Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5074/2021 26.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 (ünvan 1 ünvanda fəaliyyət göstərən vəkil ) Cavabdehin nümayəndəsi X4 (hüquqşünas, Bakı şəhəri, Yasamal rayonu, Əjdər Xanbabayev küçəsində qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanda yerləşən, 17 saylı mənzilin, ümumi sahəsi 102,04 kv. m olmaqla, qeyri-yaşayış sahəsi olaraq qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, A. Ağayev küçəsi 559-cu məhəllə, ev A ünvanda yerləşən, 17 saylı, ümumi sahəsi 78,8 kv. metr olan mənzil, ******* saylı, RX seriyalı Çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. 1990-cı ildən mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə etməyə başlamışdır. Mənzilin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsində mənzilin aparılan rekonsturuksiyası nəticəsində mənzilin sahəsi genişlənmişdir. Bunun nəticəsində mənzilin ümumi sahəsi 23,24 kv. m. artaraq mənzilin ümumi sahəsi 102,04 kv. m. olmuşdur. Artıq otuz bir ildir ki, iddiaçı ailəsiinn və digər işçilərin ailələrinin maddi ehtiyaclarının ödənilinəsi üçün mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə edir. Lakin mənzil qeyri-yaşayış sahəsi kimi hüquqi qeydiyyata alınmamışdır. Göstərilən səbəblərə əsasən, iddiaçı ona məxsus olan ünvan 3 ünvanda yerləşən, 17 saylı mənzilin qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınması, Çıxarışın və Texniki pasportların verilməsinə dair, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın dövlət Reysteri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə rəsmi müraciətlər etmişdir. Lakin ona **********94 saylı 12 fevral 2021-ci il tarixli imtina məktubu verilərək müraciətinin icrasından imtina edilmişdir. ünvan 3 ünvanda yerləşən, 17 saylı mənzilin qeyri-yaşayış sahəsi kimi, faktiki vəziyyətdə, sənədləşdirmə işlərini aparmaq fikrindədir. Hesab edir ki, cavabdeh idarə tərəfindən heç bir sənədləri araşdırmadan, əsassız olaraq müraciətimin icrasından imtina edilmişdir... İddiaçı cavabdeh təşkilatın imtinasını əsassız hesab edir və qanuni şəkildə ona məxsus olan və uzun illər boyu qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərən mənzilin qeyri-yaşayış sahəsi kimi faktiki vəziyyətdə qeydiyyata alınmasına dair çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikasını ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə bildirilir ki, iddiaçı X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 4 ünvanında yerləşən 17 saylı mənzilin ümumi sahəsi 102.04 kv.m. olmaqla qeyri-yaşayış sahəsi olaraq qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı X3 iddia tələbi ilə bağlı 01.02.2021-ci il tarixdə İdarəyə müraciət etmişdir. Bildirirlər ki, sözügedən mənzilin yaşayış fondundan qeyri-yaşayış fonduna keçməsi barədə sənədlər (müvafiq icra hakimiyyəti orqanının qərarı, istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı (istismarına icazə sənədi), qeyri-yaşayış sahəsinə keçirilmiş sahəyə dair bildiriş məktubu və texniki rəy) ərizəyə əlavə edilməmişdir. Həmçinin, mənzilə İdarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Cavabdeh qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində qeyd olunanlara uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 12 fevral 2021-ci il tarixli, **********94 saylı imtina məktubundan görünür ki ünvan 5 ünvanında yerləşən mənzilin yaşayış fondundan qeyri-yaşayış fonduna keçirilməsi ilə bağlı ********** nömrəli, 01.02.2021-ci il tarixli iddiaçının müraciətinə baxılaraq bildirilmişdir ki, sözügedən əmlak daşınmaz əmlakın dövlət reyestrindən mənzil kimi qeydiyyatdan keçmişdir. Qeyriyaşayış sahəsinin sizin adınıza dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər toplusu təqdim olunmamışdır. Həmçinin, mənzilə idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.24. bəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılması həyata keçirilməli, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsi təmin edilməlidir. yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Prezidentinin 226 nömrəli, 1 avqust 2018-ci il tarixli Fərmanına əsasən Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil X8 tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Hazırkı iddia ərizəsi üzrə iddiaçı ünvan 3 ünvanda yerləşən, 17 saylı mənzilin, ümumi sahəsi 102,04 kv. m olmaqla, qeyri-yaşayış sahəsi olaraq qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini istəyir. Məhkəmə araşdırması zamanı Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi, 559cu məhəllə, ev A ünvanında yerləşən 17 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı, **********71-05101-093001 reyestr nömrəli Çıxarışın və onun verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətinin məhkəməyə təqdim edilməsi cavabdehdən sorğu əsasında tələb olunmuşdur. Sorğuya cavab olaraq cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş X5 ilə İddiaçı arasında bağlanmış AN-İ№0667411 saylı 23.05.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin təsdiq olunmuş surətindən görünür ki, X5 tam mülkiyyət üzrə ona məxsus ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 78.8 kv.metr olan 3 otaqlı mənzili İddiaçı satmışdır. Sorğu əsasında həmçinin məhkəməyə təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi, 559-cu məhəllə, ev A ünvanında yerləşən 17 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 322 nömrəli reyestr kitabının 30305 nömrəli vərəqində 24.05.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş eskiz layihədən görünür ki, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin layihəsi tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 28 iyul 2021-ci il tarixli, 21/366 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi, 559-cu məhəllə, ev A ünvanda yerləşən mənzil 17 saylı mənzilin faktiki sahəsi 102,04 kv.metr təşkil edir, əmlak qeyri-yaşayış sahəsi kimi (gözəllik salonu) kimi istifadə olunur, o cümlədən digər şəxslərin, qonşuluqda yaşayan şəxslərin mülkiyyət hüququndan istifadə ilə bağlı hüquq və mənafelərə toxunmur, yuxarıda yaşayan qonşulara və sağında fəaliyyət göstərən öbyektə heç bir maneçilik törətmir, mənzildə aparılmış rekonstruksiya işləri və eyvan sahəsinin bağlanması şəhərsalma və tikinti sahəsində qanunvericiliklə, o cümlədən texniki normativ hüquqi aktlarla müəyyən edilmiş texniki qaydalara uyğundur, mənzil binanın 1-i mərtəbəsində yerləşir, heç bir mərtəbələrə və qonşu mənzillərə genişlənməsi yoxdur. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, X5 ilə İddiaçı arasında bağlanmış AN-İ№0667411 saylı 23.05.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqısına dair müqavilənə əsasən iddiaçı ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 78.8 kv.metr olan 3 otaqlı mənzili satın almışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi, 559-cu məhəllə, ev A ünvanında yerləşən 17 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. "xxxx" MMC tərəfindən verilmiş ekspert rəyindən də müəyyən olunur ki, sözügedən mənzilin faktiki sahəsi 102,04 kv.metr təşkil edir, əmlak qeyri-yaşayış sahəsi kimi (gözəllik salonu) kimi istifadə olunur, o cümlədən digər şəxslərin, qonşuluqda yaşayan şəxslərin mülkiyyət hüququndan istifadə ilə bağlı hüquq və mənafelərə toxunmur, yuxarıda yaşayan qonşulara və sağında fəaliyyət göstərən öbyektə heç bir maneçilik törətmir, mənzildə aparılmış rekonstruksiya işləri və eyvan sahəsinin bağlanması şəhərsalma və tikinti sahəsində qanunvericiliklə, o cümlədən texniki normativ hüquqi aktlarla müəyyən edilmiş texniki qaydalara uyğundur, mənzil binanın 1-ci mərtəbəsində yerləşir, heç bir mərtəbələrə və qonşu mənzillərə genişlənməsi yoxdur. İddiaçı hazırkı tələblə bağlı cavbabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu sözügedən əmlakın daşınmaz əmlakın dövlət reyestrindən mənzil kimi qeydiyyatdan keçməsi əsası ilə iddiaçının müraciətini təmin etməkdəm imtina etmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Yuxarıda qeyd edildiyi kimi iddiaçı xüsusi mülkiyyətində olan mənzilə dair sərəncam verərək onlardan qeyri-yaşayış sahəsi kimi istifadə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən «Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir». Həmin Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Kostitusiyasının 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam verməkdən ibarətdir. Beləliklə Məhkəmə imtinanın əsasları ilə razılaşmayaraq, qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlər iddiaçıya məxsus 102.04 kv.metrdən ibarət qeyriyaşayış sahəsinin onun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas verir. Həmçinin aşağıda qeyd olunan əsaslara görə məhkəmə iddianın əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Kostitusiyasının 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam verməkdən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 3 ünvanda yerləşən, 17 saylı mənzilin, ümumi sahəsi 102,04 kv. metr olmaqla, qeyri-yaşayış sahəsi olaraq İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 3 ünvanda yerləşən, 17 saylı mənzilin, ümumi sahəsi 102,04 kv. metr olmaqla, qeyri-yaşayış sahəsi olaraq İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-5074/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5074/2021
26.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver