Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5103/2023 09.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “müharibə əlili ailəsi kimi mənzil növbəsinə götürülmə” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, müharibə əlili ailəsi kimi mənzil növbəsinə götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, X9 ilə 21 oktyabr 2008-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, birgə nikahlarından 03 fevral 2010-cu il tarixdə X8 adlı bir övladı doğulmuşdur. 20 aprel 2014-cü il tarixdə həyat yoldaşı vəfat etmişdir. X5 Azərbaycan Respublikasının suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etmiş və xx.xx.1993-cü il tarixdə Xanlar rayonu Hacıkənd qəsəbəsində döyüşlərdə yaralanmışdır. Adil müharibə veteranı və İİ qrup əlil olmuş, ölənə kimi İİ qrup müharibə əlili kimi 135 manat təqaüd almışdır. X6 müharibə zamanı döyüşlərdə yaralanması faktı məhkəmənin 04 mart 2016-cı il tarixli qətnaməsi ilə təsdiq edilmişdir. Həyat yoldaşı müharibə əlili olsa da rayon icra hakimiyyətində ev növbəsinə alınmamışdır. 31 may 2018-ci il tarixli ‘"Əlilliyi olan şəxslərin hüquqları haqqında’’ Azərbaycan Respulikasının Qanununun 31.2-ci maddəsinə əsasən “yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Hazırda həyat yoldaşı vəfat etdiyindən onun və uşağının evə ehtiyacı vardır. Evinin olmaması səbəbindən anasına məxsus evdə yaşayır. İddiaçı ev növbəsinə alınması üçün müvafiq olaraq Cavabdehnə müraciət etsə də, onu mənzil növbəsinə almamışlar. Əsas o götürülmüşdür ki, onun adına Qaradağ rayonu, Qızıldaş qəsəbəsində torpaq sahəsi vardır. Həmin torpaq sahəsi nikahdan əvvəl olmuş və nikahdan əvvəl də satılmışdır. Hazırda onun adına heç bir torpaq və ev yoxdur. Ərinin sağlığında 2012-ci il tarixdə ev növbəsinə dayanmaq üçün müraciət etsələr də heç bir nəticə alınmamışdır. Bu barədə Cavabdehnə müraciət etsə də, təmin edilməmiş və o, Qarabağ müharibəsi əlili kimi ev növbəsinə alınmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmiş, lakin iddiaya münasibət bildirilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında üzrlü səbəb bildirmədən iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin (onların nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Cavabdeh xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, iddiaçının mənzil növbəsinə götürülməsi barədə müraciətinə baxılaraq aşağıdakılar bildirilmişdir: “Sizin həyat yoldaşınız X9 20 aprel 2014-cü ildə vəfat etmişdir. Siz mərhum həyat yoldaşınız A.Ə.Bağıyevin Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi xidmət vaxtı yaralanması, müharibə əlili kimi İİ qrup əlil olması faktının müəyyən edilməsi ilə bağlı Qaradağ Rayon Məhkəməsinə müraciət etmisiniz. Qaradağ Rayon Məhkəməsi 04 mart 2016-cı il tarixli qətnaməsi ilə iddianız təmin edilmişdir. Bildiririk ki, mərhum həyat yoldaşınız yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində rayon icra hakimiyyətində uçota alınmadığı üçün sizin mənzil uçotuna Qarabağ əlilinin ailə üzvü kimi qəbul edilməyiniz imkan xaricindədir. İzah edirik ki, 31 may 2018-ci il tarixli “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 31.2-ci maddəsinə əsasən "yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır”. Əlavə olaraq bildiririk ki, sizə Qızıldaş bələdiyyəsinin 31 avqust 2007-ci il tarixli 9 saylı protokoluna əsasən Qızıldaş qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır.” - xx.xx.2016-cı il tarixdə Qaradağ RPİ tərəfindən verilən AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. - Qaradağ rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ-İ № 428088 saylı xx.xx.2008-ci il tarixli nikah haqqında Şəhadətnamədən görünür ki, X9 ilə X4 arasında nikaha daxil olmuş, bu barədə xx.xx.2021-ci il tarixdə 801 № ilə akt qeydi aparılmışdır. Nikah bağlandıqdan sonra arvada “Bağıyeva” soyadı verilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2008-ci il tarixli 382 №li Qərarından görünür ki, Bakı şəhər Qaradağ RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, 1993-cü ildə fərarilik etdiyi üçün barəsində 2005-ci ildə Gəncə hərbi prokurorluğu tərəfindən amnistiya qərarı tətbiq edilmiş, vətəndaş X6 xx.xx.1993-cü ildə Xanlar rayonunun Hacıkənd qəsəbəsində bədbəxt hadisə nəticəsində, aldığı yaralanma- diaqnoz «Sağ mezoqastral nahiyənin qarın boşluğuna dəlib keçən kəsilmiş yarası. Qarın boşluğuna qanaxma» (Qaradağ RHK-nm xx.xx.2008-ci il tarixli 700 nömrəli nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar ilə təsdiq edilir), «Yaralanmadir, hərbi xidmət dövründə alınmışdır». ƏSAS: - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq -edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.2. maddəsinin ç) bəndi. MN MHHK-nın 340 №li, xx.xx.2008-ci il tarixli protokolu. - AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 11 saylı Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilən SER TSE-01№128594 saylı arayışdan görünür ki, xx.xx.2012-ci il tarixdə X7 İİ qrup əlillik təyin edilmişdir.(Əlilliyin səbəbi: Hərbi xidmət dövründə alınmışdır). - Qaradağ rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ-İ № 667811 saylı xx.xx.2014-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 20 aprel 2014-cü il tarixdə ölmüş, bu barədə xx.xx.2014-cü il tarixdə 208 № ilə akt qeydi aparılmışdır. - Qaradağ rayon Qızıldaş Bələdiyyəsi tərəfindən verilən xx.xx.2016-cı il tarixli arayışdan görünür ki, Qızıldaş qəsəbəsi ev 32 mənzil 4-də qeydiyyatda olan İddiaçı Qızıldaş qəsəbəsi 3-cü massivdə fərdi yaşayış evi üçün ayrılmış torpaq sahəsinin 300 kv.m-ni xx.xx.2008-ci il tarixində 8-ci natarius vasitəsilə 060271 saylı etibarnamə ilə Qax rayonu Zəyəm kənd sakini X1, 300 kv.m sahəni isə xx.xx.2016-cı il tarixində AR-İ № 467974 saylı etibarnamə əsasında Yardımlı rayonu Dəlləkli kəndində qeydiyyatda olan X3 vermişdir. - Qaradağ Rayon Məhkəməsinin 04 mart 2016-cı il tarixli 2(002)-920/2016 saylı Qətnaməsindən görünür ki, ərizəçi İddiaçı ərizə təmin edilərək, mərhum X5nun Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi xidmət vaxtı yaralanması, müharibə əlili kimi ikinci qrup əlil olması faktının müəyyən edilməsi qət edilmişdir. - Məhkəmənin sorğusuna Cavabdeh Başçısının birinci müavini tərəfindən verilən xx.xx.2023-cü il tarixli 5-13/2-90/2023 cavab məktubundan görünür ki, xx.xx.2014-cü ildə vəfat edən X9 yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində Cavabdehndə uçota alınmamışdır. İşin faktiki hallarından görünür ki, iddiaçı mərhum ərinin əlilliyi olan şəxs olduğu əsası ilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 31.2-ci maddəsinə istinad etməklə müharibə əlili ailəsi üzvü kimi mənzil uçotuna alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə gəldiyi nəticəni əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına istinad edir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. Bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. Müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. Bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydası “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 31.1ci maddəsinə əsasən, əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Həmin Qanunun 31.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Göründüyü kimi, əlilliyi olan şəxslərin mənzil təminatı ilə bağlı məsələləri tənzimləyən Mənzil Məcəlləsinin 55.3-cü və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 31-ci maddəsi vəfat etmiş əlilliyi olan şəxsin ailə üzvlərinə mənzil uçotuna götürülmə imtiyazı deyil, uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması imkanını müəyyənləşdirmişdir. Başqa sözlə, vəfat edən əllilliyi olan şəxsin ailə üzvləri üçün bu uçotun saxlanılması əlilliyi olan şəxsin vəfat etməzdən əvvəl mənzil uçotuna götürülməsi ilə şərtləndirilir. Hazırkı işin hallarına görə isə iddiaçının əri vəfat etməzdən əvvəl yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi Cavabdehndə mənzil uçotuna götürülmədiyindən, istinad olunan normaların tələbləri ödənilmir. Bu baxımdan cavabdehin imtinası qanunazidd olmamış, iddiaçının mənzil hüququnu məhdudlaşdırmamışdır. Odur ki, iddia təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddia təmin edilməsin. İddiaçı yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində yaşayış yeri üzrə uçota alınması vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-5103/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5103/2023
09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver