Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5091/2023 02.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək Kəlbəcər rayon musiqi məktəbində və xx.xx.1978-ci tarixindən xx.xx.1993-cü il tarixinədək Kəlbəcər rayon incəsənət məktəbində həmçinin xx.xx.1993-cü il tarixindən xx.xx.2003-cü il tarixinədək Kəlbəcər rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində 7 illik uşaq incəsənət məktəbində işləməyini sığorta stajına daxil edilməklə pensiyanı yenidən hesablanması cavabdehin üzərinə qoyulması” iddiа ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: I. Mübahisənin predmeti
1. İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək Kəlbəcər rayon musiqi məktəbində və xx.xx.1978-ci tarixindən xx.xx.1993-cü il tarixinədək Kəlbəcər rayon incəsənət məktəbində, həmçinin xx.xx.1993-cü il tarixindən xx.xx.2003-cü il tarixinədək Kəlbəcər rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində 7 illik uşaq incəsənət məktəbində işləməyini sığorta stajına daxil edilməklə pensiyanı yenidən hesablanması cavabdehin üzərinə qoyulması barədə qərar qəbul еdilməsini хаhiş еtmişdir.
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdən ona 393,90 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir.Cavabdeh xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək Kəlbəcər rayon musiqi məktəbində və xx.xx.1978-ci tarixindən xx.xx.1993-cü il tarixinədək Kəlbəcər rayon incəsənət məktəbində həmçinin xx.xx.1993-cü il tarixindən xx.xx.2003-cü il tarixinədək Kəlbəcər rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində 7 illik uşaq incəsənət məktəbində işlədiyi dövrü iddiaçının sığorta stajına daxil etməmişdir. Bununda səbəbi arxiv sənədləri işğal zonasında qaldığından, həmin dövrlərdə əmək haqqı alıb-almamağı müəyyən etmək mümkün olmadığı göstərilmişdir. İddiaçı hesab edir ki onun sosial təminat hüququ cavabdeh tərəfindən pozulmuşdur. İddiaçı tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh iddiaya etirazını təqdim edərək göstərmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən, əmək fəaliyyəti dövrü o cümlədən, hərbi xidmətdə olduğu dövr nəzərə salınmaqla xx.xx.2006-cı il tarixədək 4 il 8 ay sığorta stajı (25 ilə çatdırmaqla) və xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3733,81 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanmış xx.xx.2022-ci il tarixdən 400,43 manat müəyyən edilmişdir.”Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci il 1 iyul tarixinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Milli arxiv idarəsinin Kəlbəcər rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən iddiaçının işlədiyini iddia etdiyi xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Kəlbəcər rayon musiqi məktəbinin və xx.xx.1978-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Kəlbəcər rayon incəsənət məktəbinin arxiv sənədləri işğal zonasında qaldığından həmin illərdə əməkhaqqı alıb-almadığını müəyyən etmək mümkün olmadığı üçün sığorta stajına daxil edilməmişdir. İddiaçının əməkhaqqı alması sübuta yetirilmədiyindən, həmin illər iş stajına daxil edilərək iddiaçıya DSMF tərəfindən əmək pensiyasının yenidən hesablanmasının heç bir hüquqi əsası yoxdur. Eyni zamanda, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2003-cü il tarixədək işlədiyi Kəlbəcər rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində 7 illik uşaq incəsənət məktəbinin əməkhaqqı cədvəllərində soyadı Şirinov kimi qeyd olunduğundan həmin illərin sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Hazırki iş üzrə məsələyə hüquqi qiymət verilməsi ümumi məhkəmənin yurisdiksiyasına aid olduğundan işə inzibati məhkəmədə baxıla bilməz. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
II. İddianın növü və mümkünlüyü
4. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
III. Məhkəmə iclasında iştirak edən tərəflərin izahatları.
5.Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsindəki məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
IV. İş materiallarında olan sənədlər:
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 04 noyabr 2022-ci il tarixli, **********4 nömrəli “Yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında” məktubuna əsasən bildirilmişdir ki, iddiaçının əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci il tarixinədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 4 il 8 ay sığorta stajı (25 ilə çatdırılmaqla) və xx.xx.2006-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 37333,81 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanmış və xx.xx.2022-ci il tarixindən 400,43 manat müəyyən edilmişdir. Təqdim edilmiş əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək və xx.xx.1993-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək dövrlərin araşdırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Kəlbəcər rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən xx.xx.1974-cü il tarixinədək Kəlbəcər rayon musiqi məktəbinin və xx.xx.1978-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək Kəlbəcər rayon incəsənət məktəbinin arxiv sənədləri işğal zonasında qaldığından həmin illərdə əməkhaqqı alıb-almamasını müəyyən etmək mümkün olmadığı üçün sığorta stajı daxil edilməmişdir. Həmçinin xx.xx.1993-cü il tarixindən xx.xx.2003-cü il tarixinədək Kəlbəcər rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində 7 illik uşaq incəsənət məktəbinin əməkhaqqı cədvəllərində adı X1 qeyd olunduğundan həmin illərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
7. Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Kəlbəcər rayon nümayəndəliynin arayışına əsasən bildirilmişdir ki, İddiaçı soyadı əvəllər Şirinov olmuş, sonradan dəyişdirmişdir.
8. Milli Arxiv İdarəsi Kəlbəcər rayon İcra Hakimiyyəti Kəlbəcər rayon Dövlət Arxivinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik Hüquqi şəxsinin X5 Filialına ünvanladığı 06 oktyabr 2022-ci il tarixli, 26 nömrəli məktubuna əsasən bildirilmişdir ki, vətəndaş İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1993-cü il tarixə qədər Kəlbəcər rayon İncəsənət məktəbində işləməsi barədə Kəlbəcər rayon Dövlət Arxiv İdarəsində heç bir əsaslı sənəd mövcud deyildir. Ona görə ki, Kəlbəcər rayonu 02 aprel 1993-cü il tarixdə Ermənistan Silahlı Bİrləşmələri tərəfindən işğal edildiyi üçün, 02 aprel 1993-cü il tarixə qədər Kəlbəcər rayon idarə, müəssisə və təşkilatlarının, eləcə də kolxoz və sovxozlarının Kəlbəcər rayon Dövlət Arxiv İdarəsinə verdiyi bütün sənədlər işğal zonasında qalmışdır. Odur ki, vətəndaşın xx.xx.1993-cü il tarixdən xx.xx.2003-cü il tarixə qədər Kəlbəcər rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində 7 illik uşaq incəsənət məktəbində müəllim işləməsi əmək haqqı cədvəllərində X1 qeyd edilmişdir. Mədəniyyət və Turizm Şöbəsinin əmək haqqı ödəniş cədvəllərində xx.xx.1993-cü il tarixdən, xx.xx.2003-cü il tarixə qədər X3, xx.xx.2003-cü il tarixdən, xx.xx.2005-ci il tarixə qədər İddiaçı kimi qeyd edilmişdir. Vətəndaşın adı 1994-cü ilə dair əmək haqqı ödəniş cədvəllərində qeyd edilməmişdir.
9. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən verilmiş Ə/V seriya 113292 nömrəli vəsiqəyə əsasən, İddiaçı əmək veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir.
10. İddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək Kəlbəcər rayon musiqi məktəbində və xx.xx.1978-ci tarixindən xx.xx.1993-cü il tarixinədək Kəlbəcər rayon incəsənət məktəbində işləməsi öz əksini tapmışdır. V. Məhkəmənin mövqeyi
11. Məhkəmə iddiаçının və cavabdehin nümayəndəsinin çıxışını dinləyərək, iş materiallarını аrаşdırаrаq hеsаb еdir ki, iddiaçının iddia tələbi əsаslıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
12. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti;..
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.
14. İddiaçının əmək kitabçasına əsasən iddiaçı cavabdehin nəzərə almadığı xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək, xx.xx.1978-ci tarixindən xx.xx.1993-cü il tarixinədək dövrlərində əmək fəaliyyəti göstərilmişdir.
15. Cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında olan məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin inzibati icraat qaydasında apardığı araşdırma nəticəsində iddiaçının iş stajının mübahisəli dövrlər barədə əldə etdiyi məlumatları ilə əmək kitabçasında olan məlumatlar təkzib edilmir.
16. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
17. “Əmək pensiyaları haqqında” Qanunun 5.3-cü maddəsinə əsasən əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tərixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.-cü bəndinə əsasən, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir:4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;.. 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən;
19. Məhkəmənin gəldiyi qənaətə görə 09.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək, xx.xx.1978-ci tarixindən xx.xx.1993-cü il tarixinədək xx.xx.1993-cü il tarixindən xx.xx.2003-cü ilədək işlədiyi müddət nəzərə alınmaqla onun əmək pensiyası yenidən hesablanmalıdır.
20. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir.
21. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməli, xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək Kəlbəcər rayon musiqi məktəbində və xx.xx.1978-ci tarixindən xx.xx.1993-cü il tarixinədək Kəlbəcər rayon incəsənət məktəbində, xx.xx.1993-cü il tarixindən xx.xx.2003-cü il tarixinədək Kəlbəcər rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində 7 illik uşaq incəsənət məktəbində işlədiyi dövrləri sosial sığorta stajına daxil edilməklə İddiaçı əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu Sosial ödənişlərin təyinati üzrə mərkəzi filialının üzərinə qoyulmalıdır.
22. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər; dövlət rüsumu ödəməkdən azad olunurlar.
23. Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRАRА АLDİ:
İddiа tələbi təmin еdilsin. İddiaçı, xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək Kəlbəcər rayon musiqi məktəbində və xx.xx.1978-ci tarixindən xx.xx.1993-cü il tarixinədək Kəlbəcər rayon incəsənət məktəbində həmçinin xx.xx.1993-cü il tarixindən xx.xx.2003-cü il tarixinədək Kəlbəcər rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində 7 illik uşaq incəsənət məktəbində işlədiyi dövrləri sosial sığorta stajına daxil edilməklə, əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu Sosial ödənişlərin təyinati üzrə mərkəzi filialının üzərinə qoyulsun. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilir.
Hаkim Miminаt Hаcıbəyоvа