Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5072/2021 04.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətifoğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçılar İddiaçı1 Əliyaqub oğlunun, X6, İddiaçı5 və İddiaçı4 Əliyaqub qızının, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X10 iştirakı ilə iddiaçılar İddiaçı1 Əliyaqub oğlunun, X6, X7, İddiaçı5 və İddiaçı4 Əliyaqub qızının cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçılarla bağ sahəsi ilə bağlı icarə müaviləsinin bağlanması»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 Əliyaqub oğlu, X11, X12, İddiaçı5 və İddiaçı4 Əliyaqub qızı cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçılarla bağ sahəsi ilə bağlı icarə müaviləsinin bağlanması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Bakı şəhərinin Keürdəxanı qəsəbəsində iddiçıların babası X9 torpaq sahibi olmuşdur. Azərbaycan Respublikası Tarix Arxivinin 1 sentyabr 2006-cı il tarixli 9/1107 nömrəli arayışından görünür ki, Kürdəxanı kəndinin 1886-cı ilə dair kameral siyahısında iddiaçıların babasının, babasının atası və babasının adları qeyd olunmuşdur. Onların Kürdəxanı kəndində 400 kv.sajına (1 kv.sajına = 4.550 kv.m) bərabər olan torpaq sahələri olmuşdur. Həmin arxivin 1 sentyabr 2006-cı il tarixli 9/1108 nömrəli arayışında isə göstərilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin “Bakı Qradonaçalnikinin Dəftərxanası” Fondunun sənədlərində Kürdəxanı kəndi üzrə istifadələrində həyətbaşı miras qalmış torpaqları olan sənədlərin 1916-cı ilə dair olan siyahılarından məlum olur ki, X25 və X1 4 desyatin 1.980 kv.sajına bərabər olan torpaq sahəsinin sahibləri olmuşdur (1 desyatin = 1.092 ha, 1 kv.sajına = 4.550 kv.m). İddiaçıların bibisi X14 notarius tərəfindən təsdiq edilmiş 7 fevral 2006-cı il tarixli ərizəsində göstərmişdir ki, “atam X17 qəsəbəsində yerləşən bağ torpağı sahəsində övladları İslamova Xurma və Nəzərov Əliyaqubla əkin-biçin işləri üzrə məşğul olublar. Atam sağlığında biz övladlar arasında vəsiyyət etmişdir ki, ölümündən sonra bu bağ Əliyaqubun olsun, çünki onun evi yoxdur. Atamın ölümündən sonra bu bağda qardaşım Əliyaqub öz övladları ilə əkin-biçin işləri ilə məşğul olub, indiyədək Əliyaqubun həyat yoldaşı və uşaqları bu bağı qoruyub saxlayıblar. X27 atam Tacirin vəsiyyətinin şahidi olduğum üçün ərizəmi yazıb təsdiq edirəm ki, bu bağ mənim qardaşım Əliyaqubundur.”. Əliqayub isə, onların (iddiçıların) atasıdır. X2, X8, X4 notarius tərəfindən təsdiq edilmiş ərizələrində də göstərilmişdir ki, qonşuları İddiaçı1 Əliyaqub oğlu Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Kürdəxanı bağ massivində yerləşən bağ sahəsinə baxır, orada abadlıq işləri aparıb, həmin bağ sahəsi onun ata-baba bağı olub. 14 may 2007-ci il tarixdə Kürdəxanı bələdiyyəsinin qərarı ilə 1308 saylı müqavilə bağlanmış, həmin qərara əsasən Kürdəxanı qəsəbəsinin şimal-şərqində yerləşən 1.200 kv.m torpaq sahəsi 6472 bağ nömrəsi ilə 10 il müddətə onun icarəsində verilmiş, həmin tarixdə digər İddiaçı2la da 1309 saylı müqavilə bağlanmış, ona da 1.200 kv.m torpaq sahəsi 6473 bağ nömrəsi ilə 10 il müddətə icarəyə verilmişdir. Sonradan icarə müqaviləsinin müddətinin artırılması barədə Kürdəxanı bələdiyyəsinin rəhbərinə müraciət olunsa da, bələdiyyə qurumlarının torpaq üzərində icarə, alqı-satqı əməliyyatı aparmaq səlahiyyəti olmaması, həmçinin Ləhiş bağ massivinin bələdiyyənin mülkiyyətində olmaması səbəbindən həmin müraciət təmin olunmamışdır. Onlar (iddiaçılar) DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə istifadələrində olmuş Ləhiş bağ massivindəki ata və babalarının sahibi olduğu, indi isə dövlət mülkiyyətində olan torpaqlarla onlarla icarə müqaviləsi bağlamaq barədə ərizə ilə müraciət etsələr də, müraciətə münasibət bildirilməmişdir. Göstərilənlərə və AR Mülki Prosessual Məcəlləsinin 178.6-cı maddəsinə, «Torpaq icarəsi haqqında» AR Qanununun 5-ci maddəsinə əsalanaraq, 30 ildən artıq onların istifadəsində olmuş Ləhiş bağ massivində hər birinə 0,12 ha bağ sahəsi verilməklə onlarla 15 il müddətinə icarə müqaviləsi bağlanması öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə müvafiq bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı X12 gəlməmiş, digər proses iştirakçıları gəlmişlər. Məhkəmə iş materiallarlnı nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirdi və iddianı müdafiə etdi. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 Əliyaqub oğlu, X11, İddiaçı5 və İddiaçı4 Əliyaqub qızı iddianı müdafiə etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X16 iddianın mümkün sayılmamasını xahiş etdi və bildirdi ki, qaldırılan məsələ cavabdehin səlahiyyətində deyil. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 30.1-ci maddəsinə görə mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 30.2-ci maddəsinə görə mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1 və 33.2-ci maddələri tətbiq oluna bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 12.1-ci maddəsinə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Məhkəmə ilk növbədə diqqətə çəkir ki, hazırkı iş üzrə iddiaçıların müvafiq torpaq sahəsinə münasibətdə bu iddianı qaldırmaq üçün subyektiv hüququ, habelə İPM-in 30-cu maddəsində təsbit olunmuş “həmiştirakçılıq”a yol verilən hallar mövcud deyil. Həmçinin qeyd olunmalıdır ki, iddiaçıların iddia tələbində qaldırılan məsələ, yəni “topaq sahələri ilə bağlı icarə müqavilələrinin bağlanması” hazırkı cavabdeh inzibati orqanın səlahiyyətlərinə daxil deyil. Bundan başqa, nəzərə alınmalıdır ki, iddiaçıların cavabdeh inzibati orqan həmin orqanın səlahiyyətləri çərçivəsində olan məsələ üzrə müvafiq müraciəti olmadığından, onlara iddianın dəyişdirilməsinin tövsiyə olunmasını da məhkəmə məqsədəuyğun saymır. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdeh DƏDRX 1 saylı Ərazi İdarəsi tərəfindən iddiaçıların hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-5072/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5072/2021
04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver