Məhkəmə qərarları › İş №2-1(112)-508/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-508/2021

18.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-508/2021 18.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 Məmmədli oğlunun, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 Məmmədli qızı və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı kompensasiyanın ödənilməsi tələbi barədə inzibati işə məhkəmənin binasında (Bakı şəh. N.Vəzirov küç., 56-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 Məmmədli qızı və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Bakı şəhər Cavabdeh ünvan 1 ünvanında yerləşən evinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar mülkin 2/3 hisəsinə Ali Məhkəmə tərəfindən pay hüquqları müəyyən olunduğu üçün ona əlavə kompensasiya ödənilməsindən imtina edilməsinin qanunsuz və əsassız hesab edilməsi, Bakı şəhəri, Səid Rüstəmov (keçmmiş Muxtadir) küçəsi, ev 34-36 (34/36) saylı evin dövlət ehtiyacları üçün alınması məqsədi ilə ona 150000 AZN məbləğində əlavə kompensasiyanın, daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 %-i miqdarında satınalma qiymətinə əlavə haqqın və alınmanın təsirinə məruz qalmış şəxs kimi yaşayış sahəsində 10 ildən artıq yaşamasını nəzərə alaraq ona ödəniləcək əlavə və öncə alınmış məbləğ nəzərə alınmaqla ümumi məbləğin 10 %-i miqdarında çətinliklə bağlı ödənişin, cəmi 248000 manat məbləğində əlavə kompensasiyanın ona verilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2399/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiası mümkün sayılmamışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1215/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçıların apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2399/2020 saylı qərardadı ləğv edilmiş, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçılar məhkəmənin dəftərxanası vasitəsilə əlavə iddia ərizəsi ilə müraciət edərək, ünvan 2 ünvanınn texniki posportu və baş planında qeyd olunmuş 235 kv.m sahənin 2/3 hissəsini, yəni 157 kv.m sahədən onun aldığı 53 kv.m sahə çıxıldıqdan sonra qalan 104 kv.m sahənin kompensasiyası mövcud olan 1500 manat qiyməti ilə hesablanmasının və ödənilməsinin cavabdehə həvalə edilməsini, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iş üzrə 3-cü şəxs qismində cəlb edilməsi bardə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(112)- 508/2021 saylı qərardadı ilə iddia ərizəsinə əlavə icraata qəbul edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar iş üzrə izahat verərək bildirmişdir ki, hazırki işlə bağlı olan, eyni tərəflər arasında və eyni mübahisə üzrə 2-1(112)-1357/2021 saylı iş hakim A.Oruczadənin icraatındadır. Bu səbəbdən də, hazırki işlərin bir icraatda birləşməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, hazırda məhkəmənin icraatında eyni tərəflər arasında və eyni mübahisə (predmet) üzrə 2 ayrı iş ( 2- 1(112)-508/2021 saylı və 2-1(112)-1357/2021 saylı) vardır və həmin işlər bir-birilə bağlıdır. Bu səbəbdən də, həmin işlər bir icraatda birləşməli, ilkin olaraq hakim A.Oruczadənin icraatında olan 2-1(112)-1357/2021 saylı iş məhkəmənin icraatına daxil olduğundan Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-508/2021 saylı iş, hakim A.Oruczadənin icraatında olan 2-1(112)-1357/20121 saylı işə 2-1(112)-1357/2021 sayı altında bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 37-ci maddəsinə əsasən birbiri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Həmin Məcələnin 56.3-cü maddəsinə əsasən məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Göstərilənlərə və İPM-nin 56.1-ci və 56.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-508/2021 saylı və 2-1(112)- 1357/2021 saylı inzibati işlər 2-1(112)-1357/2021 sayı altında bir icraatda birləşdirilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar