Məhkəmə qərarları › İş №2-1(112)-5082/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5082/2025

07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5082/2025 07.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində hüquqların ölmüş şəxsə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1962-ci il tarixli 14 nömrəli protokoluna, Azərbaycan Respublikasının "İcarə haqqında” Qanununun 15.1 və Mülki Məcəllənin 178.6 maddələrinə əsaslanaraq, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 329/1074 nömrəli (1073 nömrəli bağ hissəsi daxil olmaqla), 1960-cı illərdə hərtərəfli hasarlanmış, məhkəmə prosesi zamanı cavabdeh tərəfindən ölçülmüş, 1962-ci ildən bu günə kimi yaşadıqları bağ sahənin əslində olan vəziyyətini nəzərə alaraq həmin bağ sahənin mərhum atası X7 məxsus olması barədə arayışın verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1962-ci il tarixli 14 nömrəli protokoluna əsasən, mərhum atası, X9 tərəfindən X11 ilə xx.xx.1962-ci il tarixli 43 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən mərhum atasının qanuni istifadəsinə Xəzər rayonu, Şüvəlan qəsəbəsində 329 saylı 0.53 ha olan bağ sahəsi icarəyə verilmisdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ( iş 2-1(103)-2992/2024 xx.xx.2024-cü il) Qərardadının 13-cü bəndində göstərilən "məlumat üçün bildirilir ki, göstərilən torpaq sahəsinin bir hissəsi 1073 nömrəli bağ sahəsinin yerinə uyğun gəlir”məlumatına əsaslanaraq tərəflərindən ərizənin mövzusunun dəyişdirilməsilə xx.xx.2024-cü il tarixli yeni ərizə ilə cavabdehə müraciət etmişdir. Lakin, cavabdehin mövqeyi dəyişdirilmədiyinə görə və hasar daxilində torpaq sahəsinin notariat qayadasında təsdiq edilmiş bölgü sxeminin təqdim edilməsi məqsədilə hazırki tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı **********, ********** və ********** nömrəli ərizələrlə İdarəyə müraciət etmiş **********42, **********92 və **********35 xaricolma nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçı tərəfindən təqdim edilən bağın icarəyə verilməsi barədə müqavilə surətdir. Həmçinin İdarənin arxivində 329 saylı torpaq sahəsinə dair X9 ilə bağlanılmış xx.xx.1962-ci il tarixli, 43 nömrəli müqavilənin qüvvəsini itirməsi barədə məlumat mövcuddur. Belə ki, torpaq sahəsinə sonradan “1074” nömrəsi verilərək hüquq sahibi ilə xx.xx.1987-ci il tarixli yeni müqavilə bağlanılmış, onun vəfatından sonra ərizə əsasında torpaq sahəsi X3 adına keçirilərək xx.xx.1996-cı il tarixli, 43 nömrəli müqavilə bağlanılmışdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İş üzrə şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2992/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən müəyyən edilmişdir ki: - İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə və üzərindəki tikiliyə çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1962-ci il tarixli 14 nömrəli protokolu üzrə Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 329 saylı 0,53 ha olan bağ sahəsinin mərhum X7 mülkiyyət hüququnun məxsus olmasına dair müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1202/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. - Sözügedən qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2992/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1202/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş, iddia tələbi mümkünsüz hesab edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi aşağıdakı kimi olmuşdur: “33. Hazırki iş üzrə iddiaçının hüquqi marağı Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1962-ci il tarixli 14 nömrəli protokolu üzrə Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 329 saylı 0,53 ha olan bağ sahəsinin mərhum X7 mülkiyyət hüququnun məxsus olmasına dair müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsidir.

34. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Şüvəlan qəsəbəsində yerləşən 0,25 ha olan 1074 nömrəli bağ sahəsinə dair son icarə müqaviləsi iddiaçının anası X5 adınadır. Belə ki, bağ sahəsinə dair bağlanılmış icarə müqavilələrindən də göründüyü kimi bağ sahəsinin icarədarı ilkin olaraq X9 olmuş, onun vəfatından sonra isə övladlarının razılıq ərizələri nəzərə alınmaqla bağ sahəsinin icarədarı X10 olmuşdur. Göründüyü kimi mübahisə predmetini təşkil edən 1074 nömrəli bağ sahəsi üzərində zamanında mərhum X6 hüquqları mövcud olsa belə, onun vəfatı ilə əlaqədar bu hüquq onun arvadı X1 ki, halhazırda bağ sahəsinə dair qüvvədə olan müqavilə də məhz sonuncunun adınadır.

35. İddiaçı isə X4 vərəsəsi olmadığından və bu barədə hüquqmüəyyənedici sənədi (vərəsəlik haqqında şəhadətnamə) mövcud olmadığından, həmçinin notaruis tərəfindən torpaq sahəsinə dair vərəsəlik işinin açılması və bununla bağlı cavabdeh inzibati orqana müraciət edilməsinə dair sübutlar olmadığından, eyni zamanda 1962-ci il tarixli icarə müqaviləsi öz hüquqi qüvvəsini itirdiyindən, iddiaçının hazırkı tələb üzrə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Odur ki, həmin müqavilə əsasında torpaq sahəsinin mərhuma məxsus olması barədə arayışın verilməsi istisna olunur.

36. İş materiallarına əsasən müəyyən olunur ki, Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu. Şüvəlan bağ massivində 329 (yeni nömrə ilə 1074) saylı bağ sahəsinin hər hansı şəxsin mülkiyyəti kimi qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir

37. Beləliklə, göstərilənlərdən aydın olur ki, iddia tələbinin predmeti olan bağ sahəsinin iddiaçının mülkiyyətində olmasına dair hal-hazırda qüvvədə olan mötəbər hüquqmüəyyənedici sənədi mövcud deyildir. Odur ki, iddiaçının hazırki iddia tələbini irəli sürməyə hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur.” Göründüyü kimi, tərəflər arasındakı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında artıq bir dəfə hüquqi qiymət verilmiş və qanuni qüvvəsini almış məhkəmə qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Həmçinin qeyd edilməlidir ki, iddiaçının hazırki tələbinin hüquqi əsası ilə bağlı, mövcud olan, məhkəmə qərardadı ilə qiymət verilməmiş, işin hallarından kənara çıxan hər hansı bir yeni hal müəyyən edilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə tərəflər arasındakı mübahisəyə əvvəllər inzibati məhkəmə icraatında artıq hüquqi qiymət verilərək bununla bağlı məhkəmə qərarı olduğundan, Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğundan iddia tələbi mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki: 15.1-ci bəndinə əsasən, məhkəmələrə tövsiyyə edilsin ki, işlərə baxarkən prosesin tərəfləri və onların prosesdə təmsil olunmaları ilə bağlı İPM-in müddəalarına əməl olunmasına ciddi diqqət yetirsinlər; 15.2-ci bəndinə əsasən - tərəfin həm inzibati prosessual hüquq qabiliyyətinə, həm də mülki və ümumi hüquq normalarına uyğun olaraq fəaliyyət qabiliyyətinə malik olub-olmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilib-edilmədiyi aydınlaşdırılmalıdır (İPM-in 25 və 26-cı maddələri), tərəfin həm mülki, həm də prosessual hüquq və fəaliyyət qabiliyyətinə malik olub-olmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilibedilmədiyi aydınlaşdırılmalıdır. 15.3-cü bəndinə əsasən - prosesin davam etdirilməsinə imkan verməyən bu qəbildən olan pozuntuların mövcudluğu aşkar edildikdə, məhkəmələr yardım etmək vəzifəsinə əməl etmək şərtilə iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 15.4-cü bənində əsasən - İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz; 15.5-ci bəndinə əsasən - İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.; 15.6-cı bəndinə əsasən - qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq

QƏRARA ALDİ:

İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar