Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-511/2021 16.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, orta təhsilli, sürücü işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “xxxx” ASC üçüncü şəxs qismində işə cəlb olunmaqla “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditinin həlli ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanının iddiaçıya münasibətdə tətbiq olunması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditinin həlli ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanının iddiaçıya münasibətdə tətbiq olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 04 aprel 2014-cü il tarixində “xxxx” ASC-dən 01R000013010 saylı kredit müqaviləsinə əsasən 15000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Müqavilə öhdəlikləri iddiaçı tərəfindən mütamadi olaraq yerinə yetirilmiş, son vaxtlar maddi imkanının zəif olması, eyni zamanda baş vermiş devalvasiya nəticəsində ödənişləri yerinə yetirə bilməmişdir. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanının onun barəsində tətbiq olunması barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına ərizə ilə müraciət etsə də, həmin fərmanın onun barəsində tətbiq edilməsindən imtina edilmişdir. İddiaçının hal-hazırda banka olan borcu 4.844 ABŞ dolları təşkil edir. Devalvasiya dövründə ödənilmiş əlavə pul məbləği mövcud borcdan çıxılmalı olduğu halda çıxılma tətbiq olunmamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi bankı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair münasibətini təqdim edərək bildirmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası Mərkəzi Bankın 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında “xxxx” ASC ilə kredit müqaviləsinin bağlanılması barədə hər hansı qeydlər daxil edilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahat və çıxışını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İddiaçı tərəfindən iddia tələbini təsdiq edən sübut qismində məhkəməyə iddiaçının müraciəti əsasında Maliyyə Bazarlarına Nəzarət Palatasının 12.10.2019-cu il tarixli qərarı, kredit bürosundan çıxarış, ödəniş planı, “xxxx” ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına və Ramil Karaevə ünvanladığı 31.03.2020-ci il tarixli məktubu, “xxxx” ASC ilə Karaev Ramil arasında bağlanılmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 01R000013010S nömrəli 03 aprel 2015-ci il tarixli sazişi, “xxxx” ASC ilə Karaev Ramil arasında bağlanılmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 01R000013010SA nömrəli, 04 aprel 2016-cı il tarixli sazişi və 03.04.2015-ci ilə dair ödəniş planı təqdim edilmişdir. Məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, 04.04.2014-cü il tarixli, 01R000013010 nömrəli kredit müqaviləsinə əsasən iddiaçıya “xxxx” ASC tərəfindən 15000 ABŞ dolları məbləğində kredit (kredit xətti) verilmişdir. İddiaçı ilə “xxxx” ASC tərəfindən imzaladıqları 03.04.2015-ci il tarixli və 04.04.2016-ci il tarixli sazişlərlə həmin kredit müqaviləsinə və ödəniş planına əlavə və dəyişikliklər edilmişdir. Kredit borcu və faiz borcundan ibarət olmaqla ödənilməli pul vəsaitləri 20.05.2016-ci il tarixdən banka qaytarılmamışdır.İddiaçı götürdüyü kreditdən 10155,34 ABŞ dolları qaytarmış, 4844,66 ABŞ dolları məbləğində əsas kredit borcu qalmışdır. ”Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanı verildikdən sonra iddiaçı cavabdehə müaciət edərək xarici valyutada götürdüyü və ödədiyi kreditlərlərin devalvasiya nəticəsində manatla artmış hissəsinin hesablanaraq kompensasiya ödənilməsini xahiş etsə də müraciəti təmin edilməmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Prezidenti tərəfindən devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanı verilmişdir. Həmin Fərmanın 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi qərara alınmışdır: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi;1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Həmin Fərmanın 2-ci bəndində göstərilmişdir: bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. Həmin Fərmanın 3.2-ci bəndi ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etmək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat vermək tapşırılmışdır. Həmin Fərmanın 8-ci bəndində qeyd edilmişdir ki, bu Fərmanın məqsədləri üçün müəyyən edilir: 8.1. fiziki şəxslərin xarici valyutada 10 000 (on min) ABŞ dollarınadək və ya milli valyutada 17 000 (on yeddi min) manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; 8.2. 10 000 (on min) ABŞ dollarınadək və ya 17 000 (on yeddi min) manatadək məbləğ dedikdə müvafiq olaraq 10 000 (on min) ABŞ dollarının və ya 17 000 (on yeddi min) manatın da daxil olduğu məbləğ;8.3. bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi;8.4. bank dedikdə banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla);8.5. ləğvetmə prosesində olan bank dedikdə ləğvetmə prosesində olan banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla);8.6. vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar; “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2019-cu il tarixli, 1616 nömrəli sərəncamının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilməsi və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilməsi qərara alınmışdır. İş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin 2(005)-9138/2016 saylı işi üzrə qəbul etdiyi 17 noyabr 2016-cı il tarixli qətnaməsinə əsasən, İddiaçı, (zaminlər) X1, X2, X3, Qarayeva Elvira tariyel qızından müştərək qaydada 4844,66 ABŞ dolları əsas kredit borcu, 382,06 ABŞ dolları faiz borcu, 250 ABŞ dolları cərimə borcu olmaqla cəmi 5476,72 ABŞ dolları borc günü manata məzənnə ilə manatla “xxxx” ASC-nin xeyrinə tutulması qərara alınmışdır. Göründüyü kimi, işin faktiki hallarına əsasən iddiaçının 17 noyabr 2016-ci il tarixinə valyuta ilə əsas kredit borcu 4844,66 ABŞ dolları təşkil etmişdir, yəni iddiaçının banka xarici valyutada kredit borcu Azərbaycan Respublikasının yuxarıda qeyd edilən Fərmanının təsir dairəsinə aid olan problemli kredit borcudur. Belə olan halda Azərbaycan Respublikasının yuxarıda qeyd edilən Fərmanının 1-ci bəndində göstərilən ödənişin verilməli olduğu fiziki şəxslərin siyahısına iddiaçının da adının daxil edilməsini tələb etmək hüququ iddiaçıda mövcuddur. İddiaçının “xxxx” ASC-dən götürdüyü kredit Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanın tələblərinin təsiri altına düşür, bu səbəbdən də qanunvericiliyin tələblərinə əsasən cavabdeh tərəfindən kompensasiya ödənilməsi üçün İddiaçı adının kompensasiya ödənişi edilməli olan fiziki şəxslərin siyahısına daxil edilməsi və kompensasiyanın iddiaçıya ödənilməsini təmin edən tədbirlərin görülməli olduğu halda iddiaçıya münasibətdə cavabdehin bu öhdəliyi iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılana qədər icra edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki, İddiaçı münasibətdə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditinin həlli ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanının tətbiq olunması cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 68-ci, 69cu, 85-ci,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddia tələbi təmin edilsin. İddiaçı münasibətdə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditinin həlli ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanının tətbiq olunması cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilsin. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-511/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-511/2021
16.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver