Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-51/2023 21.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X16 Ağa qızının katibliyi, İddiaçı2 hüquqi varisi X3 vəkili X4, Cavabdehin nümayəndəsi X5, 3-cü şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı2 hüquqi varisi X3 və İddiaçı1 cavabdehlər Bakı şəhəri İcra Hakimiyyətinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs X6 işə cəlb edilməklə qərarın, orderin, torpaq sahəsinin plan və ölçüsünün və çıxarışın ləğv edilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı2 hüquqi varisi X8 və İddiaçı1 cavabdehlər Bakı şəhəri İcra Hakimiyyətinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs X6 işə cəlb edilməklə X1 adına Bakı şəhəri, Vişnyovka qəsəbəsində 0.12 ha olan 998/7 nömrəli bağ sahəsinə dair verilmiş Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 14/625 nömrəli qərarının və orderinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli torpaq sahəsinin plan və ölçüsünün, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixində verilmiş mülkiyyət hüququ haqqında dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər İddiaçı1 və digər cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə digər İddiaçı1 və digər cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı2 hüquqi varisi X3 vəkili X9 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi və vəkili Vəkil iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmənin qərardadına əsasən iş üzrə təyin edilmiş məhkəmə torpaqşünaslıq ekspertizasının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 10/6975 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********84 nömrəli mütəxəssis rəyinə əsasən, 998/7 və 998/6 saylı bağ sahəsinə İddiaçı2 və İddiaçı1 nümayəndələrinin iştirakı ilə baxış keçirilmiş, 998/7 və 998/6 saylı bağ sahələri bir hasar daxilindədir, ara sərhədləri şərtidir. İddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi bildirmişdir ki, bağ sahələrinin yerini tanımırlar. Bu səbəbdən bağ sahələrinin üst-üstə düşüb-düşməməsini aydınlaşdırmaq mümkün olmamışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən şərti göstərilən ərazinin ümumi hasar daxilində olmaqla **********07-11301 və **********07-11301 nömrələri ilə X7 və X1 mülkiyyətindədir. Beləliklə, işin hallarından göründüyü kimi, iddiaçılar hazırda X1 mülkiyyətində olan 998/7 saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənədləri və həmin sənədlər əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı mübahisələndirsələr də, onlar mərhum ataları X2 istifadəsinə verilmiş bağ sahəsinin yerini faktiki olaraq tanımadıqlarından, X2 istifadəsinə ayrılmış 998/7 saylı bağ sahəsi ilə X1 mülkiyyətində olan 998/7 saylı bağ sahəsinin üst-üstə düşməsi bununla da, həmin bağ sahələrinin eyni bağ sahəsi olması müəyyən edilə bilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçılar onlara atalarından qalmış bağ sahəsinin faktiki olaraq harada yerləşməsini bilmədiklərindən, sadəcə bağ sahələrinin nömrələrinin eynilik təşkil etməsi əsası ilə 3-cü şəxsə məxsus bağ sahəsinə dair hüquqmüəyyənedici sənədləri və onun əsasında verilmiş mülkiyyət hüqunu təsdiq edən çıxarışın ləğv edilməsi barədə tələb irəli sürmək üçün subyektiv hüquqa malik ola bilməzlər. Bu hal isə, iddiaçıların iddia tələbinin İPM-nin 35-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilməsini istisna edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçılar iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı2 hüquqi varisi X3 vəkili X4 və İddiaçı1 iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-51/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-51/2023
21.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver