Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5107/2020 24.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X2 (Azərbaycan Respublikası Əmək və X5 Nairliyi tabeliyində Dövlət X14 publik hüquqi şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəz Filialının aparıcı mütəxəssisi, Göygöl rayonu, Üçtəpə kəndində qeydiyyatda olan) iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X4rşı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X6rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiya növünün dəyişdirilməsi, ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi, əlilliyə görə pensiyanın dayandırıldığı müddətin nəzərə alınaraq həmin tarixdən ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. 1988-ci ildə, yəni 10 yaşı olan vaxt meydançada hündürlükdən yıxıldığı vaxtdan başından zədə almış, bundan sonra isə sağlamlığında bir sıra problemlər yaranmışdır. Baş ağrıları, baş hərlənməsi, ürək sancıları, tutmaları ilə huşun itməsi, yaddaş zəifliyi, qıcolmalar, dilin qatlanması halları yaranmış, həkimə müraciət etdikdən sonra isə epilepsiya diaqnozu qoyulmuşdur. Bununla bağlı ona əlillik verilmişdir. Hal-hazırda 42 yaşı vardır. Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X9 Bakı şəhəri Suraxanı rayon şöbəsi tərəfindən xx xxxxxx 2005-ci il tarixdə verilmiş 123917 nömrəli arayışdan da göründüyü kimi ikinci qrup əlildir. Buna görə də heç bir yerdə işləmir. Həmin arayışdan da göründüyü kimi əlilliyin səbəbi kimi “uşaqlıqdan” yazılmışdır. Hətta orta məktəbi də qıcolmalar səbəbindən özündən getdiyindən bitirə bilməmiş, buna görə də şəhadətnamə ala bilməmişdir. Əlilliyə görə 130 manat məbləğində pensiya alırdı. Bu isə nə öz tələbatlarını, nə də ailə tələbatlarını ödəməyə imkan vermir. Belə ki, iki övladı var. Onlardan biri 7, digəri issə 10 yaşındadır. Həyat yoldaşı isə uşaqlara və ona qulluq etdiyindən işləmir. İİ qrup əlilliyə görə aylıq 130 manat pensiya alsa da, 4 nəfər ailə üzvü üçün bu məbləğ çox azdır. Belə ki, bir nəfər üçün nəzərdə tutulan istehlak səbətindən aşağıdır. Əvvəllər atası X3 ona, ailəsinə yardım etsə də, ondan daimi və əsas vəsait mənbəyi kimi kömək alsa da, onun vəfatından sonra vəziyyəti daha da çətinləşmişdir. Belə ki, atası Ağaəmi Ağayev xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Atası 390 manat məbləğində pensiya alırdı. O, yaşa görə əmək pensiyası aldığından hesab edir ki, atasının pensiyası ona köçürülməlidir. Belə ki, o, əlilliyə səbəb olan xəstəliyi uşaq vaxtı almışdır, qeyd edilən hal təqdim etdiyi sənədlərdən də görünür. Bununla bağlı cavabdehə müraciət etsə də, xx.xx.2020-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, xx xxxxxx 1978-ci il təvəllüdlü olmaqla 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş şəxslər kateqroyasiyasına aid olmadığından, ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmamışdır. Atası vəfat edən tarixdən sonra ilk ay əlilliyə görə əmək pensiyası alsa da, sosial müdafiə qurumlarına yaxınlaşdıqdan sonra ona atasının pensiyasının keçiriləcəyi bildirilmiş, o da buna dair ərizə imzalamışdır. Belə ki, həmin vaxtdan əlilliyə dair pensiyanı da almır. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən vəfat etmiş şəxsin 18 yaşına çatmamış və 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarının ailə başçısını itirməyə görə pensiya almaq hüququ vardır. İddiaçı vəziyyətində isə Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən X13 yerləşdirilən məlumata əsasən ona əlillik ilkin olaraq xx.xx.2005-ci il tarixində təyin edilmişdir. Həmin tarixdə iddiaçının yaşı 18-dən çox (26 yaş) olmuşdur. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1978-ci il təvəllüdlüdür. İşdə olan AZ-İİ № 382095 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı atası qrafasında X1 adı yazılmışdır. İşdə olan AZ-İİ № 071634 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X9 Suraxanı rayon şöbəsi tərəfindən xx xxxxxx 2005-ci il tarixdə verilmiş 099767 saylı vəsiqədən görünür ki, X8 ikinci dərəcəli əlildir. Əlilliyin səbəbi olaraq uşaqlıqdan göstərilmişdir. İşdə olan X7 məlumatdan görünür ki, İddiaçı ilkin olaraq xx xxxxxx 2005-ci il tarixdə ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin meyarı olaraq epilepsiya tez-tez təkrarlanan (ayda 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərə çarpan dərəcədə dəyişməsi göstərilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya verilmiş xx xxx 2020-ci il tarixli, **********0 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1-ci maddəsinə istinad olunaraq, xx xxxxxx 1978-ci il təvəllüdlü olmaqla 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş şəxslər kateqoriyasına aid olmadığından, ailə başçısını itirməyə görə əmək pensiya hüququnun yaranmadığı bildirilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası aşağıda göstərilənlərə əsasən əsaslı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində hər kəsin sosial təminat hüququ müəyyən edilmişdir. Sosial təminat hüququnu, o cümlədən onun əsas elementlərindən biri kimi pensiya hüququnu təsbit edən Konstitusiyanın 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulnıuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan RespublikasıQanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan RespublikasıQanununun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı xx xxxxxx 1978-ci il təvəllüdlü olmaqla 18 yaşına çatmış şəxsdir və hazırda ikinci dərəcəli əlil olmaqla, əlilliyə görə sosial müavinət alır. Hazırki iddia tələbi üzrə iddiaçı ona ikinci dərəcəli əlilliyə görə təyin edilmiş sosial müavinətin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 14.1.1.2-ci maddəsinin tələblərinə əsasən ailə başçısını itirməyə görə mərhum atası X1 əmək pensiyasına dəyişdirilərək, həmin pensiyanın ona təyin edilməsini xahiş edir. İddiaçı tələbinin əsası olaraq 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs olduğunu, əlilliyin yaranma səbəbinin uşaqlıqda aldığı xəsarət nəticəsində əmələ gəlidiyini göstərmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 14.1, 14.1.1 və 14.1.1.2-ci maddələrinə əsasən 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan vəfat etmiş və ya həlak olmuş şəxslərin övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmişdir “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 4.4.1ci bəndinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olmuş və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi olmuş kömək alan) Qanunun 14-cü maddəsində göstərilən ailə üzvlərinin Qanunun 17-ci maddəsində nəzərdə tutulan şərtlərlə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyin tələblərinə əsasən vəfat etmiş və ya həlak olmuş şəxsin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Hazırki iş materiallarına əlavə olunmuş sənədlər əsasında iddiaçının ikinci dərəcəli əlil olması, əlilliyin səbəbinin uşaqlıqdan yazıldığı müəyyən edilsə də, lakin həmin əlilliyin iddiaçıya ilkin olaraq xx xxxxxx 2005-ci il tarixdə, yəni 18 yaşına çatanadək deyil, 18 yaşından sonra təyin edildiyi müəyyən edilmişdir. Belə olan halda iddiaçı 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs kateqoriyasına daxil deyildir və həmin əsasla ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilə bilməz. Beləliklə, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasını təyin olunması üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olmadığından, iddiaçının tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-5107/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5107/2020
24.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver