Məhkəmə qərarları › İş №2-1(112)-5089/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5089/2021

25.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5089/2021 25.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X21 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı cavabdeh Sabunçu rayon Polis İdarəsinə qarşı X14 və X9 məhkəmə icraatına 3cü şəxs qismində cəlb olunmaqla “qeydiyyatdan çıxarılması” barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçıcavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxs X8 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ev 11, mənzil 35 ünvanından pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Sabunç rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, hal-hazırda yaşadığı Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ev 11, mənzil 35 ünvanında yerləşən və pasport qeydiyyatında olduğu mənzil mənzilin əvvəlki sahibi X12 ilə 1995-cil 26 dekabr tarixində notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında onun mülkiyyətinə keçirilmişdir. Daha sonra 07 fevral 1996-ci ildə mənzil Bakı şəhər İH Tİ və MHQİ tərəfindən verilmiş Qeydiyyat vəsiqəsi əsasında onun adına rəsmləşdirilmişdir. Alqı-satqı əməliyyatından sonra, mənzilə aid olan və əsli ərazi 81 Saylı MKİS-nin müvafiq bölməsində saxlanılan "Qeydiyyat vərəqəsi" və "Mənzil vərəqəsi" sənədlərində edilmiş qeydlərdən göründüyü kimi Məmmədova Nina və onun ailə üzvləri (3 nəfər), o cümlədən X5 Fərid Ələkbər oğlu 01 oktyabr 1996-cı il tarixində mənzildən pasport qeydiyyatından çıxarılmışlar. Bu barədə qeydlər əks olunmuşdur. Məsələnin həll olunması ilə bağlı olaraq iddiaçı 10 mart 2021-ci il tarixində Bakı şəhər Sabunçu rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Sabunçu rayon Polis İdarəsindən müraciətinə 16 mart 2021-ci il tarixli məktubu ilə imtina cavabı verilmiş və qeyd edilmişdir ki, yalnız Məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5089/2021 saylı, 18 mart 2021-ci il tarixli qərardadı ilə X15 iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və cavabdehə və 3-cü şəxsə iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh və 3-cü şəxs tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi 13.04.2021-ci il tarixli 073-14308 nömrəli məktubla müraciət edərək, şifahi məhkəmə baxış iclasının onların polis idarəsinin iştirakı olmadan keçirilməsinə və qərar çıxarılmasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçı 06 dekabr 1995-ci il tarixdə X12 ilə bağlanmış alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ev 11, mənzil 35 saylı mənzili almışdır. Hazırda iddiaçı 3-cü şəxs X10 mənzildən qeydiyyatdan çıxarılmasını tələb edir ki, bunu da həmin şəxsn qeydiyyatının formal olması ilə əsaslandırır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli 25.02.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı başqa X15 və X9 Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ev 11, mənzil 35 saylı mənzildə qeydiyyatdadırlar. İşdə olan Sabunçu rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 16.03.2021ci il tarixli, 073-10399A-3221 saylı məktubda qeyd edilmişdir ki, yuxarıda göstərilən ünvandan (ünvan 3iyyatda olan X10 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması ilə əlaqədar “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsində qeyd olunur ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ev 11, mənzil 35 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətinə keçirilmişdir. Qeydəalma Reyestr kitabının 513-cü nömrəli səhifəsində 76732 nömrəsi ilə 07 fevral 1996-ci il tarixində qeydə alınmışdır. İş materiallarında olan, 01 oktyabr 1996-cı il tarixli Forma A Qeydiyyat vərəqəsindən görünür ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ev 11, mənzil 35 ünvanından X15 qeydiyyatdan çıxarılsa da, sonradan inzibati orqan tərəfindən bu həyata keçirilməmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışından (daşınmaz əmlakın reyestr nömrəsi **********28-05101-093046) görünür ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ev 11, 35 saylı mənzil paylı mülkiyyət hüququ üzrə İddiaçı və X7 məxsusdur. 3-cü şəxs X9 tərəfindən verilmiş 25 may 2021-ci il tarixli razılıq ərizəsində qeyd olunmuşdur ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ev 11, mənzil 35 ünvanında 01 oktyabr 1996-cı ilədək pasport qeydiyyatında qalan və mənzilin əvvəlki sahibi X1 Fərid Ələkbər oğlunun qeydiyyatdan çıxarılması ilə bağlı atası İddiaçı iddia tələbinə dair iş üzrə iddiasına razıdır və X10 Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ev 11, mənzil 35 ünvanından pasport qeydiyyatından çıxarılmasına etiraz etmir. Məhkəmə araşdırılması zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə sorğu göndərilmiş, sorğuya 21 aprel 2021-ci il tarixli, **********87 saylı cavab məktubunda qeyd edilmişdir ki, hazırda Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ev 11, mənzil 35 ünvana dair İddiaçı adına qeydiyyata alınmasına əsas olmuş müvafiq alqısatqı müqaviləsinin və onun adı ilə bağlı tərtib edilmiş seriya 245500 saylı çıxarışın təsdiqlənmiş surəti mövcuddur. X10 mənzil üzərində istifadə hüququnun qeydiyyata alınmasına dair məlumat idarənin arxivində aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə göndərilmiş sorğuya cavab olaraq 13 aprel 2021-cil tarixli, 018-4661-1221 saylı cavab məkubunda qeyd edilmişdir ki, 27 aprel 1980-ci il təvəllüdlü X10 Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ev 11, mənzil 35 ünvanına qeydiyyata düşməsinə əsas olan sənədlərin saxlanma müddəti bitdiyinə görə onlar məhv edilmişdir. 03.06.1956-cı il təvəllüdlü İddiaçı, 22.02.1994-cü il təvəllüdlü X13 və X9 yaşayış yeri üzrə qeydiyyatdadırlar. Beləliklə, Məhkəmə qənaətə gəlmək üçün aşağıdakı qanunvericilik normalarına istinad edir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. İşin hallarından məlum olur ki, hazırki işin mübahisə predmetini təşkil edən Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ev 11, mənzil 35 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı və X4 mülkiyyətindədir. Həmin mənzilə dair üçüncü şəxsin istifadə hüququ, həmçinin onun qeydiyyata düşməsi barədə hüquqmüəyyənedici sənədlər mövcud deyildir. Həmçinin, satıcı iddiaçıya mənzili satan zamanı üçüncü şəxslərin hüquqlarından azad əmlak verməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Forma A qeydiyyat vəsiqəsindən görünür ki, X11 01 oktyabr 1996-cı il tarixdən qeydiyyatdan çıxarılması barədə məlumat olsa da icra edilməmişdir. İddiaçı Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin inzibati orqan əsassız olaraq iddiaçının tələbinin yerinə yetirilməsindən imtina etmişdir. Hazırkı mübahisədə həqiqətən də şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Məhkəmə belə hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdə qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Belə olan təqdirdə Məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin üçüncü şəxsin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmasından imtina etməsi İddiaçı hüquqlarının pozulmasına səbəb olmuşdur. Beləliklə, Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, X15 Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ev 11, mənzil 35 saylı mənzildən qeydiyyatdan çıxarılma vəzifəsi cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cü, 68-ci, 69-cu, 85-ci,10-cu mаddələrini rəhbər tutаrаq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ev 11, mənzil 35 ünvanından üçüncü şəxs X10 qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakıİ nzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar