Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5106/2021 01.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı və üçüncü şəxs X1 iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinə qarşı X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmaqla qeydiyyatdan çıxarılması tələbinə dair inzibati iş materiallarına mümkünlük icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 ünvan 1 ünvanında yerləşən yaşayış binasının 90 №-li mənzilinə olan pasport qeydiyyatının silinməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 05.04.2021-ci il tarixli qərardadı ilə X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinə (bundan sonra cavabdeh) ərizə ilə müraciət edərək 13 yanvar 1962-ci il təvəllüdlü X2 19 oktyabr 1912-ci ildə, qanuni nümayəndəsi olduğu 20 yanvar 1936-cı il təvəllüdlü bacısı X5 ayrılmış ünvan 1 ünvanında yerləşən yaşayış binasının 90 №-li mənzilinə, pasport qeydiyyatına alındığı və qeydiyyata alınmasına əsas olmuş sənədlər barədə məlumat vermişdir. Müraciətində əsas o olmuşdur ki, aparılmış qeydiyyatın qanunsuz olduğunu cavabdehə bildirməklə həmin qanunsuz qeydiyyatın ləğvinə nail olsun. Belə ki, X2 qeyd olunan ünvana qeydiyyata götürülməsi X3 adından qeydiyyat şöbəsinə yazılmış razılıq ərizəsi və mənzilə dair X3 adına olan order olub. Halbuki, X3 belə bir razılıq ərizəsi verməsi mümkünsüz olub. Çünki bacısı olan bu şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs olub və bu barədə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 27 yanvar 2016-cı il tarixli, 2(006)-1089/2016 saylı qətnaməsi var. Hazırda bacısı X7 həyatda yoxdur. O, 11 may 2019-cu il tarixdə vəfat edib. X8, qanunsuz yolla bacısının adına verilmiş mənzilə qeydiyyata alınmasını təmin etdirməkdə bir məqsədi, bacına ayrılmış mənzili ələ keçirmək olmuşdur. Onun yuxarıda qeyd olunan əsaslarla cavabdehə olunan müraciətini cavabdeh təmin etməmiş və özünün 02 mart 2021-ci il tarixli, 082-7863K-3221 №-li imtina məktubu ilə müraciətini belə cavablandırmışdır ki, X2 qeyd olunan ünvana aparılmış qeydiyyatının silinməsi, onun, qeydiyyat alındığı mənzildən çıxarılması və yaxud həmin mənzildən istifadə hüququna xitam verildiyi barədə məhkəmə qətnaməsinin olduğu halda mümkündür. O, bacısı X3 qanuni nümayəndəsi olaraq hesab etmişdir ki, bacısının ruhi xəstə olmasından istifadə edərək, onun fəaliyyət qabiliyyətli olmadığını aidiyyəti qurumlardan, o cümlədən notariusdan, icra hakimiyyəti orqanından gizlətməklə, (bacısına ayrılmış mənzili əlinə keçirməsi niyyəti ilə) X2 özünü həmin məzilə qeydiyyata aldırtması qanunsuz hesab edilməli və həmin qeydiyyat silinməlidir. Bu kimi əməliyyatların icrası isə cavabdehə aid vəzifələrdəndir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X6 iddia tələbini qəbul etməyərək verdiyi izahatında bildirdi ki, iddiaçı tərəfindən hazırki qeyd olunan iddia tələbi ilə artıq bir dəfə məhkəməyə müraciət edilmiş və iddiaçının iddiası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07.10.2019-cu il tarixli qərardadı ilə mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verilmiş və Bakı Apelyasiya Məhkəməsinin 15.11.2019-cu il tarixli qərardadı ilə apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07.10.2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi məktubla məhkəməyə müraciət edərək məhkəmə iclaslarının onların səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsinə etiraz etmədiklərini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı hazırkı iddia tələbi ilə, yəni X1 ünvan 1 ünvanında yerləşən yaşayış binasının 90 №-li mənzilinə olan pasport qeydiyyatının silinməsi tələbi ilə eyni inzibati orqana qarşı 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsində iddia qaldırmış, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07.10.2019-cu il tarixli, 2-1(81)-3409/2019 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan şikayət vermiş, Bakı Apelyasiya Məhkəməsinin 15.11.2019-cu il tarixli, 2-1(103)-2753/2019 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 07.10.2019-cu il tarixli, 2-1(81)-3409/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Almaz Səttərova məhkəmənin 07.10.2019-cu il tarixli, 2-1(81)-3409/2019 nömrəli qərardadında qeyd olunmuş mövqeyini nəzərə almadan təkrar eyni inzibati orqana qarşı, eyni predmet və eyni əsasla hazırkı iddianı qaldırmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 45.5.1-ci maddəsinə əsasən iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. - 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç birinin eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməsini, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı həmin prosesin tərəfləri üçün məcburi hüquqi qüvvəyə malik olmaqla eyni tərəflər arasında eyni predmet, eyni əsaslarla yenidən məhkəmə qaydasında mübahisələndirilməsini istisna edir. Məhkəmə hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07.10.2019-cu il tarixli, 2-1(81)-3409/2019 nömrəli qərardadı qanuni qüvvəyə mindiyindən İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən iddiaçı eyni predmet, eyni əsaslarla məhkəməyə müraciət edə bilməz. Ona görə də İddiaçı hazırkı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-5106/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5106/2021
01.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver