Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5103/2020 04.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X3 kаtibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatdadır, orta təhsilli, işləmir.) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi olmaqla, “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli xx.xx.2011-ci il tarixli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsinin cavabdehə həvalə olunması” barədə iddia ərizəsi üzrə inzibаti işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi olmaqla, “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli xx.xx.2011-ci il tarixli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsinin cavabdehə həvalə olunması” barədə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiаçı İddiaçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, o, xx.xx.1992-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. H.Əliyev adına Azərbaycan Ali Məktəbindən “polkovnik-leytenant" hərbi rütbəsində xx.xx.2020-ci il tarixdə ehtiyata buraxılmışdır. Təqvim hesabı ilə 28 ildən çox Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. Hərbi xidmət dövrü yaşayış sahəsi ilə təmin edilməmişdir. Hərbi xidmət dövrü 1-ci, 2-ci, 3-cü dərəcəli Qüsursuz xidmətə görə" medalları ilə təltif olunmuşdur. Həmçinin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin veteranıdır, “Silahlı Qüvvələr Veteranı” medalı ilə təltif olunmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrundə gedən döyüşlərdə iştirak etmişəm. İddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi haqqında" AR Prezidentinin 569 №-li xx.xx.2011-ci il tarixli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməyi barədə qərar qəbul edilməsi xahişi ilə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmişdir. Lakin ərizəsinə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli, 1871 №-li məktubla imtina cavabı verilmişdir. İmtina cavabı onunla əsaslandırılmışdr ki, iddiaçı hərbi xidmət dövründə “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 81-ci maddəsinin “v" bəndinə müvafiq olaraq (işgüzar və mənəvi keyfiyyətlərinin nəzərə alınaraq iş həcmi az olan vəzifəyə keçirilməsi) aşağı vəzifələrə keçirilmişdir. İddiaçı hesab edir ki, imtina əsassız və qanunsuzdur. Belə ki, “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 81-ci maddəsinin “v" bəndi hərbi qulluqçunun işgüzar və mənəvi keyfiyyətlərinin nəzərə alınaraq iş həcmi az olan vəzifəyə keçirilməsini nəzərdə tutur. Bu isə qüsurlu xidmət hesab oluna bilməz. İddiaçının 20 ildən çox qüsursuz xidmət etdiyini isə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçının hərbi xidmət dövrü 1-ci dərəcəli Qüsursuz xidmətə görə" medalı ilə təltif edilməyi və ona Silahlı Qüvvələrinin veteranı adının verilməsi təsdiq edir. 1-ci dərəcəli Qüsursuz xidmətə görə" medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 il və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif edilirlər. “Silahlı Qüvvələr veteranı" adı isə 25 il və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara verilir. 1-ci dərəcəli Qüsursuz xidmətə görə” medalı ilə və “Silahlı Qüvvələr veteranı” medalı ilə təltif edilməyi cavabdeh tərəfindən iddiaçının 20 il və daha çox qüsursuz xidmət etməyinin etirafıdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada məhkəmə sərəncamı ilə iddiaya dair etirazın tələb edilməsinə baxmayaraq cavabdeh iddiaya dair etirazı təqdim etməmişdir. Məhkəmə iclаsındа iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh və üçüncü şəxs məhkəmə bахışınа öz nümаyəndələrini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişlər. Оdur ki, məhkəmə işə onların iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə, iddiaçının izahat və çıxışını nəzərə alaraq, iş materiallarında olan sənədləri nəzərdən keçirərək, məhkəmə iclasında tədqiq olunmuş sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan: Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 1871 nömrəli, xx.xx.2020-ci il tarixli məktubuna əsasən, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular dövlət vəsaiti hesabına mənzillə təmin edilirlər. Siz xidmət etdiyiniz müddətdə “Hərbi xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 81-ci maddəsinin (hərbi qulluqçuların yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilmələri) “v” bəndinə əsasən (işgüzar və mənəvi keyfiyyətlərinin nəzərə alınaraq iş həcmi az olan vəzifəyə keçirilməsi) aşağı vəzifəyə keçirilmisiniz. Bu səbəbdən sizin dövlət vəsaiti hesabına daimi mənzillə təmin olunmağınızda obyektiv çətinliklər yaranmışdır və həmin çətinliklərin həlli istiqamətində işlər davam etdirilir. Maliyyə Nazirliyinin tərəfindən iddiaçıya ünvanlanmış 11/xx-xx-2401 nömrəli, xx.xx.2020-ci il tarixli məktubuna əsasən, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən yaradılmış komissiyaya müraciət etməsi tövsiyə edilmişdir. İddia ərizəsinə əlavə edilmiş müxtəlif medalların vəsiqələrinə əsasən iddiaçı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Qüsursuz xidmətə görə 3-cü dərəcəli medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2008)” yubiley medalı ilə təltif olunmuşdur. xx.xx.1998-ci ildə N saylı hərbi hissə tərəfindən verilmiş N92 saylı vəsiqəyə əsasən İddiaçı müharibə veteranı statusuna malikdir. xx.xx.2019-ci ildə H.Əliyev adına Azərbaycan Ali Məktəbi tərəfindən verilmiş 003412 saylı vəsiqəyə əsasən İddiaçı müharibə veteranı statusuna malik olmuşdur. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. İddiaçı cavabdehə müraciət edərək “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 №li Fərmanı ilə Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi üçün tərtib edilmiş siyahıya onun da adının daxil edilməsini xahiş etsə də, müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə aşagıdakı əsaslara görə iddiaçını öz tələbində haqlı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Həmin Qanunun 2-ci maddəsinin 1-ci bəndinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında vəAzərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olanAzərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə, toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbitəhsilmüəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları,hərbi hissənin siyahılarındançıxarıldıqları, hərbitəhsilmüəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 80-ci maddəsinə əsasən xidmət müddəti müəyyən edilmiş yerlərdə hərbi xidmət keçən hərbi qulluqçular Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və müddət daxilində yerlərini dəyişirlər. Yüksək vəzifəyə təyin olunduqda, təhsil almağa göndərildikdə və digər zəruri hallarda müəyyən edilmiş xidmət müddəti bitənə qədər də onların yerləri dəyişdirilə bilər. Həmin Əsasnamənin 81-ci maddəsinə əsasən hərbi qulluqçuların yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilmələri aşağıdakı hallarda edilə bilər: a) ştatlar ixtisar olunduqda; b) hərbi-həkim komissiyasının rəyinə müvafiq olaraq səhhətinə görə; v) işgüzar və ya mənəvi keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan vəzifələrə keçirildikdə; q) Azərbaycan Respublikası Silahlı X2 uyğun olaraq intizam cəzası qaydasında və ya müvafiq hərbi qulluqçular heyəti şərəf məhkəməsinin vəsatətinə əsasən; d) hərbi qulluqçunun razılığı ilə yaşa və ya ailə vəziyyətinə görə. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X1 67-ci maddəsinə əsasən zabitlərə verilən intizam cəzaları aşağıdakılardır: a) məzəmmət; b) töhmət; v) şiddətli töhmət; q) hauptvaxtda saxlanılmaqla kiçik zabitləri 10 sutkayadək, baş zabitləri 5 sutkayadək həbs etmə; ğ) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq; d) aşağı vəzifəyə keçirmə; e) hərbi rütbəsini bir pillə aşağı salma intizam cəzaları verilə bilər. Məhkəmə tərəfindən cavabdehin iddiaya dair imtinanın əsası kimi göstərdiyi “iddiaçının aşağı vəzifəyə keçirilməsi”- Azərbaycan Respublikası Silahlı X2 uyğun intizam cəzası olması müəyyən edilməmişdir. İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 80-ci maddəsinin “v” bəndinə, yəni işgüzar və ya mənəvi keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan vəzifəyə təyin edilmişdir ki, bu da xidmətin daha səmərəli təşkil edilməsi məqsədilə yaranmış zərurətlə əlaqədar olması kimi qimətləndirilməlidir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 №li, xx.xx.2011-ci il tarixli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi qərara alınmışdır. Cavabdeh iddiaçının adının dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısına almaqdan imtina edərkən, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, yəni 28 ildən artıq müddət ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçməsi, iddiaçının qüsursuz xidmətə görə medallarla təltif olunması kimi halları nəzərə almamışdır. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia)... Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı şəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli xx.xx.2011-ci il tarixli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual-Məcəlləsinin 2, 34, 68,69,85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli xx.xx.2011-ci il tarixli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan apellyasiya şikayəti qərar tam formada təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-5103/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5103/2020
04.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver