Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-511/2024 31.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək əmək kitabçası üzrə işlədiyi bütün illərin sosial sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilərkən sığorta stajı düzgün hesablanmamışdır. Pensiyanın yenidən hesablanması ilə bağlı ərizə və aidiyyəti sənədlərlə cavabdehə müraciət etmişdir. Cavabdehin ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda əmək kitabçasında 02.11.-1990- xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində “Arzu” X9 idarəsində, xx.xx.1991-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" kooperativində xx.xx.1992-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" kiçik müəssisəsində, xx.xx.1996-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində “Azdovyerqurulayihə” İnstitutunda və xx.xx.1996-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində “Cənub sənayetikinti” İcarə-Törəmə müəssisəsində işlədiyi qeyd olunmuş, adıçəkilən müəssisələrdə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi” (monitorinq)”proqram təminatında araşdırma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığorta olunan kimi qeydiyyatda olmadıpğı və məcburi dövlət sosial sığorta haqları ödəmədikləri müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta stajına daxil edilmədiyi üçün yuxarıda qeyd olunan dövrləri staja aid etmək mümkün olmadığından guya iddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajınıın 25 ildən az yəni 16 il 2 ay 25 gün təşkil edir və buna görə də güzəştli şərtlərlə pensiyanın yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Arxiv arayışının alınması üçün Milli Arxiv İdarəsinə müraciət etmişdir. xx.xx.2022-ci il tarixli Arxivdən verilən məktubda “Arzu X9 İdarəsinin, "xxxx" kooperativinin və "xxxx" Kiçik müəssisəsinin arxiv sənədlərinin mühafizə üçün Dövlər Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi qeyd olunmuşdur. Təhsil aldığı müddət də sosial sığorta stajıma daxil edilməmişdir. İddiaçı Bakı Politexnik Texnikomun gündüz şöbəsinin “Topoqrafıya” ixtisasını bitirmişdir və ona “texnik-topoqraf’ ixtisas dərəcəsi üzrə diplom verilmişdir. Bunu Bakı Texniki Kollec tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arxiv arayışı da təsdiq edir. Yuxarıda adı çəkilən idarələrdə işləmişdir və bu barədə də əmək kitabçasında müvafiq qeydlər vardır. Həmin müəssisələrdə işlədiyi bütün dövrlərdə bütün icbari ödənişlər, məcburi dövlət sosial sığorta haqqı da işəgötürənlər tərəfindən ödənilmişdir. Cavabdehin həmin müəssisələrin sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədikləri ilə razı deyil, bu məsələ cavabdeh tərəfindən tam araşdırılmalı idi. Halbuki, Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddaiçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında dəqiqləşmə ərizəsi təqdim edərək əmək kitabçasında xx.xx.1990-xx.xx.1991-ci il arasındakı dövr ərzində “Arzu” X9 idarəsində, xx.xx.1991-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" kooperativində xx.xx.1992-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" kiçik müəssisəsində, xx.xx.1996-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində “Azdovyerqurulayihə” İnstitutunda və xx.xx.1996-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" İcarə-Törəmə müəssisəsində və xx.xx.1979-xx.xx.1984-cü il tarixləri arasındakı təhsil dövrü nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasının cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iş materiallarına əsasən xx.xx.1962-ci il təvəllüdlü İddiaçı22.04.2 322-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.Daha sonra iddiaçı xx.xx.2022-ci il tarixdə əmək pensiyasının yenidən hesablanması Mərkəzi filiala müraciət etmişdir. Ərizəçinin müraciətinə baxılaraq, cavabdeh orqanın xx.xx.2022ci il tarixli qərarı ilə onun pensiyası yenidən hesablanmış və onun 32 il 2 ay 25 gün sosial sığorta stajına əsasən 315,44 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir, (hazırda pensiyanın məbləği 361,81 manata çatdırılmışdır.) İddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının məbləği düzgü hesablanmışdır və iddiaçının iddia tələbi aşağıda geyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asıl olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusi zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışar sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 i sıqorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçası və hərbi biletə əsasən, onun xx.xx.2006-cı il tarixədək iş stajı aşağıdakı kimi müəyyən olunur: -xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olduğu dövr (1 il 11 ay 23 gün); -xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək işlədiyi dövr (2 ay 25 gün); -xx.xx.1984-cü il tarixdən xx.xx.1990-cı il tarixədək işlədiyi dövr (6 il 5 ay 15 gün); -xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək “Arzu” X9 idarəsi ndə işlədiyi dövr (5 ay 13 gün); -xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək "xxxx" Kooperativində işlədiy dövr (7 ay 12 gün); -xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək "xxxx" kiçik müəssisəsində işlədiy dövr (3 il 11 ay 22 gün); -xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək “Azdovyerqulayihə” İnstıtu unda işlədiyi dövr (11 ay 4 gün); -xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək “Cənubsənayətikinti” İcarə- Törəmçi müəssisəsində işlədiyi dövr (1 il 10 gün); -xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək “Azdovyerqulayihə” İnstituıunda işlədiyi dövr (11 ay 24 gün); -xx.xx.1999-cu il tarixdən xx.xx.2014-cü il tarixədək Bakı Metropoliteninin Yol Xidmətində işlədiyi dövr (15 il 1 ay 23 gün); -xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" QSC-də işlədiyi dövr (7 il 4 ay 21 gün) İşlədiyi dövrlər mübahisələndirilmədikdə iddiaçının ümumilikdə 39 il 7 gün sosial sığorta stajı vardır. Cavabdeh orqan tərəfindən iddiaçının 32 il 2 ay 25 gün sosial sığorta stajına əsasən ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bununla belə İddiaçı xx.xx.1990-xx.xx.1991-ci illərdə “Arzu” X9 idarəsində, xx.xx.1991-xx.xx.1991-ci illərdə "xxxx" kooperativində, xx.xx.1992xx.xx.1995-ci illlərdə "xxxx" kiçik müəssisəsində, 15.01.1 Э96-xx.xx.1996-cı illərdə “Azdovyerqurlayihə” İnstitunda və xx.xx.1996-xx.xx.1997-ci illərdə “Cənub sənayətikinti” İcarə-Törəmə müəssisəsində işlədiyini iddia etdiyi dövrlər həmin müəssisələr Fondda sığortaolunan kimi qeydiyyatda olmadığından onun sosial sığorta stajına əlavə edilməmişdir. Sözügedən müəssisələrən fəaliyyətinin yoxlanılması məqsədilə Dövlət Vergi Xidmətinə və Əmlak Məsələləri Dövlət Xidmətinə sorğular ünvanlanmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin 28 dekabr 2022-ci il tarixli cavab məktubunda yuxarıda sözügedən müəssisələr barədə informasiya bazasında hər hansı bir məlumatın aşkar olurmsdığı qeyd edilmişdir. Dövlət Vergi Xidmətinin 22 dekabr 2022-ci il tarixli cavab məktubunda isə aşağıdakılar qeyd edilmişdir. Dövlət reyestrində “Qığılcım" Kooperativinin xx.xx.1994-cü il tarixdə 301 nömrə ilə və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Dövlət Yerquruluşu Layihə İnstitutunun xx.xx.1997-ci il tarixdə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Reyestrdə “Cənubsənayetikinti" İcarə Törəmə İdarəsinin xx.xx.1996-cı il tarixdə 308 nömrə ilə dövlət qeydiyyatından keçməsi və xx.xx.1997-ci il tarixdə ləğv edilməsi barədə məlumat mövcuddur. Reyestrdə "xxxx" Kiçik Müəssisəsinin və “Arzu” X9 İdarəsinin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Sorğulara verilən cavablardan da göründüyü kimi, iddiaçı "xxxx" Kooperativində xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək işlədiyini iddia etsə də, sözügedən müəssisə xx.xx.1994-cü il tarixdə dövlət qeydiyyatından keçmişdir. Həmçinin, "xxxx" Kiçik Müəssisəsinin və “Arzu” X9 İdarəsinin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Yuxarıda qeyd edilələnlərə əsasən hesab edirik ki, cavabdeh orqan sözügedən dövrləıi iddiaçının sosial sığorta stajına əlavə etməməkdə haqlı olmuşdur. Bundan əlavə sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsində nəzərdə tutulmuşdur. Qanunun qeyd olunan maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviəsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edili'. “Əmək pensiyaları haqqında” Qanunda ali təhsil müddətinin hazırda qüvvədə olar qanunvericiliklə əmək pensiyası hüququ müəyyən edilmiş şəxslərin sığorta stajımı hesablanması zamanı əmək fəaliyyəti müddətinə daxil edilməsi nəzərdə tutulmamışdır. Yuxarıda istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlilindən, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən və sorğulara verilən cavab məktublarından məlum olduğu kimi iddiaçıya ödənilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının iddiaçının ərizəsində göstərilən əsaslarla yenidən hesablanması ganunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir və cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikası İPM-in 47-ci maddəsinin tələblərini rəhbər lutaraq məhkəmədən İddiaçı 2-1 [112)-3426/2023 nömrəli iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş 017892 nömrəli xx.xx.1984-cü il tarixli diplomun surətinə əsasən İddiaçı xx.xx.1979-cu ildə Bakı Politexnik Texnikomuna “Topoqrafiya” ixtisasına qəbul olmuş, xx.xx.1984-cü ildə bitirmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Kollecinin xx.xx.2021-c1 il tarixli 505 nömrəli arxiv arayışından görünür ki, İddiaçı ondan ötrü ki, o həqiqətən xx.xx.1979-cu il 294-c saylı əmrə əsasən keçmiş Bakı Politexnik Texnikumunun gündüz (əyani) şöbəsinin “Topoqrafiya” ixtisasına daxil olmuşdur. xx.xx.1980-cı il 179-c saylı əmrə əsasən hərbi xidmətə çağırılmışdır. xx.xx.1982-ci il 214-c saylı əmrə əsasən hərbi xidmətdən qayıtmışdır. xx.xx.1984-cü il 116-c saylı əmrə əsasən keçmiş Bakı Politexnik Texnikumunun gündüz (əyani) şöbəsinin “Topoqrafiya” ixtisasını bitirmiş Dövlət İxtisas Komissiyasının qərarı ilə ona “texnik - topoqraf” ixtisas dərəcəsi və ЖТ 017892 №-li diplom verilmişdir. İddaiçıya məxsus xx.xx.1983-cü ildə doldurulmuş ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1983-cü ildə ölçücü vəzifəsinə təcrübəyə qəbul edilmiş, xx.xx.1983-cü ildə bitirmişdir. xx.xx.1984-cü ildə geodeziya işlərinə nəzarətçi təyin edilmiş, xx.xx.1990-cı ildə işdən azad edilmişdir. xx.xx.1990-cı ildə “Arzu” kiçik müəssisəsinə qanuni təmsilçi təyin edilmiş, xx.xx.1991-ci ildə işdən azad edilmişdir. xx.xx.1991-ci ildə "xxxx" kooperativinə təmsilçi qəbul edilmiş, xx.xx.1991-ci ildə işdən azad edilmişdir. xx.xx.1992-ci ildə "xxxx" kiçik müəssisəsinə direktor təyin edilmiş, xx.xx.1995-ci ildə azad edilmişdir. xx.xx.1996-cı ildə Azdovyerqurlayihə İnstitutuna mühəndis təyin edilmiş, xx.xx.1996-cı ildə azad edilmişdir. xx.xx.1996-cı ildə "xxxx" X4 mühəndis təyin edilmiş, xx.xx.1997-ci ildə azad edilmişdir. xx.xx.1998-ci ildə Azdovyerqurlayihə İnstitutuna mühəndis təyin edilmiş, xx.xx.1999-cu ildə azad edilmişdir. xx.xx.1999-cu ildə yol idarəsinə montyor təyin edilmiş, xx.xx.2014-cü ildə Bakı Metropoliteni QSC-yə yol ustası vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci il tarixli qeydə əsasən hal-hazırda işləyir. İş materiallarına əlavə olunmuş H3 ******* nömərli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1980-ci ildə hərbi xidmətə qəbul olmuş, xx.xx.1982-ci ildə hərbi xidmətdən tərxis olunmuşdur. Məhkəmə sorğusuna əsasən təqdim edilmiş pensiya işi və inzibati icraat materaillarından görünür ki, -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********6 nömrəli qərarına əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə ƏPQ-nun 9.1-ci maddəsinə əsasən 60 yaşdan, ümumi iş stajı xx.xx.2006-cı il tarixədək 16 il 02 ay 25 gün, güzəştli stajı 16 il 05 ay, Siyahının 21.5 Metropolitenlər bütün adlarda ustalar vəzifəsinə uyğun, 312.43 manat məbləğində güzəştli şərtlərlər yaşa görə əmək pensiyası təyin edilmişdir. - İddiaçı xx.xx.2022-ci il tarixli cavabdehə ünvanladığı ərizəsində əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********0 nömrəli pensiyanın yenidən hesablanması barədə qərarına əsasən İddiaçı təyin edilmş hazırkı pensiya 312.43 manat, yenidən hesablanmış pensiya məbləği 315.44 manat təşkil edir. -Pensiya təyintı alt sisteminə əsasən iddiaçının 1992-ci ilədək 08 il 08 ay 02 gün, 1992-2006-cı ilədək 07 il 06 ay 23 gün, 2006-cı il tarixdən sonra 16 il təşkil edir. -İddiaçıya aid sığorta stajının hesablanması cədvəlinə əsasən iddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmət dövrü, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək, xx.xx.1999-cu il tarixdən xx.xx.2006-ci il tarixədək olan əmək fəaliyyəti dövrü daxil olmaqla xx.xx.2006-cı il tarixədək ümumi sığorta stajı 16 il 05 ay təşkil edir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasinin Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli 3-34/2-2079/01-3/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, "xxxx" Kooperativi (sonradan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) 07 iyun 1996-cı il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. "xxxx" Kiçik müəssisəsi 26 may 1996-cı il tarixindən 31 oktyabr 1997-ci il tarixinədək Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatda olmuşdur. Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində “Arzu” Məişət evinə və “Azdovyerqurlayihə” İnstitutuna dair məlumat mövcud deyildir. Məlumat üçün bildiririk ki, “AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Dövlət Yerquruluşu Layihə İnstitutu” 19 iyun 1996-cı il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. Bununla yanaşı nəzərinizə çatdırırıq ki, statistik vahidlərin Dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız “ada” görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq, gələcəkdə Sizi maraqlandıracaq bu və ya digər müəssisəyə dair məlumatların statistik vahidlərin Dövlət reyestrində axtarışının dəqiq aparılması üçün onun vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) və yaxud statistik identifikasiya kodunun təqdim olunmasını, bunların heç biri olmadığı halda isə hüquqi şəxslərin qeydiyyat orqanı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etməyiniz xahiş olunur. Məhkəmə sorğusuna cavab olaraq Milli Gəlirlər Baş İdarəsinin X6 Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli **********857400 nömrəli məktubunda qeyd olunmuşdur ki, idarədə olan reyestrdə “Arzu” Məişət evi, “Azdovyerqurhyihə” İnstitutu, “Optika’ Kiçik Müəssisəsi adlı kommersiya qurumları aşkar edilməmişdir. Bu səbəbdən müvafiq hüquqi şəxslərə dair daha dəqiq və dolğun qeydiyyat nömrəsi və ya VÖEN) verməyinizi xahiş edirik. Məlumat üçün bildiririk ki, müraciətin "xxxx" Kooperativi barədə məlumat verilməsi hissəsində hüquqi ünvanı nəzərə alınaraq ünvan 1ətindən məlumat əldə edildikdən sonra məhkəməyə təqdim göndəriləcək. Məhkəmə sorğusuna cavab olaraq SOCAR-ın 26.09..2023-cü il tarixli 14-2-8/2- 129/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı üçün tələb olunan arxiv məlumatları haqqında bildirmək istəyirik ki, “Arzu” Məişət evi və “Optika" kiçik müəssisələri “Şelflayihətikinti” İB-nin ərazisində (icarə) müstəqil kiçik müəssisələr kimi fəaliyyət göstərmiş və həmin müəssisələr tərəfindən Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunun arxivinə heç bir sənəd verilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********275200 nömrəli məktubunda qeyd olunmuşdur ki, vergi ödəyicisinin uçot baza məlumatlarına əsasən bildiririk ki, “Arzu” Məişət Evi və "xxxx" Kiçik Müəssisəsinin vergi ödəyicisi kimi vergi uçotunda olması barədə məlumat müəyyən edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-21-3/2- 15724/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, məktubda qeyd olunan "xxxx" X5 barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur. Məhkəmə sorğusuna cavab olaraq SOCAR-ın xx.xx.2023-cü il tarixli 14-2-8/2- 146/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, icraatınızda olan 2-1(112)-3426/2023 nömrəli işlə bağlı məlumatların verilməsi və sənədlərin təqdim edilməsinə dair xx.xx.2023-cü il tarixli sorğunuza cavab olaraq bildiririk ki, “Arzu” Məişət Evi və "xxxx" Kiçik Müəssisəsi indiki Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun ərazisində təxminən 1990-cı illərin əvvəlində fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Kollegiyasının “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısının və onun tətbiq olunmasına dair göstərişin təsdiq edilməsi haqqında” 3/1 № -li xx.xx.2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş Siyahının 911-ci bəndinə əsasən müvəqqəti istifadəyə verilən binaların, otaqların, torpaq sahələrinin təşkilatların istifadəsinə verilməsi və qəbulu aktlarının və müqavilələrin, (o cümlədən, icarə müqavilələrinin) saxlama müddəti 5(beş) il müəyyən edilmişdir. Buna görə də qeyd olunan müəssisələrin icarəsi ilə bağlı hüquqmüəyyənedici sənədlərin zavodun arxivindən tapılaraq Sizə təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMCnin xx.xx.2023-cü il tarixli 14-3-21-3-60/2-2510/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, ləğv edilmiş Dövlət Yerquruluşu Layihə İnstitutu Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1968-ci il tarixli, 145 saylı Qərarı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1992-ci il tarixli, 54 nömrəli Fərmanı ilə Dövlət Torpaq Komitəsi yaradılaraq, xx.xx.1992-ci il tarixli, 227 nömrəli Fərmanı ilə Dövlət Yerquruluşu Layihə İnstitutu onun tabeliyinə verilmişdir. xx.xx.2001-ci ildə Azərbaycan Respublikası Prezidentinin 460 nömrəli Fərmanı ilə Dövlət Torpaq Komitəsi və Dövlət Geodeziya və Kartoqrafiya Komitəsi ləğv edilərək onların bazasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 516 nömrəli Fərmanına əsasən ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeliyindəki “X8 və Monitorinqi Elm-İstehsalat Mərkəzi” MMC və "xxxx" MMC “Daşınmaz Əmlakın Kadastrı və X1” MMC-yə qoşulması yolu ilə yenidən təşkil olunmuş və “Daşınmaz Əmlakın Kadastrı və X1” MMC-nin adı dəyişdirilərək "xxxx" MMC adlandırılmışdır. Hal-hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin tabeliyindədir (Hüquqi ünvan: ünvan 2Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin arxivində saxlanılan İddiaçı işə qəbul və işdən azad olunmasına dair əmrlərin, eləcə də işlədiyi dövrlər üzrə əmək haqqı cədvəllərinin təsdiq olunmuş surətindən görünür ki: -Dövlət Yerquruluşu Layihə İnstitutunun Azdövyerqurlayihə İnstitusunun xx.xx.1996-cı il tarixli 17/K nömrəli əmrinə əsasən İddiaçı xx.xx.1996-cı il tarixdən Geometika şöbəsinə on dördüncü dərəcəli mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.1996-cı il tarixli 70/k nömrəli əmri ilə İddiaçı xx.xx.1996-cı il tarixdən işdən azad edilmişdir. - Dövlət Yerquruluşu Layihə İnstitutunun Azdövyerqurlayihə İnstitusunun xx.xx.1998-ci il tarixli 17/k nömrəli əmri ilə İddiaçı xx.xx.1998-ci il tarixdən Geometika şöbəsinə on ikinci dərəcəli mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.1999-cu il tarixli 16/k nömrəli əmri ilə xx.xx.1999-cu ildən işdən azad edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli 3-34/2-3292/01-3/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində "xxxx" X4 dair məlumat mövcud deyildir. Məlumat üçün bildiririk ki, "xxxx" İcarə Törəmə İdarəsi (sonradan "xxxx" Şirkəti) 24 iyul 1996-cı il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. Bununla yanaşı nəzərinizə çatdırırıq ki, statistik vahidlərin Dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız “ada” görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq, gələcəkdə Sizi maraqlandıracaq bu və ya digər müəssisəyə dair məlumatların statistik vahidlərin Dövlət reyestrində axtarışının dəqiq aparılması üçün onun vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) və yaxud statistik identifikasiya kodunun təqdim olunmasını, bunların heç biri olmadığı halda isə hüquqi şəxslərin qeydiyyat orqanı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etməyiniz xahiş olunur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli **********587500 nömrəli məktubunda qeyd olunmuşdur ki, "xxxx" X2 Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 17 mart 1994-cü il tarixdə 301 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. Vergi uçotuna alınmaq üçün vergi orqanlarına müraciət etməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X6 Qeydiyyatının xx.xx.2024-cü il tarixli **********589700 nömrəli məktubunda qeyd olunmuşdur ki, xx.xx.1996-cı il tarixdə 308 nömrə ilə dövlət qeydiyyatına alınmış "Cənubsənayetikinti” X3 bazasında xx.xx.2000-ci il tarixdə Ş-864 nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" Şirkəti (VÖEN **********) yaradılmışdır. "xxxx" Şirkətinin hüquqi ünvanı Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsi, ünvan 3ririk ki, hüquqi şəxsin yaradılması barədə sərəncamın və nizamnamələrinin təsdiq edilmiş surəti Sizə təqdim edilir. Məhkəmə sorğusuna cavab olaraq "xxxx" şirkətinin xx.xx.2024-cü il tarixli 03 nömrəli məktubunda qeyd olunmuşdur ki, Sizin İddiaçı vasitəsi ilə müəssəmizə göndərdiyiniz xx.xx.2024-cü il tarixli 2-1(112)-511/2024 saylı məktubunuz müəssəmizə xx.xx.2024-cü il tarixdə daxil olmuş və tərəfimizdən baxılmışdır. Sorğunuza cavab olaraq bildiririk ki, vaxtı ilə "xxxx" X3 bir necə filialları olmuşdur. Adı bəhs edilən işçi İddiaçı əmək kitabçasından və özünün şifahi bildirdiyi məlumatlara əsasən o, xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək "xxxx" X3 2 saylı filialında aparıcı mühəndis vəzifəsində işləmişdir. Nəzərinizə çatdırırıq ki, "xxxx" Şirkəti Sizin məktubda qeyd etdiyiniz "xxxx" X3 bazasında yox, "xxxx" X3 İnşaat materiallarının təchizatı və satışı filialının bazasında yaradılmışdır. Onu da bildiririk ki, İnşaat materiallarının təchizatı və satışı filialı ilə 2 saylı filial hər biri ayrı-ayrı idarələr olmuşdur. Yuxarıda qed olunanları nəzərə alaraq bildiririk ki, o zamankı "xxxx" X3 2 saylı filialının arxiv sənədləri bizə təqdim edilmədiyi üçün İddiaçı barədə bizdə heç bir arxiv sənədləri mövcud deyil. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubda bildirilmişdir ki, Mərkəzi Filial tərəfindən sizə 22 aprel 2022-ci il tarixindən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Mərkəzi Filiala təqdim etdiyiniz ИТ-1 ******* nömrəli əmək kitabçanızda xx.xx.1990-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində “Arzu” X9 idarəsində, xx.xx.1991-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" kooperativdə, xx.xx.1992-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" kiçik müəssisəsində, xx.xx.1996-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində “Azdovyerqurlayihə” İnstitunda və xx.xx.1996-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində “Cənub sənayətikinti” İcarə-Törəmə müəssisəsində işlədiyiniz qeyd olunmuşdur. Adıçəkilən müəssisələrdə işlədiyiniz dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)" proqram təminatında araşdırma aparılaraq həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədikləri müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta stajına daxil edilmədiyi üçün yuxarıda qeyd olunan dövrləri stajınıza aid etmək mümkün olmadığından sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən az (16 il 2 ay 25 gün (10 05.1980-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1984-xx.xx.1990-cı il, xx.xx.1998-xx.xx.1999-cu il, xx.xx.1999-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə 60 yaşınızın tamam olduğu tarixdən hesablanan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşınızın tamam olduğu tarixdən yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən işlədiyi illərin sığorta stajına daxil edilməklə pensiyanın yenidən hesablanılması tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə qismən əsaslıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçıya cavabdehin xx.xx.2022-ci il tarixli qərarı ilə 60 yaşdan, xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı cavabdehin pensiya təyin edərkən onun xx.xx.2006-cı il tarixədək olan sığorta stajının düzgün hesablanmadığını əsas gətirərək cavabdehə pensiyanın yenidən hesablanması ilə bağlı müraciət etmiş, lakin cavabdeh iddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmət dövrü, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1998ci il tarixdən xx.xx.1999-cu il tarixədək, xx.xx.1999-cu il tarixdən xx.xx.2006-ci il tarixədək olan əmək fəaliyyəti dövrün nəzərə almaqla xx.xx.2006-cı il tarixədək 16 il 05 ay sığorta stajını əsas götürərək pensiyasını yenidən hesablamışdır. Cavabdeh iddiaçının təhsil dövrü, eləcə də əmək kitabçasında qeyd edilən xx.xx.1990-xx.xx.1991-ci il tarixlərdə “Arzu” X9 idarəsində, xx.xx.1991-xx.xx.1991-ci il tarixlərdə "xxxx" kooperativində, xx.xx.1992-xx.xx.1995-ci il tarixlərdə "xxxx" kiçik müəssisəsində, xx.xx.1996-xx.xx.1996-cı il tarixlərdə “Azdovyerqurlayihə” İnstitunda və xx.xx.1996-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində “Cənub sənayətikinti” İcarə- Törəmə müəssisəsində işlədiyi dövrü sığorta stajına hesablamamışdır. Beləliklə, hazırkı işin mübahisələndirilən halı iddiaçının xx.xx.2006-cı il tarixədək təhsil dövrü və yuxarıda adıçəkilən müəssisələrdə işlədiyi dövrün onun pensiya təyinatında sığorta stajına daxil edilib-edilməməsidir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasıı”nın: -4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;(....) 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;(....) Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 22.1-ci maddəsinə görə əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Nəzərə alınmalıdır ki, yuxarıda da qeyd edildiyi kimi hazırkı hüquq münasibətlərini tənzimləyən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla həm əmək fəaliyyəti, hərbi xidmət, həm də təhsil dövrü ümumi iş stajına daxil edilir. Bu zaman qanun yalnız üst-üstə düşən iş stajı dövrlərindən birinin hesaba alınmasını mümkün sayır İş materiallarında olan iddiaçıya aid diplom və Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Kollecinin arayışından müəyyən olunur ki, iddiaçı xx.xx.1979-cu ildə Bakı Politexnik Texnikumuna “Topoqrafiya” ixtisasına əyani şöbəsinə qəbul olmuş, xx.xx.1984-cü ildə bitirmişdir. İddiaçı təhsil aldığı müddətdə xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək hərbi xidmətdə olmuşdur. İddiaçının təhsil müddəti ilə üst-üstə düşən hərbi xidmət dövrü çıxılmaqla qalan təhsil dövrü, yəni xx.xx.1979-xx.xx.1980-ci ilədək, hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək təhsil dövrü nəzərə alınmaqla, eləcə də xx.xx.1983-xx.xx.1983-cü ilədək olan əmək fəaliyyəti ilə üst-üstə düşən dövr çıxılmaqla qalan xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək olan dövr təhsil müddəti olaraq iddiaçının pensiyanın yenidən hesablanmasına əsas verən sığorta stajına daxil edilməlidir. İddiaçı qeyd edilən təhsil dövrü ilə bağlı diplom və arayışla inzibati orqana müraciət etsə də cavabdeh qeyd edilən sənədlərə əsasən təhsil dövrü ilə bağlı araşdırma aparmamış, həmin dövrlə bağlı nə imtinada, nə də etirazda hər hansı münasibət bildirməmişdir. Cavabdeh tərəfindən mübahisələndirilən sığorta stajına daxil edilməyən əmək fəaliyyəti dövrlər ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İ.İddiaçıya aid əmək kitabçasınının surətindən görünür ki, iddiaçı xx.xx.1990xx.xx.1991-ci il tarixlərdə “Arzu” Məişət evində işləmişdir. Əmək kitabçasında həmin dövrlə bağlı qeydlər müəssisə rəhbərliyi tərəfindən imzalanmış, müəssisənin möhürü ilə təsdiqlənmişdir. Qeydlərin doldurulmasında tarix ardıcıllığı pozulmamış, qeydlərin mötəbərliyini şübhə altına alacaq hər hansı hal müşahidə olunmamışdır. Qeyd edilməlidir ki, “Arzu” Məişət evi ilə bağlı hüquqi şəxslərin qeydiyyat məlumatlarında, statistik vahidlərdə hər hansı məlumat aşakr edilməsə də “Arzu” Məişət evinin “Şelflayihətikinti” İB-nin ərazisində (icarə) müstəqil kiçik müəssisələr kimi indiki Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun ərazisində təxminən 1990-cı illərin əvvəlində fəaliyyət göstərməsinə dair məlumat aşkar edilmişdir. Qeyd edilən dövrün sığorta stajına daxil edilməsini istisna edən hal cavabdeh tərəfindən sübuta yetirilməmişdir. İİ. İddiaçının əmək kitabçasında xx.xx.1991-xx.xx.1991-ci il tarixlərdə "xxxx" kooperativində işləməsinə dair qeydlər daxil edilmişdir. Məhkəmə sorğularına cavablarda "xxxx" Kooperativinin 17 mart 1994-cü il tarixdə 301 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alındığı, 07 iyun 1996-cı il tarixindən isə Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatda olduğu müəyyən olunmuşdur. İddiaçının 1991-ci ildə həmin müəssisədə işlədiyi nəzərə alınarsa məhkəmə qeydiyyata alınmadığı dövrdə hər hansı hüquqi şəxsdə əmək fəaliyyəti dövrünün sığorta stajına daxil edilməsini qanuni və əsaslı hesab etmir. İİİ. İddiaçının əmək kitabçası qeydlərində xx.xx.1992-xx.xx.1995-ci il tarixlərdə "xxxx" kiçik müəssisəsində işlədiyi qeyd edilmişdir. Əmək kitabçasına iddiaçının işdənçıxma tarixinə düzəliş edildiyi adi gözlə müşahidə olunur. Belə ki, qeydlərdə işdən çıxma barədə əmr xx.xx.1995-ci il tarixli olsa da işdən çıxma tarixi 7 ay sonraya, yəni xx.xx.1995-ci ilə verilmişdir. Qeyd edilən düzəliş “düz” sözü daxil edilməklə direktor İddiaçı tərəfindən imzalanaraq təsdiqlənmişdir. Bununla yanaşı, "xxxx" kiçik müəssisəsinin “Şelflayihətikinti” İB-nin ərazisində (icarə) müstəqil kiçik müəssisələr kimi indiki Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun ərazisində təxminən 1990-cı illərin əvvəlində fəaliyyət göstərməsinə dair məlumat aşkar edilmişdir. Beləliklə, məhkəmə iddiaçının əmək kitabçasında qeyd edilən "xxxx" kiçik müəssisəsində xx.xx.1992-ci ildən işdənçıxma barədə əmrin verildiyi xx.xx.1995-ci il tarixədək olan dövrün sığorta stajına daxil edilməsini əsaslı və mümkün sayır. İV. İddiaçının əmək kitabçası qeydlərində xx.xx.1996-xx.xx.1996-cı il tarixlərdə “Azdovyerqurlayihə” İnstitutunda işlədiyi qeyd edilmişdir. İddiaçının əmək kitabçası qeydlərində işdən çıxam əmrinin tarixi və işdən çıxma tarixində düzəliş olduğu aşkar şəkildə adi gözlə müşahidə olunur. Məhkəmə sorğusuna əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən əldə edilmiş keçmiş Dövlət Yerquruluşu Layihə İnstitutunun arxiv sənədlərindən müəyyən olunur ki, iddiaçı Azdövyerqurlayihə İnstitutunun xx.xx.1996-cı il tarixli 17/K nömrəli əmrinə əsasən xx.xx.1996-cı il tarixdən mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.1996-cı il tarixli 70/k nömrəli əmri ilə xx.xx.1996-cı il tarixdən işdən azad edilmişdir. Məhkəmə iddiaçının işə qəbul və işdən çıxma barədə əmrləri və əmək haqqı cədvəllərinin surətinə əsasən məhkəmə iddiaçının xx.xx.1996-cı ildən xx.xx.1996-cı il tarixədək olan dövrün sığorta stajına daxil edilməsini mümkün sayır. V. İddiaçının əmək kitabçasında xx.xx.1996-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində “Cənubsənayətikinti” İcarə-Törəmə müəssisəsində işlədiyi qeyd edilmişdir. Qeydlər müvafiq kadrlar şöbəsinin rəisi tərəfindən imzalanmış, müəssisəyə aid möhürlə təsdiqlənmiş, əmək kitabçasında qeydlərin mötəbərliyini şübhə altına alacaq hər hansı hal müəyyən olunmamışdır. Məhkəmə sorğusuna cavablarda "Cənubsənayetikinti” X3 xx.xx.1996-cı il tarixdə 308 nömrə ilə dövlət qeydiyyatına alındığı, "xxxx" İcarə Törəmə İdarəsi 24 iyul 1996-cı il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatda olduğu, iddiaçının əmək fəaliyyəti dövrünün müəssisənin qeydiyyatda olduğu dövrə təsadüf etdiyini nəzərə alaraq məhkəmə həmin dörün iddiaçının sğorta stajına daxil edilməsini əsaslı hesab edir. Beləliklə, iddiaçının təhsil və əmək fəaliyyəti dövrlərindən xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1982-xx.xx.1983, xx.xx.1983-xx.xx.1984-cü ilədək, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1992-xx.xx.1995-ci il, xx.xx.1996-cı ildən xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.1997-ci ilədək olan dövr iddiaçının sosial sığorta stajına aid edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanmalıdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçının xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1982-xx.xx.1983, xx.xx.1983-xx.xx.1984-cü ilədək, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1992- xx.xx.1995-ci il, xx.xx.1996-cı ildən xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.1997-ci ilədək olan dövrü sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 68 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddia tələbi qismən təmin edilsin. İddiaçı xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1982-xx.xx.1983, xx.xx.1983-xx.xx.1984cü ilədək, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1992-xx.xx.1995-ci il, xx.xx.1996-cı ildən xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.1997-ci ilədək olan təhsil və əmək fəaliyyəti dövrü sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova