Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-510/2021 04.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi XN0, cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «şəhid və şəhid ailəsi statusunun təsdiq olunması üçün arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərzəsi ilə məhkəməyə müraciət edərək, mərhum ərinin şəhid olması ilə bağlı şəhid və şəhid ailəsi statusunun təsdiq olunması üçün arayışın verilməsi vəzifəsinin cavabdehin qarşısında öhdəlik olaraq qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, iddiaçının mərhum həyat yoldaşı Vəliyəddin Məmmədov N993-cü ildə baş leytenant rütbəsində zabit kimi Qarabağ Müharibəsində iştirak etmək üçün orduda qulluq etmiş, xx xxxxx N994-cü ildə Ağdam Rayonun Qaraqacılar kəndində başından düşmən gülləsinə tuş gələrək yaralanmış, Bakı şəhərində X8 müalicə olunmasına baxmayaraq, 4 il şikəst yaşamış və aldığı həmin xəsarətdən rəhmətə getmişdir.Ağdam Rayon Məhkəməsinin 2000-ci il tarixli Qətnaməsinə əsasən, mərhum əri X4 xx xxxxx N994-cü ildə Qarabağ döyüşlərində güllə yarası alması nəticəsində xx xxxxx N998-ci ildə ölməsi faktı müəyyən olumuşdur. Beləliklə də, qeyd etdiklərilə bağlı mərhum ərinin şəhid olması ilə bağlı şəhid və şəhid ailəsi statusunun təsdiq olunması üçün arayışın verilməsi barədə cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan tərəfindən müsbət cavab ala bilməmişəm. Bu səbəbdən də, Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilmələri tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaya dair yazılı münasibəti məhkəməyə təqdim olunmuş və göstərilmişdir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun N-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N994-cü il N5 yanvar tarixli N0 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın N.2.5-N.2.6-cı bəndlərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının vəya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Qaydaların 4.N-cı bəndinə görə şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur.Hərbi hissənin arayışında Azərbaycan Respublikasının N994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin N6 saylı əlavəsinin N.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Nizamnamənin həmin maddəsində isə göstərilir ki, müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N994-cü il N5 yanvar tarixli N0 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın N.2.5-ci bəndində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçuların şəhid hesab edildiyi göstərilir. Cavabdehin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilmiş və onun qərarı ilə təsdiq edilmiş qaydalara hər hansı əlavələr etmək, şəhid hesab edilən şəxslərin dairəsini genişləndirmək və ya məhdudlaşdırmaq səlahiyyəti yoxdur. İddiaçının əri Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı xəsarət alsa da dörd il sonra vəfat etmişdir. Hərbi əməliyyatlarla əlaqədar aldığı xəsarət nəticəsində hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılan sabiq hərbi qulluqçuların vəfat etdikdən sonra şəhid hesab edilməsi normativ hüquqi aktla nəzərdə tutulmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi XN5 iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi XNN iddianı qəbul etməyərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in N.N, 2.N, 3.N və 8.N.4-ci maddələri). İddiaçı mərhum ərinə şəhid və özünə şəhid ailəsi statusunun təsdiq olunması üçün arayışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsini xahiş edir. İnzibati Prosessual Məcəllənin 2.2.3-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Hazırki tələb üzrə cavabdehlik daşıyan orqan Azərbaycan Respublikasının Müdafiə Nazirliyidir. Belə ki, Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydalarının 4.N-ci bəndiə əsasən şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. İş materialalrından da göründüyü kimi iddiaçının mərhum əri X6 baş leytenant rütbəsində hərbi xidmət etmişdir. İnzibati Prosessual Məcəllənin 8.N.4-cü maddəsinə görə digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Göründüyü kimi, hazırki iddianın aidiyyatı da Bakı İnzibati Məhkəmədir. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən tələb təmin edilmədiyindən, hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddianın əsaslılığı : Məhkəmə işin materiallarını araşdıraraq və tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan sənədlər: Qarabağ Əlillər Cəmiyyəti tərəfindən verilmiş 0570 nömrəli Vəsiqədən görünür ki, X2 və Sərhədyanı rayonlarda gedən döyüşlərdə iştirak etmiş və N-ci qrup əlil olmuşdur. Ağdam rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 020952 nömrəli vəsiqəsindən görünür ki, XN2 “şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” x xxxxxxxx N993-cü il Azərbaycan Respublikasının Qanununda göstərilən güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikasının Hərbi Komissarlığı tərəfindən verilmiş 000069 nömrəli vəsiqədən görünür ki, X6 ömürlük N-ci qrup müharibə əlili olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi mərkəzi Arxivinin xx.xx.20N9-cu il tarixli 9/2-N85N9 saylı arxiv arayışından görünür ki, Ağdam rayon hərbi komissarlığı tərəfindən toplanışa çağırılmış leytenant X7 N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N04 №-li əmrilə (əsas: kadrlar üzrə əmr, §-6, əmrdə adı “Vilayəddin” yazılmışdır) 2-ci MAT-da tağım komandiri vəzifəsinə təyin edilməklə şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təchizatlarla təmin olunmuşdur.N №-li hərbi hissənin xx xxxxxx N - xx xxxxx N994-cü il tarixli dövrü əhatə edən “Yaralananların qeydiyyatı” kitabında (əsas: sıra-5N0, hərbi rütbəsi “baş leytenant yazılmışdır) Ağdam RHK-nın çağırışçısı, N962-ci il təvəllüdlü, İİ MAT-da xidmət edən, baş leytenant X4 xx.xx.N994-cü il tarixində Uzundərədə yaralanması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin aprel-may N994-cü il tarixli əmrlərində X4 yaralanması barədə məlumat aşkar olunmamışdır. Ağdam Rayon Məhkəməsinin xx xxxx 2000-ci il tarixli 2-57 saylı qətnaməsinə əsasən X4 xx xxx N998-ci il tarixli ölüm şəhadətnaməsində ölüm qeydinin düzgün yazılmadığı müəyyən edilmiş, X4 xx xxxxx N994-cü ildə Qarabağ döyüşlərində başından güllə yarası alması nəticəsində xx xxxxx N998-ci ildə ölməsi qeyd edilməsi nəticəsinə gəlinmişdir. xx xxxx 2000-ci ildə verilmiş AZ 042079 nömrəli ölüm haqqında XN ölüm səbəbi Qarabağ döyüşlərində başından güllə yarası alması nəticəsində xx xxxxx N998-ci il tarixində ölməsi qeyd edilmişdir. Hərbi həkim Komissiyasının 9355 nömrəli xəstəlik haqqında şəhadətnaməsinin surətindən görünür ki, N nömrəli hərbi hissənin baş leytenantı N960-cı il təvəllüdlü X6 N993-cü il N3 aprel tarixində Ağdam rayonu ərazisində gedən döyüşlərdə başından güllə yarası almışdır. N nömrəli Hərbi Hissənin Qərargah rəsinin N483 nömrəli arayışının surətindən görünür ki, baş leytenant X6 N993-cü il N3 aprel tarixində Ağdam rayonu ərazisində gedən döyüşlərdə ağır yaralanmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun N5.N-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: İddianın hüquqi əsasını “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun normaları təşkil edir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun N-ci maddəsində verilmiş şəhid adının anlayışına görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Göstərilən qanunvericilik normalarının təhlilindən göründüyü kimi, «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun N-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktların qəbul olunması həmin Qanunun 8-ci maddəsi ilə Nazirlər Kabinetinə həvalə olunmuşdur. Bundan irəli gələrək, Nazirlər Kabineti xx xxxxxx N994-cü il tarixdə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında” N0 saylı Qərar qəbul etmişdir. Qaydaların N.N-ci bəndinə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun N-ci maddəsi təkrarlanmaqla, N.2-ci bənddə göstərilmişdir ki, aşağıdakılar şəhid hesab edilirlər: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular (N.2.5-ci bənd). “Mülki işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 20N0-cu il tarixli N nömrəli Bülletenində həqiqət göstərilmişdir ki, “Şəxsin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə aldığı yaralar nəticəsində sonradan vəfat etməsi faktı həmin şəxsə “şəhid” statusunun və bununla bağlı güzəşt və imtiyazların verilməsi üçün əsasdır”. Belə ki, şəxsin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olması və ya onun həmin döyüşlərdə aldığı yaralardan sonradan vəfat etməsi hüquqi müəyyənlik prinsipi baxımından məzmunca eyni anlayışlardır və mübahisəli hüquq münasibətində eyni qaydada tətbiq olunmalıdır. Azərbaycan respublikası Konstitusiyasının 76-cı maddəsinə görə vətəni müdafiə hər bir vətəndaşın borcudur. Bu baxımdan Azərbaycan respublikasının vətəndaşı kimi vətənə hərbi borcunu yerinə yetirərkən Azərbaycan Respublikasının suverenliyi, azadlığı və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş şəxslə, həmin döyüşlərdə ağır yaralanmış və sonradan aldığı yaralardan vəfat etmiş şəxsləri fərqləndirmək hüquqi müəyyənlik prinsipinin kriteriyalarına ziddir.Həmçinin, Ali Məhkəmənin sözügedən sənədində qeyd edilmişdir ki, “şəxsin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə aldığı yaralardan vəfat etməsi zamanı həmçinin əsas o hal sübut olunmalıdır ki, yara almış şəxs yara aldığı vaxtdan həlak olan ana qədər fasiləsiz müalicə olunmuş, lakin həmin müalicəyə baxmayaraq vəfat etmişdir” Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsinə dair münasibətdə və cavabdehin səlahiyyətli nümayəndəsinin məhkəmə araşdırması zamanı verdiyi izahatında göstərilmişdir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun N-ci maddəsində şəhid adının verilməsinin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqələndirilməsi şəhid adına layiq görülmənin mümkün olduğu hadisələrin geniş dairəsini əhatə edir. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş Qaydalar da şəhid anlayışını həmin Qanunda olduğu kimi təkrarlayaraq, konkret hadisələrdə həlak olmuş və ya itkin düşmüş şəxslərin şəhid hesab olunduğunu müəyyən etmişdir. Şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirildiyindən, iddiaçı N994-ci ildə döyüş əməliyyatlarında ağır qəlpə yarası aldığı üçün ona N-ci qrup əlillik dərəcəsi təyin edildiyindən və 4 il sonra vəfat etdiyindən onun şəhid hesab edilməsi normativ hüquqi aktla nəzərdə tutulmamışdır. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan iş materiallarında olan müvafiq sənədlər əsasında “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun və Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının tələblərinə uyğun olaraq işin halları zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi X4 xx xxxxx N994-cü ildə Qarabağ döyüşlərində başından güllə yarası alması faktı mübahisə doğurmur. Həmçinin, məhkəmə qətnaməsi ilə ölüm haqqında şəhadətnamədə yalnışlıq düzəldilmişdir. İnzibati orqan öz geniş səlahiyyətlərindən istifadə edərək, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yara almış iddiaçının mərhum ərinin yara aldığı vaxtdan həlak olan ana qədər fasiləsiz müalicə alması, lakin həmin müalicəyə baxmayaraq vəfat etməsi halını araşdırmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun: N2.N-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. N2.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. N2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 34.N-ci maddəsinin tələblərinə görə ərizə səlahiyyətli inzibati orqan tərəfindən aşağıdakı hallarda baxılmamış saxlanıla bilər: 34.N.N. bu Qanunun 35.N-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizə vermiş şəxs (şəxslər) barəsində və ərizədə göstərilmiş həmin əsaslar üzrə həmin inzibati orqan və ya müvafiq yuxarı inzibati orqan tərəfindən əvvəllər qərar qəbul olunduğu müəyyən edildikdə; 34.N.2. həmin iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda; 34.N.3. bu Qanunun 30-cu və 35.5-ci maddələrində nəzərdə tutulmuş tələblərə əməl olunmadıqda. 34.2-ci madəsinə əsasən ərizənin baxılmamış saxlanılması barədə inzibati orqan tərəfindən inzibati akt formasında qərar qəbul edilir. 6N-ci maddəsinin tələblərinə görə: 6N.N. yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 6N.2. əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 6N.3. inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 6N.4. inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 66-cı maddəsinə əsasən maraqlı şəxsin ərizəsi üzrə bu Qanunun 52-ci maddəsində müəyyən edilmiş müddət ərzində inzibati orqan tərəfindən inzibati aktın qəbul olunmadığı hallarda maraqlı şəxs məhkəməyə müraciət edə bilər. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.N. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə iddiaçıya mərhum ərinin şəhid olması ilə bağlı şəhid və şəhid ailəsi statusunun təsdiq olunması üçün arayışın verilməsi ilə barədə müraciəti ilə əlaqədar inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 8N və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hazırki qərarda hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə iddiaçıya mərhum ərinin şəhid olması ilə bağlı şəhid və özünə şəhid ailəsi statusunun təsdiq olunması üçün arayışın verilməsi barədə müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-510/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-510/2021
04.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver