Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-506/2023 09.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 Novruz oğlunun, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddia tələbinin təmin olunması, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının düzgün hesablanması üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cabadeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci ildə İsmayıllı rayonunda anadan olmuşdur. xx.xx.1978-ci il tarixdən Petrov adına maşınqayırma zavodunda elektrik qaynaqçısının köməkçisi kimi işə qəbul olunaraq işə başlamışdır. xx.xx.1979-cu ildən, xx.xx.1981-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1981-ci ildən xx.xx.1982-ci ildək həmin zavodda elektrik qaynaqçısı işləmişdir. xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək 2-ci dərəcəli çilingər montajçı, xx.xx.1983-cü ildən xx.xx.1983-cü ilədək 2-ci dərəcəli fəhlə, xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilədək beton sexində fəhlə, xx.xx.1991-ci ildən xx.xx.2012ci ilədək iş icraçısı vəzifəsində işləmişdir. xx.xx.2012-ci ildən xx.xx.2016-cı ildək baş mühəndis vəzifəsində işləmişdir. Əmək fəaliyyətinin bu göstəriciləri ona güzəştli şərtlərlə pensiya almaq hüququ verir. Bununla bağlı cavabdeh təşkilata rəsmi müraciət etmişdir, ona xx.xx.2021-ci il tarixli **********5 saylı rəsmi cavab verərək göstərilmişdir ki, onun fərdi hesabında sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40432.00 manat hesablandığı halda fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 32361,45 manat təşkil edir. Ona görə də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümükün hesab edilmir. Cavabdeh idarənin bu rəsmi cavabını qanunsuz və əsassız hesab edir. Belə ki, onun hesablamalarına görə onun üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının həcmi 40432.00 manatdan çoxdur. Əgər cavabdeh təşkilat rəsmi sənədləri məhkəməyə təqdim edərsə və məhkəmə mühasibatlıq ekspertizası keçirərsə ondan tələb olunan üçün fərdi hesabın sığorta hissəsi dəqiq hesablanar və pensiya təyin olunar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazları məhkəməyə təqdim edilmiş və xx.xx.2022-ci il tarixli, **********7 nömrəli etirazda bildirilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, ona 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının tələb edilən 40432 manat pensiya kapitalına münasibətdə 32361 manat təşkil etməsi səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina barədə cavab verilmişdir. Bundan sonra, İddiaçı iddia ərizəsində 60 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.1 -ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 4 element mövcud olmalıdır: 1.iddiaçının 60 yaşının tamam olması; 2.iddiaçının xx.xx.2021-cı il tarixədək azı 25 il ümumi iş stajının mövcud olması; 3.İddiaçının xx.xx.2021-cı il tarixədək azı 12 il 06 ay güzəştli iş stajının mövcud olması. 4.iddiaçının xx.xx.2021-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qanunvericiliklə tələb edilən məbləğdə pensiya kapitalının mövcud olması. Hazırki işin hallarından müəyyən edilir ki, İddiaçı 536538 nömrəli hərbi biletin surətinə əsasən xx.xx.1979-xx.xx.1981 -ci il tarixlərdə hərbi xidmətdə olmuşdur (02 il 01 ay 06 gün). İş materiallarında olan İddiaçı məxsus xx.xx.1978-ci il tarixli ******* nömrəli əmək kitabçasının surətinə əsasən müəyyən edilir ki, o, xx.xx.1978-xx.xx.1979-cu il tarixlərdə, xx.xx.1981-xx.xx.1982-ci il tarixlərdə, xx.xx.1982-xx.xx.1983-cü il tarixlərdə, xx.xx.1983xx.xx.1991-ci il tarixlərdə, xx.xx.1991-xx.xx.1993-cü il tarixlərdə, xx.xx.1993-xx.xx.1993-cü il tarixlərdə, xx.xx.1993-xx.xx.1996-cı il tarixlərdə, xx.xx.1996-01,03.2002-ci il tarixlərdə, xx.xx.2002-xx.xx.2007-ci il tarixlərdə, xx.xx.2007-xx.xx.2012-ci il tarixlərdə, xx.xx.2012xx.xx.2013-cü il tarixlərdə, xx.xx.2013-xx.xx.2015-ci il tarixlərdə, xx.xx.2015-xx.xx.2016-cı il tarixlərdə, xx.xx.2016-xx.xx.2016-cı il tarixlərdə, xx.xx.2016-xx.xx.2019-ci il tarixlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı xx.xx.1978-ci il tarixli ******* nömrəli əmək kitabçasının və 536538 nömrəli hərbi biletinin surətinə əsasən onun ümumi sosial sığorta stajı 40 il 09 ay 10 gün müəyyən edilmişdir. İş materiallarında olan “İnşaat Təmir-Tikinti və İstehsal Müəssisəsi" Məhdud Məsuliyyətli Cəmiyyətinin 10 iyun 2021-ci il tarixli 15 nömrəli arayışında İddiaçı xx.xx.1996-xx.xx.2012- ci il tarixlərdə həmin müəssisədə iş icraçısı vəzifəsində çalışdığı qeyd edilmişdir. Belə ki, İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixədək mövcud olan 27 il 04 ay 06 gün sosial sığorta stajına münasibətdə 15837 manat, xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək isə 16524 manat pensiya kapitalının toplandığı müəyyən edilmişdir. İddiaçı münasibətdə tələb edilən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı aşağıdakı qaydada hesablanır: 200 x 204 ay = 40800 manat. Burada 200 manat minimum əmək pensiyası məbləğini, 204 ay isə 144 ay gözlənilən pensiya ödənişi müddəti aylarının sayının üzərinə iddiaçıya münasibətdə 5 il, yəni 60 ay güzəşt edildikdə alınan gözlənilən pensiya ödənişi müddəti aylarının sayını ifadə edir. İddiaçının 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyinatının aparılması onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının qanunvericiliklə tələb edilən pensiya kapitalı məbləğindən az olması səbəbindən mümkün deyildir. Qeyd edilənləri rəhbər tutaraq məhkəmədən, İddiaçı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi" nə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh orqanın iddiaya qarşı xx.xx.2023-cü il tarixli etiraza əlavəsində bildirilmişdir ki, İddiaçı 29 sentyabr 2022-ci il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək ona 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı müraciətinə mərkəzi filial tərəfindən ünvanlanmış məktubda ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə iş yerinin arayışı və 3 sentyabr 1978-ci il tarixli HT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1996- xx.xx.2002-ci il və xx.xx.2002-01.01 2006-cı il tarixləri arasındakı dövr ərzində işlədiyinə dair aparılmış qeydlər əməkhaqqı arayışı əsasında təsdiq olunaraq mərkəzi filiala təqdim ediləcəyi təqdirdə baxılacağı bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 i! sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinin tələblərinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərar ilə təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasfnın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, İddiaçı zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Qeyd olunanları nəzərə alaraq İddiaçı müraciətinə müvafiq sənədlər əlavə edilmədiyindən onun işlədiyi vəzifənin güzəştli şərtlərlə əmək pensiyası hüququ verəri işlərə aid olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə yuxarıda qeyd edilən məlumatları özündə əks etdirən iş yerinin arayışı və 3 sentyabr 1978-ci il tarixli HT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1996xx.xx.2002-ci il və xx.xx.2002-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində işlədiyinə dair aparılmış qeydlər əməkhaqqı arayışı əsasında təsdiq olunaraq mərkəzi filiala təqdim edildikdən sonra baxılacaqdır. Yuxarıda qeyd edilənləri və İPM-nin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq İddiaçı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi’’nə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçının vəkili və nümayəndəsi xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək İddiaçı 57 yaşdan, xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il üçün hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsin xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Elektron məhkəmə sistemi vasitəsilə əldə edilmiş AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin məlumatlarına əsasən xx.xx.1961-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş H3 ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1979-cu il tarixdə hərbi xidmətə qəbul edilmiş, xx.xx.1981-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. İş materiallarına əlavə edilmiş ЖТ 018060 nömrəli, xx.xx.1984-ci il tarixli diplomun surətinə əsasən İddiaçı 1978-ci ildə Bakı Politexnikumuna daxil olmuş və xx.xx.1984-cü ildə həmin texnikumun texnik inşaatçı ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus ИТ-İ ******* nömrəli, xx.xx.1978-ci il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1978-ci ildə 2 saylı KSS-ə elektrik qaynaqçısı şagirdi təyin edilmişdir, xx.xx.1978-ci ildə Elektrik qaynaqçıya 1-ci dərəcə verilmişdir, xx.xx.1979-cu ildə işdən azad edilimişdir. xx.xx.1981-ci ildə 2 saylı çilingərquraşdırma qaynaq sexinə 1 (birinci) dərəcəli elektrik qaynaqçısı işinə qəbul edilmişdir. xx.xx.1982-ci ildə işdən azad edilmişdir. SPMK-17-yə xx.xx.1982-ci ildə 3-cü dərəcəli çilingərquraşdırıcı kimi qəbul edilmişdir. xx.xx.1983-cü ildə işdən azad edilmişdir. “Bakı Baş Tikinti” İri panelli evtikmə istehsalat tikinti-quraşdırma birliyinin 3 saylı Evtikmə kombinatı Baş korpusa xx.xx.1983-cü ildə 2 (ikinci) dərəcəli fəhlə qəbul edilmişdir. xx.xx.1983-cü ildə ikinci dərəcəli qəlibləyici dərəcəsi verilmişdir. xx.xx.1984-cü ildə D/b konstruksiyaların qəlibləyicisinə 3-cü (üçüncü) dərəcə verilmişdir. xx.xx.1984-cü idə Beton sexinin ustası vəzifəsinə keçirilmişdir. xx.xx.1986-cü ildə Beton sexinə 3-cü dərəcəli çilingər işinə keçirilmişdir. xx.xx.1987-ci ildə Təkrar tarifləşmədən sonra çilingər-təmirçinin ikinci dərəcəsi müəyyən edilmişdir. xx.xx.1988ci ilə Çilingər-təmirçiyə 3 (üçüncü) dərəcə verilmişdir. xx.xx.1989-cu ildə Çilingər-təmirçiyə 4 (dördüncü) dərəcə verilmişdir. xx.xx.1990-cı ildə Çilingər-təmirçiyə 5 (beşinci) dərəcə verilmişdir. xx.xx.1991-ci ildə işdən azad edilmişdir. Təsərrüfatlararası layihə-Mənzil Tikinti Birliyi Təsərrüfat hesablı Təmir-Tikinti Sahəsi №3 Bakı şəhəri Səbail rayonu xx.xx.1991-ci ildə iş ustası vəzifəsinə qəbul edilmişdir. xx.xx.1993-cü ildə vəzifədən azad edilmişdir. “xx.xx.1993-cü ildə Aynur” kooperativinə baş iş ustası vəzifəsinə qəbul edimişdir. xx.xx.1993cü ildə işdən azad edilmişdir. xx.xx.1993-cü ildə Nərimanov rayon TTİ baş iş ustası vəzifəsinə qəbul edilmişdir. xx.xx.1996-cı ildə işdən azad edilmişdir. xx.xx.1996-cı ildə Nərimanov rayon MKTB Asfalt və dam örtüklərinin təmiri sahəsinə müvəqqəti olaraq iş icraçısı vəzifəsinə təyin edilmişdir. xx.xx.1997-ci ildə daimi olaraq həmin vəzifəyə təyin edilmişdir. xx.xx.2002-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2002-ci ildə İnşat TTİ müəssisəsinə iş icraçısı vəzifəsinə təyin edilmişdir. xx.xx.2007-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2007-ci ildə İnşaat təmir tikinti və istehsalat müəssisəsi MMC-yə iş icraçısı vəzifəsinə təyin edilmişdir. xx.xx.2012-ci ildə işdə azad edilmişdir. xx.xx.2012-ci ildə "xxxx" MMC-nin baş mühəndisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2013-cü ildə işdən azad edilmişdir. xx.xx.2013-cü ildə "xxxx" MMC baş mühəndis vəzifəsinə təyin edilmişdir. xx.xx.2015-ci ildə işdən azad edilmişdir. xx.xx.2015-ci ildə "xxxx" MMC-ə baş mühəndis vəzifəsinə təyin edilmişdir. xx.xx.2016-cı ildə işdən azad edilmişdir. xx.xx.2016-cı ildə "xxxx" MMC iş icraçısı vəzifəsinə təyin edilmişdir. xx.xx.2017-ci ildə işdən azad edilmişdir. xx.xx.2019-cu ildə ”Kəpəz tikintiquraşdırma” MMC iş icraçısı vəzifəsinə təyin edilmişdir. xx.xx.2019-cu ildə işdən azad edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli, **********857200 nömrəli məktubunda bildirilmişdir ki, qurumun qeydiyyat qovluğunda olan xx.xx.2007-ci il tarixli nizamnaməsinə əsasən xx.xx.2001-ci ildə Ş-1078 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) xx.xx.2001-ci ildə Ş-1078 nömrə ilə dövlət qeydiyyatına alınmış "İnşaat Təmir-Tikinti və İstehsal” Müəssisəsinin bazasında yaradılmış və onun hüquqi varisidir. Eyni zamanda bildiririk ki, "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 2 barədə isə məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 18 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.1996-cı il tarixindən (əmr № 2) xx.xx.2012-ci il tarixədək ( Əmr № 05 xx.xx.2012) iş icraçısı vəzifəsində çalışmışdır. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına əsasən Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı (2 nömrəli əlavə). Təsdiq olunmuş koda (Kod 2290000b-24441) istinadən İddiaçı işlədiyi peşə zərərli işə aiddir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfati Departamentinin xx.xx.2022-ci il tarixli, 935 nömrəli məktubunda bildirilmişdir ki, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin tabeliyində Səbail rayon 3 nömrəli Təsərrüfat hesablı Təmir Tikinti Sahəsi və Nərimanov rayon Təmir Tikinti İdarəsi adlı təşkilat fəaliyyət göstərmədiyindən sorğuda qeyd edilən məlumatların məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatinın xx.xx.2022-ci il tarixli, 7-5076/17 nömrəli məktubunda bildirilmişdir ki, Bakı Şəhər icra Hakimiyyəti başçısı Aparatının arxivində qeyd olunan xüsusatlara dair hər hansı məlumatın müəyyən edilməsi mümkün olmamışdır. Təqdim olunmuş icraat materiallarından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına ona 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********5 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 40432,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 32361,45 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1,0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edəərk ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış məktubda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq huququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-cı maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq bu pensiva təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci il iyulun 1-dək yaşa qörə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinin tələblərinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərar ilə təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci ıl tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması bır növdən başqa novə keçirilməsi və ödənilməsi Qaydasının 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə incəsənətin xususi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-cı ıl tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünüz iş, tutduğunuz vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Qeyd olunanları nəzərə alaraq, müraciətinizə müvafiq sənədlər əlavə edilmədiyindən sizin işlədiyiniz vəzifənin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərə aid olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə yuxarıda qeyd edilən məlumatları özündə əks etdirən iş yerinin arayışı və 3 sentyabr 1978-ci il tarixli HT-l ******* nömrəli əmək kitabçanızda xx.xx.1996-xx.xx.2002-ci il və xx.xx.2002-01.01 2006-cı il tarixləri arasındakı dövr ərzində işlədiyinizə dair aparılmış qeydlər əmək haqqı arayışı əsasında təsdiq olunaraq tərəfinizdən Mərkəzi Filiala təqdim edildikdən sonra baxılacaqdır. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı ilkin olaraq xx.xx.2021-ci il tarixdə ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının pensiya təminatına imkan verilmədiyi əsas gətirilərək müraciətin təminindən imtina edilmişdir. Məhkəmə icraatı gedişində iddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün 29 sentyabr 2022-ci il tarixdə cavabdehə müraciət etmiş, bu zaman iddiaçıya qeyd edilən yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün zərərli işə dair iş yerinin arayışı və əmək kitabçasındakı dövrlər üzrə əmək haqqı arayışı təqdim edilmədiyi əsas gətirilərək müraciətin təmin edilməsindən imtina etmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının iddia tələbi ilə bağlı cavabdehə etdiyi ilkin müraciət və verilmiş imtina cavabı iş materiallarına əlavə edilmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia, mahiyyət üzrə əsaslıdır. Belə ki, iddiaçının ilkin olaraq xx.xx.2021-ci il tarixdə inzibati orqana müraciət etdiyi vaxt yaranmış hüquq münasibətlərini tənzimləyən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Hazırkı iş üzrə iddiaçının tələbi ona 60 yaşdan deyil, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olduğu üçün məhkəmə hazırkı iddia tələbini ƏPQ-nun 9.8-ci maddəsi və xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq qiymətləndirir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı 57 yaş həddinə çatmalı, xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməlidir ki, qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilir. İddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla 57 yaşını xx.xx.2018-ci il tarixdə tamamlamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Hüquq münasinətlərinin yarandığı dövr qüvvədə olmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 22.1-ci maddəsinə görə əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Nəzərə alınmalıdır ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla təhsil, hərbi xidmət fəaliyyəti, həm də əmək fəaliyyəti dövrü ümumi iş stajına daxil edilir. Bu zaman qanun yalnız üst-üstə düşən iş stajı dövrlərindən birinin hesaba alınmasını mümkün sayır. Hazırkı iş üzrə iddiaçının təhsil barədə sənəd, hərbi bilet və əmək kitabçasına əsasən müəyyən olunur ki, iddiaçının xx.xx.1978-xx.xx.1984-cü ilədək olan təhsil dövrü onun hərbi xidmət dövrü və əmək fəaliyyəti dövrləri ilə üst-üstə düşür. Belə olan halda məhkəmə iddiaçının tələb olunan ümumi iş stajını hesablayarkən digər dövrlər ilə əhatə olunan təhsil dövrünü nəzərə almır. Beləliklə iddiaçının xx.xx.2006-cı il tarixədək olan ümumi iş stajı: xx.xx.1979xx.xx.1981-ci il tarixədək 01 il 11 ay 20 gün hərbi xidmət dövrü, əmək fəaliyyəti dövrü xx.xx.1978- xx.xx.1979-cu ilədək 01 il 02 ay 10 gün, xx.xx.1981- xx.xx.1982-ci ilədək 11 ay 01 gün, xx.xx.1982- xx.xx.1983-cü ilədək 06 ay 20 gün, xx.xx.1983- xx.xx.1991-ci ilədək 08 il 05ay 22 gün, xx.xx.1991-xx.xx.1993-cü ilədək 01 il 01 ay 20 gün, xx.xx.1993-xx.xx.1993-cü ilədək 02 ay 01 gün, xx.xx.1993- xx.xx.1996-cı ilədək 03 il 05 ay, xx.xx.1996-xx.xx.2002-ci ilədək 05 il 06 ay 01 gün, xx.xx.2002- xx.xx.2006-cı ilədək 03 il 10 ay 01 gün olmaqla ümumilikdə 27 il 02 ay 06 gün təşkil edir. Cavabdeh sonuncu imtinasında iddiaçının əmək kitabçasında qeyd edilən dövrlərdən xx.xx.1996-xx.xx.2002-ci il və xx.xx.2002-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində işləməsi ilə bağlı qeydlərin əmək haqqı arayışı əsasında təsdiq edilməli olduğunu qeyd etsə də sözügedən əmək fəaliyyəti dövrlərinin əmək kitabçası ilə təsdiq olunduğu halda əlavə olaraq əmək haqqı cədvəlləri ilə təsdiq olunması ilə bağlı sənədlərin tələb edilməsinin zəruriliyini əsaslandıra bilməmişdir. Halbuki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: -1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir; -3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə qeyd edilən qanunvericiliyin tələblərindən çıxış etməklə hesab edir ki, xx.xx.2006-cı il tarixədək ümumi iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd kimi digər mötəbər sənədlər, o cümlədən əmək haqqı cədvəlləri nəzərə alına bilər. Başqa sözlə, qanunvericilikdə xx.xx.2006-cı il tarixədək iş stajının hesablanması zamanı işçinin işlədiyi dövrün sığorta stajına daxil edilməsi üçün əmək kitabçası olduğu halda əmək kitabçası ilə yanaşı həmin dövrə əmək haqqı cədvəllərinin təqdim edilməli olmasına dair imperativ tələb yoxdur. Əmək kitabçası bilavasitə işçi kimi müəssisə, idarə və təşkilatda işləyən şəxs barəsində, onun əmək fəaliyyətinin əsas dövrləri qeyd edilməklə tərtib edilir. İşçinin əmək fəaliyyəti dövrü onun işə başlaması və işdən çıxması tarixləri arasındakı fərqlə müəyyən edilir. İddiaçıya aid əmək kitabçasına xx.xx.1996-cı ildə Nərimanov rayon MKTB nəzdində Asfalt və dam örtüklərinin təmiri sahəsinə iş icraçısı vəzifəsinə təyin edilməsi, xx.xx.1997-ci ildə daimi olaraq həmin vəzifəyə təyin edildiyi, xx.xx.2002-ci ildə əmək müqaviləsinə xitam verildiyi, eləcə də xx.xx.2002-ci ildə İnşat TTİ müəssisəsinə iş icraçısı vəzifəsinə təyin edildiyi, həmin müəssisədə xx.xx.2007-ci ildə əmək müqaviləsinə xitam verildiyi barədə işə qəbul və işdən çıxması barədə əmrlərin nömrəsi, tarixi, müəssisələrin səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiq edilmiş qeydlər daxil edilmişdir. Həmin qeydlərin mötəbərliliyini şübhə altına alacaq hər hansı hala isə məhkəmə icraatında rast gəlinməmişdir. Başqa sözlə, nə qədər ki, iddiaçının mübahisələndirilən dövr üzrə fəaliyyəti əmək kitabçasında olan qeydlərdə öz əksini tapmış və həmin qeydlərin mötəbərliyini şübhə altına alacaq sübut təqdim edilmədiyi nəzərə alındıqda, o zaman əmək kitabçası əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən iş stajı faktına dair həqiqi vəziyyəti dəqiq əks etdirməklə özüözlüyündə şübhə doğurmur. Bundan əlavə nəzərə alınmalıdır ki, mübahisələndirilən xx.xx.2002-xx.xx.2006-cı il ərzində işləmiş olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) xx.xx.2001-ci ildə Ş-1078 nömrə ilə dövlət qeydiyyatına alınmışdır və "xxxx" MMC məhkəmə sorğusuna xx.xx.2022-ci il tarixli, 18 nömrəli cavab məktubunda iddiaçının həmin dövrdə həmin müəssisədə çalışdığını təsdiq etmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, cavabdeh iddiaçının xx.xx.2021-ci ildə pensiya təyinatından imtina edərkən yalnız pensiya kapitalının yetərli olmadığına istinad etmiş, xx.xx.1996-xx.xx.2002-ci il və xx.xx.2002-xx.xx.2006-cı il tarixləri arasındakı dövrün yoxlanılmalı olması ilə bağlı hər hansı münasibətini bildirməmiş, 60 yaşdan pensiya təyinatı ilə bağlı iddiaya etirazında iddiaçının sığorta stajını hesablayarkən həmin dövrləri ümumi iş stajına daxil etmişdir. Həmçinin, məhkəmə icaatında iddiaçının pensiya kapitalının hesablanması ilə bağlı məhkəmənin sorğularına cavablarında da sözügedən dövləri mübahisələndirməmiş, xx.xx.2006-cı il tarixədək qeyd edilən illəri ümumi iş stajı kimi, eləcə də pensiya kapitalına çevirilməsində nəzərə almışdır. Cavabdeh orqan xx.xx.2006-cı il tarixədək “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna uyğun olaraq 57 yaşdan pensiya təyinatı ilə bağlı tələbə baxılarkən əvvəlki tələb üzrə mübahisələndirmədiyi iş stajı dövrlərinin mötəbərliyinə şübhə ilə yanaşmasını əsaslandıra bilməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra –İİQ) 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Eyni zamanda İİQ-nin 24-cü maddəsinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İİQ-nin 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə, qanunvericiliyin müddəalarına uyğun olaraq mübahisə olunan dövr iddiaçının əmək kitabçasında qeyd edildiyindən, bununla iddiaçının işləməsi, həm də sənədlərlə iş yerinin mövcudluğu təsdiq edildiyindən, həmin qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki, bəhs edilən dövrlər iddiaçının sosial sığorta stajına daxil edilməlidir. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixədək tələb olunan 25 il ümumi iş stajı mövcuddur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Həmin Qaydaların 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 22900000 XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində 2290000b b) rəhbərlər və mütəxəssislər bəndində 2290000b—23419 tikinti və quraşdırma işlərinin ustaları və 2290000b—24441 iş icraçıları zərərli peşə kimi nəzərdə tutulmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 18 nömrəli cavab məktubuna (arayış) əsasən iddiaçının xx.xx.1996-cı il tarixindən xx.xx.2012-ci il tarixədək iş icraçısı vəzifəsi adıçəkilən 2 nömrəli Siyahıda 2290000b-24441 koda uyğun olaraq zərərli iş hesab edilir. Bundan əlavə məhkəmə iddiaçının əmək fəaliyyəti dövrlərindən xx.xx.1991xx.xx.1993-cü ilədək və xx.xx.1993-xx.xx.1996-cı ilədək olan dövrləri də güzəştli iş stajına hesablayır. Belə ki, iddiaçı Təsərrüfatlararası layihə-Mənzil Tikinti Birliyi Təsərrüfat hesablı 3 nömrəli Təmir-Tikinti Sahəsində xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilədək iş ustası, Nərimanov rayon Təmir Tikinti İdarəsində xx.xx.1993-cü ildən xx.xx.1996-cı ilədək baş iş ustası vəzifəsində çalışmışdır. Adıçəkilən müəssisələr hazırkı halda fəaliyyət göstərmədiklərindən və həmin müəssisələrin hüquqi varisi aşkar olunmadığından iddiaçının işlədiyi qeyd edilən dövrə aid güzəştli arayış əldə etmək mümkün olmasa da məhkəmə hesab edir ki, həmin dövrlərə aid arayışın təqdim edilə bilməməsi həmin vəzifələrdə iş dövrünün güzəştli iş stajı kimi qəbul edilməsinə mane hesab olunmamalıdır. İddiaçının əmək kitabçasında qeyd edilən Təsərrüfatlararası Layihə-Mənzil Tikinti Birliyi Təsərrüfat hesablı 3 nömrəli Təmir-Tikinti Sahəsi və Nərimanov rayon Təmir Tikinti İdarəsi adlarından da göründüyü kimi tikinti ilə məşğul olan idarələrdir və əmək kitabçasında işlədikləri vəzifələrin adları bilavasitə Siyahıda 2290000b—23419 tikinti və quraşdırma işlərinin ustaları peşəsinin adı ilə eynidir. Başqa sözlə, iddiaçının işlədiyi vəzifələr həm sahə, həm də peşə adı ilə 2290000b—23419 kodundakı zərərli işə uyğundur. Məhkəmə həmçinin iddiaçının əmək kitabçasında qeyd edilən baş iş ustası dövrünü siyahıda adıçəkilən iş ustası zərərli peşəsi kimi qəbul edərkən o halı da nəzərə alır ki, “baş iş ustası” vəzifəsinin adında olan “iş ustası” anlayışı ümumi anlayışdır, peşənin və ya vəzifənin növünü və onun peşə məzmunu ifadə edir. Baş iş ustası anlayışı da Siyahıda adıçəkilən iş ustasına uyğun olaraq funksional anlamda vəzifəni və onun statusunu ifadə edir. Yəni hər iki peşədə işləyənlər eyni vəzifəni, vəzifə təlimatlarındakı eyni əmək funksiyalarını icra edirlər, hər iki peşə (ad) üzrə adlarda fərq olsa da əmək funksiyaları, işin icra edildiyi əmək şəraiti eynidir. Bu mənada məhkəmə hesab edir ki, adıçəkilən siyahıda nəzərdə tutulmuş “iş ustası” anlayışı məzmun baxımından həm də baş iş ustası vəzifəsini də ehtiva edir. Beləliklə, iddiaçının xx.xx.1991-xx.xx.1993-cü ilədək 01 il 01 ay 20 gün, xx.xx.1993xx.xx.1996-cı ilədək 03 il 05 ay, xx.xx.1996-cı il tarixindən xx.xx.2006-cı ilədək 09 il 04 ay olmaqla cəmi güzəştli iş stajı 13 il 10 ay 20 gün təşkil edir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Belə olan halda cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 32.1-2-ci maddəsinə əsasən bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. İddiaçının iddia tələbi 57 yaşdan pensiya təyinatı ilə bağlı olmaqla həmin tələblə inzibati orqana məhkəmə icraatı gedişində müraciət etmiş olsa da məhkəmə ƏPQ-nun 32.1- 1-ci maddəsinə əsasən müraciət etdiyi tarixdən əvvəlki 3 il üçün ödənilməsi müddətini məhz xx.xx.2021-ci il tarixdən hesablanmasını qanuni və əsaslı hesab edir. Belə ki, iddiaçı xx.xx.2021-ci il tarixdə 60 yaşdan pensiya təyinatı ilə balı müraciət etmiş olsa da inzibati orqanın vəzifəsi iddiaçıya tələb etdiyi vaxtdan deyil, onun üçün pensiya qanuni ilə yol verilən və daha əliverişli normanı tətbiq etmək, “İnzibati İcraat haqqında” Qanunun 23-cü maddəsinin tələbinə uyğun olaraq ona yardım etmək, malik olduğu hüquq və vəzifələri ona izah etmək olduğundan, hazırkı iş üzrə isə cavabdeh orqan iddiaçının ilkin müraciəti zamanı ona 60 yaşdan deyil, 57 yaşdan pensiya təyinatı aparılması ilə bağlı yardım etmədiyindən və müraciəti həmin tələbə uyğun qiymətləndirmədiyinindən məhkəmə hesab edir ki, iddiaçıya müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il üçün pensiya hesablanaraq ödənilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il üçün hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin İddiaçı 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il üçün hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-506/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-506/2023
09.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver