Məhkəmə qərarları › İş №2-1(112)-5073/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5073/2022

01.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5073/2022 01.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi, Tərəflərin iştirakı olmadan iddiaçı - İddiaçı cavabdeh - Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı (üçüncü şəxs “Orbita MTK”) “tikintiyə icazə sənədinin ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı (üçüncü şəxs “Orbita MTK”) “tikintiyə icazə sənədinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə növbəti məhkəmə iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsi ilə ərizə təqdim edərək, iddiadan imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının ərizəsi təmin edilməli və iddiaçı iddiadan imtina etdiyindən, hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, İPM-n 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. İPM-in 55.4-ci maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. İPM-in 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Göstərilənlərə əsasən və İPM-nin 55 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı ərizəsi təmin edilir. İddiaçı cavabdeh Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı (üçüncü şəxs “Orbita MTK”) “tikintiyə icazə sənədinin ləğv edilməsi” tələbinə dair 2-1(112)- 5073/2022 saylı iş üzrə icraata xitam verilir. Qərardaddan şikayət verilə bilməz. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar