Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5102/2025 14.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasından tutulmanın qanunsuz hesab edilməsi və vəsaitin geri qaytarılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı əmək pensiyasından artıq hesablanmış 3688.88 (Üç min altı yüz səksən səkkiz manat), 88 qəpik pulun tutulması ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, əmək pensiyasının yenidən hesablanması və əmək pensiyasının tutulduğu tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuşdur. Qoşma olaraq məhkəməyə təqdim olunmuş əmək kitabçasına əsasən, xx.xx.1976-cı ildə öz ərizəsi əsasında işə qəbul olunmuş, xx.xx.1978ci il tarixdə öz ərizəsi əsasında işdən azad olmuşdur. xx.xx.1978-ci il tarixdə qəbul olduğu işdən xx.xx.1989-cu il tarixdə 145 saylı əmrlə, sözügedən tarixdə, Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1990-cı il tarixdə Ağcabədi texniki idaman klubunun sürüş üzrə təlimçi peşəsinə qəbul edilmiş, xx.xx.1996-cı il tarixdə 15 nömrəli əmrlə sözügedən işindən azad edilmişdir. xx.xx.1996-cı il tarixli 14/k nömrəli əmrlə, həmin tarixdə “Nəqliyyat” Dövlət kiçik müəssəsi PAZ markalı avtobusa sürücü vəzifəsiinə işə qəbul olunmuşdur. xx.xx.2003-cü il tarixli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddəsilə öz xahişim ilə işdən azad edilmişdir. xx.xx.2010-cu il 73/k §2 nömrəli əmrlə, B.BŞİ-nin X5 ehtiyyat qrupuna 2-ci dərəcəli sürücü vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2019-cu il tarixli, 108/k §10 nömrəli əmrlə, xx.xx.2010 Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2019-cu il tarixli 354k nömrəli əmrlə, sözügedən tarixdə İnfeksion xəstələrin evakuasiyasının təcili və təxirəsalınmaz tibbi yardım bölməsinə sürücü vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli əmrlə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ƏM-in 70-ci maddəsinin “e” bəndinə əsasən çalışmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına yaşa görə əmək pensiyasının müəyyən edilməsi üçün iki dəfə müraciət edilmişdir. Yuxarıda qeyd edilmiş sözügedən inzibati orqandan xx.xx.2023-cü il tarixli 3-17-1/2-A- 132525/2023 saylı və xx.xx.2023-cü il tarixli 3-17-1/2-A-246571/2023 saylı cavab məktubları ilə cavab verilmişdir. Birinci cavab məktubuna əsasən (xx.xx.2023-cü il tarixli), xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən ona xx.xx.1992-ci tarixdən əlilliyə görə əmək pensiyası təyin edilib (pensiya işimdə olan pensiyaçının uçot vərəqinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən) və xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 12.1 -ci maddəsi tətbiq edilməklə əmək pensiyasının ödənişi davam etdirilir. İkinci cavab məktubuna əsasən (xx.xx.2023-cü il tarixli), xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən mənə xx.xx.1992-ci tarixdən əlilliyə görə əmək pensiyası təyin edilib (pensiya işində olan pensiyaçının uçot vərəqinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən) və xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsi tətbiq edilməklə əmək pensiyasının ödənişi davam etdirilir. Məhkəmənin xx.xx.2025-ci il tarixli protokol qərardadı ilə iş üzrə iddia tələbi “cavabdehin iddiaçının əmək pensiyasından tutulması qanunsuz hesab edilməsi, 2024-cü ilin fevral ayında tutulmuş 51.84 manat vəsaitin iddiaçıya geri qaytarılması” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və əmək pensiyasının tutulduğu tarixdən bərpa edilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.Aşağıda qeyd olunanlara əsasən hesab edilir ki, 2-1(112)- 5102/2025 nömrəli iş üzrə iddia mümkün hesab edilməməlidir. İddiaçının xx.xx.2024-cü il tarixdə təqdim etmiş olduğu iddia ərizəsində məhkəmədən aşağıdakıları xahiş etmişdir: Cavabdeh orqanın iddiaçıya pensiyanın artıq ödənilmiş hesab etməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi; əmək pensiyasının yenidən hesablanması; tutulmuş məbləğin iddiaçıya geri qaytarılması. İddia tələbinin birinci hissəsinə münasibətdə qeyd edək ki, iddiaçının təqdim etdiyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********001000 nömrəli məktubuna əsasən iddiaçı sahibkarlıq və ya digər vergi tutulan əməliyyatlarını xx.xx.2023-cü il tarixdən xx.xx.2100-cü il tarixədək dayandırmışdır. Buna uyğun olaraq cavabdeh orqan iddiaçı barəsində xx.xx.2023-cü il tarixli, 3-17-1/1-A-230730/2023 nömrəli inzibati aktı qəbul etmişdir. Müvafiq akta əsasən iddiaçının aktiv VÖEN-ni olması nəzərə alınmaqla ona xx.xx.2020-ci il tarixdən pensiyası yenidən hesablanmış, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ödənilmiş pensiya məbləği üzrə artıqödəmə müəyyən edilmişdir. İddiaçı tamamilə eyni iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə xx.xx.2023-cü il tarixdə (inzibati işin nömrəsi 2-1(112)- 4821/2024 də müraciət etmiş və cavabdeh orqanın sözügedən qərarını mübahisələndirmişdir. İddiaçı İPM-də nəzərdə tutulmuş müddəti ötürməklə yanaşı, bir il sonra eyni iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmənin və inzibati orqanın iş yükünü artırır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsində qeyd edilmişdir ki, mübahisələndirmə haqqında iddia dedikdə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İddia tələbi təmin edilərkən belə Şirvan İnzibati Məhkəməsi müvafiq inzibati aktın dəyişdirilməsini cavabdeh orqana həvalə etmişdir. Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Müvafiq məsələ ilə bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)- 1761/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən analoji situasiyaya aşağıdakı şəkildə münasibət bildirilmişdir: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında" Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən yuxarıda qeyd edilən mümkünlük şərtlərinin yoxlanılması baxımından, iddianın növü ilə bağlı məsələyə aydınlıq gətirilməlidir. Belə ki, hazırkı mübahisə üzrə iddia tələbinin bir hissəsi qərarların ləğvinə yönəlmişdir. Başqa sözlə, qaldırılan iddia iddiaçının tələbinin məzmunu və xarakteri baxımından mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu qərarın 18(a) bəndində göstərilən normaların tələbindən göründüyü kimi inzibati aktın mübahisələndirilməsinə dair iddia həmin aktın təqdim (elan) olunduğu andan 30 gün müddətində qaldırıla bilər. İddiaçı cavabdehin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli əmək pensiyasının yenidən hesablanmasına dair qərarlarının ləğv edilməsini və əvvəlki pensiya məbləğinin bərpa edilməsini xahiş etmişdir. İşdən görünür ki, iddiaçı ilkin iddia tələbi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmiş, xx.xx.2023-cü il tarixdə isə iddia tələbini hazırkı tələbə dəqiqləşdirmişdir. Göründüyü kimi, iddiaçı xx.xx.2023-cü il tarixli inzibati aktın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətə (30 gün) iddiaçı tərəfindən əməl olunub-olunmadığını apellyasiya instansiyası məhkəməsi araşdırmamışdır. Halbuki, hazırkı qərarın 19-cu bəndində göstərilən Ali Məhkəmə Plenumunun hüquqi mövqeyinə görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir və mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalı, bu zaman ilk növbədə iddia müddətlərinə riayət edilibedilmədiyinə qiymət verməlidir. Nəzərə alınmalıdır ki, hazırkı iş üzrə iddiaçının digər tələblərinə cavabdehin xx.xx.2023-cü il tarixli qərarının mübahisələndirilməsi üçün mümkünlük şərtlərinin yoxlanılmasından sonra qiymət verilməsi mümkündür. İşə baxan apellyasiya instansiyası məhkəməsi isə bu istiqamətdə araşdırma aparmamış, bununla da İPM-in 12.1, 35.1, 38.1-ci maddələrinin tələblərini pozmuş, Ali Məhkəmə Plenumunun hazırkı qərarın 18-ci bəndində göstərilən hüquqi mövqeyinə zidd qərar qəbul etmişdir. Odur ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2024-cü il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxan məhkəmə iddia müddəti ilə bağlı mümkünlük şərtlərinə Ali Məhkəmənin yuxarıda göstərilən hüquqi mövqeyini nəzərə alaraq qiymət verməlidir. İddia tələbinin ikinci hissəsinə münasibətdə nəzərinizə çadıraq ki, iddiaçıya xx.xx.1992-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı cavabdeh orqana ona təyin edilmiş pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. İddiaçının pensiya işində olan sənədlərin surətindən aydın olur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 30 il 04 ay 06 gün sığorta stajı vardır. Həmin staja əsasən əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2020-ci il tarixdən 238,92 manat məbləğində pensiya məbləği müəyyən edilmişdir. İddiaçının pensiyası qanunvericiliyin tələbləri əsasında indeksləşdirilərək 01.01,2021-ci il tarixdən 265,49 manata, xx.xx.2022-ci il tarixdən 274,51 manata çatdırlmışdır. Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddı yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 291,17 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən 333,97 manata çatdırılmışdır. Həmin Qanunun 37.3.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan, yaxud əmək pensiyası bu maddəyə əsasən yenidən hesablandıqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən xx.xx.2023-cü il tarixdən, yəni iddiaçının aktiv VÖEN hesabının dondurulduğu tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2010-cu il tarixdən 01.1.2020-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 18.562,95 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2023-cü il tarixdən 462,88 manat müəyyən edilmişdir. Hazırda isə iddiaçıya xx.xx.2024-cü il tarixdən etibarən 514.72 manat məbləğin pensiya ödənişi həyata keçirilir. Bu hissədə göründüyü kimi hər hansı bir inzibati mübahisə mövcud deyil. İddia tələbinin üçüncü hissəsinə münasibətdə bildirilir ki, xx.xx.2025-ci il tarixli, 3-17-1/2-18434/2025 nömrəli məktubumuz vasitsəilə təqdim edilmiş MEİS-un X6 çıxarışlarda da əks olunduğu kimi, iddiaçının pensiyasından hər hansı bir məbləğ tutulmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarına əsasən, məhkəmələr iddianın mümkünlüyü məsələsini həll edən zaman bir sıra şərtlərə əməl edilib-edilməməsini yoxlamalıdır. Bu şərtlərə daxildir: iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olubolmaması; İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi; qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmaması; İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilməməsi; prosessual həmiştirakçılığın yol verilənliyi; tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Qərarın 6-cı bəndinə əsasən, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərarın 7-ci bəndinə əsasən, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İnzibati- Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, işin hallarını və İnzibati-Prosessual Məcəllənin 35.3-cü maddəsini nəzərə alaraq 2-1(112)-5102/2025 nömrəli iş üzrə “əmək pensiyasının yenidən hesablanması və əmək pensiyasının tutulduğu tarixdən bərpa edilməsi” barədə İddiaçı iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 3-17-1/2-A-132525/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondundan daxil olmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən sizə xx.xx.1992-ci il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilib (pensiya işində olan pensiyaçının uçot vərəqinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən) və xx.xx.2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 12.1-ci maddəsi tətbiq edilməklə əmək pensiyanın ödənişi davam etdirilir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Sözügedən Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanın məbləği xx.xx.2023-cü il tarixindən 399,49 manat müəyyən edilmiş və Qanunun 29.1-ci maddəsinə uyğun olaraq 458,21 manata çatdırılmışdır.Sözügedən Qanunun 37.3.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan, yaxud əmək pensiyası bu maddəyə əsasən yenidən hesablandıqdan işləməyən əmək pensiyaçısı kateqorıyasına keçdiyi tarixədək olan kateqoriyaya keçdiyi tarixədək olan dövr üzrə toplananan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixədəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə maddəsinə uyğun olaraq əmək pesiyasının sığorta hissəsi avtomatlaşdırılmış qaydada(bu Qanunun 37.3.2.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. İqtisadiyyat Nazirliyi yanında X7 keçmiş dövr (xx.xx.2004-xx.xx.2023-cü il tarixədək) üzrə VÖEN-in statusu (dondurulması, dayandırılması,ləğv edilməsi)ilə bağlı ətraflı arayış təqdim etdikdən sonra əlilliyə görə əmək pensiyası Qanunun 37.3.2-ci maddəsinə əsasən yenidən hesablanmasına qanunvericiliyə uyğun olaraq baxılacaqdır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 3-17-1/2-A-246571/2/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan daxıl olmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə MəiKƏZi Filialda aidiyyəti uzrə baxılmışdır. 01 01.2006-cı il tarixinədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin tələblərinə uyğun olaraq xx.xx.1992-ci il tarixində əlilliyə görə əmək pensiyası təyin edilib, xx.xx.2006-cı il tarixindən qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 12.1 -ci maddəsi tətbiq edilməklə əmək pensiyanın ödənişi davam etdirilir. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakın bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dovr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək ayiıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Pensiya işinizdə olan sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1970-ci il tarixindən xx.xx.1971-ci ıl tarixinədək təhsil aldığı illər və xx.xx.1973-cü ıl tarixindən xx.xx.1975-ci ıl tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla 01 01 2006-cı il tarixinədək 30 ıl 4 ay 6 gün sığorta stajı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2020-ci il tarixindən 238,92 manat müəyyən edilmişdir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, ou Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğ İdə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti üıuam tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilır. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği indeksləşdirılərək 01 01.2021-ci il tarixindən 205.49 manata, 01.01 2022-ci il tarixindən 274,51 manata çatdırılıb.Qanuna 01 01.2023-cu il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il uzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü ıl yanvarın 1 -dən onların əmək pensiyalarının tərkibinə daxıl edilməklə qulluq stajına gorə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddı yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bır aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği xx.xx.2023-cu ıl tarixindən 291,17 manata, eyni zamanda Qanunun 29 1-ci maddəsinə əsasən 333,97 manata çatdırılıb. Həmin Qanunun 37.3.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan, yaxud əmək pensiyası bu maddəyə əsasən yenidən hesablandıqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına xeçdiyı tarixədək olan dovr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi avtomatlaşdırılmış qaydada (bu Qanunun 37 3.2-1-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır.Qeyd olunan maddənin tələblərinə əsasən xx.xx.2023cü il tarixindən (aktiv VOEN hesabınızın dondurulduğu tarixdən) işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün 01.08 2010-cu il tarixindən 01.1.2020-ci il tarıxınədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 18.562,95 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2023-cü il tarixindən 462,88 manat müəyyən edilmişdir. Qanunun 39 1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Məlumat uçun bildiirilir ki, 17.10 2020-cı il tarixində əlilliyə görə əmək pensiyası Qanunun 37.3.2-cı maddəsinə əsasən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyi halda (adına aktiv VÖEN hesabı olduğu halda) yenidən hesablanıb. Nəticədə əlilliyə görə əmək pensiyası məbləğində xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək artıqödəmə müəyyən edilib. İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Flialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-A-178676/2024 saylı məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı(bundan sonra - Mərkəzi Filial) tərəfindən əmək pensiyasının məbləğində artıqödəmə halı aşkar edilmiş və həmin vəsaitin geri qaytarılması zərurəti yaranmışdır. Əmək pensiyası üzrə bütün hesablamalar nəzərə alınmaqla xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək artıqödəmə məbləği 3688,28 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq 3688,28 manat məbləğində artıq ödənilmiş vəsaitin qanunvericiliyə uyğun olaraq əmək pensiyasından hər ay tutularaq bərpa olunması üçün Fondun müvafiq Regional Filiallarına və ya qəbul şöbələrinə, eləcə də İstənilən "DOST" Mərkəzinə yaxınlaşaraq razılıq ərizəsi ilə müraciət etməsi və ya həmin vəsaiti aşağıdakı rekvizitlərlə Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının hesabına bərpa etməsi və vəsaitin bərpasını təsdiq edən sənədi Mərkəzi Filiala təqdim esilməsini xahiş etmişdirlər. Artıq ödənilmiş vəsaitin geri qaytarılması təmin edilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı: VÖEN **********; X2; Kod 210005; VÖEN **********; Müxbir hesab: AZ41NABZ********************; Hesablaşma hesabı AZ82CTRE********************; Büdcə səviyyə kodu: 4; İqtisadi təsnifat kodu: 122200. Azəbayacan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********001000 saylı uçota dair arayışından görünür ki, sahibkarlıq və ya digər vergi tutulan əməliyyatlar xx.xx.2023-cü il tarixdən xx.xx.2100-cü il tarixədək dayandırılmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış 3-17-1/2-18434/2025 saylı xx.xx.2025-ci il tarixli məktubda bildirilmişdir ki, İddiaçı iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-16468/2024 nömrəli sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında (bundan sonra - Mərkəzi Filial) baxılmışdır. Məlumat üçün bildirilir ki, İddiaçı iddiasına dair iş üzrə Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemindən çıxarışlar, pensiya işinin surəti və Mərkəzi Filialın qərarları təqdim olunur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/1-A-230730/2/2023 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərardan görünür ki, İddiaçı 2-ci dərəcəli əlilliyə görə xx.xx.1992-ci ildə təyin edilmiş hazırki əmək pensiyasının məbləği 458,20 manat, xx.xx.2023-cü ildən müddətisiz tarixədək təyin edilmiş yenidən hesablanmış əmək pensiyasının məbləği 462.88 manatdır. Vətəndaşın aktiv VÖEN-nü olduğu halda xx.xx.2020-ci il tarixində işdən azad olması ilə əlaqədar pensiyası yenidən hesablanmışdır. Bu səbəbdən xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 3740,12 manat artıq ödəmə müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/1-A-258418/2024 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərardan görünür ki, İddiaçı 2-ci dərəcəli əlilliyə görə xx.xx.1992ci ildə təyin edilmiş hazırki əmək pensiyasının məbləği 514.72 manat, xx.xx.2024-cü ildən müddətisiz tarixədək təyin edilmiş yenidən hesablanmış əmək pensiyasının məbləği 515.87 manatdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/1-A-134811/2023 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərardan görünür ki, İddiaçı 2-ci dərəcəli əlilliyə görə xx.xx.1992ci ildə təyin edilmiş hazırki əmək pensiyasının məbləği 458,21 manat, xx.xx.2023-cü ildən müddətisiz tarixədək təyin edilmiş yenidən hesablanmış əmək pensiyasının məbləği 458.21 manatdır. Vətəndaşın aktiv VÖEN-nü olduğu halda xx.xx.2020-ci il tarixində işdən azad olması ilə əlaqədar pensiyası yenidən hesablanmışdır. Bu səbəbdən xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 3740,12 manat artıq ödəmə müəyyən edilmişdir. Müraciətə əsasən bildirilir ki, pensiyanın yenidən hesablanması zəruri sənədlərin natamam olması səbəbindən mümkün olmamışdır. İşləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyini təsdiq edən rəsmi sənədi (VÖEN-in bağlanması barədə arayış) təqdim etdikdən sonra müraciətə yenidən baxılacaqdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********8 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərardan görünür ki, İddiaçı 2-ci dərəcəli əlilliyə görə xx.xx.2006-cı ildə təyin edilmiş hazırki əmək pensiyasının məbləği 262.99 manat, xx.xx.2021-ci ildən müddətisiz tarixədək təyin edilmiş yenidən hesablanmış əmək pensiyasının məbləği 370.24 manatdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/1-A-230730/2/2023 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərardan görünür ki, İddiaçı 2-ci dərəcəli əlilliyə görə xx.xx.1992-ci ildə təyin edilmiş hazırki əmək pensiyasının məbləği 458,20 manat, xx.xx.2023-cü ildən müddətisiz tarixədək təyin edilmiş yenidən hesablanmış əmək pensiyasının məbləği 462.88 manatdır. Vətəndaşın aktiv VÖEN-nü olduğu halda xx.xx.2020-ci il tarixində işdən azad olması ilə əlaqədar pensiyası yenidən hesablanmışdır. Bu səbəbdən xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 3740,12 manat artıq ödəmə müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/1-A-258418/2024 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərardan görünür ki, İddiaçı 2-ci dərəcəli əlilliyə görə xx.xx.1992ci ildə təyin edilmiş hazırki əmək pensiyasının məbləği 514.72 manat, xx.xx.2024-cü ildən müddətisiz tarixədək təyin edilmiş yenidən hesablanmış əmək pensiyasının məbləği 515.87 manatdır. İddiaçı dair pensiya təyinatı alt sistemindən çıxarışdan görünür ki, pensiya işinin araşdırılması nəticəsində xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tariximədək yaranmış 3740.12 manat artıq ödəmədən 51.84 manatı 2024-cü ilin fevral ayında indeksasiya fərq məbləği ilə əvəzlənmişdir. Nəticədə qalıq artıqödəmə 3688.28 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəasi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutlan şəxslərin pensiyalarının təyin edilməsini, hərbi qullluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən, Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır. İPM-in 34.1-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia mümkündür. III. Məhkəmənin mövqeyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. X9 Məhkəməsinin presedent hüququna əsasən: - Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi konkret məbləğdə pensiya almaq hüququna təminat vermir, bununla belə, pensiyanın bütünlüklə məhrum edilməsi 1 saylı Protokolun 1-ci maddəsinin müddəalarını poza bilər və əksinə, pensiyaya və ya müvafiq müavinətlərə ağlabatan azalmaların bunu etməməsi ehtimalı var. Bununla belə, ədalətli tarazlıq testi mücərrəd olaraq yalnız məruz qalan azalmanın məbləğinə və ya faizinə əsaslana bilməz. Bir sıra işlərdə Məhkəmə bütün müvafiq elementləri konkret hallara uyğun qiymətləndirməyə cəhd göstərmişdir (bax: Stefanetti və başqaları § 59; Domalewski Polşaya qarşı (kk.), №. 34610/97, AİHM 1999V). Bununla da, Məhkəmə hüququn itirilməsinin ayrı-seçkilik xarakteri kimi amillərinə əhəmiyyət vermişdir (Kjartan Asmundsson, § 43); keçid tədbirlərinin olmaması (bax: Moskal işi § 74, burada ərizəçi praktiki olaraq bir gündən digərinə yeganə gəlir mənbəyini təşkil edən erkən pensiya pensiyasının tamamilə itirilməsi ilə üzləşdi və dəyişikliyə uyğunlaşmağın perspektivləri zəif idi); şərtin özbaşınalığı (Klein, § 46), eləcə də ərizəçinin vicdanlılığı (bax: Moskal, § 44) (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 113); - Hər hansı xüsusi formada müavinətlərin və ya pensiyaların verilməsi üçün daxili hüquqi şərtlər dəyişdikdə və bu şərtlərin dəyişməsi səbəbindən müvafiq şəxs artıq onları tam təmin etmədikdə, milli qanunvericiliyə əsasən kifayət qədər müəyyən edilmiş, maddi marağın mövcudluğunu yoxlamaq üçün işin fərdi halları, xüsusən də dəyişikliyinin xarakteri ciddi nəzərdən keçirilməlidir. Konvensiyanı özündə birləşdirən əsas dəyərlərə aid hüquqi müəyyənlik və qanunun aliliyi tələbləri bunlardır (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 89); - Məhkəmə əvvəllər qərara almışdır ki, əlavə pensiya müavinətlərinin dəyişdirilməsi və ya dayandırılması “nə özgəninkiləşdirmə, nə də əmlakın istifadəsinə nəzarət tədbiri” təşkil etmir (bax: Aizpurua Ortiz və başqaları İspaniyaya qarşı, № 42430/05, § 48, 2 fevral 2010) və pensiyanın müsadirə yolu ilə azaldılması “nə istifadəyə nəzarət, nə də əmlakdan məhrumetmə”dir (bax: X1rşı (dek.), № 6223/04, AİHM 2005-Xİ ). Məhkəmə hesab edir ki, bu işdə ərizəçinin mülkiyyət hüquqlarına müdaxilə yuxarıda qeyd olunan birinci qaydaya, yəni mülkiyyətdən dinc istifadənin ümumi prinsipinə əsasən nəzərdən keçirilməlidir (Lakiçeviç və digərləri v. Monteneqro və Serbiya, № 27458/06 § 64, 13 dekabr 2011-ci il və Panfile işi § 19) (Fabian Macarıstana qarşı №. 53080/13, 2016 § 64); “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. İşin halları ilə müəyyən edilir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən iddiaçıya xx.xx.1992-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilib. 17.10 2020-cı il tarixdə əlilliyə görə əmək pensiyası Qanunun 37.3.2-cı maddəsinə əsasən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyi halda (adına aktiv VÖEN hesabı olduğu halda) yenidən hesablanıb. Nəticədə əlilliyə görə əmək pensiyası məbləğində xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək artıqödəmə müəyyən edilib. İddiaçının pensiya məbləğindən tutma barədə hər hansı bir qərar qəbul edilməmişdir. İddiaçıya dair pensiya təyinatı alt sistemindən çıxarışdan görünür ki, pensiya işinin araşdırılması nəticəsində xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək yaranmış 3740.12 manat artıq ödəmədən 51.84 manatı 2024-cü ilin fevral ayında indeksasiya fərq məbləği ilə əvəzlənmişdir. Odur ki, məhkəmə hesab edir ki, qeyd edilən əsaslar, yəni “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə nəzərə alır ki, pensiya təyin olunarkən vətəndaşın təqsirli hərəkətlərinin olduğu cavabdeh tərəfindən iddia edilmir. Pensiyanın hesablanması zamanı səhvə yol verildikdə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulmasına dair qanunvericinin mövqeyi aydın ifadə olunub. Belə olan halda, cavabdeh tərəfindən səhvə yol verilməsi nəticəsində müəyyən edilmiş artıq ödənilmə ilə əlaqədar 2024-cü ilin fevral ayında birtərəfli qaydada, iddiaçı aparılmış inzibati icraata cəlb edilmədən, iddiaçının razılığı olmadan pensiyadan tutulmanın aparılması qanunsuz hesab edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin iddiaçının əmək pensiyasından tutulmaların aparılmasına dair hərəkətləri qanunsuz hesab edilməli və 2024-cü ilin fevral ayında tutulmuş (əvəzləşdirilmiş) 51.84 manat məbləğində pulun qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı əmək pensiyasından tutulmaların aparılmasına dair cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətləri qanunsuz hesab edilsin və 2024-cü ilin fevral ayında tutulmuş (əvəzləşdirilmiş) 51,84 (əlli bir manat səksən dörd qəpik) manat məbləğində pulun qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Aysev Almazova