Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-51/2025 02.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (adi cəlbetmə qaydasında üçüncü şəxs "xxxx" MMC) qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən 103 saylı mənzilin ilkin hüquqi qeydiyyata alınması və mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 103 saylı mənzil iddiaçıya məxsusdur. "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış 175 saylı 11 avqust 2011-ci il tarixli müqaviləyə əsasən qeyd olunan mənzilin dəyəri tam ödənilmişdir. İddiaçı mənzilin daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyata alınması ilə bağlı 2018-ci ilin mart ayında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh təşkilat tərəfindən iddiaçıya ünvanlanmış **********32 saylı xx.xx.2018-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, aparılan araşdırma zamanı ərizəyə hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi müəyyən edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh təşkilatın imtinası qanunvericiliyin tələblərinə ziddir və iddiaçının hüquqlarını pozur. Belə ki, iddiaçı "xxxx" MMC ilə arasında bağlanmış 175 saylı 11 avqust 2011-ci il tarixli müqaviləni və həmin şirkətə borcunun olmamasını təsdiq edən müvafiq maliyyə arayışı təqdim etmişdir.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd olunmuşdur ki, araşdırma aparılan zaman ərizəyə hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri ərizəyə əlavə olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1 -ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
4. İş materiallarına əlavə olunmuş xx.xx.2011-ci il tarixli 175 nömrəli Müqaviləyə əsasən satıcı ("xxxx" Kompani MMC) ünvan 2 ünvanda inşa edilən 4 saylı yaşayış binasının 23-cü mərtəbəsində ümumi tikinti sahəsi 157,6 kv.m-dən ibarət olan 3 otaqlı mənzil № 103 alıcıya (İddiaçı) təhvil verilmişdir.
5. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli Maliyyə Arayışına əsasən Baki şəhəri, F. Bayramov küç. 1156 ünvanında yerləşən 4 saylı yaşayış binası "xxxx" MMC-yə məxsusdur. Bu yaşayış binasının 23-cü mərtəbəsində ümumi tikinti sahəsi 157,6 kv.m olan 3 otaqlı 103 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir, onun ‘‘Sahil-D Kompani” MMC-yə borcu yoxdur.
6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(82)-3761/2018 nömrəli Qərarı ilə ünvan 3 ünvanda yerləşən 103 saylı mənzilin üzərində mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə daşınmaz əmlakın dövlət reyestrində çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilmişdir.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2019-cu il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(82)- 3761/2018 saylı qərarının icrası təmin edilmiş, ünvan 5 ünvanına dair İddiaçı adına çıxarış hazırlanmışdır.
8. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ (tam) xx.xx.2019-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.
9. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(82)-3761/2018 nömrəli Qərarından "xxxx" MMC tərəfindən apellyasiya şikayəti verilmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(103)- 929/2020 nömrəli Qərardadı ilə maraqlı şəxs "xxxx" MMC-nin apelyasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbul edilməsindən imtina edilmişdir. İş üzrə inzibati məhkəmə icraatına cəlb olunmamış "xxxx" MMC-nin üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizəsi AR İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinin tələblərinə uyğun həll edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
11. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(82)-3761/2018 nömrəli Qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi barədə inzibati mübahisəyə dair 2-1(82)-3761/2018 saylı iş üzrə ərizəçi "xxxx" MMC tərəfindən verilən 3-cü şəxs qismində cəlb edilməsi və müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsi barədə ərizələri təmin edilməmişdir.
12. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(82)-3761/2018 nömrəli Qərardadından ərizəçi "xxxx" MMC tərəfindən apellyasiya şikayəti verilmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(103)- 641/2021 nömrəli Qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3761/2018 nömrəli iş üzrə 22 oktyabr 2020-ci il tarixli qərardadı ləğv edilmişdir, inzibati iş həmin məhkəməyə göndərilmişdir. Ərizəçi "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(103)- 641/2021 nömrəli Qərardadından İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2- 1(102)-1055/2021 nömrəli Qərardadı ilə iddiaçının kassasiya şikayəti mümkün sayılmamış və onun icraata qəbulundan imtina edilmişdir.
16. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(82)-3761/2018 nömrəli Qərardadı ilə "xxxx" MMC-nin ərizəsi təmin edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xdimətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə icraata "xxxx" MMC üçüncü şəxs qismində cəlb edilmişdir. ünvan 1 ünvanda yerləşən 103 saylı mənzilin üzərində mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi Bakı şəhəri şöbəsinin üzərinə qoyulması barədə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(82)-3761/2018 saylı qərarı ləğv edilmişdir. İşə mahiyyəti üzrə baxılması təzələnmişdir.
17. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(82)-6315/2012 nömrəli Qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Repsublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı (3-cü şəxs "xxxx" MMC cəlb edilməklə) “çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisəyə dair 2-1(82)-3761/2018 saylı iş üzrə icraat Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)-968/2021 saylı mülki iş üzrə icraat başa çatana kimi dayandırılmışdır.
18. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-3761/2018 nömrəli Qərardadı ilə hazırki iş üzrə icraat təzələnmişdir.
19. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-6315/2022 nömrəli Qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı (3-cü şəxs "xxxx" MMC cəlb edilməklə) “çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisəyə dair 2-1(112)-6315/2022 saylı iş üzrə icraat Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-968/2021 saylı mülki iş üzrə icraat başa çatana kimi dayandırılmışdır.
20. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-6315/2022 nömrəli Qərardadı ilə "xxxx" MMC tərəfindən verilən müvəqqəti xarakterli müdafiə barədə ərizə təmin edilmişdir. Hazırki işə mahiyyəti üzrə baxılıb qurtaranadək ünvan 6 ünvanın özgəninkiləşdirilməsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qadağan edilmişdir.
21. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6315/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı xx.xx.2022-ci il tarixdə icra olunaraq Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, korpus-4, 103 saylı mənzilinin üzərinə qadağa qoyulmuşdur.
22. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-199/2024 nömrəli Qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3761/2018 nömrəli iş üzrə xx.xx.2018ci il tarixli qərarının icrasında dönüş edilmişdir. ünvan 1 ünvanda yerləşən 103 saylı mənzilə dair mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə aparılmış ilkin hüquqi qeydiyyat ləğv edilmişdir.
23. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-199/2024 nömrəli Qərardadından iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir.
24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(103)- 837/2025 nömrəli Qərardadı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-199/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2- 1(102)-1450/2025 nömrəli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 yanvar 2025-ci il tarixli 2-1(102)-837/2025 nömrəli qərardadı ləğv edilmişdir.
26. İlkin İddiaçı cavabdeh "xxxx" Kompani MMC-yə qarşı mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması” tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki iş: - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-5988/2019 nömrəli Qətanməsi ilə ilkin İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mlükiyyət hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması” tələbinə dair ilkin iddiası təmin edilmişdir. Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi 1156, korpus 4, 108 saylı mənzilə və Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi 1156, korpus 4, 103 saylı mənzilə qanunsuz müdaxilələrə son qoyulması, təmir işlərinin aparılmasına maneə törədilməməsi və yaradılmış maneələrin aradan qaldırılması vəzifəsi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi” tələbi təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)- 198/2021 nömrəli Qətanməsi ilə "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli 2(011)-5988/2019 saylı qətnaməsi "xxxx" MMC-nin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır.
27. İddiaçı X8 cavabdehlər İddiaçı, "xxxx" Kompani MMC-yə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə: - Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-968/2021 nömrəli Qətnaməsi ilə "xxxx" MMC ilə İddiaçı arasında ünvan 9 ünvanda yerləşən mənzilə dair bağlanmış 11 avqust 2011-ci il tarixli müqavilə etibarsız hesab edilmişdir. - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 1990/2022 nömrəli Qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-5594/2022 nömrəli Qərarı ilə iddiaçı X14 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 1990/2022 nömrəli mülki iş üzrə 28 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilmişdir. İş üzrə yeni qərar qəbul edilmişdir və iddia təmin edilməmişdir.
28. İddiaçı cavabdeh X12 qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “cavabdehin mənzildən çıxarılması və mənzilin təhvil verilməsi” tələbinə dair birinci mülki iş və iddiaçı X9 cavabdehlər İddiaçı, "xxxx" MMC-yə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair ikinci mülki iş üzrə: - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(011)- 4555/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh X9 və digərlərinin Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi 1156, korpus 4, 108 saylı mənzildən çıxarılaraq həmin mənzilin İddiaçı təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2562/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ünvan 10 ünvanda inşa edilmiş 4 nömrəli yaşayış binasının 24-cü mərtəbəsində yerləşən 108 nömrəli mənzilə dair cavabdehlər “Sahil-D Kompani" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 176 nömrəli müqavilənin və həmin mənzilin dəyərinin ödənilməsi barədə xx.xx.2013-cü il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, xx.xx.2011-ci il tarixli, 176 nömrəli müqavilə əsasında ünvan 10 ünvanda inşa edilmiş 4 nömrəli yaşayış binasının 24-cü mərtəbəsində yerləşən 108 nömrəli mənzilə dair cavabdeh İddiaçı adına verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)- 1293/2023 nömrəli Qətnaməsi ilə birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı X9 apellyasiya şikayətləri təmin edilməmişdir. Birinci iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4555/2022 saylı, 22 sentyabr 2022-ci il tarixli qətnaməsi, ikinci iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2562/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-350/2024 nömrəli Qərarı ilə birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı X17 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişsir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1293/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
29. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktuba əsasən "xxxx" MMC tərəfindən inşa edilmiş ünvan 11 ünvanında yerləşən yaşayış binasının istismarına icazə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 529 nömrəli Fərmanına uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 336 nömrəli istismara icazə sənədinə əsasən verilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 336 nömrəli İstismara icazə sənədinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.
30. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 336 nömrəli “2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına” İcazəsinə sənədinə əsasən ünvan 11-cı məhəllə, 4 ədəd 1 girişli, zirzəmili, 24 mərtəbəli yaşayış binalarının istismarına icazə verilmişdir. Tikintiyə dair icazəedici sənədlər (mövcud olduğu halda): Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 267 nömrəli sərəncamı Tikinti obyektinin sahibi (sifarişçisi): “İSR Holding” Şirkətlər Qrupu ("xxxx" Kompani” Məhdud Məsuliyyətli Cəmiyyəti) İstismara hazırlığ barədə rəyin tarixi və qeydiyyat nömrəsi: xx.xx.2020-ci il № 0379 Tikinti obyektinin əsas texniki göstəriciləri: Göstəricilərin adı Ölçü Binanın əsas texniki göstəricilərinin və vahidi tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini əks etdirən layihə üzrə
1. Binanın ümumi sahəsi kv.m 85355,8 o cümlədən - mənzillərin ümumi sahəsi kv.m 66235,0 - qeyri-yaşayış sahəsi: zirzəmi, 1-ci kv.m 11052,8 və 2-ci mərtəbələr - liftin maşın şöbəsi və texniki kv.m 368,0 otaqlar
2. Mənzillərin sayı ədəd 462
3. Mərtəbələrin sayı ədəd 24
4. Girişlərin sayı ədəd 4
31. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayənsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
32. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
33. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
34. İddia tələbi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir, iddiaçının yekun məqsədi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır.
35. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
36. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
37. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
38. Mənzil-tikinti kooperativlərində olduğu kimi, hazırkı halda da iddiaçı onun üçün nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoymuş (pay haqqı ödəmiş), bağlanmış müqaviləyə əsasən iddiaçı yuxarıda qeyd edilən mənzilin payçısı (investoru) hesab edilmişdir. Başqa sözlə, iddiaçı yeni daşınmaz əmlakın yaradılmasında kapital qoyuluşu ilə iştirak etmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun oxşar münasibətləri tənzimləyən 8.0, 8.0.6-cı maddələrinin hazırkı iddiaya tətbiq edilməli olduğunu hesab edir.
39. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);
40. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);
41. X24 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
42. X24 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
43. Məhkəmə hazırki iş üzrə araşdırmanı X24 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üzrə araşdırma sxemi üzrə aparmağı məqsədəuyğun hesab edir. Nəticə aşağıdakı təhlildən asılı olmalıdır:
44. 1) İş üzrə araşdırılan hüquq 1-ci maddənin mənası baxımından mülkiyyət hüququ və ya əmlaka sahiblik hüququ sayıla bilərmi? 2) Əmlaka sahiblik hüququna müdaxilə baş veribmi? 3) Həmin müdaxiləyə 1-ci maddədə yer alan üç normadan hansının əsasında baxılmalıdır? Yəni mübahisələndirilən tədbir hansı müdaxiləni təşdil edir 3.1. işin halları əmlakdan məhrum etməni əhatə edirmi? 3.2.Əgər cavab yoxsa, işin halları əmlakdan istifadəyə nəzarətlə bağlıdırmı? 3.3. Əgər cavab yoxsa, işin halları ümumi prinsiplərin işığında şərh olunmalıdırmı (dövlət hakimiyyət orqanları əmlakdan dinc istifadə etmək hüququna hörmət etmişlərmi)? 4) Müdaxilə üçün qanuni əsas varmı? 5) Mülkiyyət hüququna müdaxilə cəmiyyətin maraqlarına xidmət edirmi, yəni qanuni məqsəd daşıyırmı? 6) Müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi? Yaxud başqa sözlə, həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı?
45. Müdaxilənin qanuniliyi, qanuni məqsədlərə cavab verməsi, eləcə də iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunub-olunmaması məhkəmə tərəfindən qiymətləndirilməlidir.
46. Məhkəmə hesab edir ki, iddiaçının mənzilə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına ən azı “qanuni gözləntisi” olmuşdur və hüququn təmin olunmaması mülkiyyətə müdaxilədir. Həmin müdaxilə nə mülkiyyətdən məhrumetmə, nə də mülkiyyətdən istifadəyə nəzarət məqsədi daşıyan qanunvericilik sisteminin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Odur ki, məhkəmə hazırki müdaxiləyə mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipinin işığında qiymət verəcəkdir. Qeyd edilən mövqe X24 Məhkəməsinin presedent hüququna uyğundur (bax: the Lithgow və başqaları Birləşmiş Krallığa qarşı 8 oyul 1986, seriya A no. 102, p. 46, § 106; Beyeler İtaliyaya qarşı 05 yanvar 2000, ərizə 33202/96 § 106).
47. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156 ünvanda inşa edilən 4 saylı yaşayış binasının 23-cü mərtəbəsində ümumi tikinti sahəsi 157,6 kv.m-dən ibarət olan 3 otaqlı 103 nömrəli mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsini tələb etmişdir.
48. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - İş materiallarına əlavə olunmuş xx.xx.2011-ci il tarixli 175 nömrəli Müqaviləyə əsasən satıcı ("xxxx" Kompani MMC) ünvan 2 ünvanda inşa edilən 4 saylı yaşayış binasının 23-cü mərtəbəsində ümumi tikinti sahəsi 157,6 kv.m-dən ibarət olan 3 otaqlı mənzil № 103 alıcıya (İddiaçı) təhvil verilmişdir. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli Maliyyə Arayışına əsasən Baki şəhəri, F. Bayramov küç. 1156 ünvanında yerləşən 4 saylı yaşayış binası "xxxx" MMC-yə məxsusdur. Bu yaşayış binasının 23-cü mərtəbəsində ümumi tikinti sahəsi 157,6 kv.m olan 3 otaqlı 103 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir, onun ‘‘Sahil-D Kompani” MMC-yə borcu yoxdur. - "xxxx" MMC tərəfindən inşa edilmiş ünvan 11 ünvanında yerləşən yaşayış binasının istismarına icazə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 529 nömrəli Fərmanına uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 336 nömrəli istismara icazə sənədinə əsasən verilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 336 nömrəli İstismara icazə sənədinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.
49. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156 ünvanda inşa edilən 4 saylı yaşayış binasının 23-cü mərtəbəsində ümumi tikinti sahəsi 157,6 kv.m-dən ibarət olan 3 otaqlı 103 nömrəli mənzilinə dair mülki məhkəmə mübahisələri yaranmışdır.
50. Belə ki, İddiaçı "xxxx" Kompani MMC-yə qarşı mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət etmişdir və "xxxx" İddiaçı qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi irəli sürmüşdür. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-5988/2019 nömrəli Qətanməsi ilə ilkin İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mlükiyyət hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması” tələbinə dair ilkin iddiası təmin edilmişdir. Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi 1156, korpus 4, 108 saylı mənzilə və Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi 1156, korpus 4, 103 saylı mənzilə qanunsuz müdaxilələrə son qoyulması, təmir işlərinin aparılmasına maneə törədilməməsi və yaradılmış maneələrin aradan qaldırılması vəzifəsi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulmuşdur. - Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi” tələbi təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)- 198/2021 nömrəli Qətanməsi ilə "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 sentyabr 2019-cu il tarixli 2(011)-5988/2019 saylı qətnaməsi "xxxx" MMC-nin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır.
51. Odur ki,qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə İddiaçı faktiki sahibliyində və istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156 ünvanda inşa edilən 4 saylı yaşayış binasının 23-cü mərtəbəsində ümumi tikinti sahəsi 157,6 kv.m-dən ibarət olan 3 otaqlı 103 nömrəli mənzilinə "xxxx" MMC tərəfindən hər hansı qanunsuz müdaxilələrinin həyata keçirilməsi, maneələrin yaradılması qadağan edilmişdir.
52. Məhkəmə eyni zamanda müəyyən edir ki, X1 Dilufər Həmid qızına, "xxxx" Kompani MMCyə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir. - Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-968/2021 nömrəli Qətnaməsi ilə "xxxx" MMC ilə İddiaçı arasında ünvan 9 ünvanda yerləşən mənzilə dair bağlanmış 11 avqust 2011-ci il tarixli müqavilə etibarsız hesab edilmişdir. - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 1990/2022 nömrəli Qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-5594/2022 nömrəli Qərarı ilə iddiaçı X14 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 1990/2022 nömrəli mülki iş üzrə 28 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilmişdir. İş üzrə yeni qərar qəbul edilmişdir və iddia təmin edilməmişdir.
53. Tərəflər arasındakı mübahisə üzrə qəbul edilmiş yekun məhkəmə aktı olan (qanuni qüvvəyə minmiş) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-5594/2022 nömrəli Qətnaməsinə əsasən müəyyən olunmuşdur: ... 48. İddia tələbinin mahiyyəti ilə bağlı Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh MMC tərəfindən mübahisəli mənzilin satışına dair iddiaçı ilə 04 mart 2009-cu il tarixdə, İddiaçı ilə isə 11 avqust 2011 -ci il tarixdə müqavilələr imzalandığı, hər iki şəxsə mənzilin dəyərinin tam ödənildiyi barədə maliyyə arayışının verildiyi işin mübahisə olunmayan hallarıdır.
49. Baxılan iş üzrə iddiaçının dəlillərinin bir hissəsi İddiaçı cavabdeh MMC qarşısında 11 avqust 2011-ci il tarixli müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi ilə bağlıdır. Həmin dəlillər özü-özlüyündə əsassızdır.
50. İddianın (onun dəlillərinin) özü-özlüyündə əsassız olması onu nəzərdə tutur ki, iddiaçının özünün bildirdiklərinə görə iddia (iddianın dəlilləri) əsassızdırsa, yəni hətta iddiaçının söylədiyi bütün faktlar (hallar) həqiqət kimi qəbul edilərsə belə, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasının (iddianın qanuni əsasının) dispozisiya şərtləri mövcud olmursa əlavə araşdırma aparılmadan iddia (dəlillər) rədd olunur. Çünki əgər iddiaçının bildirdiyi faktlar (hallar) həqiqət kimi qəbul edilərsə belə iddia (dəlillər) əsassızdırsa həmin hallara dair təqdim edilmiş sübutların tədqiqi və qiymətləndirilməsi heç bir əhəmiyyət kəsb etmir.
51. Mülki qanunvericilikdə tərəflərdən birinin müqavilə öhdəliyini yerinə yetirməməsi həmin müqavilənin etibarsızlığı əsasları sırasında olmamaqla, müqavilənin ləğvi əsası kimi müəyyən edilmişdir.
52. Həmçinin nəzərə alınmalıdır ki, həmin dəlilləri irəli sürməklə bağlı subyektiv hüquq iddiaçıya deyil, həmin müqavilənin tərəfi olan cavabdeh MMC-yə məxsusdur və MMC-nin istinad olunan əsaslarla İddiaçı qarşı eyni müqavilənin ləğvi tələbinə dair iddiası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5988/2019 saylı iş üzrə 02 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir.
53. Beləliklə, İddiaçı cavabdeh MMC qarşısında 11 avqust 2011 -ci il tarixli müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə müqavilənin etibarsız edilməli olması barədə iddiaçının dəlilləri özü-özlüyündə əsassızdır və hər hansı araşdırma tələb etmədən rədd olunmalıdır.
54. İddiaçının əqdin etibarsızlığı tələbini əsaslandıran digər dəlili isə ondan ibarətdir ki, onunla xx.xx.2009-cu il tarixli müqavilə bağlandıqdan sonra eyni mənzilə dair xx.xx.2011 ci il tarixdə İddiaçı ilə müqavilə bağlanmışdır.
55. Bununla bağlı qeyd olunmalıdır ki, mülki hüquq münasibətlərində fərdi-müəyyən əşyanı mülkiyyətə və ya istifadəyə vermək barədə əmlak (hüquq) sahibinin bir neçə şəxslə razılığa gəlməsi istisna edilmir və bu cür vəziyyət özü-özlüyündə həmin müqavilələrin birinin və ya bir neçəsinin etibarsızlığı üçün əsas deyil. ...59. Həmçinin surəti iş materiallarında olan 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)- 3761/2018 nömrəli iş üzrə qanuni qüvvədə olan 13 sentyabr 2018-ci il tarixli qərarı əsasında xx.xx.2019-cu il tarixdə İddiaçı mübahisəli mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
60. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5988/2019 saylı iş üzrə 02 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə isə İddiaçı cavabdeh MMC-yə qarşı mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilmişdir.
61. Qeyd edilənlərə əsasən Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, işin mübahisəsiz halları, İddiaçı mübahisəli mənzilə mülkiyyət (o cümlədən sahiblik və istifadə) hüququnu tanıyan qanuni qüvvəyə minmiş məhkəmə aktları yeni qərar qəbul olunmasına imkan verdiyindən MPM-in 417.1.4 və 417.2-ci maddələrinə əsasən iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin olunmamalıdır.
54. Məhkəmə digər tərəfdən müəyyən edir ki, İddiaçı X12 qarşı “cavabdehin mənzildən çıxarılması və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinə, X2 Dilufər Həmid qızına, "xxxx" MMC-yə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(011)- 4555/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh X9 və digərlərinin Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi 1156, korpus 4, 108 saylı mənzildən çıxarılaraq həmin mənzilin İddiaçı təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2562/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ünvan 10 ünvanda inşa edilmiş 4 nömrəli yaşayış binasının 24-cü mərtəbəsində yerləşən 108 nömrəli mənzilə dair cavabdehlər “Sahil-D Kompani" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 176 nömrəli müqavilənin və həmin mənzilin dəyərinin ödənilməsi barədə xx.xx.2013-cü il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, xx.xx.2011-ci il tarixli, 176 nömrəli müqavilə əsasında ünvan 10 ünvanda inşa edilmiş 4 nömrəli yaşayış binasının 24-cü mərtəbəsində yerləşən 108 nömrəli mənzilə dair cavabdeh İddiaçı adına verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)- 1293/2023 nömrəli Qətnaməsi ilə birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı X9 apellyasiya şikayətləri təmin edilməmişdir. Birinci iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4555/2022 saylı, 22 sentyabr 2022-ci il tarixli qətnaməsi, ikinci iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2562/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-350/2024 nömrəli Qərarı ilə birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı X17 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişsir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1293/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
55. Tərəflər arasındakı mübahisə üzrə qəbul edilmiş yekun məhkəmə aktı olan (qanuni qüvvəyə minmiş) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-350/2024 nömrəli Qərarına əsasən müəyyən olunmuşdur: ... 41. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə istinadən qeyd etmişdir ki, ünvan 2 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 24-cü mərtəbəsində ümumi sahəsi 157,6 kv.m olan 3 otaqlı 108 saylı, yəni eyni mənzilin satışına dair "Sahil-D Kompani” MMC ilə X17 arasında xx.xx.2010-cu il tarixdə, İddiaçı ilə isə xx.xx.2011 -ci il tarixdə müqavilələr imzalanmış və hər iki şəxsə bu mənzilin dəyərinin tam ödənilməsi barədə müvafiq olaraq xx.xx.2010-cu və xx.xx.2013-cü il tarixlərdə maliyyə arayışları verilmişdir. X5 həmin mənzili daha əvvəl aldığını və dəyərini tam ödədiyini, alınan vaxtdan mənzilin onun istifadə və sahibliyində olduğunu, mənzili təmir etdirdiyini və hazırda mənzildə yaşadığını, İddiaçı, habelə onun müqaviləsində mənzilin dəyərinin müəyyən hissəsinin əvəzi olaraq aidiyyəti tikinti işləri görməli olan X18 tərəfindən mənzilin dəyərinin ödənilmədiyini, mənzilin İddiaçı təhvil verilmədiyini, mənzilin heç vaxt onun istifadə və sahibliyində olmadığını, onunla daha əvvəl müqavilə bağlandıqdan, mənzilin dəyəri tərəfindən tam ödənildikdən və bununla da mənzil onun hüquqları ilə yüklü edildikdən "Sahil-D Kompani” MMC-nin ümumiyyətlə İddiaçı ilə müqavilə bağlamaq səlahiyyətinə sahib olmadığını iddia edir və xx.xx.2011 -ci il tarixli müqavilənin etibarsız hesab edilməsini, ona qarşı qaldırılmış iddianın isə rədd edilməsini tələb edir. ...43. Məhkəmə kollegiyası X9 xx.xx.2011-ci il tarixli müqavilənin əhəmiyyətsiz əqd olması mövqeyindən çıxış etməsini nəzərə alıb, vurğulayır ki, onun bu barədə iddiasına (bir dəfə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1095/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmasına baxmayaraq) iddia müddəti tətbiq edilə bilməz. Həmçinin, X17 yuxarıda qeyd edilən mülki iş üzrə tərəf olmamışdır. Bu səbəbdən həmin iş üzrə qəbul edilmiş məhkəmə aktları onun hazırki iddiasına münasibətdə hər hansı preyudisial əhəmiyyətə malik deyil. ...47. Lakin müddət etibarı ilə "Sahil-D Kompani” MMC ilə X17 arasında müqavilə daha əvvəl, yəni xx.xx.2010-cu il tarixdə bağlanmasına baxmayaraq, bu hal "Sahil-D Kompani” MMC-nin mübahisəli mənzilin İddiaçı deyil, məhz X12 təhvil verilməsi barədə öhdəliyinin yaranması kimi qəbul edilə bilməz.
48. Məhkəmə kollegiyası bu mövqeyi ilə bağlı vurğulayır ki, mübahisəli mənzilə dair müqavilə xx.xx.2010-cu il tarixdə bağlanmasına baxmayaraq, həmin mənzilin sahibi olaraq X17 ilk dəfə 2020-ci ilin sonunda, yəni 10 ildən sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsində iddia qaldırmaqla üzə çıxmışdır (iddiası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1095/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmışdır). İddiaçı mübahisəli mənzillə bağlı ilk mübahisəsi isə 2018-ci ilə təsadüf edir.
49. İddiaçı ilə "Sahil-D Kompani” MMC arasında yaranmış mübahisəyə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılan zaman sonuncu qarşılıqlı iddia üzrə xx.xx.2011-ci il tarixli müqavilənin ləğv edilməsini tələb etmiş və iddiasının əsası kimi mənzilin müqavilə üzrə müəyyən edilmiş dəyərinin ödənilmədiyini, yəni müqavilə üzrə öhdəliklərin icra edilməməsini əsas gətirmişdir. Lakin nə həmin iddiada, nə apellyasiya şikayətində, nədə ki, birinci (Bakı şəhəri Xətai Rayon Məhkəməsi) və apellyasiya instansiya məhkəməsində icraat zamanı bu mənzilin X12 məxsus olduğunu və onunla xx.xx.2010-cu il tarixdə müqavilə bağlandığını bildirməmiş, yalnız məhkəmə aktının icra mərhələsində olduğu dövrdə (2022-ci il) bu mövqedən çıxış etməyə başlamış və xx.xx.2010-cu il tarixli müqaviləyə istinad etməyə başlamışdır. Hazırda da mübahisəli mənzilin X12 məxsus olduğunu, onun mənzili təmir etdiyini və mənzildə 2018-ci ilin oktyabr ayından hazıradək yaşadığını qətiyyətlə bildirir, hətta bu barədə məhkəməyə rəsmi arayış da təqdim edir. Halbuki, artıq müəyyən edildiyi kimi, "xxxx" MMC ilə İddiaçı arasında baş vermiş məhkəmə mübahisəsi 2019-cu ilə təsadüf edir. Bu baxımdan 2018-ci ildən mübahisəli mənzildə X9 yaşaması barədə məlumat birmənalı şəkildə iddia ərizəsində və apellyasiya şikayətində öz əksini tapmalı idi. Başqa sözlə, "Sahil-D Kompani” MMC bu barədə məlumat verməyə bilməzdi, məlumat verməyə borclu idi. Bu da öz növbəsində həmin şəxsin 2018-ci ildən mübahisəli mənzildə yaşamasını istisna edir.
50. X9 nəinki 2018-ci ildə, həmçinin 2019-cu ildə mübahisəli mənzildə yaşamaması, hətta mənzilin təmirsiz olması səbəbindən yaşamasının qeyri-mümkün olması Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan iş üzrə xx.xx.2019-cu il tarixdə keçirilmiş yerində müayinənin nəticələrinə dair tərtib edilmiş protokolun məzmunu ilə də öz təsdiqini tapır. Belə ki, həmin protokolda mübahisəli mənzilin (108 saylı) istifadəyə verilmədiyi, orada yaşayışın olmadığı, mənzilin təmirsiz olduğu qeyd edilmişdir. X17 bununla bağlı məhkəməyə vəsatət təqdim edərək, həmin protokolla onun vəkili və nümayəndəsinin də tanış olduğunu, protokolun saxta olduğunu və sonradan yazıldığını, kağızının 4 il əvvələ aid kağıza bənzəməməsini, işin yeni saplarla tikilməsini və sair bildirir. Bu da öz növbəsində məhkəməyə real olaraq məhz hazırda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olmuş işdə olan yerində müayinə protokolunun təqdim edildiyini təsdiq edir (hər iki tərəf onun məzmunu ilə tanışdır). Həmin protokola hər hansı qeyd verilməmiş, mülki iş həmçinin, Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuşdur. Bu səbəbdən mülki işin materiallarında olan və işə vaxtı ilə baxmış (sədrlik edən) hakim X6 və məhkəmə iclas katibi X15 tərəfindən imzalanmış protokolun həqiqiliyi şübhə doğura bilməz. Bununla belə, X17 2019-cu ildə də həmin mənzildə yaşaya bilməzdi.
51. "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası ƏMDK-nin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubda da 108 saylı mənzil mübahisəli mənzillərin siyahısına daxil edilmişdir. Bununla belə, cəmiyyət hər hansısa konkret əsasa və ya hala söykənərək, bu mənzili də mübahisəli mənzillər siyahısına daxil etmişdir. Tarix etibarı ilə həmin vaxt xx.xx.2010-cu il tarixli müqavilə mövcud olmalı idi. Cəmiyyətin həmin mənzilə dair İddiaçı ilə bağladığı müqavilə üzrə mənzilin müəyyən edilmiş dəyərinin ödənilməməsi mövqeyindən çıxış etməsi və qarşılıqlı iddia üzrə bu əsasla müqavilənin ləğv etməsini tələb etməsi, həmin vaxt da X17 ilə bağlanmış müqavilə barədə hər hansı məlumat təqdim etməməsi bu mənzilin X12 məxsus olması səbəbindən mübahisəli mənzillər siyahısına daxil edilməsini istisna edir. Bununla da belə qənaətə gəlmək olur ki, 2017-ci ildə mübahisəli mənzillə bağlı X12 aid hər hansı müqavilə mövcud olmamışdır.
52. Məhkəmə kollegiyası o halı da vurğulaymışdır ki, "xxxx" MMC-də bir mənzilin iki şəxsə satılması halları ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində cinayət işi qaldırılmış və istintaq aparılan zaman mənzil sahiblərinin müəyyən edilməsi məqsədi ilə xx.xx.2013-cü il tarixdə müvafiq akt tərtib edilmişdir. Həmin aktda da mübahisəli mənzilin (108 saylı) İddiaçı adına rəsmiləşdirildiyi qeyd edilmişdir. Nəzərə alınmalıdır ki, qeyd edilən aktın tərtib edilməsi zamanı mənzillərə dair bağlanmış müqavilələr "xxxx" Kompani MMC-nin əməkdaşlarının iştirakı ilə (hər bir halda müqavilələr və mənzil sahibləri barədə məlumat "Sahil-D Kompani” tərəfindən verilmişdir) araşdırılmışdır. X4 nəinki 108 saylı, ümumiyyətlə hər hansı mənzilin sahibi olması barədə qeyd aparılmamışdır. Bununla da hələ 2013-cü ildə "Sahil-D Kompani” MMC-nin özü də mübahisəli mənzilin sahibi qismində məhz İddiaçı tanımışdır. "xxxx" MMC-nin İddiaçı ilə bağladığı xx.xx.2011 -ci il tarixli müqavilənin ləğvini mübahisələndirməsi də hüquqi nəticə etibarı ilə MMC tərəfindən həmin müqaviləni etibarlı və real olaraq bağlanmış kimi qəbul etməsini təsdiq edir. Nəzərə alınmalıdır ki, mübahisəli mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışı müqavilə ilə eyni tarixdə deyil, müqavilənin bağlanmasından iki ilə yaxın müddət keçdikdən sonra, yəni xx.xx.2013-cü il tarixdə İddiaçı verilmişdir. Bu halın özü də tərəflər arasında real müqavilə münasibətlərinin olmasını, mənzilin dəyərinin ödənilməsi ilə bağlı öhdəliklərin həmin müddət ərzində icra edilməsini və 2013-cü ildə də "Sahil-D Kompani” MMC-nin mənzilin sahibi qismində məhz İddiaçı qəbul etməsini bir daha təsdiq edir.
53. Məhkəmə kollegiyası xüsusilə vurğulamışdır ki, X17 2010-cu ildən mübahisəli mənzilə sahiblik etdiyini, mənzili təmir etdirərək, 2018-ci ildən bu günədək mənzildə yaşadığını bildirir. "Sahil-D Kompani” MMC də bu mövqedən çıxış edərək, mübahisəli mənzildə X9, onun həyat yoldaşının və başqa bir qohumunun (kişi) yaşadığını bildirir. Təbii ki, həmin mənzildə yaşayan şəxslər barədə ən dəqiq məlumatı X17 verə bilər. Məhkəmə kollegiyası da bu məntiqə sığınaraq, məsələyə aydınlıq gətirilməsi məqsədi ilə iş üzrə tərəflərin də iştirak etdiyi məhkəmə iclas zalından mobil telefon vasitəsi ilə informasiya sistemi vasitəsi ilə X9 adına bir neçə telefon nömrəsinin olduğu müəyyən edilmiş və həmin nömrələrdən biri olan ***-***-**-** nömrəyə zəng edildikdə, zəngə cavab verən şəxs X17 olduğunu və hazırda onun mənzillə bağlı məhkəmə mübahisəsinin olduğunu bildirmişdir) X17 ilə əlaqə yaratmış və ona verilmiş suallara cavab olaraq sonuncu bildirmişdir ki, o, hazırda Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi 1156, korpus 4, 108 saylı mənzildə yoldaşı və 3 övladı ilə birgə yaşayır, lakin həmin mənzildə hansı tarixdən yaşamasını və mənzili nə vaxt təmir etdirməsini xatırlamır (halbuki, bu zəngdən bir neçə gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə onun tərəfindən imzalanmış və xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmiş vəsatətin 2-ci səhifəsinin "Eyni zamanda qeyd edim ki,” sözləri ilə başlayan abzasının birinci cümləsində "Mübahisəli mənzilin 2017-ci ildə təmir etdiyimi və 2018-ci ildən həmin evdə yaşadığımı təsdiq edəcək çox saylı şahidlərim var” sözləri qeyd edilmişdir. Belə olan halda, onun bu suala cavab verə bilməməsi anlaşılmazdır). Eyni zamanda, mənzilin koridorunda divarların divar kağızı və ya boya olması, evin neçə otaqdan ibarət olması, mənzilin sanitar qovşağına hansı rəngdə kafelin vurulması və onun hazırki iş üzrə təmsil edən vəkilin adının nə olması barədə suallara cavab verə bilməmiş, həmin mənzildə pandemiya dövründə yaşaması barədə suala isə bir qədər düşündükdən sonra yaşadığını qeyd etmiş və nəticədə telefon əlaqəsini birtərəfli qaydada kəsmişdir. Başqa sözlə, 2017-ci ildə təmir etdirib, 2018-ci ildə mənzilə köçdüyünü və bu gün də mənzildə yaşadığını iddia edən X17 ən sadə, yəni 5 ilə yaxın müddət ərzində mənzilinin hər gün dəfələrlə qarşısından keçdiyi koridorunun divarının boya və ya divar kağızı olması sualını verə cavablandıra bilmir. 2010-cu ildən sahibliyində olduğunu iddia edən mənzilin otağının sayı barədə suala belə cavab verə bilmir. Mənzillə bağlı verilə bilən bundan ümumi və asan sual yoxdur. X7 bu suallara cavab verə bilmir. Sual-cavab zamanı onun heç vəkilinin adını da bilməməsi müəyyən edilir. Başqa sözlə, onun nə mənzildən, nədə ki, mənzildə aparılmış təmirdən ümumiyyətlə məlumatı yoxdur. O da qeyd olunmalıdır ki, bu hadisədən sonra X17 növbəti məhkəmə iclasına gəlməli və məsələyə aydınlıq gətirməli idi. Lakin gəlməmişdir. Bu halların mövcudluğu da onun mənzildə yaşamaması və mənzili təmir etdirməməsi qənaətinə gəlmək üçün bilavasitə əsas verir. Ümumiyyətlə mövcud vəziyyətdə bu qənaətə gəlmək üçün hər hansı hüquqi tətbiq etməyə də zərurət yoxdur, anlaqlı insan fərdi olmaq kifayət edir.
54. Məhkəmə kollegiyası telefon danışığı ilə kifayətlənməyərək, məsələyə aydınlıq gətirilməsi üçün mübahisəli mənzildə yerində müayinə keçirmiş və tərəflərin iştirakı ilə keçirilmiş yerində müayinə zamanı mübahisəli mənzilin qapısını bir qadın açmış və həmin mənzildə həyat yoldaşı Mehmet Şahin adlı şəxslə 3 aydır ki, kirayə əsaslarla yaşadığını, mənzilin Ələddin adlı şəxsə məxsus olduğunu, onu gördüyünü (tanıdığını) bildirmiş, lakin təsvir edə bilməmişdir. ...
58. Bununla belə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən mübahisəli mənzilə ilk olaraq məhz İddiaçı sahiblik etməyə başlamışdır. X17 mənzili təhvil almamış və mənzildə heç vaxt yaşamamışdır. Buna uyğun olaraq, "Sahil-D Kompani” MMC-nin mübahisəli mənzilin X12 deyil, məhz İddiaçı təhvil verilməsi barədə öhdəliyi yaranmışdır. Həm bu, həm də yuxarıda qeyd edilən səbəblərdən İddiaçı "Sahil-D Kompani” MMC ilə bağladığı xx.xx.2011-ci il tarixli müqaviləsi tam etibarlı müqavilədir. Bu da öz növbəsində X9 bu barədə iddiasının rədd edilməsini, qarşı tərəfin isə iddiasının təmin edilərək, onun mübahisəli mənzildən çıxarılmasını və mənzilin İddiaçı təhvil verilməsini şərtləndirir. Belə ki, İddiaçı "Sahil-D Kompani” MMC tərəfindən yaradılan maneələrin aradan qaldırılması məhkəmə qaydasında öz həllini tapmış, X17 isə mənzilin onun istifadə və sahibliyndə olmasını bildirir. Bu səbəbdən bu mübahisənin həlli qaydasında hüquqi nəticə etibarı ilə məhz X17 mənzildən çıxarılmalı və mənzil İddiaçı təhvil verilməlidir. ...87. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
88. Belə ki, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr hər iki iş üzrə irəli sürülmüş tələblər dair dəlillərə qiymət verərək mübahisəli mənzilin İddiaçı (bunun qanuni qüvvədə olan qətnamə, şahid ifadələri, cinayətə təqibi orqanı tərəfindən verilmiş məlumatlar və s istinadən) aid olmasını, mənzilin Ə.Əliyevə hər hansı aidiyyətinin olmaması ilə bağlı işin faktiki hallarını araşdıraraq sübutları qiymətləndirmişlər və yuxarıda göstərilən nəticəyə gəlmişlər.
56. Odur ki, məhkəmə nəzərə alır ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156 ünvanda inşa edilən 4 saylı yaşayış binasının 23-cü mərtəbəsində ümumi tikinti sahəsi 157,6 kv.m-dən ibarət olan 3 otaqlı 103 nömrəli mənzilin mülkiyyətçisi olması, müvafiq mənzili "xxxx" MMC ilə bağlanmış tam etibarlı müqavilə əsasında əldə etməsi, eləcə də mənzilin faktiki sahibliyində və istifadəsində olması qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiq edilmişdir.
57. Məhkəmə xüsusilə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğu təqdirdə və məhkəmənin mövqeyi aydın şəkildə ifadə olunduğu halda İddiaçı Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156 ünvanda inşa edilən 4 saylı yaşayış binasının 23-cü mərtəbəsində ümumi tikinti sahəsi 157,6 kv.m-dən ibarət olan 3 otaqlı 103 nömrəli mənzillə bağlı tələbinin (mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışın verilməsi) təmin edilməməsi mülkiyyət hüququnun əsassız şəkildə məhdudlaşdırılması və pozulması kimi qiymətləndirilməlidir.
58. Məhkəmə qeyd edilənləri məcmu halında qiymətləndirərək hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının vəziyyətinə mütənasib olmamaqla onun üzərinə həddən artıq yük qoymuşdur, nəticə etibarilə iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunmamışdır.
59. Məhkəmə nəzərə alır ki, məhkəmə qərarı icra olunan zaman mənzilin faktiki ölçüləri nəzərə alınmalıdır.
60. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.18. daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək;
61. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməli, əks yanaşma iddiaçının X24 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.
62. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
63. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
64. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
65. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
66. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
67. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156 ünvanda inşa edilən 4 saylı yaşayış binasının 23-cü mərtəbəsində ümumi tikinti sahəsi 157,6 kv.m-dən ibarət olan 3 otaqlı 103 nömrəli mənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva