Məhkəmə qərarları › İş №2-1(112)-5084/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5084/2020

15.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5084/2020 15.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X1, üçüncü şəxsAzərbaycan Respublikası Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X6 X4 üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşıAzərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 X4 idarəsi (hazırda Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X6 X4 üzrə Mərkəzi Filialı) inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “yeni məlumat vərəqəsinin təqdim edilməsi”tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 X4 idarəsi (hazırda Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X6 X4 üzrə Mərkəzi Filialı və bundan sonra mətndə DSMF X4 üzrə Mərkəzi Filialı) inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “yeni məlumat vərəqəsinin təqdim edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun əmək pensiyası məbləğinin vəzifə maaşına, büdcədənkənar fonddan əmək haqqına tətbiq olunan əlavənin 60 faiz məbləğində artımlar barəsində müvafiq məlumat vərəqəsinin hazırda DSMF X4 üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1993-cü ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində işə qəbul edilmiş, xx xxxx 2015-ci ildə Xaçmaz Gömrük İdarəsinin (indiki Şimal Ərazi Baş Gömrük İdarəsi) Təhqiqat Bölməsinin rəisi vəzifəsindən pensiya hüququ ilə vəzifəsindən azad olunmuşdur. Onun xüsusi rütbəsi olmaqla, 22 təqvim ilindən artıq iş stajı vardır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli, 388 №-li Fərmanı ilə Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizi (sonradan xx xxxxxx 2016-cı il tarixli, 810 №-li Fərmanla xx xxxx 2016-cı il tarixdən 50 faizi və xx xxxxxx 2017ci il tarixli, 1207 №-li Fərmanla xx xxxxxx 2017-ci il tarixdən etibarən isə 60 faizi) Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına uyğun ödənilən əlavələr və digər əlavələr kimi daxil edilmişdir. Onun pensiya təyinatı üçün məlumat vərəqi DGK-dan DSMF-nun X4 İdarəsinə təqdim olunarkən vəzifə maaşına artırılan büdcədənkənar fondundan əmək haqqına tətbiq olunan əlavə artımlar nəzərə alınmadan, yəni 25 faiz hesablanmışdır. Hazırda qeyd olunan əlavə 60 faiz nəzərdə tutulduğundan əmək pensiyası hesablanarkən bu məbləğ əsas götürülməlidir. Lakin onun üçün bu məbləğ hesablanmamışdır. Ona görə də əhəmiyyətli dərəcədə az pensiya alır. Onun “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 3-cü bəndinə əsasən pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə komitə sədrinin müvafiq əmrinə əsasən gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1207 saylı Fərmanına, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanuna və onun 22 təqvim ilindən artıq xidmət edərək yaşa görə pensiya hüququ qazandığı üçün qüvvədə olan “Əmək pensiyaları” haqqında Qanunun 26.3-cü, 32.1-1-ci maddələrinə uyğun olaraq gömrük orqanı əməkdaşlarının aylıq vəzifə maaşına edilən büdcədənkənar ödənişlərin (hazırda 60 faiz) və digər əlavələrin təminat xərcliyinə (pul təminatına) hesablamaqla yeni məlumat vərəqəsinin DSMF X4 üzrə Mərkəzi Filialına göndərilməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət etmiş, müraciətinə cavab olaraq bildirilmişdir ki, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi DSMF-ninsəlahiyyətlərinə aid edilmişdir. Lakin DSMF X4 üzrə Mərkəzi Filialı cavabında bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 135 №-li qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi hərbi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların (bu halda Dövlət Gömrük Komitəsi) müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin olunması üçün Fondun X4 İdarəsinə təqdim edilir. Hesab edir ki, cavabdeh kimi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin həmin cavabı əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə və üçüncü şəxsə təqdim edilmiş və cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin sərəncamı ilə bağlı cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, İddiaçı Komitə sədrinin 01,06.2015-ci il tarixli əmri ilə "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 120-ci maddəsinin 3-cü bəndinə əsasən gömrük orqanlarında xidmətlərinə xitam verilmişdir. Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 768-İQ N-li Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında Əsasnamənin 113-cü maddəsinə əsasən gömrük orqanlarında xidmət etmiş vəzifəli şəxslərin və onların ailə üzvlərinin pensiya təminatı "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 768-İQ №-li Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 93-cü maddəsinə əsəsən gömrük orqanlarının vəzifəli şəxslərinin əmək haqqı vəzifə maaşlarından, xüsusi rütbələrə, fasiləsiz xidmət illərinə, elmi dərəcəyə görə əlavələrdən, habelə natural şəkildə verilməyən ərzaq payının dəyərindən və qanunvericilikdə nəzərdə tutulan digər əlavələrdən ibarətdir. “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 388 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizinin (sonradan xx.xx.2016-cı il tarixli 810 nömrəli Fərmanla 50 faizinin və xx.xx.2017-ci il tarixli 1207 nömrəli Fərmanla isə 60 faizinin) Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına nəzərdə tutulmuş əlavələr yuxanda qeyd olunan Əsasnamədə nəzərdə tutulan digər əlavələrə daxildir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 388 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60 faizinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunması nəzərdə tutulmuşdur. Yuxanda qeyd olunan Fərmanın 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1997-ci il tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları”nı bu Fərmana uyğunlaşdırmaq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1997-ci il tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları”na müvafiq əlavə və dəyişikliklər edilərək, büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60 faizinin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə yönəldilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 437 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən hazırlanmışdır. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən vəsait Komitənin işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, gömrük orqanlarının, Komitənin tabeliyində olan qurumların maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə, habelə gömrük işi sahəsində elmi-texniki potensialın artırılmasına, elmi tədqiqat işlərinin, o cümlədən gömrük tənzimlənməsi vasitələrinin tətbiqi ilə bağlı tədqiqatların aparılmasına, beynəlxalq təcrübədə qəbul edilən yeni metod və üsulların öyrənilməsinə sərf olunması məqsədi ilə Komitənin hesabına köçürülür. Həmin Qaydanın 1.3-cü bəndinə əsasən vəsaitin 60 (altmış) faizi Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir. Həmin Qaydanın 5.1 -ci bəndinə əsasən mükafatdan və aylıq vəzifə maaşına əlavədən gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa uyğun tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 437 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”na əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2018-ci il tarixli 100/123 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2011 -ci il tarixli 002 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin büdcədənkənar inkişaf fondundan xüsusi rütbəsi olan əməkdaşlarına və mülki işçilərinə əlavənin ödənilməsi haqqında” Təlimat ləğv edilmiş və “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitdən xüsusi rütbəsi olan əməkdaşlarına və mülki işçilərinə əlavənin ödənilməsi haqqında Təlimat” təsdiq edilmişdir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xx.xx.2018-ci il tarixli 100/123 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitdən xüsusi rütbəsi olan əməkdaşlarına və mülki işçilərinə əlavənin ödənilməsi haqqında Təlimat” Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitdən xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin ödənilməsi şərtlərini və qaydasını müəyyən edir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xx.xx.2018-ci il tarixli 100/123 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitdən xüsusi rütbəsi olan əməkdaşlarına və mülki işçilərinə əlavənin ödənilməsi haqqında Təlimafın 1.4-cü bəndinə və bu Təlimata əsasən aylıq vəzifə maaşlarına ödənilən əlavə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərciiyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 2-ci bəndinə uyğun olaraq təminat xərcliyinə daxil edilir. Yuxanda qeyd olunanlarla bağlı bildirilir ki, əmək haqqına əlavələrin hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 437 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydasına əsasən Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərin həcminə uyğun həyata keçirilir və həmin vəsaitlərin həcmi idxal-ixrac əməliyyatlarının həcmindən asılı olduğu üçün hər ay dəyişir, tətbiq olunan əmsal stabil olmur. Göründüyü kimi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2018ci il tarixli 100/123 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitdən xüsusi rütbəsi olan əməkdaşlarına və mülki işçilərinə əlavənin ödənilməsi haqqında Təlimafa əsasən aylıq vəzifə maaşlarına ödənilən əlavə əmək haqqı barədə məlumatın, yəni Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 810 nömrəli Fərmanı ilə 50 faizinin və xx.xx.2017-ci il tarixli 1207 nömrəli Fərmanı ilə isə 60 faizinin sabiq əməkdaş İddiaçı təminat xərcliyinə daxil edilməsi qeyri-mümkündür. Beləliklə iş materiallarından göründüyü kimi İddiaçı təqaüdə çıxarkən yuxarıda qeyd olunan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 810 nömrəli və xx.xx.2017-ci il tarixli 1207 nömrəli Fərmanlarından əvvəl xidmətinə xitam verilmiş və təminat xərcliyinə daxil olan nəzərdə tutulmuş (müvafiq olaraq 50 faiz və 60 faiz) vəzifə maaşına yuxarıda qeyd olunan sonrakı artımları xidmətdən buraxıldığı gün almamış və eyni zamanda qanunvericiliklə nəzərdə tutulmuş sığorta ödənişləri Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi yanında Dövlət X9 köçürülməmişdir. Belə ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 19-cu və 20-ci maddələrində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir. Eyni zamanda məlumat üçün bildirilir ki, yuxarıda qeyd olunan Qanunun 29,3-cü maddəsinə əsasən əmək pensiyasının indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü yarımbəndinə əsasən Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi) tərəfindən həyata keçirilir. Göründüyü kimi İddiaçı xidmətinə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 810 nömrəli və 24 01.2017-ci il tarixli 1207 nömrəli Fərmanlarından əwəl xitam verildiyindən, o, pensiyaya çıxdığı gün həmin Fərmanlarla müəyyən edilmiş (müvafiq olaraq 50 faiz və 60 faiz) əlavələri almadığından onun pensiyasının qeyd edilən fərmanlara əsasən yenidən hesablanması üçün yeni məlumat vərəqəsinin verilməsi mümkün deyildir. Odur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi T.Həsənov etiraz ərizəsində göstərilən məzmunda çıxış edərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi M.Həsənov iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin və üçüncü şəxsin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki,iddiaçının iddiа tələbi təmin edilməməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, iddiaçıxx.xx.1966-cı ildə Lerik rayonu, Ordahal kənində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır (AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsi).O, xx.xx.1983-cü ildə M.P.Bagirov adına üzümçülük sovxozuna fəhlə təyin edilmiş, xx.xx.1984-cü ildə ordu sıralarına getdiyi üçün işdən azad edilmişdir. xx.xx.1987-ci ildən xx.xx.1987-ci ilə qədər zavodda fəhlə işləmiş, xx.xx.1987-ci ildə Bakı Dövlət Universitetinə daxil olmuş, xx.xx.1992-ci ildə oranı bitirmişdir. xx.xx.1993-cü ildən xx.xx.2015-ci ilə qədər Samur gömrük postunda müxtəlif vəzifələrdə işləmiş və xx.xx.2015-ci ildə xidmət illərinə görə vəzifəsindən azad edilmişdir (ИТ-İ seriyalı ******* saylı əmək kitabçası). İddiaçıya aid pensiya işinin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən xx.xx.2015-ci il tarixli məktubla İddiaçı barəsində tərtib edilmiş “Məlumat vərəqəsi” DSMF Hərbi Qulluqçular və X5 iş Departamentinə göndərilmiş, Departament tərəfindən xx.xx.2015-ci il tarixli qərarla İddiaçı xx.xx.2015-ci il tarixdən yaşa görə ömürlük əmək pensiyası təyin olunmuşdur. İddiaçı hazırki tələblə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ərizə ilə müraciət etmiş, onun müraciətinə cavab olaraq bildirilmişdir ki, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən digərinə keçirilməsi və ödənilməsi DSMFnin səlahiyyətlərinə aid olunduğundan həmin idarəyə müraciət etməsi məqsədəmüvafiq hesab edilir. Daha sonra iddiaçı eyni tələblə DSMF-yə müraciət etmiş, müraciətinə cavab olaraq ona bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fondun X4 İdarəsinə təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar da həmin orqanlar tərəfindən İdarəyə göndərilməlidir. Göründüyü kimi, əmək pensiyasının məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması üçün təminat xərcliyində baş verən dəyişikliklər barədə müvafiq məlumatlar sonuncu xidmət keçdiyi orqandan İdarəyə daxil olmalıdır. Qeyd olunanlara əsasən ərizədə qeyd edilən büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitə görə vəzifə maaşına əlavənin yenidən hesablanması məsələsinə sonuncu xidmət keçdiyi orqandan İdarəyə məlumatlar daxil olduqdan sonra baxıla bilər. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı)- hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir; Həmin Qanunun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara- Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi- orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi yanında Dövlət X9 təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir.Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenimunun xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Məhkəmə qeyd edir ki, işin faktiki hallarına əsasən iddiaçı gömrük orqanlarında xidmətdən ehtiyata xx.xx.2015-ci il tarixdən buraxıldığına görə onun təminat xərcliyi qanunvericiliyə əsasən xidmətdən buraxıldığı günə aldığı miqdarda olan aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:..2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki iddia tələbi əsassız olduğu üçün təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar