyicisinin ümumi gəlirləri 12 692 388.7 manat (9 941 848.72+2 750 540.01), cəmi xərcləri 11 007 235,4 manat olmuş və nəticədə 337 030.6 manat ((12 692 388.7 - 11 007 235,4) x 20%) mənfəət vergisi hesablandı. Vergi ödəyicisi tərəfindən hesablanmış mənfəət vergisi nəzərə alınmaqla yoxlama ilə 210 840.3 manat (337 030.6-126 190,27) mənfəət vergisinin azaldılması müəyyən edilmişdir. Əlavə dəyər vergisi üzrə: yoxlama ilə ƏDV üzrə xx.xx.2020-ci il tarixdən 01,07.2023-cü il tarixə qədər olan dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələri əhatə olunmuşdur. Vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatlarına, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlara, "xxxx" MMC-yə məxsus Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı (yeni nəsil nəzarət-kassa aparatı) çekləri üzrə əldə edilmiş məlumatlar, malların (işlərin, xidmətlərin) təqdim edilməsi barədə elektron qaimə fakturalara və məlumatlara əsasən müəyyən edilmişdir ki, müəssisə tərəfindən Vergi Məcəlləsinin 159.1-ci və 166.1-ci maddələrinin tələbləri pozulmuşdur. Vergi Məcəlləsinin 166-ci maddəsinə əsasən başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Yoxlama dövrü üzrə qüvvədə olan Vergi Məcəlləsinin 166-cı maddəsinin tələblərinə əsasən ödəmə dedikdə təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. Vergi ödəyicisi tərəfindən büdcəyə hesablanmalı ƏDV-nin azaldılmasının səbəbi ƏDV-yə 18% dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə ƏDV məbləğinin düzgün müəyyən olunmaması ilə bağlıdır. Yoxlama dövrü üzrə yoxlama ilə vergi ödəyicisinin ƏDV-yə cəlb olunan əməliyyatları ilə bağlı Vergi Məcəlləsinin 166-cı maddəsinin tələblərinə uyğun olaraq daxilolmaları vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlara və MMC-yə məxsus Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı (yeni nəsil nəzarət-kassa aparatı) çekləri üzrə əldə edilmiş məlumatlara əsasən 2020-ci ilin iyul-dekabr ayları ərzində 3143712,77 manat, 2021-ci il ərzində 10 445 223,62 manat, 2022-ci il ərzində 10008042,67 manat, 2023-cü ilin yanvar-iyun ayları ərzində 5204102,11 manat təşkil etmişdir. Yoxlanılan dövr üzrə hazır məhsullar üzrə xammal silgiləri və istehsal həcmini müəyyənləşdirilməsi üçün yoxlama zamanı Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən mütəxəssis cəlb olunmasına zərurət yaranmışdır. Vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün real istehsal həcminin və istehsal olunmuş məhsullara istifadə olunmuş xammal və materialların müəyyənləşdirilməsi məqsədi ilə Baş İdarə tərəfindən xx.xx.2023-cü il tarixli **********178738 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” Qərar çıxarılaraq "X10" MMC-nin əməkdaşı (VÖEN: **********) X8 oglu mütəxəssis kimi dəvət olunmuşdur. Səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 14.2-ci maddəsində qeyd edilən yəni vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət sübuta yetirilmədiyi üçün vergi ödəyicisinin öz qiymətləri bazar qiyməti kimi qəbul edilərək və Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə əsasən mütəxəssis təzəfindən yoxlamaya təqdim olunmuş rəy əsasında hazır məhsul çeşidləri üzrə müəyyən edilmiş əlavə istehsal həcmi vergi ödəyicisi tərəfindən təqdim olunmuş sənədlər və uçot-baza məlumatlarında mövcud olan vergi ödəyicisinin öz satış qiymətləri nəzərə alınmaqla 2020-ci il üzrə 1 230 253,26 manat, 2021- ci il üzrə 2 829 339,50 manat, 2022-ci il üzrə 2 750 540,01 manat və 2023-cü il üzrə 1 337 068,92 manat əlavə istehsal dövriyyəsi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. Təqdim edilmiş sənədlər və vergi uçot baza məlumatlarına əsasən vergi ödəyici tərəfindən xammal satışı olmadığı və yalnız hazır məhsul satışı olduğu müəyyən edildiyi üçün mütəxəssis tərəfindən müəyyən edilən əlavə istehsal həcminə əsasən hesablanan dövriyyə illər üzrə müəssisə tərəfindən təqdim edilən hazır məhsulların satışına uyğun olaraq hesablandı. Beləliklə, 2020-ci il üzrə Vergi Məcəlləsinin 166-cı maddəsinin tələblərinə və yoxlama ilə mütəxəssis rəyi əsasında müəyyən olunmuş kənarlaşan istehsal dövriyyəsi nəzərə alınmaqla ayrı- ayrı aylar üzrə 229 833.91 manat, 2021-ci il üzrə 523 164.42 manat, 2022-ci il üzrə 538 779.35 manat və 2023-cü il üzrə 271 439.78 manat azaldılması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 125.1-ci maddəsinə əsasən Qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan Məcəllənin 125.1.4-cü maddəsində göstərilən Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin müəssisənin və ya sahibkarın ödəmələri üzrə 6% vergi tutulmalıdır. Yoxlama ilə vergi ödəyicisi tərəfindən ÖMV bəyannamələrində beynəlxalq daşıma ilə bağlı qeyri rezidentlərə ödənilən məbləğlərin vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları və vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlarla müqayisəli təhlili zamanı bəzi ödəniş məbləğlərinin qeyd olunmadığı və vergiyə cəlb edilmədiyi müəyyən edilmişdir. Belə ki, 2020-ci il ərzində “X13 Co" şirkəti ilə aparılmış əməliyyatlar üzrə 393.57 manat, 2021-ci il ərzində “X5 ŞTİ” şirkəti ilə aparılmış əməliyyatlar üzrə 357.82 manat, “Eluck Group Limited” ilə aparılmış əməliyyatlar üzrə 536.56 manat, “X12 Co Ltd” ilə aparılmış əməliyyatlar üzrə 5355 manat, 2022-ci il ərzində “X5 Şti” şirkəti ilə aparılmış əməliyyatlar üzrə 281.72 manat, “X7” şirkəti ilə aparılmış əməliyyatlar üzrə 923,10 manat, 2023-cü il ərzində “X5 ŞTİ” şirkəti ilə aparılmış əməliyyatlar üzrə 125.97 manat, “X12 Co Ltd” şirkəti ilə aparılmış əməliyyatlar üzrə 2275.5 manat vergi məbləğlərinin hesablanmadığı və ÖMV hesabatlarında göstərilmədiyi müəyyən edilmişdir. Beləliklə, yoxlama ilə əhatə edilən dövr üzrə ÖMV-nin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 10468,28 manat büdcəyə az, 219,09 manat artıq hesablandığı müəyyən edilmişdir. Eyni zamanda banklarından əldə olunmuş məlumatlara əsasən 2022-ci ilin 3-cü rübü ərzində vergi ödəyicisi tərəfindən güzəştli vergi tutulan ölkələrdə və ərazilərdə qeydiyyatdan keçmiş subyektlərə 11505,57 manat ödəniş edildiyi halda müvafiq dövr üzrə ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin 1608.5-ci “Vergi Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlər və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər” sətrində 0 manat əks etdirildiyi üçün kameral vergi yoxlaması ilə 1147,16 manat əlavə ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Səyyar vergi yoxlaması ilə kameral qaydada hesablanmış vergi məbləğləri öz təsdiqini tapmışdır. Bununla yanaşı, 2021-ci il mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində hesabat dövrünün xalis mənfəətinin 137669,64 manat silinməsi qeyd olunmuş lakin ÖMV hesablanmamışdır. Belə ki, təsdiqedici sənədlərin olmaması səbəbindən səyyar vergi yoxlaması ilə əlavə hesablama aparılmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsin əsasən:

- 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) - 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). - 34.1.Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1.Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır

5. Hazırda iddiaçının iddiası ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddia mübahisələndirilən qərarları qəbul etmək səlahiyyəti olan cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddiaçı cavabdehə müraciət etmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən yoxlayıcı öz izahatında bildirmişdir ki, “ Yoxlama zamanı müəssisədə 30 adda hazır məhsul üzrə monitorinq aparılmış və band sərfiyyatı istehsal prosesi əsasında deyil, hazır məhsul üzərindən hesablanmışdır. Bu monitorinqlər zamanı itkilər nəzərə alınmamış, o cümlədən monitorinq nəticəsində mütəxəssis öz hesablamaları zamanı monitorinq nəticələrinə istinad etməmişdir”. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid izahatında bildirmişdir ki, o, istehsal sahə üzrə mütəxəssisdir, vergi yoxlamasına mütəxssis qismində cəlb olunmuş, yoxlama zamanı İddiaçıMMC-də yoxlama zamanı təqdim olunan sənədlərdə əksərində yuxarı rəqəmlər qeyd olunmuşdur, Vesta dolabı monitoriq edilib və 10-% itkiləri nəzərə alınıb”. Məhkəmə tərəflərin izahat və çıxışlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

İİİ. Tədqiq edilmiş sənədlər xx.xx.2023-cü il tarixli, **********175375 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqıda” Qərara əsasən, İddiaçı MMC üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilərin və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə iyul 2020- iyun 2023-cü il üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. xx.xx.2023-cü il tarixli, **********175423 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnaməyə əsasən, İddiaçı MMC-dən səyyar (kameral) vergi yoxlamasının aparılması üçün zəruri sənədlərin təqdim edilməsi tələb edilmişdir. xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, xx.xx.2023-cü il tarixli, **********175423 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnamə üzrə İddiaçı MMC tərəfindən müvafiq sənədlər təqdim edilmişdir. “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” **********177011 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı MMC-dən yoxlamanın predmetinə aid olan və xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək vergilərin hesablanması üçün bütün ilkin mühasibət sənədləri (qaimə-fakturalar, elektron qaimə-faktura, vergi hesab-fakturaları, bank sənədləri, kassa sənədləri, gəlirləri və xərcləri təsdiq edən sənədlər və.s) xammalmaterial hərəkəti, kalkulyasiyalar, hazır məhsulun hərəkəti, kompyuterlər, prosessorlar və digər elektron informasiya daşıyıcılarının götürülməsinin həyata keçirilməsi qərara alınmışdır. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2023-cü il tarixli, **********182044 nömrəli protokoldan görünür ki, İddiaçı MMC-nin baş mühasibi X2 iştirakı ilə siyahıda göstərilən sənədlər təqdim edilmişdir. “Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında” **********177594 nömrəli, xx.xx.2023-cü il tarixli Qərarına əsasən, İddiaçı MMC-nin mülkiyyətində və ya istifadəsində olan daşınan və daşınmaz əmlakın, xammal-materialın, hazır məhsulun, malların, o cümlədən qeyri-maddi aktivlərin və pul vəsaitlərin inventarizasiyasının aparılması təyin edilmişdir. “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” **********178431 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı MMMC üzrə keçirilən səyyar vergi yoxlamasının müddəti 30 (otuz) iş günü artılırmışdır. “Mütəxəssisin dəvət edilməsi haqqında” **********178738 nömrəli, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, “X11” MMC-nin mütəxəssisi X4 mütəxəssis kimi dəvət edilməsi qərara alınmışdır. “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” xx.xx.2023-cü il tarixli, **********179504 nömrəli Qərarına əsasən, İddiaçı MMC üzrə təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə müvəqqəti dayandırılması (təxirə salınması) qərara alınmışdır “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” xx.xx.2024-cü il tarixli, **********180480 nömrəli Qərarına əsasən, İddiaçı MMC üzrə təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə müvəqqəti dayandırılması (təxirə salınması) qərara alınmışdır “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” xx.xx.2024-cü il tarixli, **********180726 nömrəli Qərarına əsasən, İddiaçı MMC üzrə təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə müvəqqəti dayandırılması (təxirə salınması) qərara alınmışdır “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” xx.xx.2024-cü il tarixli, **********181063 nömrəli Qərarına əsasən, İddiaçı MMC üzrə təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə müvəqqəti dayandırılması (təxirə salınması) qərara alınmışdır “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” xx.xx.2024-cü il tarixli, **********181525 nömrəli Qərarına əsasən, İddiaçı MMC üzrə təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə müvəqqəti dayandırılması (təxirə salınması) qərara alınmışdır “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” xx.xx.2024-cü il tarixli, **********184531 nömrəli Qərarına əsasən, İddiaçı MMC üzrə təyin edilmiş səyyar vergi yoxlaması xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə müvəqqəti dayandırılması (təxirə salınması) qərara alınmışdır. “Dayandırılmış (təxirə salınmış) Səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********184527 nömrəli qərarına əsasən, İddiaçı MMC üzrə keçirilən xx.xx.2024-cü il tarixli **********184228 nömrəli Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında Qərarla dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlması xx.xx.2024-cü il tarixdən bərpa edilməsi qərara alınmışdır. “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” **********184540 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı MMC-dən zəruri olan digər sənədlərin götürülməsinin həyata keçirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli, **********177022 nömrəli “Səyyar vergi yoxlaması” Aktından görünür ki, aksiz vergisi – iyul 2020-iyun 2023, əlavə dəyər vergisi – iyul 2020- iyun 2023, əmlak vergisi – 2020-ci il – 2022-ci il, sadələşdirilmiş vergi – 3-cü rüb 2020-2-ci rüb 2023, mədən vergisi – iyul 2020- iyun 2023, mənfəət vergisi 2020-ci il – 2022-ci il, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutualn vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)- 3-cü rüb 2020- 2-ci rüb 2023, torpaq vergisi 2021-ci il- 2023-cü il tədiyyə və dövrlər üzrə səyyar vergi yoxlaması aparılmışdır. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********189150 nömrəli Qərarına əsasən, İddiaçı MMC vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmişdir. “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” 3-21-2-3/2- 338045/2024 saylı Tələbnamədə qeyd edilmişdir ki, büdcəyə ödənilməli olan cəmi məbləğ 3246121.25 AZN və 0.00 ABŞ dolları təşkil etmişdir, büdcəyə ödənilməli olan 3246121.25 Azərbaycan manatı və 0.00 ABŞ dolları vəsaitin 5 gün müddətində göstərilən yerli xəzinə orqan(lar)ının hesablarına ödənilməsi tələb olunmuşdur. İddiaçı MMC-nin vergi hesabatlarının auditinin aparılmasına dair “X9 Tax” MMC-nin 02 nömrəli, 08 yanvar 2025-ci il tarixli rəyində göstərilmişdir ki, X11 tərəfindən təqdim edilmiş mütəxəssis rəyi və onun nəticəsində tərtib olunmumş Səyyar vergi yoxlamasında Əlavə dəyər vergisi və Mənfəət vergisi üzrə əlavə hesablamara nəzər yetirilmiş, lakin aparılan audit yoxlamasının nəticəsinə əsasən Səyyar vergi yoxlaması dövrünü əhatə edən Əlavə dəyər vergisi və Mənfəət vergisi üzrə təqdim edilmiş bəyannamələrdə heç bir kənarlaşma müəyyən edilməmişdir. İş materiallarına “X11” MMC-nin N: İST119 nömrəli, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi iş materiallarına əlavə olunmuşdur.

İV. Məhkəmənin mövqeyi

Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir.

6. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən:

Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.9. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. 3.10. Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 12. Vergilərin müəyyən edilməsinin əsas şərtləri 12.1. Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. 12.2. Vergi müəyyən edildikdə, bu Məcəllə ilə nəzərdə tutulan əsaslarla vergi güzəştləri və azadolmaları müəyyənləşdirilə bilər. Vergi güzəştlərinin və azadolmalarının dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsinin aparılması məqsədilə vergi güzəştləri və azadolmaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada təsnifləşdirilir. 12.3. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. 12.4. Vergitutma bazası - vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir.

Maddə 15. Vergi ödəyicisinin hüquqları 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: 15.1.8. vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək;15.1.9. müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək;

Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.5. qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək; 23.1.6. müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək;

Maddə 24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.10. vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; 24.1.12. bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur.

Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.

Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir; 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir; 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır.

Maddə 38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. 38.4. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. 38.5. İnventarizasiya səyyar vergi yoxlaması zamanı aşağıda göstərilən hallarda vergi orqanının əsaslandırılmış qərarı ilə aparılır: 38.5.1. vergi ödəyicisində vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən bilərəkdən hesabat sənədlərinin aparılmaması aşkar edildikdə; 38.5.2. vergi ödəyicisində sonuncu vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq hesabat sənədlərinin aparılmaması aşkar edildikdə və bununla əlaqədar vergi orqanının xəbərdarlığından sonra yol verilmiş dəqiqsizliklər aradan qaldırılmadıqda və hesabat müəyyən edilmiş qaydalara uyğun olaraq aparılmadıqda; 38.5.3. vergi ödəyicisində səyyar vergi yoxlaması zamanı aksiz markaları ilə markalanmalı olan, ancaq markalanmamış, məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış mallar, habelə markalanmalı olan, lakin markalanmamış dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və videomateriallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları aşkar edildikdə; 38.5.4. vergi ödəyicisində əmlak vergisinin hesablanmasının və ödənilməsinin düzgünlüyü yoxlanıldıqda. 38.6. Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; 38.7.4-1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması ilə əlaqədar olaraq müvafiq məlumatın və ya sənədlərin əldə edilməsi məqsədilə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində vergi orqanının nümayəndəsinin xarici dövlətin ərazisində vergi yoxlamasında iştirak etməsilə bağlı xarici ölkənin səlahiyyətli orqanına müraciət edildikdə - xarici dövlətdə aparılan yoxlama yekunlaşanadək; 38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda -məhkəmənin qərarı qanuni qüvvəyə minənədək; 38.8. Elektron auditin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 39. Səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. 39.2. Vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. 39.3. Vergi yoxlaması aktının forması və onun tərtib edilməsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 39.4. Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. 39.5. Vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrıayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisinin yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. 39.6. Bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. 39.7. Vergi ödəyicisi tərəfindən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi ödəyicisinin vəzifəli şəxslərinin və ya fərdi sahibkarın və (və ya) onların nümayəndələrinin iştirakı ilə baxılır. Vergi orqanı vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verir. Vergi ödəyicisi ona əvvəlcədən məlumat verilməsinə baxmayaraq üzürlü səbəb olmadan gəlməyibsə, yoxlamanın materiallarına, vergi ödəyicisi tərəfindən təqdim edilən etirazlara, izahatlara, digər sənəd və materiallara onun iştirakı olmadan baxılır.

Maddə 42. Sənədlərin tələb edilməsi 42.1. Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Vergi ödəyicisi tərəfindən vergilərin hesablanmasına təsir edən və yoxlama dövründə təqdim edilən sənədlərdən fərqli sənədlər əlavə vergi yoxlamasının təyin edildiyi tarixdən 30 iş günü müddətində təqdim edilməlidir. 42.2. Səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən bu Məcəllənin 42.1-ci maddəsinin ikinci və üçüncü hissəsində göstərilən müddətdə təqdim edilmədikdə və ya həmin sənədlərin və ya elektron faylların onda olmaması vergi ödəyicisi tərəfindən bildirildikdə, yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan akt tərtib edilir. Vergi ödəyicisi həmin aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda qeyd edilir. Tərtib olunmuş aktın surəti vergi ödəyicisinə verilir. Tələb olunan sənədləri və ya surətlərini səyyar vergi yoxlamasının keçirildiyi müddətdə digər mənbələrdən əldə etmək mümkün olmadıqda, həmin akta əsasən vergi orqanının ödənilməli olan vergi məbləğlərini bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müəyyən etmək hüququ vardır. 42.3. Səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1-ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu maddədə göstərilən qaydada sənədlərin və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər. 42.4. Vergi nəzarətinin həyata keçirilməsi və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən daxil olmuş sorğuların icrası ilə bağlı zəruri olan sənədlər və ya onların lazımi qaydada təsdiq edilmiş surətləri vergi orqanının müraciətinə əsasən 10 iş günü müddətində təqdim edilməlidir

Maddə 45. Vergi yoxlamasının keçirilməsinə kömək göstərilməsi üçün mütəxəssisin dəvət edilməsi 45.1. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. 45.2. Mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz. 45.3. Mütəxəssis müqavilə əsasında dəvət olunur. Müqavilədə tərəflərin hüquq və vəzifələri, mütəxəssis qarşısında qoyulan suallar, səhv və ya bilərəkdən yalan rəy verməsinə görə mütəxəssisin məsuliyyəti və mülki qanunvericiliklə müəyyən edilmiş digər məsələlər nəzərdə tutula bilər. 45.4. Bu Məcəllənin 45.1-ci maddəsinə müvafiq olaraq cəlb olunmuş mütəxəssis onun qarşısında qoyulmuş suallar barəsində öz rəyini bildirməlidir. Mütəxəssisin rəyi yazılı şəkildə tərtib olunur, onun tərəfindən imzalanır və səyyar vergi yoxlamasının aktına əlavə edilir. 45.5. Vergi ödəyicisi vergi yoxlamasının aktına əlavə olunmuş mütəxəssisin rəyi ilə razılaşmadıqda, bu barədə yoxlama aktında müvafiq qeydlər edə bilər. 45.6. Mütəxəssisin səhv və ya bilərəkdən yalan rəy verməsi nəticəsində vergi orqanlarına və ya vergi ödəyicisinə dəyən zərərin ödənilməsi mülki qanunvericiliyə müvafiq olaraq tələb oluna bilər.

Maddə 49. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması 49.1. Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi. 49.3. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə çıxarılmış qərar əsasında 10 gündən gec olmayaraq vergi ödəyicisinə vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə göndərilir. - 49.6. Vergi orqanı tərəfindən aşkar edilmiş vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisi inzibati məsuliyyətə cəlb edilməli olduqda, vergi yoxlamasını keçirən vergi orqanının səlahiyyətli vəzifəli şəxsi inzibati hüquq pozuntusu haqqında ayrıca protokol tərtib edir. Bu hüquq pozuntuları haqqında işlərə baxılma və inzibati tənbeh tədbirlərinin həmin pozuntuların edilməsində günahkar olan vergi ödəyicisinin vəzifəli şəxslərinə və vergi ödəyicisi – fərdi sahibkara münasibətdə tətbiq edilməsi vergi orqanları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq həyata keçirilir

Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 58.1-1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılması, habelə büdcəyə çatası vergi məbləğinin hesabat təqdim etməməklə yayındırılması vergi ödəyicilərinin vergi orqanına elektron formada təqdim etdikləri məlumatlar əsasında aşkar edildikdə, həmin vergi ödəyicilərinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 25 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1-ci maddəsinə əsasən, eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi;67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3-1. vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanır. 67.4. vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. 67.1-ci maddəsinin xx.xx.2024-cü il tarixə qüvvədə olan redaksiyasında göstərilir: 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri;67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar;67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar;67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar;67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar;67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar;67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar;67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri;67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2-ci maddəsində (xx.xx.2024-cü il tarixinə qədər qüvvədə olan redaksiyada) göstərilir: 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir:67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı;67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi;67.2.3. fəaliyyət göstərilən ərazi.

Maddə 83. Vergi orqanları tərəfindən vergilərin hesablanması 83.1. bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. 83.2. vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır:83.2.1-ci maddəsinə əsasən, vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2-ci maddəsinə görə, bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata;83.2.3. vergi yoxlaması materiallarına;83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara.

Maddə 95. Vergi ödəyiciləri Rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər. Maddə 96. Vergitutma obyekti 96.1. Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Maddə 97. Gəlir 97.1. Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. 99.1. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir.

Maddə 125. Qeyri-rezidentin gəlirindən ödəmə mənbəyində vergi tutulması 125.1. Qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur: 125.1.4. Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisənin və ya sahibkarın ödəmələri - 6 faiz. Azərbaycan Respublikasının hüdudlarından kənarda digər dövlətlərdəki təyinat (göndərilmə) məntəqələri arasında, habelə Azərbaycan Respublikasının ərazisindən tranzit qaydada həyata keçirilən daşımalara görə rezident müəssisənin və ya sahibkarın ödəmələri bu maddə üzrə vergitutuma obyekti deyildir.

7. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:

Maddə 2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.

Maddə 3. Yoxlamaların qanuniliyi 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

Maddə 13. Yoxlamaların vahid məlumat reyestri 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar.

8. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə əsasən:

1.1. Bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 3.4. Reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: 3.4.16. yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə);

İşin faktiki hallarına əsasən, iddiaçı vergi ödəyicisi kimi 2016-ci ildə (VÖEN **********) qeydiyyata alınmış, mebellərin istehsalı ilə məşğul olan MMC-dir. Cavabdeh tərəfindən Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama ilə 2020-ci il tarixdən 2023-cü il tarixədək olan dövr üçün iddiaçının istehsal fəaliyyəti yoxlanılmış, nəticədə “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********189150 № li, xx.xx.2024-cü il tarixli qərarın qəbul edilməsinə əsas olmuş səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. İddiaçı qeyd edilən inzibati aktın(qərarın) əsassız və qanunsuz olduğunu iddia edərək, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının hüquqi marağı və məqsədi cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********189150 № li, xx.xx.2024cü il tarixli qərarının ləğv edilməsinə nail olmaqdan ibarətdir. Mübahisəyə dair iş üzrə materiallardan səyyar vergi yoxlamasının Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən başlanıldığı görünür. Vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları özfəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stability! və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı). Mübahisəyə dair işin müəyyən edilmiş hallarına görə, iddiaçıya münasibətdə aparılmış vergi yoxlaması dəfələrlə dayandırılmış və uzadılmış, lakin cavabdeh dayandırma və uzatma üçün istinad etdiyi əsaslardan irəli gələn lazımi araşdırmanı aparmamış, yoxlamanın dayandırılması və uzadılması məqsədlərinə nail olmaq üçün zəruri sübutları toplamamışdır. Vergi yoxlamasının dəfələrlə dayandırılmasına və uzadılmasına rəğmən, vergi yoxlamasının aparıldığı dövrdə cavabdeh tərəfindən müvafiq sənədlərin əldə olunması məqsədi ilə hər hansı müvafiq hərəkətlərin edildiyi və əlavə sənədlərin tələb olunduğu iş üzrə materiallardan müəyyən edilmir. Bu da, öz növbəsində cavabdeh tərəfindən vergi yoxlaması üzrə obyektiv və hərtərəfli araşdırmanın aparılmadığına dəlalət etməklə yanaşı, həm də yoxlamanın əsassız və lüzumsuz uzadılması kimi qiymətləndirilməlidir. Cavabdeh inzibati orqanın hərəkətləri, həm Vergi Məcəlləsinin 38.7-ci maddəsinin, həm də “İnzibati icraat haqqında” Qanunun 11-ci və 24- cü maddələrinin pozulması ilə müşayiət olunmuşdur. Nəzərə almaq lazımdır ki, vergi qanunvericiliyində yoxlamanın dayandırılması və uzadılması imkanının nəzərdə tutulması obyektiv araşdırma prinsipinin və yoxlama üzrə obyektiv qərarın qəbulunun təmin olunması məqsədlərinə xidmət edir və həmin imkanlardan sui-istifadə olunması yolverilməzdir. Həmçinin iş üzrə materiallardan səyyar vergi yoxlaması zamanı cavabdeh tərəfindən iddiaçının istehsal həcminin müəyyənləşdirilməsi məqsədi ilə" X11" MMC-nin mütəxəssisinin yoxlama prosesinə cəlb edildiyi və mübahisələndirilən qərar qəbul edilərkən həmin mütəxəssisin rəyinə əsasən iddiaçıya münasibətdə vergi məsuliyyəti tətbiq olunduğu görünür. İlk növbədə qeyd edilməlidir ki, mütəxəssis kimi cəlb olunan şəxsin mebellərin istehsalı sahəsində xüsusi bilik və təcrübəsinin olmasını təsdiq edən sənəd (sübut) göstərilməmiş, iş materiallarına əlavə edilməmişdir. Halbuki, qanunvericiliyə əsasən, mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz. Analoji işlər üzrə formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən, mütəxəssis rəyi vergilərin hesablanmasının yeganə əsası kimi çıxış edə bilməz. Eyni zamanda, hər hansı bir vergi ödəyicisinin (fiziki və hüquqi şəxsin) gəlirlərinin lent xammalının miqdarına uyğun hesablanması və yoxlanılması vergi qanunvericiliyində ümumiyyətlə nəzərdə tutulmamışdır. Yəni hər hansı maddi və prosessual hüquq normasına əsaslanmadığından vergi ödəyicisinin gəlirlərinin belə metodla hesablanması qanuni sayıla bilməz. Təbii ki, belə olan halda, gəlirlərin istifadə olunan lent xammalına görə hesablanması qanunsuz olmaqla yanaşı, nəticə etibarı ilə həm də dəqiq olmayan rəqəmlərə gətirib çıxarır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-532/2022 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2052/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2259/2023 nömrəli qərarları). Bundan əlavə cavabdeh tərəfindən iddiaçının 2020-ci il ərzində “X13 Co" şirkəti ilə aparılmış əməliyyatlar üzrə 393.57 manat, 2021-ci il ərzində “X5 ŞTİ” şirkəti ilə aparılmış əməliyyatlar üzrə 357.82 manat, “Eluck Group Limited” ilə aparılmış əməliyyatlar üzrə 536.56 manat, “X12 Co Ltd” ilə aparılmış əməliyyatlar üzrə 5355 manat, 2022-ci il ərzində “X5 Şti” şirkəti ilə aparılmış əməliyyatlar üzrə 281.72 manat, “X7” şirkəti ilə aparılmış əməliyyatlar üzrə 923,10 manat, 2023-cü il ərzində “X5 ŞTİ” şirkəti ilə aparılmış əməliyyatlar üzrə 125.97 manat, “X12 Co Ltd” şirkəti ilə aparılmış əməliyyatlar üzrə 2275.5 manat vergi məbləğlərinin hesablanmadığı və ÖMV hesabatlarında göstərilmədiyi əsası ilə kameral vergi yoxlaması ilə 1147,16 manat əlavə ödəmə mənbəyində tutulan vergi hesablanmışdır ki, bu halı təsdiq edən sübutlar səyyar vergi yoxlaması aktında istinad edilməmiş və əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçının mübahisələndirdiyi qərarın qəbul edilməsinə əsas olmuş səyyar vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları göstərilməli olduğu halda göstərilmədiyi üçün cavabdeh tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 39.2-ci maddəsinin tələbləri pozulmuşdur. Cavabdeh tərəfindən nə səyyar vergi yoxlaması aktından, nə də hal-hazırda iddiaçı tərəfindən mübahisələndirilən cavabdehin qərarından - həmin əlavənin hesablanmasına səbəb olmuş halların nədən ibarət olması göstərilməmişdir. Qeyd edilməlidir ki, vergi qanunvericiliyinə əsasən, Vergi Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. (VM 53.3) Vergi orqanı tərəfindən vergi ödəyicisinə əlavə vergi hesablanması qaydaları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67-ci və 83-cu maddələrində müəyyən edilmişdir. İnzibati orqan olan cavabdeh qanunun, o cümlədən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə riayət etməyə borclu olduğu halda iddiaçıya kameral qaydada vergini Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67 və 83-cu maddələrinin tələblərinə uyğun hesablamamış, bununla da həm Azərbaycan Respublikasının Vergi Məcəlləsinin, həm də “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının tələblərini pozmuşdur Belə olan halda məhkəmə hesab edir ki, mübahisələndirilən vergi orqanının Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********189150 № li, xx.xx.2024-cü il tarixli inzibati aktı qanunsuz hesab edilməlidir.

11. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən:

Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar - 1.1. bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.

Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar - 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.

Maddə 24. İşin hallarının obyektiv araşdırılması - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. - 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.

Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı - 64.2. inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması - 67.1. inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2. qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.3. qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

Maddə 71. İnzibati aktdan şikayət vermək hüququ - 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər.

Cavabdeh inzibati orqan tərəfindən inzibati icraat çərçivəsində iddiaçının xeyrinə olan halları tam araşdırılmaması nəticəsində iddiaçı üçün əlverişsiz inzibati aktlar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh hal-hazırda iddiaçının mübahisələndirdiyi qərarın mövcud qanunvericiliyə uyğun olmasını, qanuni və əsaslı olmasını sübut edə bilməmişdir.

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin

- 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

15. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə **********189150 № li, xx.xx.2024-cü il tarixli qərarı Qərarı ləğv edilməlidir.

16. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.

17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

18. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 34ci, 35-ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC barəsində qəbul etdiyi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə **********189150 № li, xx.xx.2024-cü il tarixli Qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar