Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5078/2025 14.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, onun işlədiyi illər nəzərə alındıqda onun iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan çox təşkil edir. İddiaçının fəaliyyət göstərdiyi vəzifələr isə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi ilə bağlı aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin güzəştli iş stajının az olması səbəbi ilə ona pensiyanın təyin olunmasından imtina edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim edilmiş və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsində 10) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndi (10.2) və yeyinti sənayesi bölməsinin (27) sintetik ətirli maddələrin istehsalı (xlorlu üzvi birləşmələr; sadə, mürəkkəb aromatik, alifatik sıralı efirlər; üzvü yağlı, aromatik geterosiklik xammal, aldehidlər, ketonlar, spirtlər, onların törəmələri, sintetik yağlı turşular əsasında məhsullar yarımbölməsinin (27.10) fəhlələr (a) bəndində təmirçi-çilingərlər vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim olunan "xxxx" ASC-nin iddiaçıya dair 14 mart 2024-cü il tarixli 04 nömrəli arayışında xx.xx.1995-xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər ərzində həmin müəssisədə çilingər vəzifəsində işlədiyi qeyd olunub. Göründüyü kimi, işlədiyi vəzifə sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan Siyahıda nəzərdə tutulan təmirçi çilingər vəzifəsinə uyğun deyil. Bundan başqa Abşeron Magistral X2 arayışında isə xx.xx.2010-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində adı çəkilən sahənin 3 saylı xətti istismar xidmətində qaz paylayıcı stansiyanın operatoru vəzifəsində işlədiyi qeyd olunub. Belə ki, işlədiyi sahə neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsinə aid deyil. Bu səbəblərdən də, onun güzəştli iş stajı 12 il 6 aydan az (7 il 11 ay 8 gün (xx.xx.2001- xx.xx.2009-cu il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Şərur rayonunda doğulmuşdur. Əmək kitabçasından görünür ki, iddiaçı: xx.xx.1984-xx.xx.1984-cü illərdə sovxozda fəhlə; xx.xx.1985-xx.xx.1987-ci illərdə fəhlə; xx.xx.1987-xx.xx.1987-ci illərdə sovxozda fəhlə; xx.xx.1987-xx.xx.1987-ci illərdə fəhlə; xx.xx.1988-xx.xx.1988-ci illərdə fəhlə; xx.xx.1988-xx.xx.1990-cı illərdə fəhlə; xx.xx.1990-xx.xx.1990-cı illərdə fəhlə; xx.xx.1991-xx.xx.1992-ci illərdə fəhlə; xx.xx.1993-xx.xx.1994-cü illərdə çilingər; xx.xx.1994-xx.xx.1995-ci illərdə çilingər; xx.xx.1995-xx.xx.1997-ci illərdə çilingər; xx.xx.1997-xx.xx.2001-ci illərdə çilingər; xx.xx.2001-xx.xx.2009-cu illərdə təmirçi-çilingər; xx.xx.2010-xx.xx.2010-cu illərdə operator; xx.xx.2010-xx.xx.2022-ci illərdə Abşeron Magistral X2 3 saylı Xətti İstismar Xidmətində 5-ci dərəcəli qaz paylayıcı stansiyanın operator; xx.xx.2022-ci il tarixdən operator işləmişdir. "xxxx" ASC tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı xx.xx.1995-ci ildən \ "xxxx" zavodunda Şampanlaşdırma sexində çilingər vəzifəsinə qəbul edilib və xx.xx.1997ci ildə öz xahişi ilə işdən azad edilib. xx.xx.1997-ci ildə Şampanlaşdırma sexində çilingər vəzifəsinə qəbul edilib. xx.xx.2001-ci ildə "xxxx" zavodu "xxxx"ASC-nə çevrilmişdir. xx.xx.2001-ci ildə müəssisə ləğv edildiyi uçün isdən azad edilib. xx.xx.2001-ci ildə "xxxx" ASC-nə Şampan hazırlama sexində təmirçi-çilingər vəzifəsinə təyin edilib və xx.xx.2009cu ildə öz xahişi ilə işdən azad edilib. Şampan hazırlama sexində təmirçi, təmirçi-çilingər vəzifəsini icra etmiş və eyni zaman bu işləri görmüşdür: Çənlərin təmiri, sərab çənlərinə karbon qazı (C04) doldurmaq və yoxlamaq, karbon qazını açıb boşaltmaq təmizləyib işə salmaq, şərab çənlərinə kükürd (sera) vermək. İşlədiyi müddət təmirçi, təmirçi-çilingər vəzifəsi 13 il 11 ay 15 gündür. Təmirçi-çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər kabinetinin güzəştli şərtlərlə yaşa görə pensiya huququ verən istehsalatların, peşələrin,vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə xx.xx.2007-ci il 12 saylı qərarı Yeyinti senayesinin 27 bəndli 27.10 hissəsində göstərilmişdir. X3 Kəmərləri sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçının güzəştli iş stajı 12 il 04 ay 18 gün təşkil edir. SOCAR “Qaz İxrac” İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı xx.xx.2010-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsinin Abşeron Magistral X2 3 saylı Xətti İstismar Xidmətində 5-ci dərəcəli qaz paylayıcı stansiyanın operatoru peşəsində çalışmışdır. xx.xx.2022-ci il tarixindən başqa işə götürənlə əmək müqaviləsi bağlaması ilə əlaqədar işdən azad edilmişdir. İşlədiyi müddətdə peşə təlimatına əsasən qaz paylayıcı stansiyanın operatoru X1 əmək funksiyaları aşağıdakı kimi qeyd olunub: Aparatlara, tənzimləmə, ölçü və qazın uçotunu aparan cihazlara, avtomatik avadanlıq sisteminə, gündəlik məhsuldarlığı 1,0 milyon kubmetrdən çox olan avtomatlaşdırılmamış qazpaylayıcı stansiyada və ya qaz paylayıcı məntəqədə (və yaxud gündəlik məhsuldarlığı 1,0 milyon kubmetrə qədər olan avtomatlaşdırılmış QPS və QPM-də) boru kəmərləri kommunikasiyalarına xidmət edilməsi. İstehlakçılara qaz verilməsi, rejimin təmin edilməsi. Qoyulmuş rejimə uyğun olaraq cihazların,armaturların və aparatların başqa lazım olan rejimlərə keçirilməsi. Rejim jurnalında qazın texnoloji rejimində aparılan dəyişikliyin qeydiyyatının aparılması. Qaz xəttinə “odaranfın (etil mel kaptan) verilməsinin təmin edilməsi. Armaturların, cihazların və aparatların işində qaz sızmaları və nasazlıqların aşkar edilməsi. Təzyiq tənzimləyicilərini və qazın uçotu cihazlarının işlək olmasına nəzarət edir. Cihazların dövlət yoxlamasına vermək üçün hazırlanması. Qaz paylayıcı məntəqələrdə (QPM) avadanlıq və kommunikasiyaların cari təmirində iştirak edilməsi. Avadanlığın, kommunikasiyann, otaqların və qazpaylayıcı stansiyanın (QPS), QPM ərazisinin təmiz saxlanıması. Odarantın və separatorlardan yığılan maye kondensat qarışığının uçotunun aparılması. Xidmət rəisinin tapşırıq və göstərişlərini yerinə yetirmək. İstifadəsində olan alət və vəsaitlərin saz vəziyyətdə olmasına nəzarət etmək. Təhvil-təslim sənədləşmənin aparılmasında iştirak etmək. Korroziyadan qorunma, qəzaların qarşısını almaq üçün tədbirlərin görülməsi. Qəza və bədbəxt hadisələrin araşdırılmasında müvafiq qaydada iştirak etmək. Qüsurlar cədvəli üçün bütün nasazlıqlar və çatımamazlıqların siyahıya alınmasında müvafiq qaydada iştirak etmək. Sahə üzrə tətbiq edilən beynəlxalq standartların tələblərinə riayət etmək. Sahənin abadlıq işləri ilə əlaqədar keçirilən tədbirlərində iştirak etmək. İş yerinin təmiz saxlanmasına cavabdehlik (otlardan təmizləmək) Əməyin mühafizəsi,təhlükəsizlik texnikası,sanitariya və yanğından mühafizənin norma və qaydalarına riayət edilməsi. İşlədiyi müddət qaz paylayıcı stansiyanın operatoru peşəsi 12 il 4 ay 1 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə xx.xx.2007-ci il 12 saylı nömrəli və xx.xx.2024-cü il tarixli 81 nömrəli qərarda göstərilmişdir: a) Fəhlələr Cavabdeh tərəfindən verilmiş imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və yazılı etirazda göstərilən məzmunda cavab verilərək, müraciətinin təmin olunmasından imtina edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, İddiaçı "xxxx" ASC-nin Şampanlaşma sexində xx.xx.1995-ci ildən xx.xx.2001-ci ilə kimi çilingər işində işləmişdir. Həmin sexdə olan şərab çənlərinin təmir edilməsi, çənlərinə karbon qazı (C04) doldurmaq və yoxlamaq, şərab çənlərinə kükürd (sera) vurmaq işlərini icra etmişdirki, buda zərərli iş yeri hasab edilir. Bu işlər Azərbaycan Respublikası Nazirlər kabinetinin güzəştli şərtlərlə yaşa görə pensiya huququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə xx.xx.2007-ci il 12 saylı qərarı Yeyinti sənayesinin 27 bəndli 27.10 hissəsinə uyğun gəlir. İşlədiyi müddət çilingər vəzifəsi 5 il 1 laydır. xx.xx.2001-ci ildən xx.xx.2009-cu ilə kimi Şampan Hazırlama sexində təmirçi-çilingər işində işləmişdir. Eyni zamanda yuxarıda qeyd edilən işləri icra etmişdir. Həmin sexdə şərablarin hazırlanmasinda kimyəvi maddələrdən karbon qazı (C04), kükürd qazı və digər zərərli maddələrdən istifadə edildiyi üçün zərərli iş yeri hesab edilir. Həmin təmirçi-çilingər vəzifəsi iş müddəti 8 il ildir. Cəmi iş stajı 13 il 11 aydır. Azərbaycan Respublikası Nazirlər kabinetinin güzəştli şərtlərlə yaşa görə pensiya huququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə xx.xx.2007-ci il 12 saylı qərarı Yeyinti sənayesinin 27 bəndli 27.10 hissəsinə uyğun gəlir . SOCAR “Qaz İxrac” İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, iddiaçı xx.xx.2010-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac" İdarəsinin Abşeron Magistral X2 3 saylı Xətti İstismar Xidmətində 5-ci dərəcəli qaz paylayıcı stansiyanın operatoru peşəsində çalışmışdır. xx.xx.2022-ci il tarixindən başqa işə götürənlə əmək müqaviləsi bağlaması ilə əlaqədar işdən azad edilmişdir. İşlədiyi müddətdə peşə təlimatına əsasən qaz paylayıcı stansiyanın operatoru X1 əmək funksiyaları aşağıdakı kimi qeyd olunub: Aparatlara, tənzimləmə, ölçü və qazın uçotunu aparan cihazlara, avtomatik avadanlıq sisteminə, gündəlik məhsuldarlığı 1,0 milyon kubmetrdən çox olan avtomatlaşdırılmamış qazpaylayıcı stansiyada və ya qaz paylayıcı məntəqədə (və yaxud gündəlik məhsuldarlığı 1,0 milyon kubmetrə qədər olan avtomatlaşdırılmış QPS və QPM-də) boru kəmərləri kommunikasiyalarına xidmət edilməsi. İstehlakçılara qaz verilməsi, rejimin təmin edilməsi. Qoyulmuş rejimə uyğun olaraq cihazların,armaturların və aparatların başqa lazım olan rejimlərə keçirilməsi. Rejim jurnalında qazın texnoloji rejimində aparılan dəyişikliyin qeydiyyatının aparılması. Qaz xəttinə “odaranfın (etil mel kaptan) verilməsinin təmin edilməsi. Armaturların, cihazların və aparatların işində qaz sızmaları və nasazlıqların aşkar edilməsi. Təzyiq tənzimləyicilərini və qazın uçotu cihazlarının işlək olmasına nəzarət edir. Cihazların dövlət yoxlamasına vermək üçün hazırlanması. Qaz paylayıcı məntəqələrdə (QPM) avadanlıq və kommunikasiyaların cari təmirində iştirak edilməsi. Avadanlığın, kommunikasiyann, otaqların və qazpaylayıcı stansiyanın (QPS), QPM ərazisinin təmiz saxlanıması. Odarantın və separatorlardan yığılan maye kondensat qarışığının uçotunun aparılması. Xidmət rəisinin tapşırıq və göstərişlərini yerinə yetirmək. İstifadəsində olan alət və vəsaitlərin saz vəziyyətdə olmasına nəzarət etmək. Təhvil-təslim sənədləşmənin aparılmasında iştirak etmək. Korroziyadan qorunma, qəzaların qarşısını almaq üçün tədbirlərin görülməsi. Qəza və bədbəxt hadisələrin araşdırılmasında müvafiq qaydada iştirak etmək. Qüsurlar cədvəli üçün bütün nasazlıqlar və çatımamazlıqların siyahıya alınmasında müvafiq qaydada iştirak etmək. Sahə üzrə tətbiq edilən beynəlxalq standartların tələblərinə riayət etmək. Sahənin abadlıq işləri ilə əlaqədar keçirilən tədbirlərində iştirak etmək. İş yerinin təmiz saxlanmasına cavabdehlik (otlardan təmizləmək) Əməyin mühafizəsi,təhlükəsizlik texnikası,sanitariya və yanğından mühafizənin norma və qaydalarına riayət edilməsi. İşlədiyi müddət qaz paylayıcı stansiyanın operatoru peşəsi 12 il 4 ay 1 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə xx.xx.2007-ci il 12 saylı nömrəli və xx.xx.2024-cü il tarixli 81 nömrəli qərarda göstərilmişdir: a) Fəhlələr Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi. İddia tələbinin mahiyyəti ilə bağlı məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətə qiymət verilən zaman, cavabdeh imtina üçün bir əsas gətirmişdir:
1. Güzəştli iş stajının az olması.
Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1963-cü ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin güzəştli iş stajının az olması səbəbindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi illərinin nə qədər təşkil etdiyi müəyyən edilməlidir. Məhkəmə bu istiqamətdə zəruri qiymətləndirmənin aparılmasını aşağıda göstərilən normalar əsasında həyata keçirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanun: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Əvvəla Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlü olduğundan, onun 60 yaşı xx.xx.2023-cü il tarixdə tamam olur. Bu səbəbdən də Məhkəmə hesab edir ki, yuxarıda adıçəkilən Qanunun 9.1-ci maddəsinin məhz hazırki redaksiyası iddiaçıya münasibətdə tətbiq olunur. Məhkəmə diqqətə çatdırır ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır: a)İddiaçının 60 yaşına çatması; b)İddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; c)İddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması Hazırki işin faktiki hallarından görünür ki, iddiaçının yaş və ümumi staj ilə bağlı şərtlərin ödənilməsi işin mübahisələndirilməyən hallarına aiddir. Tərəflər arasında mübahisə açan məsələ, iddiaçının güzəştli iş stajının az olması ilə bağlıdır. Məhkəmə iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsinə münasibət bildirir. İlkin olaraq qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər Məhkəmə iddiaçının güzəştli iş stajına münasibətdə bildirir ki, cavabdeh iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilmədiyini iddia edərkən, onun xx.xx.1995-xx.xx.1997-ci il və xx.xx.1997-xx.xx.2001-ci il tarixlərdə çilingər vəzifəsinin Siyahıda nəzərdə tutulan təmirçi-çilingər vəzifəsinə uyğun olmadığını, həmçinin xx.xx.2010-xx.xx.2022-ci il tarixlərdə qaz paylayıcı stansiyası operator vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsinə aid olmadığını bildirmişdir. Halbuki, iddiaçının işlədiyi həmin vəzifələrin müvafiq Siyahıda nəzərdə tutulmuş vəzifələrə uyğunluğu “SOCAR” və "xxxx" ASC tərəfindən təqdim olunmuş sorğuya cavab məktublarında öz təsdiqi tapmışdır. Göründüyü kimi, “SOCAR” iddiaçının “qaz paylayıcı stansiyası operator” vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bölməsinin 1.2.1.1.4-cü bəndində nəzərdə tutulan qaz paylayıcı stansiyası operatorları vəzifəsi ilə; "xxxx" ASC isə iddiaçının “təmirçi-çilingər” vəzifəsinin Siyahıda 27.10 kod altında göstərilən 27.10. Sintetik ətirli maddələrin istehsalı (xlorlu üzvi birləşmələr; sadə, mürəkkəb aromatik, alifatik sıralı efirlər; üzvü yağlı, aromatik geterosiklik xammal, aldehidlər, ketonlar, spirtlər, onların törəmələri, sintetik yağlı turşular əsasında məhsullar) vəzifələr ilə funksional fəaliyyət baxımından eynilik təşkil etdiyini qəbul etmişdirlər. Beləliklə, əmək funksiyalarının məzmun və məqsəd baxımından eyniyyəti, işçinin faktiki olaraq güzəştli staj yaratmağa xidmət edən fəaliyyətlə məşğul olduğunu təsdiqləyir. Buna görə də, yalnız vəzifə adlarının uyğunluğu deyil, həm də işçinin icra etdiyi funksiyaların və istehsalat şəraitinin nəzərə alınması hüquqi baxımdan zəruri hesab olunur. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda göstərilən vəzifələrə uyğun olmuşdur. Belə olduğu halda məhkəmə mövcud olan sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə, iddiaçının xx.xx.1963-cü il tarixədək güzəşli iş stajı 12 il 06 aydan çox təşkil etdiyi müəyyən edir. Hazırki işin mübahisələndirilən hallarına aid olmasa da, məhkəmə tərəfindən müvafiq araşdırma aparılmış, iddiaçının 25 ildən çox ümumi iş stajına malik olması müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Hal-hazırda qüvvədən düşən “Vətəndaşların pensiya təminatı haqqında“ Qanunun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 19-cu bəndində qeyd edilmişdir ki, “Əmək kitabçasında xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazılı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat olmadıqda xüsusi əmək stajının təsdiqi üçün idarə və müəssisənin dəqiqləşdirici arayışı qəbul olunur. İddiaçının təqdim etdiyi arxiv arayışları sadəcə olaraq onun ümumi sığorta stajını təsdiq edən sənəd olaraq mötəbər sübut kimi qəbul edilə bilər, xüsusi sığorta stajını yox. Belə ki, istinad edilən normanın məzmunundan da göründüyü kimi, dəqiqləşdirici arayışa o halda ehtiyac yaranır ki, xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat əmək kitabçasında olmasın. Hazırki halda, iddiaçının işlədiyi sahə və vəzifələrə dair məlumatlar əmək kitabçasından savayi, həmçinin də, təqdim olunmuş güzəştli arayışda aşkar olaraq göstərilmişdir. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşdan, yəni xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov