Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5073/2020 05.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh-Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X10 X8 idarəsinin nümayəndəsi-fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X10 X8 idarəsinə qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X10 X8 idarəsinə (bundan sonra mətndə DSMF X8 idarəsi) qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşı tamam olduğu, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh DSMF X8 idarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, xx.xx.1961-ci ildə Dəvəçi şəhərində doğulmuşdur. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün DSMF X8 idarəsinə müraciət etmiş, lakin məsələ müsbət həllini tapmamış, buna səbəb kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş siyahının 21-ci bəndinə aid olan vəzifədə işlədiyi halda və 57 yaşa çatdıqda pensiya hüququnun olduğy halda ona işlədiyi vəzifənin güzəştli şərtlərlə pensiya hüququ vermədiyini bildirmişlər. Hesab edir ki, cavabdehin hərəkəti qanunsuzdur. Belə ki, o, 1978-ci ildən əmək fəaliyyətinə başlamışdır. Hal-hazırda da “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-də işləyir. “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC X3 şimal deposu tərəfindən onun adına verilmiş 907 saylı xx.xx.2019-cu il tarixli, 129 saylı xx.xx.2020-ci il tarixli və 344 saylı xx.xx.2020-ci il tarixli arayışlarda xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-də müxtəlif vəzifələrdə işləyərək iş vaxtı rejimi növbəli olaraq, tam iş saatı ilə zərərli işlə məşğul olmuş, zərərli işə görə tarif maaşına 12 (on iki) faiz əlavə ödəniş alıb. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF X8 idarəsi məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, idarənin xx xxx 2020-ci il tarixli, **********0 nömrəli imtina məktubu onunla əsaslandırılıb ki, iddiaçının xx.xx.1979-xx.xx.1980-cı illərdə, xx.xx.1983-xx.xx.1984-cü il tarixləri arasındakı dövr ərzində Azərbaycan Dəmir Yolu Biləcəri vaqon deposunda vaqon hazırlanması üzrə təmirçi çilingər vəzifəsi, xx.xx.1992-xx.xx.2002-ci illərdə çalışdığı növbə rəhbəri və vaqon müayinəçisi-rəhbəri vəzifəsi məlum siyahıda öz əksini tapmayıb. İddiaçının təqdim etdiyi əmək kitabçasından aydın olur ki, iddiaçı: xx.xx.1979-xx.xx.1980-cı illərdə vaqon hazırlanması üzrə təmirçi-çilingər (01 il 29 gün); xx.xx.1983-xx.xx.1984-cü illərdə vaqon hazırlanması üzrə təmirçi-çilingər (01 il 02 ay 05 gün); xx.xx.1992-xx.xx.1996-cı illərdə növbə rəhbəri (04 il 01 ay 19 gün); xx.xx.1996-xx.xx.2002-ci illərdə vaqon müayinəçisi-rəhbəri (06 il 01 ay) peşələrində çalışmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, 23.01,2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahının 21.4-cü bəndi “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” adlanır və müxtəlif kateqoriyalı işçiləri ehtiva edir. Həmin 21.4-cü bəndin 8-ci alt-bəndində “vaqon baxıcıları”, 9-cu altbəndində “vaqonların baxıcı-təmirçiləri”, 19-cu alt-bəndində isə “hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər” peşələri nəzərdə tutulub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıda da analoji peşələr 23001000-16269 (vaqonların baxıcıları), 23001000-16275 (vaqonların baxıcı- təmirçiləri) və 23001000-18540 (hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər) şifrləri altında öz əksini tapıb. İddiaçının faktiki çalışdığı peşə ilə çalışdığını iddia etdiyi peşə arasında fərq olduğu açıqdır. O ki qaldı, iddiaçının çalışdığı “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin verdiyi arayışlara, hesab olunur ki, onların mötəbərliyi şübhə altındadır. “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin X3 Şimal vaqon deposunun verdiyi 344 saylı, xx xxxxx 2020-ci il tarixli arayışında iddiaçının xx.xx.1979xx.xx.1980-ci illərdə və xx.xx.1983-xx.xx.1984-cü illərdə “vaqonların qatardan ayrılmayaraq hərəkətdə olan tərkibin təmiri üzrə çilingər” peşəsində çalışdığı qeyd edilib. Halbuki əmək kitabçasında iddiaçının “vaqonların hazırlanması məntəqəsində təmirçi çilingər” işlədiyi göstərilib. Bir sözlə, əmək kitabçası və arayış arasında ziddiyyət vardır. “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin X3 Şimal vaqon deposunun verdiyi 907 saylı, xx xxxxxx 2019-cu il tarixli arayışında iddiaçının xx.xx.1984-xx.xx.1996-cı illərdə vaqon baxıcısı-təmirçisi, xx.xx.1996-xx.xx.2002-ci illərdə böyük vaqon baxıcısı-təmirçisi peşələrində çalışdığı qeyd edilib. Halbuki əmək kitabçasında iddiaçının xx.xx.1992xx.xx.1996-cı illərdə növbə rəhbəri, xx.xx.1996-xx.xx.2002-ci illərdə isə, vaqon müayinəçisi rəhbəri vəzifələrində çalışdığı göstərilib. Beləliklə, əmək kitabçası və arayış arasında ziddiyyət vardır. Beləliklə, iddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən iş stajına malik olmadığından ona 57 yaşdan əmək pensiyası təyin edilə bilməz. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi-X2 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən etirazda qeyd olunanların nəzərə alınaraq iddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbinə dair iddiasının rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; iddiaçıya məxsus AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1961-ci ildə Azərbaycan Respublikası Dəvəçi şəhərində doğulmuşdur. NZ seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək həqiqi hərbi xidmət keçmiş və xx xxxxxx 1982-ci ildə RHK-da qeydiyyata alınmışdır. Notarial qaydada təsdiq və tərcümə edilmiş İT-İ seriyalı ******* nömrəli xx.xx.1978-ci il tarixli Əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1979-ci ilə qədər Azərbaycan Dəmir Yolu Dəvəçi stansiyasında kommersiya braklarının aradan qaldırılması üçün stansiya işçisi vəzifəsinə, xx.xx.1979-cu ildə xxxxxxxxxxxxxxxxxxxxxxxx Biləcəri stansiyası vaqon deposu Sumqayıt vaqonların hazırlanması məntəqəsində yük vaqonlarının təmiri üzrə çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1979-cu il tarixdə Sumqayıt vaqon hazırlıq məntəqəsinin ikinci dərəcəli çilingər kimi müstəqil işə icazə verilmişdir. xx.xx.1980-ci ildə həmin məntəqənin üçüncü dərəcəli çilingər dərəcəsi verilmişdir. xx.xx.1980-ci ildə ordu sıralarına çağırıldığı üçün işdən azad edilmişdir. xx.xx.1983-cü ildə xxxxxxxxxxxxxxxxxxxxxxxx Biləcəri stansiyası vaqon deposu Sumqayıt VHM-nə həftəlik təcrübə və sınaq aktı verməklə vaqon təmiri üzrə üçüncü dərəcəli çilingər qəbul edilmişdir. xx.xx.1983-cü ildə Sumqayıt stansiyasının çilingəri müstəqil işə buraxılmışdır. xx.xx.1984-cü ildə Sumqayıt VHM-nə 4-cü dərəcəli vaqonların təmirçisi-baxıcısı işinə keçirilmiş, xx.xx.1992-ci ildə orada 5-ci dərəcəli növbə rəhbəri təyin edilmişdir. xx.xx.1996-cı ildə 128/N saylı xx.xx.1996-cı il tarixli əmrə əsasən Şirvan st. Vİ-7 rəisinin sərəncamına verilmişdir. xx.xx.1996-cı ildə Sumqayıt vaqonların hazırlığı məntəqəsinə 5-ci dərəcəli vaqon müayinəçisi rəhbəri təyin edilmişdir. xx.xx.2002-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2002-ci il tarixdə Biləcəri Texniki xidmət məntəqəsinə 4-cü dərəcəli X5 vaqon müayinəçisi qəbul edilmişdir. xx.xx.2002-ci ildə X4 4cü dərəcəli vaqon müayinəçisi müstəqil işə buraxılır. xx.xx.2005-ci ildə X4 4-cü dərəcəli vaqon müayinəçisi 5-ci dərəcəli vaqon müayinəçisi işinə keçirilmişdir. xx.xx.2006-cı ildə Yol rəisinin 84/N saylı xx.xx.2001-ci il tarixli əmrinə əsasən İ-ci dərəcəli vaqon müayinəçisi adı verilmişdir. xx.xx.2011-ci 5-ci dərəcəli vaqon müayinəçisi-təmirçisi 5-ci dərəcəli vaqon baxıçısı-təmirçisi adlandırılmışdır. xx.xx.2018-ci ildə işçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edilmişdir. xx.xx.2018-ci il tarixdən hazırki vaxta qədər isə Biləcəri texniki xidmət məntəqəsinə vaqon baxıcısı-təmirçisi vəzifəsində işləyir. “xxxxxxxxxxxxxxxxxxxxxxxx” X9 X3 Şimal vaqon deposu tərəfindən Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X10 X8 İdarəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli 907 №-li, xx.xx.2020-ci il tarixli 129 №-li və xx.xx.2020-ci il tarixli 344 nömrəli arayışlarda müvafiq olaraq göstərilmişdir ki; İddiaçı Azərbaycan Dəmiı Yolu Biləcəri vaqondeposundaxx.xx.1979-cuil tarixdənxx.xx.1980-ci il tarixinədək,xx.xx.1983-cü il tarixindən xx.xx.1984-cü il tarixinədək vaqon hazırlama məntəqəsində hərəkət heyətinin təmiri üzrə çilingər,xx.xx.1984-cü il tarixindən xx.xx.1996-cı i tarixinədək vaqon baxıcısı-təmirçisi,Şirvan İstismar vaqon deposunda xx.xx.1996-cı il tarixindən xx.xx.2002-ci il tarixinədək böyük vaqon baxıcısıtəmirçisi,xx.xx.2002-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək Biləcəri vaqon deposunda vaqon baxıcısı-təmirçisi peşəsində işləyib."xxxxxxxxxxxxxxxxxxxxxxxx” X9 sədrinin xx.xx.2017-ci il tarixi 114/S saylı əmrinə əsasən Biləcəri vaqon deposunun ləğv edilib onun bazasında Şimal vaqon deposunun yaradılması ilə əlaqədar İddiaçı xx.xx.2018-ci ildən əmək müqaviləsi ləğv edilib və xx.xx.2018-ci il tarixdən Şimal vaqon deposuna vaqon baxıcısı-təmirçisi peşəsinə işə qəbul edilib,xx.xx.2018-ci il tarixdən hazırkı dövrədək Şimal vaqon deposunda texniki xidmət məntəqəsində vaqon baxıcısı-təmirçisi peşəsində işləyir.Yuxarıda qeyd edilən dövrlərdə tam iş saatı ilə zərərli işlə məşğul olmuş,zərərli işə görəiş stajı 37 (otuz yeddi) il 10 (on) ay 27 (iyirmi yeddi) gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21-ci bölməsinin 21.4 Dəmiryol nəqliyyatı Dəmiryol lokomativ briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyaları işçilər bəndinə əsasən arayışda qeyd olunan peşə üzrə iş stajı və yaş həddi qanunvericiliyin tələblərinə cavab verdiy təqdirdə İddiaçı güzəştli pensiya almaq hüququna malikdir. İddiaçı xx.xx.1992-dən xx.xx.1996-cı il tarixinədək Biləcəri vaqon deposunda, xx.xx.1996-cı il tarixindən xx.xx.2002-ci il tarixinədək Şirvan İstismar vaqon deposunda 5ci dərəcəli vaqon baxıcısı-təmirçisi peşəsində işləmişdir. Vaqon baxıcısı-təmirçisi peşəsinin adı rus dilindən tərcümədə bəzi təşkilatların ştat cədvəlində “vaqon müayinəçisitəmirçisi” kimi qeyd olunmuşdur, bu vəzifələri tutan işçilərin vəzifə borcu eynidir, vaqon baxıcısı-təmirçisi peşəsi fəhlə vəzifə kateqoriyasına aiddir. İddiaçı yuxarıda qeyd edilən dövrlərdə vaqon baxıcısı-təmirçisi peşəsində işləyərək, iş vaxtı rejimi növbəli olaraq tam iş saatı ilə zərərli işlə məşğul olmuş, zərərli işə görə tarif maaşına 12 (on iki) faiz əlavə ödənc verilmişdir. İddiaçı Azərbaycan Dəmir yolu Biləcəri vaqon deposunda xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək vaqon hazırlama məntəqəsində vaqonların qatardan ayrılmayaraq hərəkətdə olan tərkibin təmiri üzrə çilingər peşəsində işləyib. İddiaçı tam iş saatı ilə zərərli işlə məşğul olmuşdur. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətlərə cavab olaraq, DSMF X11 İdarəsi tərəfindən verilmiş eyni məzmunlu xx.xx.2020-ci il tarixli **********8 №li, xx xxxxxx 2020-ci il tarixli **********6 №li və xx xxx 2020-ci il tarixli **********0 №li imtina məktublarında göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçiləri bəndində (21.4) vaqonların baxıcıları, vaqonların baxıcı-təmirçiləri və hərəkətdə olan tərkibin təmiri üzrə çilingərləri nəzərdə tutulmuşdur. İdarəyə təqdim edilmiş xx xxx 1978-ci il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasında xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1983-xx.xx.1984-cü il tarixləri arasındakı dövr ərzində Azərbaycan Dəmir yolu Biləcəri vaqon deposunda vaqon hazırlanması üzrə təmirçi çilingərvəzifəsində, xx.xx.1992-xx.xx.2002-ci tarixləri arasındakı dövr ərzində isə növbə rəhbəri və vaqon müayinəçisi-rəhbəriişlədiyi qeyd edilmişdir. Göründüyü kimi müraciətçinin işlədiyi vəzifələr Siyahıda qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. ““Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, 3 beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri x xxxxxx 1997-ci ildən, qalan maddələri isə x xxxxxx 1998-ci ildən qüvvəyə minmişdir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı xx.xx.2006cı il tarixədək mövcud olmalıdır. İş materiallarından görünür ki, cavabdeh orqan iddiaya dair imtina məktubunda və yazılı etirazında bildirmişdir ki, iddiaçının güzəştli şərtlərlə iş stajı 12 il 6 aydan az təşkil edir. “Ümumi iş stajı” anlayışı ilə bağlı xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. İş materiallarından və tərəflərin izahatlarından da göründüyü kimi, hazırki iddia ilə bağlı iddiaçının ümumi iş stajı işin mübahisələndirilməyən hallarındadır. Göründüyü kimi, iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək 25 ildən artıq, yəni 27 (iyirmi yeddi) il, 4 (dörd) ay 24 (iyirmi dörd) gün ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №li Qərarı ilə (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş)“Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşdur: Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər ( kod 23001000). vaqonların baxıcıları (kod 23001000—16269) ; vaqonların baxıcı — təmirçiləri (kod 23001000— 16275); hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər (kod 23001000—18540). Analoji peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında da nəzərdə tutulmuşdur: 21-ci bənd –Nəqliyyat-21.4 Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: vaqonların baxıcıları, vaqonların baxıcı-təmirçiləri, hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq, yəni 23 (iyirmi üç) il, 1 (bir) ay, 18 (on səkkiz) gün güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik və 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh DSMF X8 İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 57 yaşı tamam olduğu, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X10 X8 İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-5073/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5073/2020
05.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver