Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5075/2020 05.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçının vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, “Femida” vəkil bürosunda vəkil işləyir) cavabdehin nümayəndəsi X3 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hüquq şöbəsində hüquq məsləhətçisi işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsəslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində 14”B” saylı 0,6 ha sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması barədə çıxarışın və sərhədlərini təsdiq edən sənədlərin verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində 14”B” saylı 0,6 ha sahəsinə dair mülkiyyət hüququnu qeydiyyata alınması barədə çıxarışın və sərhədlərini təsdiq edən sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli, 293 nömrəli qərarına əsasən, xx xxxxxx 1992-ci il tarixli, 29 nömrəli Maştağa qəsəbəsi üzrə Lenin rayon İcra Hakimiyyəti (indiki Sabunçu rayon İcra Hakimiyyəti) tərəfindən, qərardan çıxarışa əsasən fərdi evinin tikintisi üçün Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindən 14 “B” saylı 0,6 ha sahə iddiaçıya ayrılmışdır. O, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qeyd edilən torpağa dair mülkiyyətini təsdiq edən çıxarışı və torpağın xəritədə göstərən sxemin verilməsi ilə bağlı müraciət etmişdir. Cavabdeh orqan iddiaçının müraciətinə xx.xx.2020-ci il tarixli, **********99 nömrəli imtina məktubu ilə cavab verərək, torpaq sahəsi ayrılması Maştağa qəsəbə nümayəndəliyinin səlahiyyətlərinin xaricində olduğunu bildirmişdir. Sabunçu rayon İcra Hakimiyyəti təsərrüfat şöbəsi tərəfindən həmin torpaq sahəsinin yerləşmə sxemi təsdiq olunmuşdur. Qeyd olunan torpağın üzərində artıq ev tikilmişdir və Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən fiziki şəxslərin mülkiyyətində olan binaların və qurğuların qiymətləndirməsinə dair xx.xx.2002-ci il tarixli, 30/35b saylı hesabat sənədi tərtib edilmişdir. Bundan əlavə olaraq Azərbaycan Respublikası “Bakı Torpaq” X6nun Memarlıq və Planlaşdırma bölməsi tərəfindən evin eskiz layihəsi tərtib edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdehdən iddiaya dair etirazın bildirilməsi tələb edilsə də, sərəncam icra edilməmiş, iddiaya etiraz təqdim edilməmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi T.Yeganlı iddiaya dair etiraz bildirərək, öz izahatında göstərmişdir ki, torpaq sahəsinin ayrılması Maştağa qəsəbə nümayəndəliyinin səlahiyyətləri xaricindədir. Buna görə də iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının vəkilini və nümayəndəsini, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. “Vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyatyanı torpaq sahəsi ayrılması haqqında” Lenin rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin xx xxxxxx 1992-ci il tarixli, 29 saylı qərarından çıxarışa əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxxxx 1991-ci il tarixli 293 nömrəli qərarına əsasən, Maştağa qəsəbəsində fərdi yaşayış evləri tikintisi üçün həyatyanı torpaq fondu ayrılması nəzərə alınması, Bakı şəhər icra Hakimiyyətinin baş planına uyğun olaraq Maştağa qəsəbəsi, Aslanov döngəsi, ev 3-də yaşayan İddiaçı 600 kv.m həyatyanı torpaq sahəsi ayrılması, torpaq sahəsində baş planda nəzərdə tutulmuş sahədə müasir tipli yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır. Həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxxxx 1991-ci il tarixli 293 nömrəli qərarına əsasən, Maştağa qəsəbəsində fərdi yaşayış evləri tikintisi üçün həyatyanı torpaq fondu ayrılmışdır. Fərdi mənzil tikintisinə ehtiyacı olan vətəndaşlara Bakı şəhər İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş, baş plana uyğun olaraq, hər ailəyə 0,12 hektar həyatyanı torpaq sahəsi verilməsi nəzərdə tutulmuşdur. Həyatyanı torpağaehtiyacı olan vətəndaşlarıdan bir qrupu həyatyanı torpaq sahəsi almaq üçün tələb olunan sənədləri qəsəbə üzrə LRİHN nə təqdim etmişlər. Təqdim olunmuş sənədlər qəsəbə üzrə LPİHN- si yanında daimi komissiya tərəfindən yoxlanılmışdır. Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsinin rəisi A.X.Qaraşov tərəfindən imzalanmış, İdarənin möhürü ilə təsdiq edilmiş “Fiziki şəxslərin mülkiyyətində olan binaların və qurğuların qiymətləndirilməsinə dair xx.xx.2002-ci il tarixli, 30/35b nömrəli hesabatına əsasən, Maştağa qəsəbəsi, 14“b”,ünvanda, Maştağa bələdiyyəsinin 16 nömrəli xx.xx.2002-ci il tarixli məktubuna əsasən mülkiyyətçi İddiaçı məxsus 1995-ci ildə tikilmiş yaşayış evi, ayaqyolu, hasar, qapıəmlakın on beş milyon yüz otuz doqquz min iki yüz qırx iki manat inventar dəyəri təsdiq edilmişdir. Azərbaycan Respublikası “Bakı Torpaq” X6 tərəfindən xx.xx.2016-cı il (lisenziya 089566 nömrəli, qeydiyyat nömrəsi İN/L-1479/2016) tarixində verilmiş, tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi haqqında xx.xx.2020-ci il tarixli, 5675 nömrəli Memarlıq və Planlaşdırma bölməsindən görünür ki, hüquq subyekti X1 aid olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 14 B saylı sahə layihələşdirilmişdir. Sabunçu rayon İcra Hakimiyyətinin təsərüfat şöbəsinin müdiri tərəfindən təsdiq edilmiş yerləşmə sxeminə əsasən, Maştağa qəsəbəsində İddiaçı ayrılmış 14 “B” saylı 600 kv.metr olan torpaq sahəsinin ölçüləri, konfiqurasiyası, tərpənməz nöqtələri əks olunmuşdur. Cavabdehin xx.xx.2020-ci il tarixli, **********99 nömrəli iddiaçıya ünvanlanmış məktubuna əsasən, torpaq sahəsinin ayrılması Maştağa qəsəbə nümayəndəliyinin səlahiyyətləri xaricində olduğunu bildirərək, hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, 1992-ci ildə Lenin rayon İcra Hakimiyyənin Maştağa qəsəbəsi üzrə nümayəndəsinin qərarı ilə Maştağa qəsəbəsi, 14 “B” ünvanda iddiaçıya fərdi ev tikintisi üçün 0,6 ha torpaq sahəsi ayrılmışdır. Torpaq üzərində fərdi yaşayış evi tikilmişdir. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə cavabdehə müraciət etsə də, cavabdeh onun müraciətini təmin etməmişdir. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı, cavabdehin imtinasını isə əsassız hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1.-ci maddəsində göstərilmişdir: “Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır...139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1. –ci maddəsinə göstərilmişdir:”Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar… 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;139-1.1.5. 2006cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri...139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol;8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı;8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; “Torpaq sahələri ayrılması haqqında” x xxxxxxxx 1991-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinın Qərarına əsasən, Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin təqdimatına əsasən Abşeron, Agstafa və Göyçay rayon XDS icraiyyə komitələrinin qərarlarını və təsərrüfatların razılıqlarını nəzərə alaraq həmin rayonların ərazilərindən Bakı şəhərinin Maştağa qəsəbəsində, Ağstafa və Göyçay şəhərlərində fərdi və çoxmərtəbəli yaşayış evləri, habelə sosial və mədəni –məişət obyektlərinin tikintisi üçün əlavəyə uyğun olaraq 416,0 hektar torpaq sahəsi ayrılması qərara alınmışdır. “Torpaq sahələri ayrılması haqqında” x xxxxxxxx 1991-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinın Qərarına Əlavədə “Fərdi və çoxmərtəbəli yaşıyış evləri, sosial və mədəni-məişət obyektlərinin tikintisi üçün torpaq sahəsi ayrılan yerli xalq deputatları Sovetlərinin Siyahısı”na əsasən, Bakı şəhər XDS İcraiyyə Komitəsinə Maştağa qəsəbəsində fərdi yaşayış, sosial və mədəni məişət obyektlərinin tikntisi altına 381,0 ha torpaq sahəsi Bakı şəhər Lenin rayonu üzrə Maştağa tərəvəzçilik –südçülük sovxozunun ərazisindən Lenin rayon xalq deputatları Soveti tərəfindən ayrılır. “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında” xx xxxxxxx 1991-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında icra hakimiyyətinin başçısı vəzifəsinin təsis edilməsi, 6-ci bəndinə əsasən rayonun, şəhərin icra hakimiyyətinin başçısı kəndlərində, qəsəbələrində, şəhərlərində(rayon tabeli şəhərlərdə)öz nümayəndələrini təyin edən kimi həmin inzibati -ərazi vahidlərinin xalq deputatları Sovetlərinin və onların icraiyyə komiələrinin səlahiyyətlərinə xitam verilməsi qərara alınmışdır. Göründüyü kimi, Lenin rayon İcra Hakimiyyətinin Maştağa qəsəbə nümayəndəliyinin Maştağa qəsəbəsində torpaq ayrılması səlahiyyətinın olmaması barədə cavabdehin dəlili əsassızdır və yuxarıda göstərilmiş normativ aktları ilə belə bir səlahiyyətin olması təsdiq olunur. Bundan əlavə, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir...Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. İşin faktiki hallarına əsasən iddiaçı dövlət qeydiyyatına alınması barədə iddia qaldırdığı torpaq sahəsinin üzərində1995-ci ildə fərdi yaşayış evi tikmiş, həmin fərdi yaşayış evi Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 2002-ci ildə “fiziki şəxsin mülkiyyəti” kimi qiymətləndirilmiş, onun dəyəri müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh qeyd edilən əsasların (daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda) mövcud olması barədə iddiaçıya bildirərkən Lenin rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsinin nümayəndəliyinin həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən torpaq ayrılması səlahiyyətinə malik olmasını nəzərə almamışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 14 B saylı torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması barədə çıxarışın və sərhədlərini təsdiq edən sənədlərin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə-vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68 – 69-cu, 85-ci, 116-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 14 B saylı torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması barədə çıxarışın və sərhədlərini təsdiq edən sənədlərin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-5075/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5075/2020
05.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver