Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-510/2022 04.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2015-ci il tarixdən, 57 yaşdan xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsinin və xx.xx.2020-ci il tarixdən, yəni müraciət etdiyi vaxtdan 3 il əvvələdək olan dövrlərin birdəfəyə ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuş, xx.xx.1975-ci ildən hal-hazıra kimi ümumilikdə 45 il 01 ay əmək stajı vardır. Həmin əmək stajını xx.xx.1975-xx.xx.1975-ci illərdə “Xəzərdənizneftqaz” İdarəsində gəmi təmiri üzrə çilingər, xx.xx.1980-xx.xx.1980-cı illərdə həmin İdarədə neft və qaz hasilatı üzrə operator, xx.xx.1986-xx.xx.1986-ci illərdə “X4 Şəbəkəsi”nin “X2”ndə elektrikmontyoru, xx.xx.1995-xx.xx.1996-cı illərdə elektrik-montyoru, xx.xx.1997-xx.xx.2002-ci illərdə “Azərdənizneftqaz” Trestinin Tikinti-Quraşdırma İdarəsində borudüzən, xx.xx.2002xx.xx.2003-cü illərdə həmin idarədə betonçu, xx.xx.2003-cu ildən hal-hazıradək həmin idarədə kran-maşinisti vəzifələrində işləməklə qazanmışdır. İşlədiyi vəzifələr ağır sahə olduğuna görə hesab edir ki, ona xx.xx.2015-ci il tarixdən, 57 yaşından xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərə yaşa görə pensiya təyin edilməli idi. Çünki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinə əsasən hüquqi yaranmış şəxslər güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq üçün xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş Nazirlər Kabinetinin 1993-ci il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı”nın Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şıstın emalı: 2. Neft-qaz və qaz kondensatının hasilatı; “neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi çilingərlər (2130200u -18559)”, “neft və qaz hasilatı üzrə operatorlar (2130200a—15824)”, Xİİİ. Elektrik stansiyaları, enerjı qatarları, buxar güc təsərrüfatı: “qazanxana, turbin (buxarqaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri (2140000a—18455)”, XXVİİİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri: “sənaye dəmir beton borularının boruçəgənləri (2290000a—19233)”, “betonçular (2290100a—11196)” və 1.1.2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər: “kran maşinistləri (krançılar)” kodu ilə qeyd edilmişdir. Həmin vəzifələrinə əsasən 12 il 06 aydan çox zərərli əmək sahəsində əmək stajı və 25 ildən çox ümumi əmək stajını xx.xx.2006-cı il tarixə kimi toplamışlarsa, kişilərin 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ yaranır. İddiaçı cavabdehə müraciət edərək ona xx.xx.2015-ci il tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh isə iddiaçıya xx.xx.2020-ci il tarixli, **********0 saylı məktubla cavab olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin mümkünsüz olduğunu bildirməklə imtina vermişdir. Bunu da onunla əsaslandırmışdır ki, işlədiyi peşələrin Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı”nda adı çəkilən peşələrlə və vəzifələrlə uyğun gəlsə də, lakin xx.xx.2006-cı il tarixə kimi güzəştli iş stajı 12 il 06 aydan az təşkil edir. Hesab edir ki, cavabdehin məktubunu inzibati icraat haqqında qanunun tələblərinə görə əsassızdır və əmək pensiyaları qanunvericiliyinin müvaliq tələblərinə aşağıdakı hallara əsasən cavab vermir. Belə ki, Azərbaycan Respublikası DSMF tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il 4027 saylı şəhadətnamə ilə normativ hüquqi akt kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilmiş “misalda” da pensiya hüququnun yaranması üçün tələb olunan üç hüquqi faktdan ikisinin ümumi və güzəştli əmək stajının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Qanuna xx.xx.1997-ci il tarixli, 321-İQD saylı Qanunla edilmiş dəyişikliyin qüvvədə olduğu dövrdə yaranması, 3-cü hüquqi faktın - yaşın isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi vaxtdan sonra yaranması halında da güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını bir daha təsdiqləmişdir. Odur ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ xx.xx.2015-ci il tarixdən yaranmasına baxmayaraq, lakin Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun birmənalı olaraq tətbiq edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa xx.xx.2017-ci il tarixdən edilmiş dəyişiklər onun hüquqi vəziyyətini ağırlaşdırdığından, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ-ci bəndinin tələblərini rəhbər tutaraq, hesab edir ki, qeyd edilən dəyişiklər iddiaçıya münasibətdə tətbiq edilməməli, hazırkı mübahisəyə iddiaçının 57 yaşdan tamam olduğu, lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə görə xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa əsasən qazanmış olduğu ümumi və xüsusi əmək stajına dair olaraq müəyyən edilməklə qüvvədə olmuş qanunvericilk normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Əmək pensiyaları haqqında” Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Hesab edir ki, qanunun qeyd edilən müddəası pensiya təyin edən orqana düzgün pensiya təyinatının aparılmaması nəticəsində ödənilməli olan məbləği hissə-hissə ödəmək hüququ vermir. Belə ki, həmin məbləğ iddiaçıya ödənilməli olan, lakin pensiya təyin edən orqanın səhvi nəticəsində ödənilməmiş vəsait olmaqla iddiaçının mülkiyyətini təşkil edir. İddiaçı artıq əldə edilmiş hüquq kimi özünün mülkiyyəti olan həmin vəsaitin ona birdəfəlik ödənilməsini tələb etmək hüququna malikdir. Əks yanaşma, iddiaçının mülkiyyət hüquqlarının qanunsuz və əsassız məhdudlaşdırılmasına səbəb olar. Bundan başqa, pensiya qanunvericiliyində sözügedən ödənişlərin məhz hissə-hissə aparılacağını müəyyən edən hər hansı norma da mövcud deyildir. İddiaçının ərizəsinə baxılması ilə əlaqədar cavabdeh tərəfindən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə tam əməl olunmamışdır. (Qeyd edilən Qanunun 28.1, 21.2, 24.1, 45.1, 52.1, 61.1-ci mad.) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd edilmiş əsaslara və Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ-cü hissələrini, 149, 60-cı, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1, 5. 4.1. 21.1,7, 30.2, 31.1, 32, 37.7-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci, 14.3 və 73.1-ci maddələrinə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş etirazda bildirilmişdir ki, iddia tələbi aşağıda səbəblərə görə qanunsuz və əsassızdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 31.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlədiyi güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvələr güvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci abzasının "b" yarımbəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ay həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”-nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı Qərarının 3.2-cü bəndində göstərilmişdir - 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiya hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə Müraciətə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavədə qeyd edilən) əlavə edillər. (bənd 2.2) Qeyd edilən 2 saylı əlavəyə əsasən - Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir.(əlavənin 2.4-cü bəndi). Şəxsə güzəştli əmək pensiyası hüququ verən peşələrdə işləməsini təsdiq edəcək iş yerindən arayışların təqdim edilməsi həmçinin hal-hazırda qüvvədən düşən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tədbiq edilməsi müddətində də tələb edilmiş və qüvvədə olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 saylı Qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 19-cu bəndində qeyd edilmişdir ki, “Əmək kitabçasında xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar (məsələn: isti iş sahələrində, isti işlərdə işləmək, müəyyən təhlükə dərəcəsi olan maddələrlə işləmək, yeraltı işlərdə çalışmaq, müəyyən üsullarla iş aparmaq və s.) barədə tam məlumat olmadıqda xüsusi əmək stajının təsdiqi üçün idarə və müəssisənin dəqiqləşdirici arayışı qəbul olunur. Arayışda göstərilməlidir: xüsusi staja daxil olan dövr; peşə və ya vəzifəsi; görülən işin xarakteri, həmin iş dövrünün hansı siyahının bölməsi, hansı yarım bölməsi bəndinə daxil olması, həmin arayışın verilməsinə əsas olan ilkin sənədlər”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddelərinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul eləmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən - bu Məcəllənin 33.1-ci maddəsinə nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Qeyd edilən maddədən göründüyü kimi, iddiaçı tərəfindən məcburetmə haqqında iddia barədə məhkəməyə müraciət edilməsi üçün iki hal nəzərdə tutulmuşdur: 1. cavabdeh tərəfindən yalnız arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edilməsi; 2. cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallarda. İddiaçı iddia ərizəsinə özünə məxsus əmək kitabçasının surəti, hərbi biletin surəti və şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişdir. İddiaçının inzibati orqana təqdim etdiyi əmək kitabçasında işlədiyi işlər və peşələr xarici dildə tərtib edilmiş, onların Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinə tərcüməsi iddiaçı tərəfindən təqdim edilməmişdir. Bu səbəbdən iddiaçının qeyd edilən dövrlərdə hansı vəzifələrdə (peşələrdə) işləməsi, həmçinin həmin peşələrin ona güzəştli pensiya hüququ verən peşələrə aid olub-olmaması aydın deyil. İddiaçının idarəyə təqdim etdiyi əmək kitabçasında, Azərbaycan dilində edilmiş qeydlərdə, onun işlədiyi peşələrin güzəştli peşələr olması barədə hər-hansı bir qeyd edilməmişdir, bu da işə götürən müəssisələrin iddiaçının işlədiyi peşələrin güzəştli peşə hesab etmədiklərini göstərir. Həmçinin, qeyd edilən əmək kitabçasında iddiaçının işlədiyi müəssisələrin və sahələrin adları tam görsənmədiyindən, onun işlədiyi peşələrin və sahələrin adlarını tam müəyyən etmək mümkün olmur. İddiaçı onun işlədiyi peşələrin güzəştli pensiya hüququ verən peşələr olub-olmamasını müəyyən etmək üçün cavabdeh orqana iş yerindən arayış təqdim etməlidir. İddiaçı iddia ərizəsində özünün işlədiyi peşələri güzəştli peşələr olmasını sübut etmək məqsədi ilə əsassız olaraq həmin peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında” olan peşələrə uyğunlaşdırmağa cəhd etmiş, lakin bunu nəyə əsaslandığını qeyd etməmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi xx.xx.1997xx.xx.2002-ci ildə işlədiyi peşəni “borudüzən” kimi qeyd etsə də, əsassız olaraq onu siyahıda olan “sənaye dəmir beton boruların boruçəkəni” peşəsinə uyğunlaşdırmağa cəhd etmişdir. Əmək kitabçasında qeyd edilən hər hansı bir peşənin, Qərarda güzəştli peşələrə uyğunlaşdırmanın olmasını qeyd etməklə bərabər bildirilmişdir ki, iddiaçı hətta əmək kitabçasında qeyd edilmiş peşənin adını “borudüzən” kimi qeyd etsə də, əmək kitabçasında iddiaçının həmin dövrlər işlədiyi peşənin fərli olaraq “borudüzən mexanizmin maşinisti” kimi qeyd edilmişdir. 320 saylı qərarda isə nə “borudüzən” nə də ki, “borudüzən mexanizmin maşinisti” peşələri qeyd edilməmişdir. İddiaçı tərəfindən, cavabdeh orqana təqdim edilmiş sənədlər əsasında araşdırma aparmış inzibati orqan, haqlı olaraq, iddiaçıya onun qanunvericiliklə nəzərdə tutulmuş 12 il 06 ay müddətində güzəştli iş stajının olmaması barədə cavab vermişdir. Güzəştli şərtlərlə pensiya təyini zamanı sui-istifadə hallarına yol verməmək üçün ərizəçinin çalışdığı peşələrin Siyahıda göstərilən peşələrin adları (hərfi yazılışları) ilə dəqiq uyğunluq təşkil etməsi tələb olunur. Bu barədə Ali Məhkəmənin bir çox gərarlarında da qeyd edilmişdir. Misal: Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2-1(102)-283/2019 saylı qərarından çıxarış: “Apellyasiya instansiya Məhkəməsi qərarında belə hesab edir ki, əgər NK-nin yuxarıda qeyd edilən qərarı ilə təsdiq edilmiş Siyahının bir hissəsində peşənin zərərli olması hər hansı yerdə bir dəfə də olsa müəyyən edilmişsə, onda həmin peşə iş şəraiti nəzərə alınmadan həmişə zərərli hesab edilməli və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas olmalıdır. Məhkəmə hesab edir ki, bu yanlış fikirdir. Siyahıda göstərilən eyni peşənin sahibi quruda və ya dənizdə, yerin altında və ya üstündə, habelə, qısamüddətli və ya uzunmüddətli və sair fərqli işlərdə çalışarsa, həmin şəraitdən asılı olaraq onun işi zərərli və zərərsiz hesab oluna bilər”. Göründüyü kimi, AR Ali Məhkəməsinin bu cür işlərlə bağlı mövqeyi ondan ibarətdir ki, hər hansı peşə adlarını Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz, və ya uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər Göstərilənlərə əsasən İddiaçı iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərdiyi ərizəsində işlədiyi sahənin dənizdə oldugundan məhkəmə proseslərində iştirak etməyinin mümkünsüz oldugunu bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli **********0 saylı imtina məktubu ilə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmırlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İdarəyə təqdim etdiyi sənədlərdən göründüyü kimi güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyindən imtina edilmişdir. - İddiaçı məxsus AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1958-ci il tarixdə Masallı rayonunda anadan olmuşdur. - İddiaçıya məxsus HЗ № ******* saylı hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixə qədər həqiqi hərbi ximdətdə olmuşdur. - İddiçıya məxsus xx.xx.1965-ci il tarixdə doldurulmuş əmək kitabçasından görünür ki, iddiaçı 21 mart 1975-ci il tarixdən (59 лс saylı, xx.xx.1975-ci il tarixli əmr) xx.xx.1975-ci il tarixədək (113 лс saylı, xx.xx.1975-ci il tarixli əmr) “Xəzərdənizneftqaz” İdarəsində gəmi təmiri üzrə çilingər köməkçisi, 20 aprel 1976-cı il tarixdən (150 saylı, xx.xx.1976-cı il əmr) 16 avqust 1977-ci il tarixədək (446 saylı, 16 avqust 1977-ci il tarixli əmr) H. Aslanov adına sovxozun 1 nömrəli tərəvəz briqadasında fəhlə, xx.xx.1980-ci il tarixdən (56-K saylı, xx.xx.1980-ci il tarixli əmr) xx.xx.1980-ci il tarixədək (109 saylı, 18 iyun 1980-cı il tarixli əmr) “Xəzərdənizneftqaz” İdarəsində neft və qaz çıxarma sexinə neft və qaz çıxarma üzrə 3-cü dərəcəli operator işləmiş, xx.xx.1980-ci il tarixdə “Aznefttikinti” Tikinti Trestinin Mexanizasiya İdarəsində 2-ci dərəcəli traktor maşinistin köməkçisi vəzifəsinə qəbul edilmiş (122/k saylı əmr), xx.xx.1981-ci il tarixdə ona 4-cü dərəcəli traktor maşinisti dərəcəsi verilmiş (25/k saylı, xx.xx.1981-ci il tarixli əmr), xx.xx.1981-ci il tarixdə 5-ci dərəcəli traktor maşinisti dərəcə verilmiş (263/k saylı, xx.xx.1981-ci il tarixli əmr), xx.xx.1983-cü il tarixdə 6-cı dərəcəli maşinist-borudüzən dərəcəsi verilmiş (38/k saylı, xx.xx.1983-cü il tarixli əmr), xx.xx.1986-cı il tarixdə işdən azad edilmişdir (42/k saylı, xx.xx.1986-cı il tarixli əmr), xx.xx.1986-cı il tarixdə X4 Şəbəkəsinin X2ndə elektrik-montyoru vəzifəsinə qəbul olunmuş (26 saylı, xx.xx.1986-cı il tarixli əmr), xx.xx.1986-cı il tarixdə 5-ci dərəcəli takelajçı vəzifəsinə keçirilmiş (282 saylı, xx.xx.1986-cı il tarixli əmr), xx.xx.1995-ci il tarixdə beşinci dərəcəli elektrik montyoru vəzifəsinə keçirilmiş (532 saylı, xx.xx.1995-ci il tarixli əmr), xx.xx.1996-cı il tarixdə AR Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir (110-k saylı, xx.xx.1996-cı il tarixli əmr), xx.xx.1997-ci il tarixdə “AZDNİ” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsinə borudüzən mexanik maşınisti sənəti üzrə işə qəbul edilmiş (7/ks saylı, xx.xx.1997-ci il tarixli əmr), xx.xx.2000-ci il tarixdə ona 6-cı dərəcəli boru düzən mexanizminin maşınisti ixtisası verilmiş (56 saylı, xx.xx.2000ci il tarixli əmr), xx.xx.2001-ci il tarixdə AR ƏM-nin 70-ci maddəsinin “a” bəndinə əsasən (müəssisə ləğv edildikdə) işdən azad edilmişdir (49 saylı, xx.xx.2001-ci il tarixli əmr), xx.xx.2001-ci il tarixdə “Azərdənizneftinşaat” trestin 3 saylı İxtisaslaşmış Tikinti Quraşdırma və Təmir Filialına 6-cı dərəcəli boru düzən maşinisti peşəsinə işə qəbul edilmiş (02/k saylı, xx.xx.2001-ci il tarixli əmr), xx.xx.2002-ci il tarixdə 2-ci (əlavə) peşə olaraq 4-cü dərəcəli betonçu verilmişdir (29 saylı, xx.xx.2002-ci il tarixli əmr), xx.xx.2003cü il tarixdə 5-ci dərəcəli ekskavator kran maşinisti peşəsi verilmiş (05k saylı, xx.xx.2003cü il tarixli əmr), xx.xx.2007-ci il tarixdə “Azərdənizneftinşaat” tresti və onun struktur bölmələri AR Mülki Məcəlləsinin 55.1 və 56.2 maddələrinə uyğun olaraq yenidən təşkil olunaraq ARDNŞ-nın “Neftqaztikinti” trestinə verilib (ARDNŞ 61 saylı, xx.xx.2007-ci il tarixli əmr), “Azərdənizneftinşaat” trestinin 3 saylı İxtisaslaşmış Tikinti Quraşdırma və Təmir Filialı “Neftqaztikinti” trestinin 7 saylı Tikinti Quraşdırma İdarəsi adlandırılıb, xx.xx.2007-ci il tarixdə “Neftqaztikinti” trestinin Xüsusi Texnika İdarəsinin sərəncamına göndərilmiş (22/k saylı, xx.xx.2007-ci il tarixli əmr), xx.xx.2007-ci il tarixli 25 nömrəli qeyd etibarsızdır, xx.xx.2007-ci il tarixdə AR ƏM-nin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir (22/k saylı, xx.xx.2007-ci il tarixli əmr). -İddiaçının ИТ-İ seriyalı, ******* nömrəli, xx.xx.2007-ci il tarixli əmək kitabçasına əsasən “Neftqaztikinti” tresti, Xüsusi Texnika İdarəsinə xx.xx.2007-ci il tarixdə 5-ci dərəcəli kran maşınçısı peşəsinə qəbul edilmiş (21/k saylı, xx.xx.2007-ci il tarixli əmr), xx.xx.2014cü il tarixdə AR ƏM 69-cu maddəsinin 3-cü bəndinə əsasən başqa işə götürülməklə əmək müqaviləsi bağlanması ilə əlaqədar, öz təşəbbüsü ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir (43/k saylı, xx.xx.2014-cü il tarixli əmr), xx.xx.2014-cü il tarixdə ARDNŞ Nəqliyyat İdarəsi 5 saylı Texnoloji Nəqliyyat Departamenti 2 saylı A və XTŞ-nin 1 saylı xüsusi texnika dəstəsinə 1-ci dərəcəli kran maşınisti peşəsinə qəbul edilmiş (144/k saylı, xx.xx.2014-cü il tarixli əmr), xx.xx.2017-ci il tarixdə AR ƏM 69-cu maddəsinin 3-cü bəndinə əsasən başqa işə götürülməklə əmək müqaviləsi bağlanması ilə əlaqədar, öz xahişi ilə işdən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir (xx.xx.2017-ci il), xx.xx.2017-ci il tarixdə SOCAR Nəqliyyat İdarəsi 6 saylı Texnoloji Nəqliyyat Departamenti Bağlanmış əmək müqaviləsində nəzərdə tutulan şərtlərə uyğun olaraq 2 saylı Xüsusi Texnika dəstəsinə 6-cı dərəcəli kran maşinisti peşəsinə işə qəbul edilmiş (1297/k saylı, xx.xx.2017-ci il tarixli əmr) və hal-hazırda kran maşınisti peşəsində işləyir. - -Məhkəmənin sorğusuna “SOCAR” tərəfindən xx.xx.2021-ci il tarixli SOCAR**********30490075X00081 saylı cavab məktubunda bildirilmişdir ki, İddiaçı “Azərdənizneftinşaat” trestində (indiki “Neftqaztikinti” tresti) işlədiyi borudüzən maşinisti, betonçu və ekskavator kranın maşinisti peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının 2 saylı əlavəsi ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin" siyahısının “Neftqaztikinti” trestinin fəaliyyət sahəsinə uyğun gələn “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində (kod:2290000a-dan 2290000b—24441-dək), eləcə də Siyahının “XXXİİİ. Ümumi peşələr” bölməsində öz əksini tapmamışdır. - Məhkəmənin sorğusuna “SOCAR” tərəfindən xx.xx.2021-ci il tarixli SOCAR**********30490075X00081 saylı cavab məktubuna əlavə edilmiş SOCAR**********30020123X00003 nömrəli, 03 fevral 2022-ci il tarixli arxiv arayışından görünür ki, iddiaçı xx.xx.1997-ci il tarixli 07/лс nömrəli əmrə əsasən “Azərdənizneftinşaat” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsinə 5-ci dərəcəli borudüzən maşinisti peşəsinə işə qəbul edilmişdir, xx.xx.2000-ci il tarixli 56 nömrəli əmrə əsasən 6-cı dərəcəli borudüzən maşinisti peşəsinə keçirilmişdir, xx.xx.2001-ci il tarixindən xx.xx.2001-ci il tarixli 49 nömrəli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə uyğun olaraq (idarənin ləğv edilməsi ilə əlaqədar) işdən azad edilmişdir, xx.xx.2001-ci il tarixli 02/k nömrəli əmrə əsasən “Azərdənizneftinşaat” trestinin 3 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma və Təmir Filialına (Neft Daşları) 6-cı dərəcəli borudüzən maşinisti peşəsinə işə qəbul edilmişdir, xx.xx.2002-ci il tarixli 29 nömrəli əmrə əsasən 2-ci peşə olaraq 4-cü dərəcəli betonçu peşəsi verilmişdir, xx.xx.2003-cü il tarixli 05/k nömrəli əmrə əsasən 5-ci dərəcəli ekskavator kranın maşinisti peşəsinə keçirilmişdir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin xx.xx.2007-ci il tarixli 61 nömrəli əmrinə əsasən “Azərdənizneftinşaat” trestinin 3 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma və Təmir Filialı “Neftqaztikinti” trestinin 7 saylı Tikinti Quraşdırma İdarəsi adlandırılmışdır. İddiaçı xx.xx.2007-ci il tarixli 02/k nömrəli əsasən Azərbaycan Respublikasının ƏM-nin 69cu maddəsinin 3-cü bəndinə əsasən öz təşəbbüsü ilə işdən azad edilmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə uyğun olaraq baxılmalı və hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, pensiya təyinatı orqanının mübahisələndirdiyi hal iddiaçının güzəştli iş stajı ilə əlaqədardır. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa...; Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 55 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 57 yaşdan təyin edilir. Göründüyü kimi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-ci il tarixinədək, yəni “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minməsinə qədər güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıda (1 ya 2 saylı) göstərilməsi. Beləliklə, iddiaçının tələbinin təmin edilməsi və ona 57 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək azı 25 il ümumi iş stajı olmalı, bunun 12 il 6 ayını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Lakin iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasından və işəgötürənin arayışından görünür ki, iddiaçının “Azərdənizneftinşaat” trestində (indiki “Neftqaztikinti” tresti) işlədiyi borudüzən maşinisti, betonçu və ekskavator kranın maşinisti peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının 2 saylı əlavəsi ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin" siyahısının “Neftqaztikinti” trestinin fəaliyyət sahəsinə uyğun gələn “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində (kod:2290000a-dan 2290000b—24441dək), eləcə də Siyahının “XXXİİİ. Ümumi peşələr” bölməsində öz əksini tapmamışdır. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçıya ünvalandığı imtina məktubu ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi baxımından nəticə etibarilə qanuni və əsaslı olmuşdur. Beləliklə də güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olması üçün 3 şərtdən biri ödənilmədiyindən məhkəmə ümumi stajın toplaması istiqamətində araşdırma aparılmasını prosessual qənaət prinsipinə əsaslanaraq zəruri saymır. Bununla da məhkəmə hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi hissəsində iddia tələbi rədd edilməli oldugundan birinci tələbdən bilavasitə doguran və ondan asılı olan ikinci tələbinin, yəni ödənilməmiş pensiyanın hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində də araşdırmaga lüzum görmədən həmin hissədə də iddia rədd edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarını pozmamışdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əvvəlki dövrlərə görə birdəfəyə ödənilməsi” barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 Hakim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-510/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-510/2022
04.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver