Məhkəmə qərarları › İş №2-1(112)-5095/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5095/2025

26.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5095/2025 26.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı “cavabdehin üzərinə hərbi hissədəki hərbi xidmətinə dair arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi üzrə inzibаti işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı cavabdeh Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsinə qarşı “cavabdeh Müdafiə Nazirliyinin Cavabdehsinin üzərinə hərbi hissədəki hərbi xidmətinə dair arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 05 sentyabr 2024-cü il tarixdə Müdafiə Nazirliyinin Cavabdehsinə ərizə ilə müraciət edərək həmin hərbi hissədəki hərbi xidmətinə dair arxiv arayışının verilməsini xahiş etmiş, lakin sözügedən ərizəyə hazırki dövrədək cavab verilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə münasibətini оnunlа əsаslаndırmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Cavabdeh xidmət etməsi barədə heç bir məlumat yoxdur. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - 34.1-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2.-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; Məhkəmə hazırkı iddianın öhdəliyin icrası haqqında iddia növünə aid olduğunu və iddiaçının yaşayış yeri və cavabdehin olduğu ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə riayət edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışındа iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə iddiaçının iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İnzibati iş materiallarında olan: AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1980-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası vətəndaşıdır. İddiaçı Müdafiə Nazirliyinin Cavabdehsinə ünvanladığı 05 sentyabr 2024-cü il tarixli ərizəsində görünür ki, iddiaçı 2-ci Qarabağ müharibəsi dövründə Cavabdehsinin tərkibində tədris prosesinin təminatı taborunun artelleriya batareyasının 2-ci artelleriya tağımının 2-ci heyətinin sürücü vəzifəsinində xidmət etdiyinə görə, 2-ci Qarabağ Vətən müharibəsində iştirak etdiyi barədə tarixi göstərilməklə səlahiyyətli orqanlarına təqdim edilməsi üçün arxiv arayışının verilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli ********* nömrəli qəbzdən görünürki, ərizə cavabdehə təqdim edilmişdir. Silahlı Qüvvələrinin Təlim və X3 264 nömrəli 23 oktyabr 2020-ci il tarixli əmrindən görünür ki, “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli Sərəncamına əsasən ehtiyat bölmələrin komplekləşdirilməsi və Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2020ci il tarixli 093 nömrəli əmrinə əsasən 2020-ci ilin oktyabr ayında müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların qəbulunun mütəşəkkil və səmərəli keçirilməsi üçün hərbi nəqliyyat vasitələrinin və sürücülərin cari çatışmazlıqlarının komplekləşdirilməsi məqsədi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xİdmətinin aşağıda qeyd olunan yerli idarə, bölmə və şöbələrindən 5169 nömrəli komanda əsasında çağırılan aşağıda adları qeyd olunan çağırışçılar vakant olan müvafiq vəzifələrə təyin olunsunlar və bütün növ təminatlara (Qızıl Şərq hərbi şəhərciyində qazan təminatına) qoyulsunlar. 3. Sıravi İddiaçı, tədris prosesinin təminatı taborunun artilleriya batareyasının 2-ci artilleriya taqımının 2-ci heyət sürücüsü. Silahlı Qüvvələrinin Təlim və X3 305 nömrəli 07 dekabr 2020-ci il tarixli əmrindən görünür ki, “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli Sərəncamına əsasən ehtiyat bölmələrin komplekləşdirilməsi və Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2020ci il tarixli 093 nömrəli əmrinə əsasən 2020-ci ilin oktyabr ayında müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların qəbulunun mütəşəkkil və səmərəli keçirilməsi üçün hərbi nəqliyyat vasitələrinin və sürücülərin cari çatışmazlıqlarının komplekləşdirilməsi məqsədi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıda qeyd olunan yerli idarə, bölmə və şöbələrindən 5169 nömrəli komanda əsasında çağırılan aşağıda adları qeyd olunan çağırışçılar vakant olan müvafiq vəziflərə təyin olunsunlar və bütün növ təminatlara (Qızıl Şərq hərbi şəhərciyində qazan təminatına) qoyulsunlar. 3. Sıravi İddiaçı, tədris prosesinin təminatı taborunun artilleriya batareyasının 2-ci artilleriya taqımının 2-ci heyətin sürücüsü Silahlı Qüvvələrinin Təlim və X3 327 nömrəli 29 dekabr 2020-ci il tarixli əmrindən görünür ki, “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli Sərəncamına əsasən ehtiyat bölmələrin komplektləşdirilməsi və Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2020-ci il tarixli 093 nömrəli əmrinə əsasən 2020-ci ilin oktyabr ayında müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların qəbulunun mütəşəkkil və səmələri keçirilməsi üçün hərbi nəqliyyat vasitələrinin və sürücülərin cari çatışmazlıqlarının komplektləşdirilməsi məqsədi ilə Səfərbərlik və hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, bölmə və şöbələrindən çağırılan aşağıda adları qeyd olunan çağırışçılar bütün növ təminatlardan çıxarılsınlar və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq qurumlarına getmiş hesab edilsinlər. 2. Sıravi İddiaçı. Müdafiə Nazirliyi Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli 199/341 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Cavabdeh xidmət etməsi barədə heç bir məlumat yoxdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli 343-78/8-5/3 nömrəli cavab məktubunda göstərilmişdir ki, xx.xx.1980-ci il təvəllüdlü İddiaçı barəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon idarəsində heç bir məlumat yoxdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi Rayon İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli 343-83/2-920/25 nömrəli cavab məktubu ilə İddiaçı şəxsi işi mövcud olmadığı üçün təqdim edilmiş qeydiyyat kartasının surətindən görünür ki, Vətən müharibəsi zamanı xx.xx.2010-ci -xx.xx.2020-dək 281 №-li h/h SHXÇDX tərəfindən göndərilmiş xüsusi avtomobilin sürüçüsü qismində idarə etmişdir: Əsas 281 №-li h\h –nin arayışı. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon İdarəsinin xx.xx.2020-ci il tarixli 400 nömrəli arayışında göstərilmişdir ki, sürücü Həşimov X1 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon idarəsinə sürücü qismində Hərbi nəqliyyat vasitələrini daşınması üçün təhkim edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon İdarəsinin xx.xx.2020-ci il tarixli 457 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş və xx.xx.2020-ci il tarixdə müvafiq hərbi hissəyə təhvil verilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon İdarəsinin xx.xx.2025-ci il tarixli 3-43-78/2-3084/2025 nömrəli sorğuya cavab məktubunda bildirilmişdir ki, İddiaçı barəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon idarəsi tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən xx.xx.2020-ci il tarixdə qismən səfərbərliklə əlaqədar olaraq Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinə təhvil verilmişdir. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 2.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakılardır: 2.0.1. hərbi vəzifə – qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı (o cümlədən tibbi müayinədən keçməsi (tibbi şəhadətləndirilməsi), çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir; 2.0.2. hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir; 2.0.9. hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar; 34.1. Bu Qanunun 34.5-ci maddəsində göstərilən hallardan başqa hərbi qulluqçular ştat vəzifələrində həqiqi hərbi xidmət keçirlər. 34.2. Hərbi qulluqçular tərəfindən tutulmalı olan ştat vəzifələri və bu vəzifələrə uyğun hərbi rütbələr hərbi hissələrin (gəmilərin, idarəetmə orqanlarının, idarələrin, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin) ştatlarında nəzərdə tutulur. 34.3. Hərbi qulluqçular müdafiə xarakterli işlərin yerinə yetirilməsi üçün həqiqi hərbi xidmətdə saxlanılmaqla dövlət orqanlarına, təşkilatlara ezam oluna bilərlər. Zabitlər xidmətlərini davam etdirmək üçün müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən beynəlxalq təşkilatlara ezam oluna bilərlər. 34.4. Hərbi qulluqçuların xidmətdə bir hərbi vəzifədən başqa hərbi vəzifəyə keçirilməsi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə tənzimlənir. 34.5. Hərbi qulluqçular ali zabitlər tərəfindən tutulmalı olan hərbi vəzifələrə, qanunvericilikdə başqa qayda nəzərdə tutulmamışdırsa, müvafiq icra hakimiyyəti orqanının təqdimatına əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunurlar. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə əsasən:

3. Azərbaycan Respublikası vətəndaşlarının hərbi xidməti Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Həqiqi hərbi xidmətdə olan vətəndaşlar hərbi qulluqçular, ehtiyatda xidmətdə olanlar isə hərbi vəzifəlilər adlanırlar. Hərbi qulluqçular və hərbi vəzifəlilər Azərbaycan Respublikasının Silahlı Qüvvələrində əsgər, matros, kursant, çavuş, gizir, miçman və zabit kimi hərbi xidmət keçirlər. (...) Ehtiyatda xidmət toplanışları keçməkdən və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarətdir.

185. Müharibə dövründə hərbi qulluqçular hərbi xidməti bu fəsillə və müharibə dövrü üçün qəbul edilmiş digər normativ hüquqi aktlarda nəzərdə tutulan xüsusiyyətlərin uçotu ilə keçirlər.

186. Səfərbərlik elan edildikdə: a) həmin müddət ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edən bütün şəxslər, o cümlədən toplanışlara çağırılmış hərbi vəzifəlilər xüsusi sərəncam alınanadək saxlanılırlar (bu Əsasnamənin 21-ci maddəsi). Hərbi hissələrin heyətləri siyahısından çıxarılmamış hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları barədəki əmrlər, xəstəliklərinə görə istefaya buraxılanlardan başqa ləğv edilir. Bu hərbi qulluqçular əvvəlki vəzifələrini icra etməyə başlayırlar, bu vəzifələrin başqa hərbi qulluqçular tərəfindən tutulduğu təqdirdə — müvafiq birbaşa rəislərinin göstərişləri ilə istifadə olunurlar; b) bütün məzuniyyətlər, xəstəliyə, hamiləliyə və doğuşla əlaqədar məzuniyyətlərdən başqa (bu Əsasnamənin 119-cu maddəsi), habelə ezamiyyətlər (bu Əsasnamənin 145-ci maddəsi) dayandırılır və məzuniyyətdə olan hərbi qulluqçular dərhal öz xidmət yerlərinə qayıtmağa borcludurlar; v) müəyyən edilmiş müddətli xidmət yerlərində xidmət edən hərbi qulluqçuların dəyişdirilməsi dayandırılır; q) hərbi vəzifəlilər səfərbərlik əmrnamələrində, rayon (şəhər) hərbi komissarlarından aldıqları çağırış vərəqələrində, yaxud əmrlərində göstərilən müddət ərzində məntəqələrə gəlməlidirlər; d) həqiqi hərbi xidmətdə olan və müharibə dövrünün ştatına görə əvvəlcədən vəzifələrə təyin edilmiş hərbi qulluqçular, habelə hərbi hissələrə təhkim edilmiş hərbi vəzifəlilər səfərbərliyə görə əvvəlcədən təyin olunduqları öz vəzifələrinin icrasına başlayırlar. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:

1.1. Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. 7.1. Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. 10.1. Bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. 10.2. Bu Qanunun 9.2-ci, 9.6-cı, 10.3-cü və 10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyektin vəzifəli şəxsinin müraciətə baxılması müddətini ən çoxu 30 iş günü uzatmaq hüququ vardır. Bu barədə müraciət edən vətəndaşa, habelə müraciəti baxılmaq üçün bu Qanunun 7.11-ci maddəsinə uyğun olaraq digər müraciətə baxan subyektə göndərmiş yuxarı dövlət orqanına onun tələbi ilə məlumat verilməlidir. 10.5. Bu Qanunun 10.1-10.3-cü maddələrində göstərilən müddətlərin axımı müraciətin müraciətə baxan subyektə daxil olduğu gündən başlanır. 12.2. Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidirlər. 12.3.1. Müraciətə baxan subyektlərin vəzifəli şəxsləri vətəndaşların müraciətlərinə baxarkən müraciətə obyektiv, hərtərəfli və vaxtında baxılmasını təmin etməli, məsələrin mahiyyətini öyrənməli və onun həlli üçün lazımi sənədləri tələb etməli (maddə 12.3.2), müraciətə baxılmasının nəticəsi haqqında vətəndaşlara yazılı formada məlumat verməli, müraciət təmin edilmədikdə bunun səbəblərini göstərməli, şikayət vermək qaydasını izah etməlidirlər (maddə 12.3.3).

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:

2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1.inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.3.maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.4. ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; 2.0.5. inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir;

11. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.

İddia ərizəsinə əsasən iddiaçı səlahiyyətli orqanlarına onun 2-ci Qarabağ müharibəsində iştirakını təsdiq etmək üçün Cavabdehki hərbi xidməti ilə bağlı arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb edir . Cavabdeh iddiaya dair münasibət bildirmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Cavabdeh xidmət etməsi barədə heç bir məlumat yoxdur. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli Sərəncamına əsasən qismən səfərbərliyə cəlb edilmiş, Silahlı Qüvvələrinin Təlim və X3 əmri ilə Qızıl Şərq hərbi şəhərciyində qazan təminatına qoyulmuşdur. (tədris prosesinin təminatı taborunun artilleriya batareyasının 2-ci artilleriya taqımının 2-ci heyət sürücüsü). Lakin iş materialları ilə onun Cavabdeh təhvil verilməsi, hərbi hissədə xidmət etməsi sübuta yetirilmir. Belə ki, iş materiallarına Cavabdeh xidmətini təsdiq edən sübutlar əlavə edilməmiş, məhkəmə araşdırılması zamanı belə sübutların(nizami hissə əmrləri, ezam vərəqələri, təhvil-təslim aktları) mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, arayış yalnız rəsmi uçot sənədlərə əsasən verilə bilər. Əgər şəxsin konkret hərbi hissədə xidmət etməsi barədə rəsmi məlumat mövcud deyilsə, həmin faktı təsdiq edən arayışın verilməsi hüquqi baxımdan mümkün deyildir. Bundan əlavə məhkəmə araşdırılması zamanı əldə edilmiş iddiaçıya məxsus qeydiyyat kartasında onun Cavabdeh xidmət etməsi barədə hər hansı qeyd aşkar edilməmişdir. İş üzrə toplanmış sübutlar iddiaçının Cavabdeh xidmət etməsi faktını təsdiq etmədiyindən, arayışın verilməsi üçün hüquqi əsas müəyyən olunmur. Odur ki, məhkəmə iddiaçını hazırki iddia tələbində haqlı hesab etmir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı şəkişmə prinsipi əsasında həyata keçirilir. Məhkəmə göstərilənlərə əsasən, işin bütün hallarına məcmu qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsinə qarşı “cavabdeh Müdafiə Nazirliyinin Cavabdehsinin üzərinə hərbi hissədəki hərbi xidmətinə dair arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. NƏTİCƏVİ HİSSƏ

Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar