Məhkəmə qərarları › İş №2-1(112)-508/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-508/2022

21.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-508/2022 21.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv olunması tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********141327 nömrəli, 02.11.2020-ci il tarixli qərarının ləğv olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən müəssisə vergi məsuliyyətinə cəlb edilmişdir. Qərar rəsmi qaydada müəssisəyə verilməmişdir. Həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də, həmin qərarla razılaşmırlar və hesab edirlər ki, aşağıda qeyd etdiklərinə əsasən qərar ləğv olunmalıdır. Belə ki, cavabdehin 26.09.2019-cu il tarixli, **********190666 saylı qərarına əsasən Vergi Auditi İdarəsinin Ticarət Sahəsi üzrə X10 müfəttişi 1-ci dərəcəli müfəttiş X7 tərəfindən İddiaçı MMC (VÖEN **********) üzrə Mart 2017 – iyul 2019cu il üzrə dövrlərdə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti X11 aparılmışdır. Yoxlamanın guya ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun olaraq aparıldığı qeyd edilmişdir. X11 Aktının 1.1-ci bəndində göstərilmişdir ki, X11 11.10.2019-cu il tarixdə başlanılmış və 14.09.2020-ci il tarixdə başa çatdırılmışdır. 22.09.2020-ci il tarixli aktdan da, göründüyü kimi yoxlama müddəti müxtəlif tarixlərdə uzadılmış və müvəqqəti olaraq uzadılmışdır. Bir ilə yaxın davam edən yoxlama əssassız səbəblərdən müvəqqəti dayandırılmlış, müddətlərə əməl olunmamış və qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Vergi yoxlaması 9 dəfə, 22.11.2019-cu il tarixindən 260 gün dayandırılmışdır. X11 30 gündən artıq davam edə bilməz, yəni, 27.07.2020ci il tarixində yoxlama başlamış, X11 qanunverciliklə müəyyən edilmiş müddətdə başa çatmamış, müddət düzgün olmadan 14.09.2020-ci il tarixədək davam etmişdir. X11 əsassız olaraq qəbul edilmiş qərarlarla 287 gün davam etdirilmişdir. Vergi Məcəlləsinin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu Maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Əlavə olaraq, X11 aktı rəsmiləşdirilərkən vergi yoxlaması aktı ilə razılaşmamışlar və vergi orqanına aktı imzalamamalarının səbəblərini izah etmişlər. Həmçinin, ilkin sənədlər tərəflərindən vergi orqanına təqdim edilməsinə baxmayaraq, yoxlamanın materiallarına müəssisənin və ya nümayəndənin iştirakı olmadan baxılmışdır. Bu hal da, vergi orqanının qərəzli mövqe tutduğunu bir daha sübut edir. Tərəflərindən 2017-2018-ci illər üzrə kassa metodu ilə gəlir vergisi bəyannaməsi vergi orqanına təqdim edilmişdir. Lakin, vergi orqanı əsassız olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 55 saylı Qərarını əsas götürərək, 20% şərti rentabellik səviyyəsi tətbiq etməklə Vergi Məcəlləsinin 83.9cu maddəsinə əsasən 2017 və 2018-ci illər üzrə gəlir vergisi hesablamışdır. Vergi Məcəlləsinin 83.9-cu maddəsində göstərilmişdir ki, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Halbuki, vergi orqanına təqdim edilmiş bəyannamələrdən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün idi. Həmçinin, Vergi Məcəlləsinin tələblərinə əsasən vergi orqanı vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verir. Vergi ödəyicisi ona əvvəlcədən məlumat verilməsinə baxmayaraq, üzürlü səbəb olmadan gəlməyibsə, yoxlamanın materiallarına, vergi ödəyicisi tərəfindən təqdim edilən etirazlara, izahtlara, digər sənəd və materiallara onun iştirakı olmadan baxılır. Sonradan iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, əlavədə göstərmişdir ki, X11 aktının 6-cı səhifəsində 1-ci abzasın sonunda ilkin mühasibat sənədlərinə istinad edildiyi qeyd edilmişdir. X11 aktının 1.9.4 bəndində 15.11.2019-cu il tarixli **********193346, **********193322 saylı ekspertizanın keçirilməsi haqqında qərarlara əsasən ekspertiza keçirilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.2 maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi, əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan bütün halları aydınlaşdırılmalı, Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən zəruri hallarda SVY-na ekspert cəlb edilə bilər ortaya çıxan məsələlərin izah edilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. Məcəllənin göstərilən maddəlrəinə əsaslanaraq yoxlanılan dövrdə istehsal olunmuş məhsulların bazar satış qiymətini müəyyən edilməsi məqsədilə Baş İdarənin 15.11.2019-cu tarixli, **********193346 saylı ekspertizanın keçirilməsi haqqında qərar çıxarılaraq "xxxx"nin eksperti cəlb edilmişdir. Müəssisə tərəfindən bütün ilkin sənədləri yoxlamaya təqdim edildiyi üçün ekspert rəyinə zərurət yaranmamışdır. Yoxlama zamanı 15.11.2019-cu tarixli, **********193322 saylı ekspertizanın keçirilməsi haqqında qərarda texniki səhv olduğu üçün çıxarılmadığı və icra edilmədiyi qeyd edilmişdir. Sonrakı bənddə isə mütəxəsis cəlb edilməsi zərurəti yarandığı lakin sonra isə zərurət yaranmadığı 15.11.2019-cu tarixli, **********193323 saylı mütəxəssis cəlb edilməsi haqqında qərarda texniki səhv olduğu üçün çıxarılmadığı və icra edilmədiyi göstərilmiş, ilkin səbəblərə istinad edilmişdir. Yoxlama aktının həmçinin 1.9.7-ci bəndində göründüyü kimi, müəssisənin bütün obyektlərində müxtəlif yerlərdə mövcud olmasına baxmayaraq, eyni müşahidəçinin iştirak etdiyi göstərilmişdir. Obyektlər Bakı şəhəri Səbail rayonunda, Xəzər, Nəsimi və Nərimanov rayonlarında yerləşdiyi göstərilmişdir. Halbuki, bu obyektlərdə müxtəlif şəxslər iştirak etməli idi. Eyni müşahidəçinin müxtəlif obyektlərdə iştirakı da, şübhə doğurur. X11 aktının 10-cu səhifəsində də, göründüyü kimi yoxlayıcı 2017-ci il üzrə vergiyə cəlb edilən dövriyyəni (gəlir məbləğini) 200-cü bənd üzrə əsassız olaraq 2146380.32 manatdan bir başa ********.17 manata qaldırmış, burada fərq ********.85 manat təşkil etmişdir. 2017-ci il üzrə gəlirdən çıxılan xərclər isə aktda 2697260.07 manat məbləğdən ********.8 manata qədər, ********.73 manat artırılmışdır. 2018-ci il üzrə isə vergiyə cəlb edilən dövriyyəni (gəlir məbləğini) 200-cü bənd üzrə əsassız olaraq 2044888.88 manatdan bir başa 7056178.58 manata qaldırmış, burada isə fərq 5011289.7 manat təşkil etdiyi göstərilmişdir. 2018-ci il üzrə gəlirdən çıxılan xərclər isə aktda 2550510.36 manat məbləğdən 5880148.81 manata qədər, 3329638.45 manat artırılmışdır. Göstərilənlər ilkin sənədlərlə öz əksini tapmışdır. Göründüyü kimi, bu əsassız rəqəmlər də, yoxlamanın səthi və heç bir qanuni hesablamaya söykənmədiyini göstərir. X11 (SVY) aktının 12-ci səhifəsində “2017-2019-cu illərdə” İddiaçı MMC tərəfindən 2348.5 ton yağ istifadəyə yararsız xammal kimi mal uçot qalığından silindiyi qeyd edilmişdir. “Yeyinti məhsulları haqqında” 18 noyabr 1999-cu il tarixli, 759-İQ nömrəli Azərbaycan Respublikası Qanunun 16-cı maddəsinə əsasən istifadəyə yararsız yeyinti məhsullarının zərərsizləşdirilməsi, təkrar emala yönəldilməsi və ya heyvanlara yemlənməsi müvafiq nəzarət orqanlarının razılığı və iştirakı ilə məhsul sahibləri və ya müqavilə ilə onların vəkil etdiyi hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirildiyi göstərilmişdir. Yoxlama ilə uçotdan zay kimi silinmiş (2348.5 ton yağ) xammala müəssisənin kalkulyasiya məlumatlarını tədbiq edərək məhsullar üzrə bölgüsü aparılmış və e- VHF-sı üzrə həmin məhsulun müəssisənin satışında xüsusi çəkisi (satılan məhsul miqdarı/ümumi satılan məhsulların miqdarı) nəzərə alınaraq hazır məhsul alınmış və alınan hazır məhsula bazar qiyməti tədbiq edildiyi qeyd edilmişdir. Həmçinin müəssisənin "xxxx" MMCyə satdığı mallara bazar qiyməti (İddiaçı MMC-nin təsisçi X8 eyni zamanda "xxxx" (Vöen **********) MMC təsisçisidir. Vergi Məcəlləsinin 14.3.2-ci və 14.3.3-cü maddələrinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında aparıldıqda və 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə vergilər bazar qiymətini nəzərə almaqla hesablanır (müəssisə tərəfindən digər müəssisələrə satış qiyməti)) tədbiq edilərək 2017-ci il üçün ********.17 manat, 2018-ci il üçün 7056178.58 manat əlavə dövriyyə hesablanmışdır (hesablama cədvəlləri yoxlama materiallarına əlavə olunur). Yoxlama ilə müəssisə tərəfindən 2017-ci il mənfəət vergisi bəyannaməsi üzrə yoxlamaya təqdim edilmiş sənədlərə əsasən gəlirin əldə edilməsi ilə bağlı xərclərin müəyyən edilməsi mümkün olmadığı qeyd edilmiş, lakin, aktın müvafiq cədvəlində xərclər göstərilmiş və gəlir, xərclər dəfələrlə artırılmışdır. Göstərilənləri nəzərə alaraq, müəssisənin 2017-ci və 2018-ci illər üzrə mənfəət Vergi Məcəlləsinin 67.14 və 83.9 maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001 -ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək hesablandığı göstərilmişdir. Beləliklə, 2017-ci il üçün 3743899.37 manat, 2018-ci il isə 1176029.77 manat mənfəət hesablanmış və uyğun olaraq 2017-ci il üçün 748779.87 manat, 2018-ci il üçün isə 235205.95 manat mənfəət vergisi hesabladığı aktda göstərmişdir. Yoxlama aktının 1.9.4 və 1.9.5-ci bəndlərində göstərildiyi kimi, istehsal sahəsi xüsusilə də, yeyinti məhsullarının istehsalı xüsusi bilik tələb olunan sahə olduğu göstərildiyi üçün ekspert və mütəxəssis cəlb edilmiş lakin, sonradan zərurət yaranmadığı qeyd edilmişdir. Bütün bunlar göstərir ki, yoxlayıcı heç bir elmi, metodik, praktik və qanuni əsas olmadan özündən müəssisənin gəlir və xərclərini artıraraq mənfəət məbləğləri müəyyən etmişdir. Yuxarıda göstərilən qanunsuz hərəkətlərin davamında isə yoxlama aktının ƏDV üzrə cədvəlindən (13-cü səhifədə) görünür ki, yoxlayıcı özünə məxsus vergi məcəlləsində heç bir maddəyə uyğun gəlməyən qaydaları ilə bütün ƏDV hesablamasını 2017-ci ilin noyabr və dekabr ayına, 2018-ci ilin dekabr ayına, 2019- cu ilin isə iyul ayına aid etmişdir. Yuxarıda da, qeyd edildiyi kimi yoxlayıcının aktda da, göstərdiyi yararsız olaraq aktlaşdırılmış xammal miqdarından istehsal və satış miqdarı müəyyən etdiyi, həmçinin, qiymətləndirdiyi əlavə olaraq vergiyə cəlb edilən dövriyyə müəyyən etdiyi halda bunun tamamilə əsassız olduğunu nəzərə çatdırır. Çünki, burada bir yenilik baş vermir. Müvafiq dövrlər üçün ƏDV və Mənfəət vergisi bəyannamələri vergi orqanına təqdim edilmiş, həmçinin Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən kameral münasibət bildirilmişdir. Kameral və Səyyar vergi yoxlamalarının da fərqi məhz buradadır ki, kameral vergi yoxlaması Vergi məcəlləsinin 37-ci maddəsinə əsasən, səyyar vergi ypxlaması ilə Vergi Məcəlləsinin 38-ci madədsinə əsasən həyata keçirilir. SVY aktının 1.1-ci bəndində göstərilmişdir ki, X11 11.10.2019 tarixdə başlanılmış və 14.09.2020 tarixdə başa çatdırılmışdır. 22.09.2020-ci il tarixli aktdan da göründüyü kimi yoxlama müddəti müxtəlif tarixlərdə uzadılmış və müvəqqəti olaraq uzadılmışdır. Bir ilə yaxın davam edən yoxlama əsassız səbəblərdən müvəqqəti dayandırılmış, müddətlərə əməl olunmamış və qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Vergi Məcəlləsinin 39.4-cü maddəsinə əsasən Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. Burada isə SVY 14.09.2020-ci il tarixdə başa çatdığı 5 günə deyil 8 gün sonra akt tərtib edildiyi verilməsi tarixi isə göstərilməmişdir.Bundan əlavə olaraq yoxlama Vergi Məcəlləsinin 38.2 və 38.7-ci maddələrinin tələbləri müddət baxımından pozulmuşdur. Vergi yoxlaması 9 dəfə, 22.11.2019 tarixindən 260 gün dayandırılmışdır. X11 30 gündən artıq davam edə bilməz, yəni, 11.10.2019cu il tarixində yoxlama başlamış, X11 qanunvericiliklə müəyyən edilmiş müddətdə başa çatmamış, müddət düzgün olmadan 14.09.2020-ci il tarixədək davam etmişdir. X11 əsassız olaraq qəbul edilmiş qərarlarla 337 gün davam etdirilmişdir. Aktın birinci səhifəsindən də, göründüyü kimi, X11 11.10.2019-cu ildə başlamış, 22.11.2019-cu il tarixdə dayandırılmışdır. Halbuki, X11 müddəti Vergi Məcəlləsinin 38.2. maddəsində 2-ci abzasda növbəti X11 təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. X11 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq X11nın keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Ümumiyyətlə SVY əsassız olaraq dayandırılmışdır. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən qanunvericiliyin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. (Vergi Məcəlləsinin 49.5-ci maddəsi) Yoxlayıcı tərəfindən akta əlavə edilmiş cədvəllərdən görünür ki, 2017-ci il üçün zay kimi silinmiş xammal və taraya görə istehsalat cədvəlinə görə yeyinti məhsullarının siyahısı aşağıdakı kimi olmuşdur: biskvit (qutu ilə)-97852.77, karamel (qutu ilə)- 736673.24, keks (qutu ilə)- 257901.35, konfet (qutu ilə)-125198.66, mini rulet (qutu ilə)- 173720.86, peçenye(qutu ilə)- 76958.68, plitka (qutu ilə)- 814140.45, pralin (qutu ilə)- 70655.25,p (qutu ilə) - 6932.06, rulet (qutu ilə) - 235614.59, tort (qutu ilə)- 6434.59, vafli (qutu ilə)- 86944.24, digər məhsullar (qutu ilə)- 416993.51, 2018-ci il üçün zay kimi silinmiş xammal və taraya görə istehsalat cədvəlinə görə yeyinti məhsullarının siyahısı aşağıdakı kimi olmuşdur: biskvit (qutu ilə)-8089.72, karamel (qutu ilə) - 59475.72, keks (qutu ilə)-32573.67, konfet (qutu ilə) - 219830.19, mini rulet (qutu ilə) - 10694.08, peçenye(qutu ilə) - 7749.13, plitka (qutu ilə) - 111203.21, pralin (qutu ilə) - 21954.37, pryannik (qutu ilə) - 0.0, rulet (qutu ilə) - 42865.28, tort (qutu ilə) - 59.26, vafli (qutu ilə)- 9824.31, digər məhsullar (qutu ilə) - 104152.1, 2019-ci il üçün zay kimi silinmiş xammal və taraya görə istehsalat cədvəlinə görə yeyinti məhsullarının siyahısı aşağıdakı kimi olmuşdur: biskvit (qutu ilə)-156313.64, karamel (qutu ilə)- 564252.59, keks (qutu ilə) - 460353.91, konfet (qutu ilə)-325829.64, mini rulet (qutu ilə)- 551878.37, peçenye(qutu ilə) - 125548.83, plitka (qutu ilə)-439455.87, pralin (qutu ilə)- 272448.73, pryannik (qutu ilə) - 0.0, rulet (qutu ilə) - 609337.76, tort (qutu ilə) - 4521.81, vafli (qutu ilə)- 45436.89, digər məhsullar (qutu ilə) - 918380.45. Cədvəllərdən də, göründüyü kimi, yoxlayıcı heç bir elmi və ekspert və ya mütəxəssis biliyi ilə əsaslanma gətirmədən zay məhsul kimi aktlaşdırılmış xammaldan istehsal miqdarları müəyyən etmişdir. Yuxarıda qeyd edilən adda məhsullar müxtəlif çəkidə tərkibdə, çeşiddə, olduğunu, digər məhsul adı ilə isə nəyi və hansı adda məhsulları nəzərdə tutduğu qeyri müəyyəndir. Halbuki, həmin yeyinti məhsulları müəyyən keyfiyyət normasına uyğun olmalı, sertifikatlaşmalı, həmçinin yararlılıq müddəti mövcud olaraq bu tələblər gözlənilməlidir. Qeyd edilənlərdən də, göründüyü kimi, X11nı keçirən yoxlayıcı X11 keçirilməsi qaydalarına və Vergi Məcəlləsi ilə müəyyən edilən tələblərə riayət etməmişdir. Müəssisədə aparılan yoxlamada həm yoxlama keçirilmə müddətinə, dayandırılması, yoxlamanın keçirilməsi, ekspertiza təyin edilməsi, mütəxəsis cəlb edilməsi, hesablamaların əsaslandırılması prosesual tələblərə riayət edilməmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilərək, iddianın təmin edilməməsi xahiş edilmişdir. Etiraza əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.3-cu maddəsilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət va digər binalarında (ərazisində) qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxışın keçirilməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir. Eyni zamanda Vergi Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, X11nı keçirən vergi orqanlarının vəzifəli şəxsinin yoxlamanın dolğun və obyektiv keçirilməsi üçün bütün halların ayırd edilməsi məqsədi ilə vergi yoxlaması keçirilən vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərinin və əşyalarının həmin orqanın əsaslandırılmış qərarı əsasında baxış keçirmək hüququ vardır. Vergi orqanının 26.09.2019-cu il tarixli **********190666 nömrəli qərarına əsasən “KONFİROM" MMCnin vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə 01.03.2017-ci il tarixdən 31.07.2019-cu il tarixədək olan dövr üzrə növbəti X11 təyin edilmiş və yoxlama 22.09.2020-ci il tarixli **********192024 nömrəli X11 aktı ilə rəsmiləşdirilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 02.11.2020-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********141327 nömrəli Qərarı qəbul etmişdir. Həmin qərar 03.11.2020-ci il tarixdə əlbəəl qaydada vergi ödəyicisinə təqdim olunmuşdur. Müəsisəyə vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında 27.09.2019-cu il tarixli **********190720 nömrəli tələbnamə təqdim olunmuş və bu tələbnaməyə əsasən 01.01.2017-ci il tarixdən 31.07.2019-cu il tarixədək olan dövrdə ilkin mühasibat sənədləri tələb edilmiş, lakin tələbnamədə göstərilən sənədlər yoxlamaya təqdim edilməmiş və bunanla əlaqədar Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən sənədlərin təqdim olunmasından imtina barədə 22.10.2019-cu il tarixli akt tərtib edilmişdir. Sənədlərin götürülməsi haqqında 28.10.2019cu il tarixli **********192236 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərar çıxarıldı, 05.06.2020-ci il tarixli protokolla kalkulyasiya sənədlərinin, kassa çeklərinin, hesablar üzrə dövriyyə qalıq cədvəllərinin, xarab olmuş məhsullara dair aktların (ciddi uçot sənədi olmayan) vergi ödəyicisi tərəfindən təsdiq olunmuş sürətləri götürüldü. Baş İdarəsinin 30.10.2019-cu il tarixli **********192444 nömrəli “Vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərin və əşyaların baxışının keçirilməsi haqqında” qərarlarına əsasən vergi ödəyicisinin Bakı şəhəri, Xəzər rayonu, Buzovna ŞTQ, Dəmiryol ev 5, Bakı şəhəri, Səbail rayonu, Badamdar ŞTQ, Badamdar şossesi ev. 12 B, Bakı şəhəri Nərimanov rayonu, Ağa Nemətulla ev 68E və Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq PR. ev. 109 m.4-də yerləşən ünvanında aparılan müşahidə baxış zamanı müəsisənin kakao, şokolad və şəkərdən qənnadı məmulatlarının istehsalı sahəsində fəaliyyət göstərdiyi və anbarda olan malların cəmiyyət tərəfindən mühasibatlığı aparıldığı müəyyən olundu. Baxış zamanı istehsal obyektləri işləyirdi. 30.10.2019-cu il tarixli **********192453 nömrəli “Vergi ödəyicisinin ərazisinin, binalarına, habelə sənədlərinə və əşyalarına baxışının keçirilməsi barədə” protokol tərtib edilmişdir. Beləliklə, vergi ödəyicisinə hesablanmış vergilərin məbləği aşağıdakı kimi olmuşdur: mənfəət vergisi üzrə: müəssisənin 2017-ci və 2018-ci illər üçün təqdim etdiyi mənfəət vergisi bəyannaməsində göstərilmiş gəlir və xərclərin tərkibi araşdırılarkən gəlir və xərclərin tərkibində kənarlaşmalar müəyyən olunmuşdur. Belə ki, 2017-ci ildə ildə müəssisənin ümumi gəlirləri 2146380,32 manat, gəlirdən çıxılan xərcləri 2697260,07 manat, nəticədə müəssisə hesabat dövrünü 550879,75 manat zərərlə başa vurmuşdur. 2018-ci ildə ildə müəssisənin ümumi gəlirləri 2044888,88 manat, gəlirdən çıxılan xərcləri 2550510,36 manat, nəticədə müəssisə hesabat dövrünü 505621,48 manat zərərlə başa vurmuşdur. Hazırki yoxlama ilə mənfəət vergisi aşağıdakı qaydada hesablanmışdır. "2017-2019-cu illərdə "xxxx" MMC tərəfindən 2 348,5 ton yağ istifadəyə yararsız xammal kimi mal uçot qalığından silinmişdir. “Yeyinti məhsulları haqqında" 18 noyabr 1999- cu il tarixli 759-İQ nömrəli Azərbaycan Respublikası Qanunun 16-cı maddəsinə əsasən istifadəyə yararsız yeyinti məhsullarının zərərsizləşdirilməsi, təkrar emala yönəldilməsi və ya heyvanlara yemlənməsi müvafiq nəzarət orqanlarının razılığı və iştirakı ilə məhsul sahibləri və ya müqavilə ilə onların vəkil etdiyi hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirildiyi bildirilir. Buna baxmayaraq vergi ödəyicisi bu Qanunun tələblərinə riayət etməmiş və 23.04.2020-ci il tarixli **********832100 nömrəli məktubla silinmələrlə bağlı dövlət orqanı nümayəndələrinin təsdiqinin mütləq olması ilə bağlı məlumatsız olduqlarını və bu səbəbdən nəzarat orqanlarına müraciət edilmədiyini bildirmişdir. Yoxlama ilə uçotdan zay kimi silinmiş (2348,5 ton yağ) xammala müəssisənin kalkulyasiya məlumatlarını tədbiq edərək məhsullar üzrə bölgüsü aparılmış və e-VHF-sı üzrə həmin məhsulun müəssisənin satışında xüsusi çəkisi (satılan məhsul miqdarı/ümumi satılan məhsuların miqdarı) nəzərə alınaraq hazır məhsul alınmış və alınan hazır məhsula bazar qiyməti tədbiq edilərək, həmçinin müəssisənin "xxxx" MMC-yə satdığı malalra bazar qiyməti (İddiaçı MMC-nin təsisçi X8 eyni zamanda "xxxx" (VÖEN: **********) MMC təsisçisidir. Vergi Məcəlləsinin 14.3.2-ci və 14.3.3-cü maddələrinə əsasən təsərrüfat əqdləri qarşılıqlı sürətdə asılı olan şəxslər arasında aparıldıqda və 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə vergilər bazar qiymətini nəzərə almaqla hesablanır(müəssisə tərəfindən digər müəsisələrə satış qiyməti)) tədbiq edilərək 2017ci il üçün 22463396,17 manat, 2018-ci il üçün 7056178,58 manat əlavə dövriyyə hesablanmışdır (hesablama cədvəlləri yoxlama materiallarına əlavə olunur). Yoxlama ilə müəssisə tərəfindən 2017-ci il mənfəət vergisi bəyannaməsi üzrə yoxlamaya təqdim edilmiş sənədlərə əsasən gəlirin əldə edilməsi ilə bağlı xərclərin müəyyən edilməsi mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq, müəssisənin 2017-ci və 2018-ci illər üzrə mənfəət Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək aşağıdakı kimi hesablandı: M1=G1×R/100+R; Burada: M1 – vergi ödəyicisinin mənfəəti, G1 – vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir, R – şərti rentabellik normasıdır: M1 22463396,17 × 20/100+20 = 3743899,37. Göründüyü kimi, yoxlama ilə müəsissənin 2017-ci il üzrə vergiyə cəlb edilən mənfəət 3743899.37 manat məbləğində hesablanmışdır. Mənfəət vergisi 2017-ci il = 3743899,37 × 20% = 748779,87: M1 = 7056178,58 ×20/100+20 = 1176029,77. Göründüyü kimi, yoxlama ilə müəssisənin 2018-ci il üzrə vergiyə cəlb edilən mənəət 1176029,77 manat məbləğində hesablanmışdır. Mənfəət vergisi 2018-ci il = 1176029,77 x 20%= 235205,95. Beləliklə, yoxlama ilə müəssisə tərəfindən mənfəət vergisinin 2017-ci il üzrə 748779,87 manat, 2018-ci il üçün 235205,95 manat, cəmi 983985,82 manat azaldılması müəyyən olunmuşdur. Əlavə dəyər vergisinin yoxlanılması üzrə: “X11nın keçirilməsi haqqında” Qərarla yoxlanılan dövr 01.03.2017-cı il tarixdən 01.08.2019-cu il tarixədək dövrü əhatə etmişdir. Müəssisə 17.03.2014cü ildə ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizəni aidiyyəti vergi orqanına təqdim etmiş və ƏDV ödəyicisinin qeydiyyat bildirişi almışdır. Bildiriş 17.03.2014-cü ildən qüvvəyə minmişdir. 2017-2019-cu illərdə "xxxx" MMC tərəfindən 2 348,5 ton yağ istifadəyə yararsız xammal kimi mal uçot qalığından silinmişdir. “Yeyinti məhsulları haqqında” 18 noyabr 1999- cu il tarixli 759-İQ nömrəli Azərbaycan Respublikası Qanunun 16-cı maddəsinə əsasən istifadəyə yararsız yeyinti məhsullarının zərərsizləşdirilməsi, təkrar emala yönəldilməsi və ya heyvanlara yemlənməsi müvafiq nəzarət orqanlarının razılığı və iştirakı ilə məhsul sahibləri və ya müqavilə ilə onların vəkil etdiyi hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirildiyi bildirilir. Buna baxmayaraq vergi ödəyicisi bu Qanunun tələblərinə riayət etməmiş və 23.04.2020-ci il tarixli **********832100 nömrəli məktubla silinmələrlə bağlı dövlət orqanı nümayəndələrinin təsdiqinin mütləq olması ilə bağlı məlumatsız olduqlarını və bu səbəbdən nəzarət orqanlarına müraciət edilmədiyini bildirmişdir. Yoxlama ilə uçotdan zay kimi silinmiş (2348,5 ton yağ) xammala müəssisənin kalkulyasiya məlumatlarını tədbiq edərək məhsullar üzrə bölgüsü aparılmış və e-VHF-sı üzrə həmin məhsulun müəssisənin satışında xüsusi çəkisi (satılan məhsul miqdarı/umumi satılan məhsuların miqdarı) nəzərə alınaraq hazır məhsul alınmış və alınan hazır məhsula bazar qiyməti tədbiq edilərək, həmçinin müəssisənin "xxxx" MMC-yə satdığı mallara bazar qiyməti (İddiaçı MMC-nin təsisçi X8 eyni zamanda "xxxx" (VÖEN: **********) MMC təsisçisidir. Vergi Məcəlləsinin 14.3.2-ci və 14.3.3-cü maddələrinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında aparıldıqda və 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1 -ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə vergilər bazar qiymətini nəzərə almaqla hesablanır(müəssisə tərəfindən digər müəsisələrə satış qiyməti)) tədbiq edilərək əlavə dövriyyə hesablanmışdır (hesablama cədvəlləri yoxlama materiallarına əlavə olunur). Uçotdan zay kimi silinmiş xammal və material məbləğləri müəssisə tərəfindən vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələrində (Vergi Məcəlləsinin 159.5-ci mədəsinə əsasən) əks etdirilmişdir. Bu səbəbdən, yoxlama zamanı aparılmış hesablamalarda həmin məbləğlər nəzərə alınmışdır. Nəticədə, müəssisə tərəfindən 2017-ci il mart-dekabr ayları üzrə 3045929,10 manat, 2018-ci ildə 396081,81 manat, 2019-cu il yanvariyul ayları üzrə 4852165,37 manat, cəmi 8294176,28 manat ƏDV-nin az hesablanması müəyyən olunmuşdur. Az hesablamaya səbəb müəssisə tərərfindən ƏDV-yə cəlb olunan dövriyyənin düzgün göstərilməməsi olmuşdur. Ödəmə mənbəyində tutulan vergilərin yoxlanılması üzrə: Yoxlanılan dövrdə müəssisə ödəmə mənbəyində tutulan verginin ödəyicisi olmuş, yoxlama ilə 2018-ci ilin İİ rübü üzrə 31,20 manat, 2019-cu ilin İİ rübü üzrə 51,58 manat, cəmi 82.78 manat ödəmə mənbəyində tutulan verginin az göstərildiyi müəyyən olundu. Əmlak vergisinin yoxlanılması üzrə: Müəssisə yoxlama ilə əhatə olunan dövr ərzində əmlak vergisini ödəyicisi olmuş, 2017-ci il üzrə 7732,62 manat, 2018-ci il üzrə 8537,11 manat, cəmi 16269,73 manat əmlak vergisi hesablanmışdır. Yoxlama ilə 2017-ci ilin sonuna əsas vəsaitlərin qalıq dəyəri ödəyici tərəfindən düzgün göstərilmədiyindən hesablanmış vergi məbləği 490,55 manat artıq göstərildiyi, 2018- ci ilin əvvəlinə və sonuna qalıq dəyəri ödəyici tərəfindən düzgün göstərilmədiyindən hesablanmış vergi məbləğ 2202,63 manat artıq göstərildiyi cəmi 2693,18 manat artıq göstərildiyi müəyyən olunmuşdur. Müəsisəyə ümumilikdə 983985,82 manat mənfəət vergisi, 8294176,28 manat ƏDV, 82.78 manat ÖMV azaldılmış, 2693,18 manat Əmlak vergisi artıq hesablanmışdır o cümlədən: 1) 2017-ci il üzrə mənfəət vergisinin bəyannaməsində göstərilən vergi məbləğinin bəyannamələrdə göstərilməli olan vergi məbləğinə nisbətən 748779,87 manat azaldılmasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 374389,94 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir; 2) 2018-ci il üzrə mənfəət vergisinin bəyannaməsində göstərilən vergi məbləğinin bəyannamələrdə göstərilməli olan vergi məbləğinə nisbətən 235205,95 manat azaldılmasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 117602,98 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir; 3) Yoxlanılan dövr üzrə ƏDV-nin bəyannamələrdə göstərilən məbləğinin bəyannamələrdə göstərilməli olan məbləğinə nisbətən 8294176,28 manat azaldılmasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 4147088,15 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. 4) Yoxlanılan dövr üzrə ÖMV-nin bəyannamələrdə göstərilən məbləğinin bəyannamələrdə göstərilməli olan məbləğinə nisbətən 82,78 manat azaldılmasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 41,39 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən müvəqqəti uzadılma müddəti iş günü olan müddətə deyil, 30 gündən çox olmayan müddətə uzadıla bilər. Burada iş günü müddəti deyil, adi günlərlə olan hesablanan müddət münasibətləri tətbiq edilməli olduğu halda vergi orqanı qəsdən ciddi qanun pozuntusuna yol verməklə iş günü müddəti hesablamışdır. Qeyd olunanlarla bağlı bildirirlər ki, Vergi Məcəlləsinin 38.4-cü maddəsinə əsasən X11 iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Qeyd olunan halla bağlı Ali Məhkəmənin 2-1(102)- 06/20 nömrəli, 19 mart 2020-ci il tarixli (Hakim:Sevda Hüseynova) qərarında qeyd olunmuşdur ki, X11na dair qaydaları müəyyən edən Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş 38.1 və digər maddələr, o cümlədən 38.2 və 38.4-cü maddələri ayrı-ayrılıqda deyil, əlaqəli şəkildə tətbiq olunmalıdır. Hər iki maddələrin əlaqəli tətbiqi isə onu ehtiva edir ki, yoxlama 30 gün və yalnız iş günü ərzində aparıldığından, yoxlamanın aparılmalı olan müddəti iş günləri ilə hesablanmalıdır. Qeyd olunanlarla bağlı bildirirlər ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən X11 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq X11nın keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Vergi Məcəlləsinin 38.7-ci maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar X11 aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır). İddiaçı iddia ərizəsində qeyd etmişdir ki,qərar rəsmi qaydada verilməmişdir. Həmçinin iddiaçı iddia ərizəsində qeyd etmişdir ki,sənədlərə müəssisənin və ya nümayəndənin iştirakı olmadan baxılmışdır. İddiaçının göstərdikləri ilə əlaqədar bildirirlər ki, Vergi Məcəlləsinin 70.2-1. -ci maddəsinə əsasən, sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə - şəxsən verildiyi gün; 70.2 - 1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə - poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. 70.2-2. Sənədlər (onların surətləri) bu Məcəllənin 70.2-1.1-ci maddəsinə əsasən şəxsən verildikdə, vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. 70.2-3. Bu Məcəllənin 70.2-1 2-ci və 70.2-1.3-cü maddələrində nəzərdə tutulmuş qayda vergi ödəyicisinin (onun səlahiyyətli nümayəndəsinin) inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Qeyd etmək istəyirlər ki, **********982900 nömrəli 19.10.2021-ci il tarixli məktubla vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına, onların aradan qaldırılması və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə 23.10.2020-ci il tarixdə saat 11:00 baxılacağına dair iddiaçıya elektron məktub göndərilməsinə baxmayaraq, iddiaçı araşdırmada iştirak etməmişdir. Qeyd etmək istəyirlər ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 02.11.2020-ci il tarixdə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********141327 nömrəli Qərarı qəbul etmişdir. Həmin qərar 03.11.2020-ci il tarixdə əlbə-əl qaydada vergi ödəyicisinə təqdim olunmuşdur. İddiaçı isə öz iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh əsassız olaraq Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı Qərarını əsas götürərək 20 % şərti rentabellik tətbiq etməklə VM-nın 83.9-cu maddəsinə əsaən 2017 və 2018-ci illər üzrə gəlir vergisi hesablanmışdır. Qeyd etmək istəyirlər ki, müəsisəyə vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında 27.09.2019-cu il tarixli **********190720 nömrəli tələbnamə təqdim olunmuş və bu tələbnaməyə əsasən 01.01.2017-ci il tarixdən 31.07.2019- cu il tarixədək olan dövrdə ilkin mühasibat sənədləri tələb edilmiş, lakin tələbnamədə göstərilən sənədlər yoxlamaya təqdim edilməmiş və bunanla əlaqədar VM-nin 42.2-ci maddəsinə əsasən sənədlərin təqdim olunmasından imtina barədə 22.10.2019-cu il tarixli akt tərtib edilmişdir. Qeyd olunanlarla əlaqədar yoxlama ilə müəssisə tərəfindən 2017-ci və 2018-ci illər üzrə mənfəət vergisi üzrə gəlirin əldə edilməsi ilə bağlı xərclərin müəyyən edilməsi mümkün olmadığından Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı Qərarını əsas götürülərək 20% şərti rentabellik tətbiq edilmişdir. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Həmin Məcəllənin 16.1.3-cü maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Həmçinin iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, yoxlama bir sıra prosessual pozuntularla aparılaraq qaunvericilikdə nəzərdə tutulmuş müddətlərdən artıq müddətdə aparılmışdır. Qeyd olunanlarla bağlı bildirirlər ki, Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, vergi orqanları bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququna malikdirlər. Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Həmçinin qeyd edirlər ki, İddiaçı MMC-də xüsusilə külli miqdar təşkil edən, 9275551.70 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3.3-cü maddəsi ilə cinayət işi başlanılıb və həmin işin ibtidai araşdırması davam edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “X11nın keçirilməsi haqqında” **********190666 nömrəli, 26.09.2019-cu il tarixli qərarının surətindən görünür ki, İddiaçı MMC (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə mart 2017 - iyul 2019 vergi dövrləri üzrə növbəti X11 təyin edilməsi qərara alınmışdır. Yoxlamanın müddəti 30 (otuz) iş günü müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 26 sentyabr 2019-cu il tarixli, KY191367319 nömrəli Çıxarışdan görünür ki, yoxlayıcı orqanın adı Azərbaycan Respublikasının Vergilər Nazirliyi, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı İddiaçı MMC, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin VÖEN-i **********, yoxlamanın müddəti (başlama, sona çatma tarixi) 11.10.2019- 22.11.2019, yoxlanılan dövr 01.03.2017-01.08.2019, yoxlamanın predmeti və hüquqi əsasları Vergi qanunvericiliyinə əməl olunması (operativ vergi nəzarəti istisna olmaqla) Azərbaycan Respublikasının Vergi Məcəlləsi, yoxlayıcı şəxslər X6 (Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi Auditi İdarəsinin İstehsal sahələri üzrə X10 müfəttişi) qeyd olunmuşdur. İşdə olan Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Növbəti X11nın keçirilməsi haqqında” **********882400 nömrəli, 26.09.2019-cu il tarixli bildirişin surətindən görünür ki, İddiaçı MMC-yə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin 26.09.2019-cu il tarixli, **********190666 nömrəli qərarına əsasən İddiaçı MMC-də mart 2017 – iyul 2019-cu il vergi dövrü üzrə 30 (otuz) iş günü müddətində növbəti X11nın keçirilməsinin nəzərdə tutulması barədə bildiriş göndərilmişdir. İşdə olan vergi orqanı tərəfindən iddiaçıya ünvanlanmış “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” 27.09.2019-cu il tarixli, **********190720 nömrəli tələbnamənin surətindən görünür ki, İddiaçı MMC-dən səyyar (kameral) vergi yoxlamasının aparılması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 36-cı, 37-ci və 42-ci maddələrini əsas tutaraq, tələbnamədə qeyd olunan zəruri sənədlərin və məlumatların 15 iş günü müddətində vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Tələbnamə vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi tərəfindən 27.09.2019-cu il tarixdə imza edilərək qəbul edilmişdir. İşdə olan cavabdehin “Sənədlərin təqdim olunmasından imtina” barədə 22.10.2019-cu il tarixli aktının surətindən görünür ki, Baş İdarənin “X11nın keçirilməsi haqqında” 26.09.2019-cu il tarixli, **********190666 saylı qərarına əsasən, İddiaçı (VÖEN: **********) MMC-də keçirilən X11 zamanı Baş İdarənin “Vergi yoxlamasının keçriilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” 27.09.2019-cu il tarixli, **********190720 saylı tələbnaməyə əsasən vergilərin hesablanması üçün zəruri olan sənədlər yoxlamaya tam təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alınaraq, Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən iki nüsxədən ibarət sənədlərin təqdim olunmasından imtina barədə akt tərtib olunmuşdur. İşdə olan cavabdehin 28.10.2019-cu il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” **********192236 nömrəli, 28.10.2019-cu il tarixli qərarının surətindən görünür ki, İddiaçı MMC (VÖEN **********)-dən 01.01.2017-ci il tarixdən 01.08.2019-cu il tarixədək vergilərin hesablanması üçün bütün ilkin mühasibat sənədləri (qaimə-fakturalar, elektron qaimə-faktura, vergi hesab-fakturaları, bank sənədləri, kassa sənədləri, gəlirləri və xərcləri təsdiq edən sənədlər və s.) kompyuterlər, prosessorlar və digər elektron informasiya daşıyıcılarının götürülməsinin həyata keçirilməsi qərar alınmışdır. İşdə olan cavabdehin 30.10.2019-cu il tarixli, **********192444 nömrəli “X11nın keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərin və əşyaların baxışının keçirilməsi haqqında” Qərarına əsasən İddiaçı MMC (VÖEN **********), Bakı şəhəri, Səbail rayonu, Badamdar ŞTQ, Badamdar şossesi, ev 12 B (şirniyyat sexi), Bakı şəhəri, Xəzər rayonu, Buzovna ŞTQ, Dəmiryol ev 5 (qənnadı məhsulların istehsalı sexi), Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla ev 68 E (mağaza), ünvan 2 ünvanda əraziyə və anbarların, əsas vəsaitlərin, malların, xammal və materialların, digər sərvətlərin və fəaliyyət dairəsinin müəyyən edilməsi baxışı keçirilməsi qərar alınmışdır. İşdə olan cavabdehin “Vergi ödəyicisinin ərazisinə, binalarına, habelə sənədlərinə və əşyalarına baxışın keçirilməsi barədə” 30.10.2019-cu il tarixli, **********192453 nömrəli protokolun surətindən görünür ki, baxış saat 10:30-da başlanmış, 15:00-da başa çatmışdır. Baxışın keçirilməsi zamanı aşağıdakılar müəyyən edilmişdir: Müəssisənin fəaliyyət göstərdiyi ünvanda baxış keçirən zamanı, kakao, şokalad və şəkərdən qənnadı məmulatlarının istehsalı sahəsində fəaliyyət göstərdiyi müəyyən olunmuş, anbarda olan malların cəmiyyət tərəfindən mühasibatlığı aparılmış, müvafiq hesabat və vergi bəyannamələri vergi orqanına təqdim edilmişdir. İşdə olan cavabdehin “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 05.06.2020-ci il tarixli protokolunun surətindən görünür ki, Azərbaycan Respublikası Vergi Məcələsinin 23-cü və 43-cü maddələrinə uyğun olaraq sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında 28.10.2019-cu il tarixli, **********192236 nömrəli qərarına əsasən cavabdehin və iddiaçının səlahiyyətli nümayəndələrinin birgə iştirakları ilə İddiaçı MMC-dən sənədlərin kağız formatda təsdiqlənmiş surətləri götürülmüşdür. Protokola götürülmüş sənədlərin surətləri (83 vərəq – kalkulyasiya sənədləri, 6 vərəq kassa çekləri, 133 vərəq – hesablar üzrə dövriyyə qalıq cədvəlləri, 12 vərəq – “xarab olmuş məhsullara dair” aktlar) əlavə edilmişdir. İşdə olan 22.09.2020-ci il tarixli, **********1992024 nömrəli “X11” aktının surətindən görünür ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 26.09.2020-ci il tarixli, **********190666 saylı qərarına əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xİdmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi Auditi idarəsinin İstehsal sahələri üzrə X10 müfəttişi 1-ci dərəcəli müfəttiş X7 tərəfindən İddiaçı MMC (VÖEN **********) üzrə aşağıdakı siyahısı verilən tədiyyə və dövrlərdə (torpaq vergisi 2017-ci il – 2018-ci il; mədən vergisi mart 2017 – iyul 2019; sadələşdirilmiş vergi 1-ci Rüb 2017 – 3-cü Rüb 2019; ödəmə mənbəyindən tutulan vergi 1-ci Rüb 2017 – 3-cü Rüb 2019; mənfəət vergisi 2017-ci il -2018-ci il; muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi 2017-ci il -2018-ci il; aksiz vergisi mart 2017 – iyul 2019; yol vergisi 2017-ci il – 2018-ci il; əmlak vergisi 2017-ci il – 2018-ci il; əlavə dəyər vergisi mart 2017 – iyul 2019. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti X11 aparılmışdır. Yoxlama 11.10.2019-cu il tarixdə başlanılmış və 14.09.2020-ci il tarixdə başa çatdırılmışdır. Yoxlama aşağıdakı qərarlar (lar)a əsasən müvəqqəti uzadılmış və (və ya) müvəqqəti dayandırılmışdır: müvəqqəti dayandırma - 22.11.2019-cu il tarixli, **********193759 nömrəli qərarla 32 gün müddətinə; müvəqqəti dayandırma - 20.12.2019-cu il tarixli, **********195145 nömrəli qərarla 34 gün müddətinə; müvəqqəti dayandırma - 22.01.2020ci il tarixli, **********5196469 nömrəli qərarla 31 gün müddətinə; müvəqqəti dayandırma - 21.02.2020-ci il tarixli, **********197507 nömrəli qərarla 26 gün müddətinə; müvəqqəti dayandırma - 17.03.2020-ci il tarixli, **********198412 nömrəli qərarla 31 gün müddətinə; müvəqqəti dayandırma - 16.04.2020-ci il tarixli, **********198998 nömrəli qərarla 23 gün müddətinə; müvəqqəti dayandırma - 08.05.2020-ci il tarixli, **********199638 nömrəli qərarla 29 gün müddətinə; müvəqqəti dayandırma - 05.06.2020-ci il tarixli, **********136996 nömrəli qərarla 29 gün müddətinə; müvəqqəti dayandırma - 03.07.2020-ci il tarixli, **********137785 nömrəli qərarla 28 gün müddətinə; müvəqqəti uzadılma - 27.07.2020-ci il tarixli, **********138420 nömrəli qərarla 30 gün müddətinə. Yoxlamanın nəticələrinə əsasən 2017-ci il mənfəət vergisi üzrə - 748779.87 manat, maliyyə sanksiyası 374389.94 manat; 2018-ci il mənfəət vergisi üzrə 235205.95 manat, maliyyə sanksiyası 1177602.98 manat; 2017-ci il əlavə dəyər vergisi üzrə 3045929.10 manat, maliyyə sanksiyası 1522964.55 manat; 2018-ci il üzrə əlavə dəyər vergisi 396081.81 manat, maliyyə sanksiyası 198040.91 manat, 2019-cu il üzrə əlavə dəyər vergisi 4852165.37 manat, maliyyə sanksiyası 2426082.69 manat; 2017-ci il üzrə əmlak vergisi 0.00 manat, maliyyə sanksiyası 0.00 manat; 2018-ci il üzrə əmlak vergisi 0.00 manat, maliyyə sanksiyası 0.00 manat; 2017-ci il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi 0.00 manat, maliyyə sanksiyası 0.00 manat; 2018-ci il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi 0.00 manat, maliyyə sanksiyası 0.00 manat; 2017-ci il üzrə ödəmə mənbəyindən tutulan vergi 0.00 manat, maliyyə sanksiyası 0.00 manat; 2018-ci il üzrə ödəmə mənbəyindən tutulan vergi 31.20 manat, maliyyə sanksiyası 15.60 manat; 2019-cu il üzrə ödəmə mənbəyindən tutulan vergi 51.58 manat, maliyyə sanksiyası 25.79 manat; cəmi 9 278 244.88 manat dövlət büdcəsinə ödənilməli olan vergi məbləği və 4 639 112.46 manat maliyyə sanksiyası hesablanmışdır. 2017-ci il üzrə mənfəət vergisinin bəyannaməsində göstərilən vergi məbləğinin bəyannamələrdə göstərilməli olan vergi məbləğinə nisbətən 748779.87 manat azaldılmasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azalılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 374389.94 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, 2018-ci il üzrə mənfəət vergisi bəyannaməsində göstərilən vergi məbləğinin bəyannamələrdə göstərilməli olan vergi məbləğinə nisbətən 235205.95 manat azaldılmasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 117602.98 manat məbləğində maliyyə sankiyası tətbiq edilmiş, yoxlanılan dövr üzrə ƏDV-nin bəyannamələrdə göstərilən məbləğinin bəyannamələrdə göstərilməli olan məbləğinə nisbətən 8294176.28 manat azaldılmasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 4147088.15 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, yoxlanılan dövr üzrə ÖMV-nin bəyannamələrdə göstərilən məbləğinin bəyannamələrdə göstərilməli olan məbləğinə nisbətən 82.78 manat azaldılmasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 41.39 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İşdə olan “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 02.11.2020-ci il tarixli, **********141327 nömrəli qərarın surətindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, baş idarə rəisinin 1-ci müavini vergi xidməti müşaviri X5 İddiaçı MMC (VÖEN 1********) üzrə keçirilmiş X11nın nəticələri haqqında 22.09.2020-ci il tarixli, **********192024 nömrəli aktına və 02.11.2020-ci il tarixli, **********184200 nömrəli sənədə baxıb müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən əlavə dəyər vergisinin, mənfəət vergisinin azaldılmış, vergi ödəyicisinin özünü müdafiəsi üçün gətirdiyi dəlillər və digər sənədlər: 22.09.2020-ci il tarixli, **********192024 saylı X11 aktının əsassızlığı barədə vergi orqanına müxtəlif tarixlərdə şikayət etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələri rəhbər tutularaq, İddiaçı MMC (VÖEN **********) 9 278 244.88 manat vergi məbləği və 4 639 122.46 manat maliyyə sanskiyası olmaqla vergi məsuliyyətinə cəlb edilmişdir. Məhkəmənin 2-1(112)-3053/2021 saylı, 19.03.2021-ci il tarixli qərardadı ilə mübahisəli qərar ilə vergi məbləğinin düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı məzmunda suallar qoyulmuşdur: 1. **********192024 nömrəli, 22.09.2020ci il tarixli X11 aktına əsasən 2017-ci il üçün 3045929.1 manat, 2018-ci il üçün 396081.81 manat, 2019-cu il üçün 4852165, 37 manat hesablanmış ƏDV üzrə əlavə hesablanma müəyyən olunurmu? 2. **********192024 nömrəli, 22.09.2020-ci il tarixli X11 aktına əsasən 2017-ci il üçün 748779.87 manat, 2018-ci il üçün 235205.95 manat hesablanmış mənfəət vergisi üzrə əlavə hesablanma müəyyən olunurmu? 3. İddiaçı MMC tərəfindən tərtib edilmiş istehsala yararsız məhsulların silinməsinə dair akt “Yeyinti məhsulları haqqında” 18 noyabr 1999-cu il tarixli, 759- İQ nömrəli Azərbaycan Respublikası Qanunun 16-cı maddəsinə əsasən uyğun sənəd hesab edilmədiyi təqdirdə vergi ödəyicisinin vergi öhdəliyi nə qədər təşkil edir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmənin sözügedən qərardadının icrası ilə əlaqədar olaraq 9/2862 nömrəli, 27 avqust 2021-ci il tarixli ekspert rəyi təqdim edilərək, rəyin nəticə hissəsində göstərilmişdir ki, birinci, ikinci və üçüncü suallar üzrə: rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən qeyd edilir ki, X11 aktında göstərilən qaydada vergiyə cəlb olunan dövriyyənin düzgünlüyü məhkəmə tərəfindən əsaslı hesab edildiyi təqdirdə təqdim edilmiş iş materiallarına əsasən yoxlamanın əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə 983985.82 manat məbləğində mənfəət vergisinin, 8294176.28 manat məbləğində ƏDV-nin dövlət büdcəsinə az hesablanması müəyyən olunur. İddiaçı MMC-nin direktoru sözügedən ekspert rəyi ilə razılaşmayaraq, məhkəməyə 10.09.2021-ci il tarixdə vəsatət təqdim edərək bildirmişdir ki, rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi arasında ziddiyyətlər mövcuddur. Belə ki, ekspert rəyin tədqiqat hissəsində X11nın qanunvericiliyin tələblərinə uyğun aparılmadığını qeyd etsə də, nəticə hissəsində məhkəmənin qoyduğu suala əaslandırılmış cavab verməmişdir. Bu səbəbdən də, ekspert qarşısında qoyulmuş sualın məhkəmə iclasında aydınlaşdırılması məqsədilə ekspert Ə.Alqayevin məhkəməyə dəvət edilməsini, zərurət yaranarsa əlavə ekspertizanın keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 19.10.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən Ə.Alqayev öz izahatında X11 aktında yoxlayıcı tərəfindən göstərilmiş rəqəmlərin düzgün olduğunu, lakin, X11 aktında yoxlamanın Vergi Məcəlləsinin və mühasibat uçotunun prinsiplərindən fərqli qaydada aparılmasını, ümumilikdə tərəfindən məhkəməyə təqdim edilmiş rəydə sualların hamısının cavablandırılmasını bildirmişdir. Məhkəmənin 2-1(112)-3053/2021 saylı, 18.11.2021-ci il tarixli qərardadı ilə mübahisəli qərar ilə vergi məbləğinin düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi məqsədilə iş üzrə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizasının keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı məzmunda suallar qoyulmuşdur: 1. 22.09.2020-ci il tarixli, **********192024 nömrəli X11 aktında yoxlayıcı tərəfindən vergilərin hesablanması üçün müəyyən edilmiş istehsal həcmi və bazar qiyməti nəzərə alınmadan müəssisənin mühasibat sənədlərinə əsasən yoxlamanın əhatə etdiyi dövr ərzində dövlət büdcəsinə hesablanmalı olan vergilərin məbləği nə qədər təşkil edir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmənin sözügedən qərardadının icrası ilə əlaqədar olaraq 9/8356 nömrəli, 21 dekabr 2021-ci il tarixli ekspert rəyi təqdim edilərək, rəyin nəticə hissəsində göstərilmişdir ki, sual üzrə: rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən, yəni 22.09.2020-ci il tarixli, **********192024 nömrəli X11 aktında yoxlayıcı tərəfindən vergilərin hesablanması üçün müəyyən edilmiş istehsal həcmi və bazar qiyməti nəzərə alınmadan müəssisənin mühasibat sənədlərinə əsasən yoxlamanın əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan ƏDV-nin az hesablanmaması (yəni ƏDV üzrə əlavə hesablanma müəyyən edilmir), 139708.98 manat məbləğində mənfəət vergisinin, 82.78 manat məbləğində ödəmə mənbəyindən tutulan verginin az hesablanması, 2693.18 manat məbləğində əmlak vergisinin isə artıq hesablaması müəyyən olunur. Cavabdeh 08.02.2022-ci il tarixli, **********9959000 nömrəli məktubla 21 dekabr 2021-ci il tarixli, 9/8356 nömrəli ekspert rəyinə mülahizə təqdim edərək bildirmişdir ki, Baş İdarə məhkəmə ekspertizasının qeyd edilən rəyi ilə qismən razılaşmayaraq qeyd edir ki: məhkəmə ekspert qarşısında 22.09.2020-ci il tarixli **********192024 nömrəli X11 aktında yoxlayıcı tərəfindən vergilərin hesablanması üçün müəyyən edilmiş istehsal həcmi və bazar qiyməti nəzərə alınmadan müəssisənin mühasibat sənədlərinə əsasən yoxlamanın əhatə etdiyi dövr ərzində dövlət büdcəsinə hesablanmalı olan vergilərin məbləği nə qədər təşkil edilməsi sualını qoymuşdur. Qeyd etmək istəyirlər ki, cavabdeh tərəfindən vəsatət təqdim olunaraq ekspertiza qarşısında iddiaçı tərəfindən tərtib edilmiş istehsala yararsız məhsulların silinməsinə dair akt “Yeyinti məhsulları haqqında” 18 noyabr 1999-cu il tarixli 759-İQ nömrəli Azərbaycan Respublikası Qanunun 16-cı maddəsinə əsasən uyğun sənəd hesab edilmədiyi təqdirdə vergi ödəyicisinin vergi öhdəliyi nə qədər təşkil edilməsi sualının qoyulmasına baxmayaraq, məhkəmə cavabdehin vəsatətində qeyd etdiyi sualı nəzərə almamış və həmçinin ekspert qarşısında həmin sualın hansı səbəbdən qoyulmadığını əsaslandırmamışdır. Halbuki, işin hallarının tələb etməsinə və yoxlama üzrə hesablanmanın mahiyyətindən irəli gəlməsinə baxmayaraq məhkəmə sualları tərtib edərkən X11 aktında vergi orqanı tərəfindən vergilərin hesablanması üçün müəyyən edilmiş istehsal həcmi və bazar qiymətinin müəyyən edilməsi ilə bağlı hər hansı sual qoymamışdır. Odur ki, mübahisələndirilən qərar üzrə hesablamanın əsasını istehsal həcmi və bazar qiyməti ilə məyyən edilən dövriyyə təşkil etdiyi halda, məhkəmənin iş üçün əhəmiyyətli olan halı müəyyən etmək üçün hər hansı hərəkət etməməsi məhkəmə tədiqatının əsassız aparıldığını təsdiq edir. Həmçinin bildirirlər ki, məhkəmə tərəfindən təyin olunan 27 avqust 2021ci il tarixli 9/2862 nömrəli ekspert rəyində əsaslı olaraq X11 aktı ilə təsdiq olunan 983985,82 manat mənfəət vergisi, 8294176,28 manat ƏDV-nin dövlət büdcəsinə az hesablanması müəyyən edilmişdir. Qeyd edilənlərə və ekspert rəyində istinad olunanlara əsasən bildirirlər ki, vergi orqanının 26.09.2019-cu il tarixli, **********190666 nömrəli qərarına əsasən “KONFİROM" MMC-nin vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə 01.03.2017-ci il tarixdən 31.07.2019-cu il tarixədək olan dövr üzrə növbəti X11 təyin edilmiş və yoxlama 22.09.2020-ci il tarixli,**********192024 nömrəli X11 aktı ilə rəsmiləşdirilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 02.11.2020-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********141327 nömrəli Qərarı qəbul etmişdir. Həmin qərar 03.11.2020-ci il tarixdə əlbə-əl qaydada vergi ödəyicisinə təqdim olunmuşdur. Müəsisəyə vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında 27.09.2019-cu il tarixli, **********190720 nömrəli tələbnamə təqdim olunmuş və bu tələbnaməyə əsasən 01.01.2017-ci il tarixdən 31.07.2019-cu il tarixədək olan dövrdə ilkin mühasibat sənədləri tələb edilmiş, lakin tələbnamədə göstərilən sənədlər yoxlamaya təqdim edilməmiş və bunanla əlaqədar VM-nin 42.2-ci maddəsinə əsasən sənədlərin təqdim olunmasından imtina barədə 22.10.2019-cu il tarixli akt tərtib edilmişdir. Sənədlərin götürülməsi haqqında 28.10.2019-cu il tarixli, **********192236 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərar çıxarıldı, 05.06.2020-ci il tarixli protokolla kalkulyasiya sənədlərinin, kassa çeklərinin, hesablar üzrə dövriyyə qalıq cədvəllərinin, xarab olmuş məhsullara dair aktların (ciddi uçot sənədi olmayan) vergi ödəyicisi tərəfindən təsdiq olunmuş surətləri götürüldü. Baş İdarənin 30.10.2019cu il tarixli **********192444 nömrəli “Vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərin və əşyaların baxışının keçirilməsi haqqında” qərarlarına əsasən vergi ödəyicisinin Bakı şəhəri, Xəzər rayonu, Buzovna ŞTQ, Dəmiryol ev 5; Bakı şəhəri, Səbail rayonu, Badamdar ŞTQ, Badamdar şossesi ev 12 B; Bakı şəhəri Nərimanov rayonu, Ağa Nemətulla ev 68 E və ünvan 3 ünvanında aparılan müşahidə baxış zamanı müəsisənin kakao, şokolad və şəkərdən qənnadı məmulatlarının istehsalı sahəsində fəaliyyət göstərdiyi və anbarda olan malların cəmiyyət tərəfindən mühasibatlığı aparıldığı müəyyən olundu. Baxış zamanı istehsal obyektləri işləyirdi. 30.10.2019-cu il tarixli **********192453 nömrəli "Vergi ödəyicisinin ərazisinin, binalarına, habelə sənədlərinə və əşyalarına baxışının keçirilməsi barədə” protokol tərtib edilmişdir. Beləliklə, vergi ödəyicisinə hesablanmış vergilərin məbləği aşağıdakı kimi olmuşdur: Mənfəət vergisi üzrə: Müəssisənin 2017-ci və 2018-ci illər üçün təqdim etdiyi mənfəət vergisi bəyannaməsində göstərilmiş gəlir və xərclərin tərkibi araşdırılarkən gəlir və xərclərin tərkibində kənarlaşmalar müəyyən olunmuşdur. Belə ki, 2017-ci ildə ildə müəssisənin ümumi gəlirləri 2146380,32 manat, gəlirdən çıxılan xərcləri 2697260,07 manat, nəticədə müəssisə hesabat dövrünü 550879,75 manat zərərlə başa vurmuşdur. 2018-ci ildə ildə müəssisənin ümumi gəlirləri 2044888,88 manat, gəlirdən çıxılan xərcləri 2550510,36 manat, nəticədə müəssisə hesabat dövrünü 505621,48 manat zərərlə başa vurmuşdur. Hazırki yoxlama ilə mənfəət vergisi aşağıdakı qaydada hesablanmışdır. "2017-2019-cu illərdə "xxxx" MMC tərəfindən 2 348,5 ton yağ istifadəyə yararsız xammal kimi mal uçot qalığından silinmişdir. “Yeyinti məhsulları haqqında” 18 noyabr 1999- cu il tarixli 759-İQ nömrəli Azərbaycan Respublikası Qanunun 16-cı maddəsinə əsasən istifadəyə yararsız yeyinti məhsullarının zərərsizləşdirilməsi, təkrar emala yönəldilməsi və ya heyvanlara yemlənməsi müvafiq nəzarət orqanlarının razılığı və iştirakı ilə məhsul sahibləri və ya müqavilə ilə onların vəkil etdiyi hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirildiyi bildirilir. Buna baxmayaraq, vergi ödəyicisi bu Qanunun tələblərinə riayət etməmiş və 23.04.2020-ci il tarixli, **********832100 nömrəli məktubla silinmələrlə bağlı dövlət orqanı nümayəndələrinin təsdiqinin mütləq olması ilə bağlı məlumatsız olduqlarını və bu səbəbdən nəzarat orqanlarına müraciət edilmədiyini bildirmişdir. Yoxlama ilə uçotdan zay kimi silinmiş (2348,5 ton yağ) xammala müəssisənin kalkulyasiya məlumatlarını tədbiq edərək məhsullar üzrə bölgüsü aparılmış və e-VHF-sı üzrə həmin məhsulun müəssisənin satışında xüsusi çəkisi (satılan məhsul miqdarı/ümumi satılan məhsuların miqdarı) nəzərə alınaraq hazır məhsul alınmış və alınan hazır məhsula bazar qiyməti tədbiq edilərək, həmçinin müəssisənin "Koroğlu” MMC-yə satdığı mallara bazar qiyməti (“Konfirom" MMC-nin təsisçi X9 eyni zamanda "xxxx" (VÖEN: **********) MMC təsisçisidir. Vergi Məcəlləsinin 14.3.2-ci və 14.3.3-cü maddələrinə əsasən təsərrüfat əqdləri qarşılıqlı sürətdə asılı olan şəxslər arasında aparıldıqda və 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə vergilər bazar qiymətini nəzərə almaqla hesablanır(müəssisə tərəfindən digər müəsisələrə satış qiyməti)) tədbiq edilərək 2017ci il üçün 22463396,17 manat, 2018-ci il üçün 7056178,58 manat əlavə dövriyyə hesablanmışdır (hesablama cədvəlləri yoxlama materiallarına əlavə ounur). Yoxlama ilə müəssisə tərəfindən 2017-ci il mənfəət vergisi bəyannaməsi üzrə yoxlamaya təqdim edilmiş sənədlərə əsasən gəlirin əldə edilməsi ilə bağlı xərclərin müəyyən edilməsi mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq, müəssisənin 2017-ci və 2018-ci illər üzrə mənfəət Vergi Məcəlləsinin 67.14 və 83.9 maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək aşağıdakı kimi hesablandı: M1= G1×R/100+R; Burada: M1- vergi ödəyicisinin mənfəəti, G1- vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir, R-şərti rentabellik normasıdır: M1= 22463396,17×20/100+20=3743899.37. Göründüyü kimi, yoxlama ilə müəssisənin 2017-ci il üzrə vergiyə cəlb edilən mənfəət 3743899.37 manat məbləğində hesablanmışdır. Mənfəət vergisi 2017-ci il = 3743899.37 × 20% = 748779.87 manat. M1=7056178,58 × 20/100+20 = 1176029.77 manat. Göründüyü kimi, yoxlama ilə müəssisənin 2018-ci il üzrə vergiyə cəlb edilən mənfəət 1176029.77 manat məbləğində hesablanmışdır. Mənfəət vergisi 2018-ci il = 1176029.77 × 20%= 235205.95 manat. Beləliklə, yoxlama ilə müəssisə tərəfindən mənfəət vergisinin 2017-ci il üzrə 748779.87 manat, 2018-ci il üçün 235205.95 manat, cəmi 983985.82 manat azaldılması müəyyən olunmuşdur. Əlavə dəyər vergisinin yoxlanılması üzrə: “X11nın keçirilməsi haqqında" Qərarla yoxlanılan dövr 01.03.2017-cı il tarixdən 01.08.2019-cu il tarixədək dövrü əhatə etmişdir. Müəssisə 17.03.2014-cü ildə ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizəni aidiyyatı vergi orqanına təqdim etmiş və ƏDV ödəyicisinin qeydiyyat bildirişi almışdır. Bildiriş 17.03.2014-cü ildən qüvvəyə minmişdir. 2017-2019-cu illərdə "xxxx" MMC tərəfindən 2 348,5 ton yağ istifadəyə yararsız xammal kimi mal uçot qalığından silinmişdir. “Yeyinti məhsulları haqqında” 18 noyabr 1999-cu il tarixli 759-İQ nömrəli Azərbaycan Respublikası Qanunun 16-cı maddəsinə əsasən istifadəyə yararsız yeyinti məhsullarının zərərsizləşdirilməsi, təkrar emala yönəldilməsi və ya heyvanlara yemlənməsi müvafiq nəzarət orqanlarının razılığı və iştirakı ilə məhsul sahibləri və ya müqavilə ilə onların vəkil etdiyi hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirildiyi bildirilir. Buna baxmayaraq vergi ödəyicisi bu Qanunun tələblərinə riayət etməmiş və 23.04.2020-ci il tarixli, **********832100 nömrəli məktubla silinmələrlə bağlı dövlət orqanı nümayəndələrinin təsdiqinin mütləq olması ilə bağlı məlumatsız olduqlarını və bu səbəbdən nəzarət orqanlarına müraciət edilmədiyini bildirmişdir. Yoxlama ilə uçotdan zay kimi silinmiş (2348,5 ton yağ) xammala müəssisənin kalkulyasiya məlumatlarını tədbiq edərək məhsullar üzrə bölgüsü aparılmış və e-VHF-sı üzrə həmin məhsulun müəssisənin satışında xüsusi çəkisi (satılan məhsul miqdarı/umumi satılan məhsuların miqdarı) nəzərə alınaraq hazır məhsul alınmış və alınan hazır məhsula bazar qiyməti tədbiq edilərək, həmçinin müəssisənin "xxxx" MMC-yə satdığı mallara da. “Konfirom" MMC-nin təsisçi X8 eyni zamanda “Koroğlu" (VÖEN: **********) MMC-nin təsisçisidir. Vergi Məcəlləsinin 14.3.2-ci və 14.3.3-cü maddələrinə əsasən təsərrüfat əqdləri qarşılıqlı sürətdə asılı olan şəxslər arasında aparıldıqda və 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1 -ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə vergilər bazar qiymətini nəzərə almaqla hesablanır (müəssisə tərəfindən digər müəsisələrə satış qiyməti)) tədbiq edilərək əlavə dövriyyə hesablanmışdır (hesablama cədvəlləri yoxlama materiallarına əlavə olunur). Uçotdan zay kimi silinmiş xammal və material məbləğləri müəssisə tərəfindən vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələrində (Vergi Məcəlləsinin 159.5-ci mədəsinə əsasən) əks etdirilmişdir. Bu səbəbdən yoxlama zamanı aparılmış hesablamalarda həmin məbləğlər nəzərə alınmışdır. Nəticədə, müəssisə tərəfindən 2017-ci il mart-dekabr ayları üzrə 3045929,10 manat, 2018-ci ildə 396081,81 manat, 2019-cu il yanvar-iyul ayları üzrə 4852165,37 manat, cəmi 8294176,28 manat ƏDV-nin az hesablanması müəyyən olunmuşdur. Az hesablanmaya səbəb müəssisə tərəfindən ƏDV-yə cəlb olunan dövriyyənin düzgün göstərilməməsi olmuşdur. Müəsisəyə ümumilikdə 983985,82 manat mənfəət vergisi, 8294176,28 manat ƏDV, 82,78 manat ÖMV azaldılmış, 2693,18 manat Əmlak vergisi artıq hesablanmışdır o cümlədən: 1) 2017-ci il üzrə mənfəət vergisinin bəyannaməsində göstərilən vergi məbləğinin bəyannamələrdə göstərilməli olan vergi məbləğinə nisbətən 748779,87 manat azaldılmasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 374389,94 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir; 2) 2018-ci il üzrə mənfəət vergisinin bəyannaməsində göstərilən vergi məbləğinin bəyannamələrdə göstərilməli olan vergi məbləğinə nisbətən 235205,95 manat azaldılmasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 117602,98 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir; 3) Yoxlanılan dövr üzrə ƏDV-nin bəyannamələrdə göstərilən məbləğinin bəyannamələrdə göstərilməli olan məbləğinə nisbətən 8294176,28 manat azaldılmasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 4147088,15 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. 4) Yoxlanılan dövr üzrə ÖMV-nin bəyannamələrdə göstərilən məbləğinin bəyannamələrdə göstərilməli olan məbləğinə nisbətən 82,78 manat azaldılmasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 41,39 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Ekspert rəyində qeyd olunanlarla bağlı aşağıdakıları bildirirlər: Yoxlama zamanı "2017-2019-cu illərdə "xxxx" MMC tərəfindən 2 348,5 ton yağ istifadəyə yararsız xammal kimi mal uçot qalığından silinmişdir. "Yeyinti məhsulları haqqında” 18 noyabr 1999-cu il tarixli 759-İQ nömrəli Azərbaycan Respublikası Qanunun 16-cı maddəsinə əsasən istifadəyə yararsız yeyinti məhsullarının zərərsizləşdirilməsi, təkrar emala yönəldilməsi və ya heyvanlara yemlənməsi müvafiq nəzarət orqanlarının razılığı və iştirakı ilə məhsul sahibləri və ya müqavilə ilə onların vəkil etdiyi hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirildiyi bildirilir. Buna baxmayaraq vergi ödəyicisi bu Qanunun tələblərinə riayət etməmiş və 23.04.2020-ci il tarixli **********832100 nömrəli məktubla silinmələrlə bağlı dövlət orqanı nümayəndələrinin təsdiqinin mütləq olması ilə bağlı məlumatsız olduqlarını və bu səbəbdən nəzarat orqanlarına müraciət edilmədiyini bildirmişdir. Yoxlama ilə uçotdan zay kimi silinmiş (2348,5 ton yağ) xammala müəssisənin kalkulyasiya məlumatlarını tədbiq edərək məhsullar üzrə bölgüsü aparılmış və e-VHF-sı üzrə həmin məhsulun müəssisənin satışında xüsusi çəkisi (satılan məhsul miqdarı/ümumi satılan məhsuların miqdarı) nəzərə alınaraq hazır məhsul hesablanmış və alınan hazır məhsula bazar qiyməti tədbiq olunararaq vergilər hesablanmışdır. Bazar qiyməti kimi müəsisənin digər (("xxxx" ASC (VÖEN: **********) və "Əlillərə və X3 Dəstək" Fondu (VÖEN:**********)) müəsisələrə satdığı mallar əsas götürülmüşdür. Müəsisə eyni ay ərzində təsisçisi olduğu “Koroğlu" MMC-yə malları bir qiymətlə satmış lakin, digər müəsisələrə 30%-dan yuxarı qiymətlərlə satmışdır. Vergi Məcəlləsinin 14.3.3.-cü maddəsinə əsasən 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1 -ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə vergilər bazar qiyməti nəzərə almaqla hesablanır. Beləliklə, müəssisənin "xxxx" MMC-yə satdığı mallara bazar qiyməti (İddiaçı MMC-nin təsisçi X8 eyni zamanda "xxxx" (VÖEN: **********) MMC təsisçisidir ) tədbiq edilərək 2017-ci il üçün ********.17 manat, 2018-ci il üçün 7056178.58 manat əlavə dövriyyə hesablanmışdır (hesablama cədvəlləri yoxlama materiallarına əlavə olunub). Göstərilənləri nəzərə alaraq, müəssisənin 2017-ci və 2018-ci illər üzrə mənfəəti, Vergi Məcəlləsinin 67.14 və 83.9 maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 04 aprel 2003-cü il tarixli 42 saylı) qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək hesablandı. Uçotdan zay kimi silinmiş xammal və material məbləğləri müəssisə tərəfindən vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələrində (Vergi Məcəlləsinin 159.5-ci mədəsinə əsasən) əks etdirilmişdir. Bu səbəbdən, yoxlama zamanı aparılmış hesablamalarda həmin məbləğlər nəzərə alınmışdır. Nəticədə, müəssisə tərəfindən 2017-ci il mart-dekabr ayları üzrə 3045929.10 manat, 2018-ci ildə 396081.81 manat, 2019-cu il yanvar-iyul ayları üzrə 4852165.37 manat, cəmi 8 294 176.28 manat ƏDV-nin az hesablanması müəyyən edilmişdir. Az hesablamaya səbəb müəssisə tərərfindən ƏDV-yə cəlb olunan dövriyyənin düzgün göstərilməməsi olmuşdur. Yoxlama ilə uçotdan zay kimi silinmiş 2348,5 ton yağ əsasən istehsal həcmi müəyyən edilmişdir, istehsala lazım olan digər xammalın sənədsiz alınmış kimi qəbul edilərək istehsal həcmi müəyyən edilmişdir. Yoxlanılan dövrdə müəssisə ödəmə mənbəyində tutulan verginin ödəyicisi olmuş, yoxlama ilə 2018-ci ilin İİ rübü üzrə 31.20 manat, 2019-cu ilin İİ rübü üzrə 51.58 manat, cəmi 82.78 manat ödəmə mənbəyində tutulan verginin az göstərildiyi müəyyən edildi. Müəssisə yoxlama ilə əhatə olunan dövr ərzində əmlak vergisi ödəyicisi olmuş, 2017-ci il üzrə 7732.62 manat, 2018-ci il üzrə 8537.11 manat, cəmi 16269.73 manat əmlak vergisini hesablanmışdır. Yoxlama ilə 2017-ci ilin sonuna əsas vəsaitlərin qalıq dəyəri ödəyici tərəfindən düzgün göstərilmədiyindən hesablanmış vergi məbləği 490.55 manat artıq göstərildiyi, 2018- ci ilin əvvəlinə və sonuna qalıq dəyəri ödəyici tərəfindən düzgün göstərilmədiyindən hesablanmış vergi məbləğ 2202.63 manat artıq göstərildiyi cəmi 2693.18 manat artıq göstərildiyi müəyyən edilmişdir. Qedilənləri nəzərə alaraq, 21 dekabr 2021 -ci il tarixli 9/8356 nömrəli ekspert rəyini sübut kimi qəbul edilməməsini, 27 avqust 2021-ci il tarixli 9/2862 nömrəli ekspert rəyinin isə sübut kimi qəbul edilməsini məhkəmədən xahiş etmişlər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin 02.11.2020-ci il tarixli qərarından 03.11.2020-ci il tarixdə məlumatlı olmuş, sözügedən qərardan yuxarı inzibati orqana şikayət verməmiş, 03.12.2020-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia müddətini ötürməmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, məhkəmə ilk öncə mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edərək, bildirir ki, cavabdeh tərəfindən İddiaçı MMC üzrə 26.09.2019-cu il tarixli, **********90666 saylı, “X11nın keçirilməsi haqqında” qərarla mart 2017 – iyul 2019 vergi dövrü üzrə növbəti X11 təyin edilmiş və yoxlama 22.09.2020-ci il tarixli X11 aktı ilə başa çatmışdır. Cavabdeh X11 aktında X11nda müvəqqəti dayandırma və müddətin uzadılması barədə qərarların olmasını göstərmişdir ki, həmin qərarlar məhkəmə araşdırması zamanı məhkəməyə təqdim edilməmiş, bununla da, sözügedən növbəti X11nın müddətinin dayandırılması və müddətin uzadılması barədə qərarların əsaslı olmasını müəyyən etmək mümkün olmamışdır. Yalnız X11 aktının 1.9.4-cü və 1.9.5-ci bəndində 15.11.2019-cu il tarixli “Ekspertizanın təyin edilməsi” və “Mütəxəssisin dəvət edilməsi” barədə qərarlar qəbul edilməsinə istinad edilsə də, həmin qərarlar yoxlama zamanı müəssisə tərəfindən ilkin mühasibat sənədlərinin yoxlamaya təqdim edilməsi səbəbindən texniki səhv olduğu üçün çıxarılmamış və icra olunmamışdır. Göründüyü kimi, X11 müddətinin dayandırılmasına və uzadılmasını zəruri edəcək hallar olmamasına baxmayaraq, cavabdeh vergi orqanı tərəfindən yoxlamanın müddəti qanunsuz olaraq uzadılmışdır. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələblərinə əsasən növbəti X11 təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. X11 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq X11nın keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən X11nın nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, X11 zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; X11 ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Həmin Məcəllənin 49.2-ci maddəsinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Hazırki iş üzrə məhkəmə araşdırması zamanı qanunvericiliyin yuxarıda sadalanan normalarında göstərilən X11 müddətinin uzadılması ilə bağlı əsaslar müəyyən edilməmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş mübahisəli qərarla hesablanmış vergi məbləğinin düzgünlüyünə gəldikdə isə məhkəmə iş üzrə təqdim edilmiş 21.12.2021-ci il tarixli, 9/8356 nömrəli ekspert rəyini məhkəmə tərəfindən qoyulmuş sualın tam, hərtərəfli cavablandırılması və işdə olan digər sənədlərlə ziddiyət təşkil etməməsi səbəbindən mötəbər qiymətləndirərək aşağıdakıları qeyd edir: 22.09.2020-ci il tarixli, **********192024 nömrəli X11 aktına əsasən, müəssisənin 2017ci il və 2018-ci illər üçün təqdim etdiyi mənfəət vergisi bəyananməsində göstərilmiş gəlir və xərclərin tərkibi araşdırılarkən gəlir vəxərclərin tərkibində kənarlaşmalar müəyyən olunmuşdur. Belə ki, 2017-ci ildə müəssisənin ümumi gəlirləri 2146380.32 manat, gəlirdən çıxılan xərcləri 2697260.07 manat, nəticədə müəssisə hesabat dövrünü 550879.75 manat zərərlə başa vurmuşdur. 2018-ci ildə müəssisənin ümumi gəlirləri 2044888.88 manat, gəlirdən çıxılan xərcləri 2550510.36 manat, nəticədə müəssisə hesabat dövrünü 505621.48 manat zərərlə başa vurmuşdur. Həmin yoxlama ilə mənfəət vergisi aşağıdakı qaydada hesablanmışdır: 2017-2019cu illərdə İddiaçı MMC tərəfindən 2348.5 ton yağ istifadəyə yararsız xammal kimi mal uçot qalığından silinmişdir. “Yeyinti məhsulları haqqında” 18 noyabr 1999-cu il tarixli 759-İQ nömrəli Azərbaycan Respublikası Qanunun 16-cı maddəsinə əsasən istifadəyə yararsız yeyinti məhsullarının zərərsizləşdirilməsi, təkrar emala yönəldilməsi və ya heyvanlara yemlənməsi müvafiq nəzarət orqanlarının razılığı və iştirakı ilə məhsul sahibləri və ya müqavilə ilə onların vəkil etdiyi hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirildiyi bildirilir. Buna baxmayaraq, vergi ödəyicisi bu Qanunun tələblərinə riayət etməmiş və 23.04.2020-ci il tarixli, **********832100 nömrəli məktubla silinmələrlə bağlı dövlət orqanı nümayəndələrinin təsdiqinin mütləq olması ilə bağlı məlumatsız olduqlarını və bu səbəbdən nəzarət orqanlarına müraciət edilmədiyini bildirmişdir. Yoxlama ilə uçotdan zay kimi silinmiş (2348.5 ton yağ) xammala müəssisənin kalkulyasiya məlumatlarını tədbiq edərək, məhsullar üzrə bölgüsü aparılmış və e-VHF-sı üzrə həmin məhsulun müəssisənin satışında xüsusi çəkisi (satılan məhsul miqdarı/ümumi satılan məhsuların miqdarı) nəzərə alınaraq hazır məhsul alınmış və alınan hazır məhsula bazar qiyməti tətbiq edilərək, həmçinin müəssisəin "xxxx" MMC-yə satdığı mallara bazar qiyməti (İddiaçı MMC-nin təsisçi X8 eyni zamanda "xxxx" (VÖEN: **********) MMC təsisçidir. Vergi Məcəlləsinin 14.3.2-ci və 14.3.3-cü maddələrinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında aparıldıqda və 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə vergilər bazar qiymətini nəzərə almaqla hesablanır (müəssisə tərəfndən digər müəssiələrə satış qiyməti) tətbiq edilərək, 2017-ci il üçün ********.17 manat, 2018-ci il üçün 7056178.58 manat əlavə dövriyyə hesablanmışdır (hesablama cədvəlləri yoxlama materiallarına əlavə olunmuşdur). Yoxlama ilə müəssisə tərəfindən 2017-ci il mənfəət vergisi bəyannaməsi üzrə yoxlamaya təqdim edilmiş sənədlərə əsasən gəlirin əldə edilməsi ilə bağlı xərclərin müəyyən edilməsi mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq, müəssisənin 2017-ci və 2018-ci illər üzrə mənfəəti Vergi Məcəlləsinin 67.14 və 83.9-cü maddələrinə uyğun olaraq Azəbraycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək hesablanmışdır. Yoxlama ilə müəsissənin 2017-ci il üzrə vergiyə cəlb edilən mənfəəti 3743899.37 manat məbləğində hesablanmışdır. Mənfəət vergsi 2017-ci il = 3743899.37 × 20% = 748779.87. Yoxlama ilə müəssisənin 2018-ci il üzrə vergiyə cəlb edilən mənfəəti 1176029.77 manat məbləğində hesablanmışdır. Mənfəət vergisi 2018-ci il = 1176029.77 × 20% = 235205.95. Beləliklə, yoxlama ilə müəssisə tərəfindən mənfəətin 2017-ci il üzrə 748779.87 manat, 2018-ci il üçün 235205.95 manat, cəmi 983985.82 manat azaldılması müəyyən edilmişdir. Əlavə dəyər vergisi yoxlaması üzrə bəyannamələr vergi orqanına vaxtında təqdim edilmişdir. 2017-2019-cu illərdə İddiaçı MMC tərəfindən 2348.5 ton yağ istifadəyə yararsız xammal kimi mal uçot qalığından silinmişdir. “Yeyinti məhsulları haqqında” 18 noyabr 1999-cu il tarixli 759-İQ nömrəli Azərbaycan Respublikası Qanunun 16-cı maddəsinə əsasən istifadəyə yararsız yeyinti məhsullarının zərərsizləşdirilməsi, təkrar emala yönəldilməsi və ya heyvanlara yemlənməsi müvafiq nəzarət orqanlarının razılığı və iştirakı ilə məhsul sahibləri və ya müqavilə ilə onların vəkil etdiyi hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirildiyi bildirilir. Buna baxmayaraq, vergi ödəyicisi bu Qanunun tələblərinə riayət etməmiş və 23.04.2020-ci il tarixli, **********832100 nömrəli məktubla silinmələrlə bağlı dövlət orqanı nümayəndələrinin təsdiqinin mütləq olması ilə bağlı məlumatsız olduqlarını və bu səbəbdən nəzarət orqanlarına müraciət edilmədiyini bildirmişdir. Yoxlama ilə uçotdan zay kimi silinmiş (2348.5 ton yağ) xammala müəssisənin kalkulyasiya məlumatlarını tədbiq edərək, məhsullar üzrə bölgüsü aparılmış və e- VHF-sı üzrə həmin məhsulun müəssisənin satışında xüsusi çəkisi (satılan məhsul miqdarı/ümumi satılan məhsuların miqdarı) nəzərə alınaraq hazır məhsul alınmış və alınan hazır məhsula bazar qiyməti tətbiq edilərək, həmçinin müəssisənin "xxxx" MMC-yə satdığı mallara bazar qiyməti (İddiaçı MMC-nin təsisçi X8 eyni zamanda "xxxx" (VÖEN: **********) MMC təsisçidir. Vergi Məcəlləsinin 14.3.2-ci və 14.3.3-cü maddələrinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında aparıldıqda və 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə vergilər bazar qiymətini nəzərə almaqla hesablanır (müəssisə tərəfndən digər müəssiələrə satış qiyməti) tətbiq edilərək,əlavə dövriyyə hesablanmışdır. (hesablama cədvəlləri yoxlama materiallarına əlavə olunmuşdur). Uçotdan zay kimi silinmiş xammal və material məbləğləri müəssisə tərəfindən vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələrində (Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən) əks etdirilmişdir. Bu səbəbdən yoxlama zamanı aparılmış hesablamarda həmin məbləğlər nəzərə alınmışdır. Nəticədə, müəssisə tərəfindən 2017-ci il mart-dekabr ayları üzrə 3045929.10 manat, 2018-ci ildə 396081.81 manat, 2019-cu il yanvar-iyul ayları üzrə 4852165.37 manat, cəmi 8294176.28 manat ƏDV-nin az hesablanması müəyyən edilmişdir. Az hesablanmaya səbəb müəssisə tərəfindən ƏDV-yə cəlb olunan dövriyyənin düzgün göstərilməməsi olmuşdur. Beləliklə X11 aktından göründüyü kimi, yoxlama ilə müəssisənin fəaliyyəti üzrə əlavə olaraq hesablanmış ƏDV və mənfəət vergisinə dair dövriyyəyə səbəb uçotdan zay kimi silinmiş (2348.5 ton yağ) xammala görə yoxlayıcının özü tərəfindən müəyyən edilmiş istehsal həcmi (hazır məhsul) və alınan istehsal həcminə (hazır məhsula) bazar qiymətinin tətbiq edilməsi olmuşdur. Halbuki, yoxlayıcı tərəfindən hazırki X11 ilə müəyyən olunmuş dövriyyənin müəyyən edilməsi qaydası Vergi Məcəlləsinin 12, 45., 67., 83 və 159.5-ci maddələrindən və mühasibat uçotunda məhsulun maya dəyərinin kalkulyasiyasının prinsiplərindən fərqlilik təşkil edir. Belə ki, istehsal olunmuş məhsulun maya dəyərinə daxil edilməli olan xərclərin təsnifatına əsasən istehsal olunan məhsulun maya dəyəri kompleks xərc elementlərindən (xammal və materiallar; qaytarılmış tullantılar; texniki məqsədlər üçün yanacaq enerji və su; istehsal fəhlələrinin əsas əmək haqqı; istehsal fəhlələrinin əlavə əmək haqqı; sosial sığortaya ayırmalar; avadanlığın saxlanması və istismarı xərcləri, o cümlədən amortizasiya; ümumi sex xərcləri; ümumi zavod xərcləri; zay məhsul və itkilər; sair istehsalat xərcləri; əmtəəlik məhsulun tam maya dəyəri) ibarət olmasına baxmayaraq, yoxlayıcı tərəfindən məhsulun maya dəyərinə daxil edilməli olan xərclərin təsnifatına uyğun şəkildə istehsal həcmi müəyyən edilməmişdir. Həmçinin yoxlayıcı tərəfindən bu sahədə mütəxəssis rəyinə istinad edilmədən istehsal həcmi müəyyən edilmişdir. Göründüyü kimi, X11 aktında göstərilən qaydada vergiyə cəlb olunan dövriyyənin düzgünlüyünün Vergi Məcəlləsinin müvafiq maddələrinin tələblərinə əsasən əsaslı olması müəyyən edilmir. Digər tərəfdən, iş üzrə təqdim edilmiş 21 dekabr 2021-ci il tarixli, 9/8356 nömrəli ekspert rəyinə əsasən də, X11 aktında yoxlayıcı tərəfindən vergilərin hesablanması üçün müəyyən edilmiş istehsal həcmi və bazar qiyməti nəzərə alınmadan müəssisənin mühasibat sənədlərinə əsasən yoxlamanın əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan ƏDV-nin az hesablanmaması (yəni ƏDV üzrə əlavə hesablanmanın müəyyən edilməməsi), 139708.98 manat məbləğində mənfəət vergisinin, 82.78 manat məbləğində ödəmə mənbəyidən tutulan verginin az hesablanması, 2693.18 manat məbləğində əmlak vergisinin isə artıq hesablanması müəyyən olunduğundan, bununla da, artıq məhkəmə araşdırması zamanı mübahisəli qərarın qismən əsaslı olması öz təsdiqini tapdığından, iddia tələbi qismən təmin edilməklə, mübahisəli qərar 139708.98 manat mənfəət vergisi, 82.78 manat məbləğindən ödəmə mənbəyindən tutulan vergi hissəsində istisna olmaqla ləğv edilməlidir. Məhkəmə eləcə də, qeyd edir ki, cavabdeh 21 dekabr 2021-ci il tarixli, 9/8356 nömrəli ekspert rəyinə təqdim etdiyi mülahizəsində tərəflərindən vəsatət təqdim olunaraq, ekspertiza qarşısında “iddiaçı tərəfindən tərtib edilmiş istehsala yararsız məhsulların silinməsinə dair akt “Yeyinti məhsulları haqqında” 18 noyabr 1999-cu il tarixli, 759-İQ nömrəli Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə uyğun sənəd hesab edilmədiyi təqdirdə vergi ödəyicisinin vergi öhdəliyi nə qədər təşkil edilməsi” sualının qoyulmasına baxmayaraq, məhkəmə tərəfindən vəsatətdə qeyd edilmiş sualın nəzərə alınmamasını və hansı səbəbdən qoyulmadığını əsaslandırmadığını qeyd etsə də, bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehin təqdim etdiyi həmin sual ilkin ekspertizanın tədqiqat obyekti olduğundan, məhkəmə həmin sualın əlavə ekspertizada təkrar olaraq qoyulmasını zəruri hesab etməmişdir. Mülahizədə göstərilən digər dəlillər isə, hazırki mübahisənin predmetini təşkil etdiyindən və məhkəmə tərəfindən artıq hüquqi qiymət verildiyindən, məhkəmə yenidən həmin hallara qiymət verilməsini zəruri hesab etmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanununun 24-cü maddəsinin tələblərinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir; 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanununun 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə eləcə də qeyd edir ki, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 27 avqust 2021-ci il tarixli, 9/2862 saylı və 21 dekabr 2021-ci il tarixli, 9/8356 saylı ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri ümumilikdə 350 (üç yüz) manatdır və iddiaçıdan 300 (üç yüz) manat ekspertiza xərci tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi qismən təmin edilsin. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 02.11.2020-ci il tarixli, **********141327 nömrəli qərarı 139708,98 manat məbləğində mənfəət vergisi və 82.78 manat məbləğində ödəmə mənbəyindən tutulan vergi məbləği istisna edilməklə ləğv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat məbləğində pul İddiaçı MMC-dən Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22) xeyrinə tutulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar