Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5076/2021 23.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, iddiaçılar İddiaçı5, İddiaçı1 iştirakı ilə, iddiaçılar İddiaçı5, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Bakı şəhər Binəqədi rayon Polis İdarəsinə qarşı “iddiaçıların Bakı şəhəri, Binəqədi qəsəbəsi, X11, döngə 6, ev 23 A ünvana pasport qeydiyyatına alınması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı5, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Bakı şəhər Binəqədi rayon Polis İdarəsinə qarşı “iddiaçıların Bakı şəhəri, Binəqədi qəsəbəsi, X11, döngə 6, ev 23 A ünvana pasport qeydiyyatına alınması öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. İddia ərizəsində göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi qəsəbəsi, X11, Döngə 6da yerləşən torpaq sahəsi 2001-ci ildə alınmışdır və həmin torpaq sahəsində iddiaçılar tərəfindən 2002-ci ildə fərdi yaşayış evi tikilmişdir. Torpaq sahəsinə 2006-cı ilin may ayında DTXK-nın Bakı şəhər Şöbəsi tərəfindən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. İnşa edilmiş fərdi yaşayış evi xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşir. İddiaçılar 2002-ci ildən qeyd edilən fərdi yaşayış evində yaşayırlar, təsərrüfatı aparırlar və bu fərdi yaşayış evi onların daimi yaşayış yeridir. Fərdi yaşayış evi bütün kommunal şəraitə malikdir, fərdi yaşayış evinə işıq, qaz və su xətti çəkilmişdir və müvafiq olaraq sərfiyyatla bağlı ödənişlər həyata keçirilir. İddiaçılar fərdi yaşayış evinə qeydiyyata alınmamağı səbəbindən hüquqlarının həyata keçirilməsində məhdudiyyətlər yaranır. İddiaçılar bu ünvana pasport qeydiyyatına alınmaqla bağlı Binəqədi rayon Polis İdarəsinə müraciət etmişdirlər, lakin onlara əsassız olaraq imtina edilmişdir. İddiaçılar göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş iddiaya dair etirazın təqdim edilməsi haqqında məhkəmə sərəncamı cavabdeh Bakı şəhər Binəqədi rayon Polis İdarəsi tərəfindən icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: ...2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçılar cavabdehə müraciət etmiş və imtina cavabı almışdırlar, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşdurlar. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və cаvаbdеh Bakı şəhər Binəqədi rayon Polis İdarəsi məhkəmə bахışındа iştirak etməmişlər. Cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 23.06.2021-ci il tarixli, 059- 18129 nömrəli məktubla məhkəməyə müraciət edərək İddiaçı5 iddiası üzrə təyin edilmiş şifahi məhkəmə baxışı iclasını cavabdehin iştirakı olmadan keçirilməsinə və qərar çıxarılmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı5 və İddiaçı1 iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iddiaçıların izahat və çıxışını dinlədikdən, tədqiq olunmuş sübutları tam və hərtərəfli araşdırdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: AZE №********, AZE №1********, AZE №******** və AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin notariat qaydada təsdiq olunmamış surətlərinə əsasən, iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı1 və İddiaçı2 ünvan 3 ünvanında yaşayırlar. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1271/2020 nömrəli, 03.11.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı5, X3, İddiaçı2, X1, X2 Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsində yerləşən 96 saylı evin, 5 saylı mənzilinə olan istifadə hüquqları itirilməsi qət edilmişdir. 2008-ci ilə aid “xxxx” Dövlət Müəssisəsinin 837983, 830450 və 589245 ödəniş qəbzlərin surətlərinə əsasən, İddiaçı5 tərəfindən Gülüstan, D-6 ünvanında olan qaz sayğacı üzrə borclar ödənilmişdir. JN-32337H nömrəli Azərbaycan Respublikası Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətinə əsasən, İddiaçı5 mülkiyyətinə verilmiş torpaq sahəsinin yerləşdiyi yerin sxemi, həmçinin verilən torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü göstərilmişdir. Binəqədi rayon Polis İdarəsinin 02.03..2021-ci il tarixli, 059-6511Kol nömrəli məktubuna əsasən İddiaçı5 bildirilmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinin tələblərinə əsasən X4, X7, X8, X6 və X5 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, X11, döngə 6, ev 23 A ünvanına qeydiyyata alınması üçün müvafiq sənədlərlə birlikdə RPİ-nin QMB-nə müraciət edilməlidir.. Qanunda qeyd olunan sənədlərdən hər hansı təqdim edilmədikdə göstərilən ünvana qeydiyyata alınması qanuna müvafiq deyildir. Beləliklə, iş materiallarından görünür ki, iddiaçılar Bakı şəhəri, Binəqədi qəsəbəsi, X11, döngə 6, ev 23 A ünvanında olan ev onların faktiki yaşayış yeri olduğundan həmin ünvana qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edirlər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə;2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Göründüyü kimi qanunverici qeydiyyata alınmanın hansı sənədlər əsasında həyata keçirilməli olduğunu dəqiq müəyyən etmişdir və qanunun qeyd edilən maddəsinin mənasından görünür ki, şəxs, üç əsasla: mülkiyyətçi kimi, icarə və ya kirayə müqaviləsi üzrə və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş başqa sənəd təqdim etdikdə həmin sənədlərdə qeyd edilən ünvana qeydiyyata alına bilər. İşin faktiki hallarına əsasən iddiaçılar Bakı şəhəri, Binəqədi qəsəbəsi, X11, döngə 6, ev 23 A ünvanında yerləşən fərdi yaşayış evində nə mülkiyyət hüququ, nə icarə (və ya kirayə) müqaviləsi, nə digər qanuni əsaslarla yaşayırlar və bunun nəticəsi olaraq onlar cavabdeh orqana, həmçinin məhkəməyə qanunla tələb olunan sənədləri təqdim edə bilməmişdirlər. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamənin 2.0.2-ci bəndinə əsasən həmin xidmət ünvan reyestrinin aparılmasını həyata keçirir, daşınmaz əmlak obyektlərinə ünvan verilməsini təmin edir, 3.0.13-cü bəndinə əsasən daşınmaz əmlak obyektlərinə ünvan verir. Lakin iddiaçılar qeydə alınmaq istədikləri evə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən ünvan verilməsinə dair sübutu məhkəməyə təqdim etməmişdir, belə olan halda iddiaçıların qeydiyyata alındığı ünvanın məhz iddia tələbində göstərilən ev olması iş materialları ilə təsdiqlənmir. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçılar İddiaçı5, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Bakı şəhər Binəqədi rayon Polis İdarəsinə qarşı “iddiaçıların Bakı şəhəri, Binəqədi qəsəbəsi, X11, döngə 6, ev 23 A ünvana pasport qeydiyyatına alınması vəzifəsinin cavabdeh Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulması barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85,110-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı5, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Bakı şəhər Binəqədi rayon Polis İdarəsinə qarşı “iddiaçıların Bakı şəhəri, Binəqədi qəsəbəsi, X11, döngə 6, ev 23 A ünvana pasport qeydiyyatına alınması vəzifəsinin cavabdeh Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulması barədə iddia tələbi rədd edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-5076/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5076/2021
23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver