Məhkəmə qərarları › İş №2-1(112)-5060/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5060/2020

12.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5060/2020 12.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi İddiaçının nümayəndəsi X2, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş idarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə qarşı «xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək işlədiyi müddət sosial sığorta stajına daxil edilməklə ona xx.xx.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh DSMF Nərimanov RŞ-nə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3052/2019 saylı, 16 dekabr 2019- cu il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək işlədiyi müddət sosial sığorta stajına daxil edilməklə ona xx.xx.2016-cı il tarixdə əmək pensiyası təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-618/2020 saylı, xx.xx.2020-cu il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-3052/2019 saylı, 16 dekabr 2019-cu il tarixli qərarı ləğv edilmiş və işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-618/2020 saylı, xx.xx.2020-cu il tarixli qərarının 4-cü səhifəsinin 1–ci abzasında göstərilmişdir ki, “iş materiallarında iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə iddiaçıya xx.xx.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və yaranmış fərqin ödənilməsi barədə cavabdehə müraciət etməsi və cavabdeh inzibati orqanın iddiaçının bu müraciətindən imtina etməsi barədə hər-hansı məlumat müəyyən olunmur”. Göstərilən qərardan kassasiya şikayəti verilməmiş, qərar qanuni qüvvəsini almışdır. Geri qaytarılmış iş materialları 12 iyun 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş yenidən baxılması üçün məhkəmənin icraatına daxil olduqdan sonra iddiaçı tərəfin hazırki iddia tələbi ilə bağlı məhkəməyədək cavabdeh inzibati orqana müraciətini təsdiq edən sübutu və eləcə də, cavabdehin imtina məktubu iş materiallarına əlavə edilmədiyindən iddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılması üçün məhkəmə iclası 12 avqust 2020-ci il tarixə təyin edilmişdir. İş üzrə 12 avqust 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəməyə verdiyi izahatında bildirdi ki, arvadı İddiaçı xx.xx.1993-ü il tarixdən xx.xx.1994-cü il tarixədək “Azərbaycan Sənaye Tikinti Nazirliyinin 7 və 8 nömrəli tikinti trestlərinin nəzdində fəaliyyət göstərmiş “Tikinti İstehsalat Bazası”nda 2-ci dərəcəli fəhlə vəzifəsində işləmişdir. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası almaq hüququ olduğuna görə xx.xx.2017-ci il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət edilmişdir. Müraciətə cavab olaraq şöbədən bildirilmişdir ki, “İddiaçı pensiya təyin edilərkən şöbəyə təqdim etdiyi əmək kitabçasında qeyd olunan xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək sosial sığorta stajının yoxlanılması zərurəti yaranmışdır. Lakin qeyd edilən dövrlərin yoxlanılması mümkün olmadığından həmin illərin sosial sığorta stajına daxil edilməsi qanuna ziddir”. Sözügedən nazirlik ləğv edildikdən sonra müvafiq sənədlər tam formada aidiyyəti arxiv idarəsinə təhvil verilməmişdir. Sənədlərin lazımi şəkildə təhvil verilməməsində onların heç bir təqsiri yoxdur. Hazırkı məsələnin də iddiaçıya münasibətdə öz müsbət həllini tapmamasının səbəbi də məhz budur. İddiaçı məxsus 30 nömrəli əmək kitabçasında da göstərilmişdir ki, o, xx.xx.1993-cü il tarixdə “Azərsənayetikinti”nin 7 saylı trestinin Tikinti-İstehsalat bazasına 2-ci dərəcəli fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.1994-cü il tarixdə ştatın ixtisar edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsi 38-ci maddənin 1-ci bəndinə uyğun olaraq tutduğu vəzifədən azad edilmişdir. Nümayəndə iddanın təmin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş idarəsinin nümayəndəsi vəsatətlə çıxış edərək bildirdi ki, iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə ünvanlanmış müraciətində xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə ona xx.xx.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi xahiş edilməmiş, həmin ərizə yalnız məlumat xarakterli olmuşdur. (iddiaçı ərizəni məhkəməyə təqdim etmişdir). Müraciətə cavab olaraq iddiaçıya 22 iyul 2019-cu il tarixli, **********6 saylı məktubla bildirmişdir ki, şöbəyə təqdim edilmiş şəxsiyyət vəsiqəsinə əsasən o, xx.xx.1953-cü il təvəllüdlüdür. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə uyğun yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 12 il sığorta stajının olmaması səbəbindən, ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. Qeyd edilmişdir ki, ona pensiya təyin edilərkən şöbəyə təqdim etdiyi əmək kitabçasında qeyd olunan xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək sosial sığorta stajının yoxlanılması zərurəti yaranmışdır. Lakin qeyd edilən dövrlərin yoxlanılması mümkün olmadığından həmin illərin sosial sığorta stajına daxil edilməsi qanuna ziddir”. Məlumat üçün bildirilmişdir ki, xx.xx.2019-cu il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliyə uyğun olaraq İddiaçı Əmənulla qızına xx.xx.2019-cu il tarixdən 131.28 manat yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2019-cu il tarixdən əmək pensiyasının məbləği 160.00 manat təşkil edir. Nümayəndə izahatının sonunda iddianın mümkün sayılmamasını xahiş etdi. İşdə olan sənədləri araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkünsüz sayılmalıdır. İş materiallarından məlum olur ki, iddiaçı hazırki iddia tələbində qaldırdığı məsələ barəsində məhkəməyədək cavabdeh inzibati orqana müraciət etməsini təsdiq edən sübutunu və ya cavabdehin imtina məktubunu məhkəməyə təqdim etməmiş, bu səbəbdən də, iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh tərəfindən hansı formada pozulduğunu müəyyən etmək mümkün olmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 9cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Odur ki, işin yuxarıda qeyd edilən hallarına əsasən iddia mümkün sayılmadığından, iddiaçı tərəfə izah edilir ki, qaldırdığı məsələ ilə bağlı aidiyyəti inzibati orqana müraciət etməli, xahişi təmin edilmədiyi təqdirdə pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəmədə yenidən iddia qaldırmaq hüquqlarından istifadə edə bilər. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” 05 avqust 2020-ci il tarixli Məlumatında inzibati mübahisələr üzrə - sosial təminat hüququnun həyata keçirilməsi və vergi mübahisələri kateqoriyasına aid işlərə, eləcə də müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi ilə bağlı məsələlərə baxılmasının davam etdirilməsi, digər kateqoriya inzibati mübahisələr üzrə isə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadəsinin davam etdirilməsi inzibati məhkəmələrə tövsiyə edilmişdir. Yuxarıda göstərilənlərə əsasən iş üzrə müvafiq qərardad qəbul edilməsi mümkün hesab edilmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4 HAKİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar