Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5089/2024 04.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsi, “Çiçək” bağçılıq təsərrüfatı tərəfindən ayrılmış 500 kv.m torpaq sahəsi olan 49 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona Bakı Ağac Yonqarları Zavodunun Həmkarlar Komitəsinin “Çiçək” X2 Heyətinin 09 iyun 1999-cu il tarixli protokolu ilə ünvan 2 ünvanda yerləşən sahəsi 500 kv.m olan bağ sahəsi ayrılmışdır. Ona 49 saylı bağçının üzvlük kitabçası verilmişdir. Üzvlük kitabçası bağçılıq cəmiyyəti üzvlərinin xx.xx.1999-cu il tarixli 16/5 nömrəli protokoluna əsasən bağçılıq cəmiyyəti tərəfindən verilmişdir. Həmin torpaq sahəsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Torpq və Xəritəçəkmə Komitəsinə müraciət edərək xx.xx.2011-ci il tarixdə torpaq sahəsinin planıvə ölçüsü sənədini əldə etmişdir. Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmişdir ki, Binəqədi rayonu, Sulu-təpə qəsəbəsində Bakı şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli 1/25 saylı qərarı və “Çiçək” b/y-nın xx.xx.1999-cu il tarixli protokolu ilə 500 kv.m ahəsi olan 49 saylı bağ evi tikintisi üçün torpaq sahəsi İddiaçı adına ayrılmışdır. Torpaq sahəsi X6 kitabında xx.xx.2011-ci il tarixdə 29374 nömrə ilə uçota alınmışdır. Qeyd etdiklərindən də, göründüyü kimi, torpaq sahəsi X5 qeydə alınmış və ona torpaq sahəsinin planı və ölçüsü təqdim edilmişdir. O, torpaq sahəsinin dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2023-cü il tarixli məktubla imtina edilmişdir. İmtinada bildirilmişdir ki, İdarənin arxivində mövcud olan “Çiçək” bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında adı aşkar olunmamışdır. Bundan əlavə göstərilən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin, torpaq sahəsinin sərhəddindən diametri 200 mm olan yerüstü qaz boru xətti keçir. “Elektrik şəbəkələrinin mühafizə qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli qərarı ilə tənzimlənir. Məktubda həmçinin göstərilmişdir ki, bu məktub daşnmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina sayılmır. O, yenidən xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət etmiş, lakin, bu günə qədər cavab ala bilməmişdir. Yuxarıda qeyd olunanlardan da, göründüyü kimi, ona torpaq sashəsi qanuni əsaslarla ayrılmış və həmin torpaq sahəsi Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Kmitəsi tərəfindən X6 Kitabında qeydə alınmışdır. Hesab edir ki, ona dövlət reyestrindən çıxarış verilməlidir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli xx.xx.2023-cü il tarixli, ********** nömrəli xx.xx.2023-cü il tarilxi ərizələr ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tairxli **********57 xaricolma nömrəli, xx.xx.2023-cü il tarixli **********67 xaricolma nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, İdarənin arxivində mövcud olan “Günəş” bağçılıq-yoldaşlığı təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin 243 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin, torpaq sahəsinin sərhədindən diametri 200 mm olan yerüstü qaz boru kəməri keçir. Əlavə olaraq, ayrıc aktı və bağçılıq-yoldaşlığı təsərrüfatının bölgü sxemi olmadığından bağ sahəsinin yerləşməsini araşdırmaq mümkün olmamışdır.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmsını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-KO1xx-xx/2023 **********57 nömrəli məktubla imtina edilmişdir.
8. “Çiçək” Bağçılıq Yoldaşlığının ““Çiçək” bağçılıq təsərrüfatına üzvlüyünün dəyişdirilməsi haqqında” 09 iyun 1999-cu il tarixli protokolundan çıxarışa əsasən, bağçılıq təsərrüfatının üzvü Həbibov Daşdəmir ərizə ilə İdarə Heyətinə müraciət edərək xahiş etmişdir ki, bağçılıq təsərrüfatında ona məxsus olan torpaq sahəsində əkin və tikinti işləri apara bilmədiyi üçün həmin torpaq sahəsinin qohumu İddiaçı Sadiq oğlunun istifadəsinə verilməsi təmin edilsin. Gündəlik məsələ ətrafında müzakirədən sonra Bakı Ağac Yonqarlar X3 Komitəsinin “Çiçək” X2 heyəti ilə birgə müşavirəsi qərara almışdır ki, “Çiçək” bağçılıq təsərrüfatının üzvü Həbibov Daşdəmirin xahişi nəzərə alınaraq ona məxsus olan 49 nömrəli torpaq sahəsi daimi olaraq qohumu İddiaçı Sadiq oğlunun istifadəsinə verilsin.
9. “Çiçək” bağçılıq yoldaşlığının 49 nömrəli üzvlük kitabçasına əsasən Bağçılıq Cəmiyyəti üzvlərinin xx.xx.1999-cu il tarixli 16/5 nömrəli protokolundan çıxarışa əsasən İddiaçı Sadiq oğlu bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş, “Sulu-Təpə” “Çiçək” bağçılıq yoldaşlığı cəmiyyəti bağından sahəsi 500 kv.m olan 49 nömrəli bağ sahəsi İddiaçı istifadəsinə ayrılmışdır.
10. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsində İddiaçı Sadiq oğluna Bakı şəhəri XDS İK-nin xx.xx.1988ci il tarixli 1/25 saylı qərarı və “Çiçək” b/y-nin xx.xx.1999-cu il tarixli protokoluna əsasən 500 kv.m sahəsi olan 49 saylı bağ evi tikintisi üçün torpaq sahəsi ilə bağlı A seriyalı 379550 nömrəli planölçü sənədi tərtib edilmişdir. X6 kitabında xx.xx.2011-ci il tarixdə 29374 nömrə ilə uçota alınmışdır.
11. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-3- 30/2-8701/2024 **********01 nömrəli məktubla “Çiçək” bağçılıq yoldaşlıq birliyinin arxiv qovluğunda mövcud olan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əlavə edilmiş bağçılıq yoldaşlıq birliyinin üzvlərinin siyahısında bağ sahəsinin iddiaçıdan əvvəlki sahibi Daşdəmir Həbibovun adı 11-ci sırada qeyd edilmişdir.
12. Məhkəmənin sorğusuna əsasən "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 13-13/2-1/16-15703/2024 nömrəli məktubla bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulu- Təpə bağlar massivində yerləşən 49 saylı torpaq sahəsi 6 kV-luq elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
14. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
17. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
18. Məhkəmə işdə iştirak edən ididaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
19. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
20. İşin hallarından göründüyü kimi, “Çiçək” X1 Heyətinn xx.xx.1999-cu il tarixli protokoluna əsasən “Çiçək” Bağçılıq-Yoldaşlıq Birliyinin “Sulu-Təpə” yaxınlığındakı ərazisində yerləşən, sahəsi 500 kv.m olan 49 saylı bağ sahəsi əvvəlki sahibi Daşdəmir Həbibovun razılığına əsasən hazırki iş üzrə İddiaçı Sadiq oğluna verilmişdir. Buna dair İddiaçı adına üzvlük kitabçası verilmişdir. İddiaçı həmin bağ sahəsinə dair hüquqların qeydiyyata alınması barədə ilk öncə cavabdehə sonra isə məhkəməyə müraciət etmişdir.
21. Cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsi ayrılması barədə protokoldan çıxarış və üzvlük kitabçası mübahisələndirilməmişdir.
22. Belə ki, cavabdehin iddiaçıya bağ sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinasının əsası kimi İdarənin arxivində saxlanılan “Çiçək” Bağçılıq-Yoldaşlıq Birliyinin üzvlərinin siyahısında iddiaçının adının aşkar olunmamasına istinad edilmişdir.
23. Məhkəmə cavabdehin imtinasında və etirazında göstərilən dəlillərlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
24. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh İdarənin arxivində olan ilkin siyahıda iddiaçının adı olmasa da, razılığına əsasən iddiaçıya ayrılmamışdan öncə bağçılığın üzvü olmuş D.Həbibovun adı 11-ci sırada qeyd edilmişdir. Bundan əlavə, həmin bağ sahəsinə dair əvvəlki Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, hazırki halda isə həmin idarənin hüquqi varisi kimi cavabdehin özü tərəfindən xx.xx.2011-ci il tarixli A seriyalı 379550 nömrəli Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Lakin, cavabdeh tərəfindən işin halları tam araşdırılmayaraq, nə bağçılıq üzvlərinin siyahısına qiymət verilməmiş, nə də, cavabdeh idarə tərəfindən torpaq sahəsinə plan-ölçü sənədinin verilməsi nəzərə alınmamışdır.
25. Torpaq sahəsinin elektrik xəttinin mühafizə zonasında yerləşməsinə və torpaq sahəsinin sərhəddindən diametri 200 mm olan yerüstü qaz boru xəttinin keçməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin torpaq sahəsinin elektrik və qaz xəttinin mühafizə zonasında yerləşməsi iddiaçının mübahisəli bağ sahəsi üzərində hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz.
26. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 7-ci bəndinə əsasən, torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır.
28. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin və qaz xəttinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər.
29. Göründüyü kimi, cavabdehin dəlilləri əsassız olmaqla iddiaçıya məxsus hüququn qeydə alınmasından imtina üçün əsas ola bilməz.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulubqoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının fərmanları, aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azəbraycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 13.1-ci maddəsinə əsasən məhkəmə mübahisələri Azəbraycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azəbraycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. 13.2-ci maddəsinə əsasən məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir.
31. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.
32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
34. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
35. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə bağlar massivində yerləşən 49 saylı, 500 kv.m bağ sahəsinə dair İddiaçı Sadiq oğlunun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva